Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. == Təklifə təsir edən amillər == Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təklik
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. == Həmçinin bax == Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. === Resurs qiymətləri === İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. === Texnologiya === Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Təklif iqtisadiyyatı
Təchizata əsaslanan iqtisadiyyat, və ya təklif iqtisadiyyatı (ing. supply-side economics) — makroiqtisadi nəzəriyyə, buna görə malların və xidmətlərin istehsalında (tədarükü) maneələrin azaldılması, yəni vergilərin azaldılması və dövlət tənzimləməsinin yaratdığı qadağaların qaldırılması yolu ilə iqtisadi böyümənin effektiv şəkildə stimullaşdırıla biləcəyi. Bu vəziyyətdə istehlakçı daha aşağı qiymətə daha çox mal və xidmət alır. Vergilər 100% mənfəətdirsə, istehsal zərərlidir və vergi gəlirləri sıfıra enir, sanki vergi dərəcəsi sıfıra bərabərdir. Maksimum vergi yığımı, vergi səviyyəsinin müəyyən bir ara dəyərində 0 ilə 100% arasında mümkündür. Bu səbəbdən həm vergi nisbətində artım, həm də azalma vergi yığımlarının artmasına səbəb ola bilər və vergi siyasətindəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün hesablamalar aparılmalıdır. Məsələn, 2003-cü ildə ABŞ Konqresinin Büdcə Ofisi vergi yükünün azalacağı gözlənilən zaman vergi gəlirlərinin dəyişməsini proqnozlaşdırmaq üçün araşdırmalar aparmışdır. Hesablama modellərinin əksəriyyətində eyni nəticə əldə edilmişdir: vergilərin o dövrdə mövcud olan səviyyədən endirilməsi vergi yığımlarının artmasına səbəb olmayacaqdır Əslində, tədarük tərəfli iqtisadiyyat termini 1970-ci illərdə ortaya çıxdı və qurucuları məşhur iqtisadçılar Robert Mandell və Artur Laffer hesab olunurlar. == Yaranması == Təchizat iqtisadiyyatının inkişafı 1970-ci illərdə ABŞ nəzəriyyəsinə əsaslanan ABŞ və digər Qərb ölkələrindəki iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq başladı. M. Keyns.
Təklif qanunu
Təklif qanunu — digər amillər sabit qalmaq şərti ilə, əmtəənin qiyməti enəndə təklifin həcminin azalması, əksinə qiymət yüksələndə isə təklifin həcminin artmasını əks etdirir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. == Texniki analiz == Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Məcmu tələb-məcmu təklif modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Pul təklifi
Pul kütləsi və ya Pul təklifi — fiziki və hüquqi şəxslərin və dövlətin hesablarındakı dövriyyədəki və nağdsız vəsaitlərin məcmusu. == Pul aqreqatları == Pul aqreqatları pul kütləsinin strukturunun göstəriciləridir. Pul aqreqatları likvidlik dərəcəsinə görə (tez nağd pula çevrilmə qabiliyyəti) bir-birindən fərqlənən pul növləri və pul fondlarıdır. Pul aqreqatları iyerarxik bir sistemdir — hər sonrakı məcmu əvvəlkini əhatə edir. Fərqli ölkələrdə fərqli tərkibli pul aqreqatları fərqlənir. BVF bütün ölkələr üçün ortaq bir göstərici M1 və daha geniş göstəricisini hesablayır (müddətli və əmanət bank hesabları və bazarda satılan ən likvid maliyyə alətləri). Bir sıra ölkələrdə M4 əlavə olaraq ayrılır. Məsələn, İngiltərədə M4 dövriyyədəki valyuta məbləğini, banklar tərəfindən verilən kreditlərin ümumi məbləğini və dövlət borclarının miqdarını əhatə edir. === Pul təklifinin strukturu === Pul kütləsinin quruluşu daim dəyişir. Müasir pul sistemində pul kütləsinin artım sürəti nəzərəçarpacaq dərəcədə azalmışdır və pul daha yaxşı işləməyə başlamışdır.
