Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslərCəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil XəlilovCəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən ve ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanir. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Təhlil
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur.,Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. == Məqsədlərə görə == Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). == Tarixi == Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Təvil
Təvil (Vərziqan)
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Aktif təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007-2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Bəhri-təvil
Bəhri-təvil — Azərbaycan ədəbiyyatında satirik və lirik səciyyədə, qafiyəli nəsr əsəri. Həcmcə bir-iki səhifədən artıq olmur. Axıcı üslubda yaradılır; cümlələri, hətta çox ifadələri həmqafiyə olduğuna görə birnəfəsə oxunur. "Molla Nəsrəddin" jurnalında, xüsusilə Sabir yaradıcılığında "bəhri-təvil"in olmuşdur. Səkkizhecalı, dördmisralı bir neçə bəndlik şeirdir. Qafiyələri abvb, qqqb, dddb... Bu adla musiqi havası da məlumdur. Qəhrəmanlıq varsağıları sərt, coşğun əhvali-ruhiyyə ifadə edir və çoxu brə, bəhi nidaları ilə başlanır. XVI əsr məşhur türk aşığı Qaracaoğlanın əsərləri içərisində bir neçə varsağı vardır. Misal: Türkmən poeziyasında varsağı zarafatyana məhəbbət mahnısına deyilir.
Bəlil (Ərdəbil)
Bəlil (fars. بليل‎) — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 3 km. cənubda, Xalxal-Miyanə avtomobil yolunun üstündədir.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Cəlil Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi.Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır.Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur. Müharibədən sonrakı illərdə o, quruluşçu rejissor kimi müxtəlif teatrlarda öz fəaliyyətini davam etdirmiş, Bakıda Konsert Birliyinin, Cəfər Cabbarlı adına Teatrın direktoru vəzifələrində çalışmış, Teatr İnstitutunda "Müxtəlif dövrlərdə xalqların incəsənət tarixi" mövzusunda mühazirələr oxumuşdur.Cəlil Bağdadbəyov 21 aprel 1951-ci ildə, 64 yaşında Bakı şəhərində vəfat etmişdir.Azərbaycan SSR xalq yazıçısı İlyas Əfəndiyevin dayısıdır. == Yaradıcılığı == Cəlil Bağdadbəyov 1907-ci ildə "Nicat" cəmiyyətinin teatr truppasına aktyor götürülmüş, burada, həmçinin "Səfa" teatr truppalarında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə aktyorluq fəaliyyəti göstərmişdir.C.Bağdadbəyov rejissorluq fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlamışdır.
Cəlil Cavadov
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı. Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur. == Erkən həyatı == Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi. === Təhsili === Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub.
Cəlil Cavanşir
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist. == Həyatı == Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub. Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib. "Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib. 2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
Cəlil Cəfərov
Cəlil Cəfərov (8 avqust 1998, Şorkənd, Neftçala rayonu – 16 oktyabr 2020, Təpəkənd) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur. == Hərbi xidməti == Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 19-da Şorkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == Şəhid Cəlilin Neftçala rayonu Şorkənd kəndində xatirə bulağının açılışı olub.
Cəlil Hüseynov
Cəlil Qafar oğlu Hüseynov (1 aprel 1957) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2005). == Həyatı == Cəlil Hüseynov 1 aprel 1957-ci ildə anadan olmuşdur. 1973–1977-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1977–1982-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda monumental rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.Cəlil Hüseynov pedaqoji fəaliyyət də göstərərək 1982–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. O, 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olmuşdur. == Yaradıcılığı == Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında çəkilmiş rəsm əsərləri əhəmiyyətli yer tutur. Onun Abşeron mövzusuna dair "Dübəndi" (1995), "Zeytun bağları" (1995), "Balıqçı evi" (1998), "Ağaclar" (1997), "Köhnə hamam" (1998), "Abşeron bağları" (2016), "Abşeron. Köhnə məscid" (2010), "Abşeron" (2010), "Xəzərin sahili" (2008), "Abşeron motivi" (2011) və başqa peyzajları, eləcə də Naxçıvan təbiətinə həsr olunmuş "Nehrəm kəndi" (1979), "Köhnə Naxçıvan" (1978), "Nehrəm motivi" (1978) əsərləri özünəməxsusluğu ilə seçilir.Rəssamın qadın dünyasına həsr etdiyi "Qadın portreti", "Düşüncə", "Bəyaz geyimli qadın" portretləri, o cümlədən "nyu"lar silsiləsinə aid edilən "Molbert qarşısında" (1996), "Emalatxanada" (1998), "Yatmış qadın" (1999), "Uzanmış qadın" (2001), "Ağ geyimli qadın" (2002), "Qız albalı ilə" (2002), "Çılpaq qadın" (2015) kimi əsərləri onun portret janrındakı fəaliyyətinin əhəmiyyətli hissəsidir.Cəlil Hüseynov bir sıra natürmort əsərləri də yaratmışdır. Onun "Meyvələr" (1997), "Şərabla natürmort" (1998), "Şahmat" (2015), "Gilasla natürmort" (2018), habelə "Qədim qablar" triptixi, "Qarpızlar", "Ekzotik meyvələr", "Ananas və parça ilə natürmort", "Yemişlər" əsərləri bu qəbildəndir.Cəlil Hüseynov 1986-cı ildən memarlıq layihələrinin müəllifi kimi də fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycanın bir sıra yaşayış məntəqələrində monumental əsərlərin, memarlıq layihələrinin müəllifir.Rəssam 1982-ci ildən müxtəlif respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir.
Cəlil Kiyekbayev
Cəlil Kiyekbayev (rus. Джали́ль Гиния́тович Киекба́ев; 25 oktyabr 1911 – 19 mart 1968, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — başqırd əsilli SSRİ alimi, türkoloq, Başqırd Muxtar Sovet Sosialist Respublikasında elm və ali təhsil təşkilatçısı, professor, yazıçı. SSRİ Yazıçılar İttifaqının üzvü olan Kiyekbayev başqırd dilçiliyinin, Ural-Altay dilində təhsil verən və Başqırd məktəbinin yaradıcısıdır. == Həyatı == Cəlil Kiyekbayev 25 oktyabr 1911-ci ildə Başqırdıstanın Qafuri rayonunun Karan-Elga kəndində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini Makarovo kəndindəki məktəbdə başa vurdu. Daha sonra Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