Ramseyin təklifləri
Ramseyin təklifləri — Frenk Ramsey tərəfindən qoyulmuş və Rudolf Karnap tərəfindən hazırlanmış formal məntiqi tikinti. Ramsinin təklifləri nəzəri terminlərin empirik statusu və onların metafizik terminlərdən fərqləndirilməsi məsələsinin həllinə yönəlib. Ramsey və Karnap öz yazılarında nəzəri terminlərdən ibarət cümlələrə müşahidə terminləri statusu verməyə çalışıblar. == Ramsey cümlələrinin qurulması == Nəzəriyyə L ( V o , V t ) {\displaystyle L(Vo,Vt)} dilində tərtib edilməlidir, burada V t {\displaystyle Vt} — nəzəri terminlər və V o {\displaystyle Vo} — müşahidə olunan terminlərdir. Təsviri lüğətin bölünməsi T {\displaystyle T} - və C {\displaystyle C} -aksiomları arasında xətt çəkir, burada T {\displaystyle T} -aksiomlarında yalnız V t {\displaystyle Vt} , C {\displaystyle C} - simvolları və C {\displaystyle C} -aksiomlarında V o {\displaystyle Vo} və V t {\displaystyle Vt} simvolları mövcuddur. C {\displaystyle C} -aksiomlar nəzəri və müşahidə şərtləri arasında əlaqə yaradır. T C {\displaystyle TC} T {\displaystyle T} - və C {\displaystyle C} -aksiomlarının birləşməsini bildirir. Ramseyin T C {\displaystyle TC} təklifi L ( V o , V t ) {\displaystyle L(Vo,Vt)} da T {\displaystyle T} - və C {\displaystyle C} - aksiomalar aşağıdakı iki birləşmə çevrilməsi ilə əldə edilir. Birincisi, bununla əlaqədar bütün nəzəri simvollar uyğun tipli daha yüksək dərəcəli dəyişənlərlə əvəz olunur. Bu dəyişənlər daha sonra yüksək səviyyəli ekzistensial kəmiyyət göstəricilərindən istifadə etməklə əlaqələndirilir.
Təklifin tələb yaratması
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. == Nəqliyyatda tələbin idarə edilməsi == Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
Təkliflər hesabı
Təkliflər hesabı — riyazi məntiqin təkliflər üzərində əməlləri öyrənən bölməsidir. Təkliflər üzərində əsas əməllər bunlardır: konyuksiya, dizyunksiya, implikasiya, inkar və s. Sadə təkliflər üzərində bu əməllərin köməyi ilə mürəkkəb təkliflər qurulur. Təkliflər hesabında mürəkkəb təkliflərin doğruluğuna sadə təkliflərin doğruluğunun funksiyası kimi baxılır. O cümlədən, nəticə çıxarmaq qaydası, yəni doğru təklifdən düzgün qərar qəbul etmək qaydalarına baxılır. Bu da isbat nəzəriyyəsini analiz etməkdir. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Tələb və təklif
Tələb və təklif (ərəb. طلب و تکلیف‎, ing. Demand and supply, rus. Спрос и предложение) —iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır. == Tələb == Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı tələbin düşməsinə səbəb olur.Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir.
Unikal satış təklifi
Unikal satış təklifi (UST; ing. unique selling proposition, unique selling point; USP) və ya unikal məhsul iddiası — fərqli bir istehlakçı motivi, imicə və "əyləncə" reklamına alternativ. UST, müştərinin bir şirkət və ya məhsul seçməsinə əsaslanan rəqabət üstünlüyünün bir hissəsidir (bir məhsulun və ya xidmətin xüsusiyyətlərinə əsaslanaraq). == Tarixi == UST — yerləşdirmə strategiyasında daha da inkişaf etdirilən bir reklam konsepsiyasıdır (El Rays, Cek Traut və başqaları). Bu termin əvvəlcə Rosser Rivs tərəfindən məhsula yönəlmiş bazarlar üçün irəli sürülmüşdür. Təklif, məhsulun müstəsna xüsusiyyətləri və bazarda əvvəllər heç vaxt edilməmiş bir bəyanatla əlaqəli ola bilər. UST nəzəriyyəsi, Ted Bates & Company tərəfindən 1940-cı illərin əvvəllərində, ortaq olaraq Rosser Rivs tərəfindən hazırlanmışdır. 1980-ci illərdə nəzəriyyə H. Bolduin (ing. Baldwin H.), D. Şultz (ing. Schultz D.) və başqalarının əsərlərində hazırlanmışdır.
İlkin İctimai Təklif
İlkin ictimai təklif (ing. dilindən IPO - Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır . == Tarix == İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-da ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub . == Məqsəd == IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir: Şirkətə kapital cəlb etmək: IPO keçirtməklə, şirkət daha geniş investor qrupuna çıxış əldə edir .
Ən yaxşı təklif (film, 2013)
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. == Məzmun == Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Avropa banklararası təklif faiz dərəcəsi
Avropa banklararası təklif faiz dərəcəsi (ing. European Interbank Offered Rate, Euribor) — avro ilə verilən banklararası kreditlər üzrə orta faiz dərəcəsi. Aİ-yə üzv dövlətlərin, eləcə də İslandiya, Norveç, İsveçrə və Maliyyə Bazarları Assosiasiyasının kredit təşkilatlarının maraqlarını təmsil edən Avropa Bank Federasiyasının dəstəyi ilə müəyyən edilir. Məzənnə müxtəlif dövrlər üçün hesablanır — 1 həftədən 12 aya qədər. Məzənnənin hesablanması və dərc edilməsi Reuters tərəfindən hər gün CET saat 11:00-da birinci dərəcəli reytinqə malik bir neçə onlarla bankın təqdim etdiyi məlumatlar əsasında həyata keçirilir. Kotirovka edilmiş bankların siyahısı yüksək reytinq tələblərinə uyğunluq baxımından mütəmadi olaraq nəzərdən keçirilir. Hesablama üçün ən yüksək və ən aşağı kotirovkaların 15%-i atılır, qalanları orta hesablanır və nəticə 3 onluq yerə yuvarlaqlaşdırılır. == Sfera == Euribor, avro ilə ifadə olunan forvard faiz dərəcəsi müqavilələri, qısamüddətli faiz dərəcəsi fyuçers müqavilələri və faiz dərəcəsi svopları üçün LIBOR-un adətən sterlinq və ABŞ dolları ilə ifadə olunan alətlər üçün istifadə edildiyi kimi, istinad dərəcəsi kimi istifadə olunur. Beləliklə, onlar dünyanın ən likvid və aktiv faiz bazarları üçün əsas yaradırlar. Paris PIBOR, Frankfurt FIBOR və Helsinki Helibor kimi daxili istinad tarifləri 1 yanvar 1999-cu ildə EMU-da Euribor ilə birləşdi.
London banklararası təklif faiz dərəcəsi
London banklararası təklif faiz dərəcəsi (LİBOR, ing. London Interbank Offered Rate, LIBOR, ICE LIBOR) — Qlobal maliyyə bazarında qısamüddətli faiz dərəcələri üçün etalon kimi xidmət edən Londonda banklararası bazarda təklif olunan geniş istifadə olunan istinad faiz dərəcəsi. LIBOR əsas beynəlxalq bankların təminatsız kreditlər təklif etdiyi orta dərəcə kimi hesablanır. LIBOR beş ehtiyat valyutası üçün hesablanır: ABŞ dolları, funt sterlinq, avro, İsveçrə frankı və Yapon yeni. Hər bir valyuta üçün indikativ faiz dərəcəsi overnayt dövrləri, bir həftə, bir ay, iki ay, üç ay, yarım il və bir il üçün hesablanır. Beləliklə, Londonda hər iş günü 35 LIBOR dərəcəsi dərc olunur. LIBOR Amerika mübadilə qrupunun Intercontinental Exchange hissəsi olan ICE Benchmark Administration xüsusi indeks şirkəti tərəfindən idarə olunur. 1985-2014-cü illərdə Britaniya Bank Assosiasiyası onun inzibatçısı olmuşdur[⇨]. LIBOR maliyyə aktivlərinin müxtəlif sinifləri üçün faiz dərəcələri üçün etalon kimi xidmət edir. LIBOR kreditlər, qiymətli kağızlar və törəmə alətlər üzrə dəyişən dərəcələrə aiddir.
Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi təklifi
Romaciron (ローマ字論) – yapon dilinin ənənəvi yazı sisteminin (kanci və kana) latın qrafikasına əsaslanan yazı sistemi (romaci) ilə əvəz olunması təklifi. Yapon dilinin romanizasiya üçün Hepbörn, Nihon-şiki və Kunrey-şiki sistemləri təklif olunmuşdur. Meyci dövründən etibarən Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi üçün bir çox cəhd və təklif başa tutsa da, romaci bir çox səbəbə görə heç vaxt Yaponiyada əsas yazı sistemi kimi qəbul olunmamışdır: kanci və kananın yapon mədəniyyətinin bir hissəsi kimi qəbul olunması; əhalinin ənənəvi yazı sisteminə uzun müddətdir ki, öyrəşməsi; romanizasiya üçün istifadə olunacaq sistemin seçilməsi barədə konsensusun əldə olunmaması əsas səbəblərdir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal altında saxlamış ABŞ rejimi yapon yazı sistemində romacini qəbul etdirmək üçün cəhdlər göstərsə də, uğursuz olmuşdur. == Edo dövrü == Yapon dilinin yazı islahatına ehtiyac olduğunu düşünən ilk şəxslər XVII əsrdə yoqakuşalar (Qərb ölkələrini öyrənən alimlər) olmuşdurlar. Aray Hakuseki 1715-ci ildə yazdığı "Seyyo kibun" adlı əsərində 1708-ci ildə Yakuşima adasına ayaq basmış italyan keşiş Covanni Battista Sidotti ilə söhbətlərini təsvir etmiş və əlifba sisteminin rahatlığı haqqında fikirlər yazmışdır. Buna baxmayaraq, o, Yaponiyanın xarici yazı sistemini qəbul etməli olduğunu deməmişdir.XVII əsrdə bir çox ranqaku alimi (Hollandiya vasitəsilə xarici ölkələri öyrənən alimlər) holland dilini öyrənmiş və əlifba sisteminin rahat olduğunu bildirmişdir. Hətta belə alimlərdən biri olan Honda Toşiaki 1798-ci ildə yazdığı "Seyiki monoqatari" əsərində Qərb yazısının istifadə olunmasını təklif etmiş, bu yazının kanadan daha rahat olduğunu və Qərb ölkələri ilə əlaqə saxlamağı asanlaşdıracağını demişdir. == Meyci dövrü == 1868-ci ildə baş vermiş Meyci islahatından sonra bir çox şəxs Yaponiyanın ənənəvi yazı sisteminin dəyişdirilməsini təklif etmişdir. Xüsusilə, Yaponiyanın Qərb ölkələri ilə eyni səviyyədə olmasını arzu edən və Avropa sivilizasiyalarını öyrənən universitet tələbələri və müəllimləri romacinin qəbul edilməsini dəstəkləmişdirlər.Yaponiyada romacinin milli yazı kimi qəbul edilməsini təklif edən ilk şəxs Nambu Yoşikazu olmuşdur.
Ən yaxşı təklif
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. == Məzmun == Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Ağ Təklə
Ağ Təklə Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. == Toponimkası == Ağ Təklə- Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. Gürcücə yazılış forması Aqtaqla. Təklə tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Bəzi tədqiqatçıların toponimin "ağ" komponentini "şərq", Qara Təklə adında qara sözünün "qərb" mənasında olması fikri düz deyil. Əsli Əxi Təklə, yəni "Əxiyə (Sufi ordeninin üzvünə) mənsub Təklə" məntəqəsi mənasındadır.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.
Takli adası
Takli adası (ing. Takli Island) — Alyaskanın cənub sahillərində yerləşən ada. Yarımadanın cənub-qərbində Şelixov boğazında yerləşir. Ada Amalik Körfəzinin girəcəyində, Kadyak-Aylend borosunun materikdən kənar ərazisində qərarlaşır. Ada Katmay Milli Parkının ərazisi ilə əhatə edir. Ada ərazisində ilk dəfə 1960-cı illərdə arxeoloji qazıntılar aparılmışdır. Adada bir sıra qədim mədəniyyətlərə aid arxeoloji abidələr vardır. İlk dəfə 1847-ci ildə Rusiya xəritələrində qeyd edilmişdir. Ada 1978-ci ildə ABŞ-də Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir.
Təkəli (Dərəçiçək)
Təkəli — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd . == Tarixi == Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Təkərli kimi də göstərilir. Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi əsasında yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543 nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Təkəli (Marneuli)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Sarvan)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Urmiya)
Təkəli (fars. تكالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (79 ailə).
Təkəli eli
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. " Salur" sözü yurd salan, utaraq həyata keçən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təkəli tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. " Salur" sözü yurd salan, utaraq həyata keçən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təklə-Muğanlı
Təklə-Muğanlı—Qarabağda yaşayan Dəmirçihəsənli elinin qolu. == Tarixi == Təklə-Muğanlı camaatınının Gürcüstan ağzından, Dəmirçihəsənli nahiyəsindən gəldiyi haqqında fərziyə var. Təklə-Muğanlı oymağı bir nеçə obadan idi. Dəmirçihəsənli mahalında XIX yüzilin önlərində Muğanlı adlı bir nеçə oba vardı. Bunların biri Birinci Muğanlı, ikincisi isə İkinci Muğanlı adlanırdı. Birinci Muğanlı obasına Kərbəlayı Allahyar bəy və qardaşları Qəmbər bəy, Qasım bəy və Həsən bəy başçılıq еdirdilər. İkinci Muğanlı obasına isə Məmmədəli bəy, Hüsеyn bəy və başqaları rəhbərlik еdirdilər. Üçüncü Muğanlı obasına isə Məmmədqulu bəy Hacı Mustafa bəy oğlunun idarəsində idi. Tahir bəyin oğulları da obaya başçılıq еdirdilər. Təklə-Muğanlı camaatı: nurəhmədli, təmişli, allahmədətli, əxicanlı, bayramlı, təhmirazlı, oruclu, əliyеtməzli oymaqlarından ibarət idi.
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. == Coğrafiyası == Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
Təklə (Ağsu)
Təklə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Təklə kəndi Şirvan düzündədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Təklə (Cəlilabad)
Təklə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Burovar silsiləsinin ətəyindədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Bələdiyyə == 29 may 2009-cu il tarixindən etibarən Təklə kəndi Babalı və Abazallı kəndləri ilə birlikdə Təklə bələdiyyəsinə daxildir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 859 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bərdə rayonunda da bu adda kənd mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.
Təklə (Kürdəmir)
Təklə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Masallı)
Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1779 nəfərdir. == Toponimikası == Təklə kəndi Lənkəran ovalığındadır. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524—1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Təklə (Qobustan)
Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kəndi Təklə kəndi adlandırılmışdır. == Toponimikası == Şahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə Təklə adı bərpa olundu. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Cekli
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Cekli dominosu
Cekli dominosu və ya Mir-Xan domino oyunu — ceklilərin milli intellektual oyunu, dominonun lokal oyun növlərindən biri. == Tarixi == "Mir-Xan domino oyunu" dominonun oyun növlərindən biridir. XX əsrin sonlarında "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələrindən ceklilər tərəfindən yaradılmışdır. == Oyun qaydaları == Mir-Xan domino oyunu yalnız 3 və yaxud da 4 nəfər iştirakçı arasında oynanılır.
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. == Həyatı == Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. == Yaradıcılığı == 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. == Ailəsi == Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Panah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. == Həyatı == Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.Üç dəfə Həcc ziyarətində olmuşdur. == Mükafatları == Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünşü == Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.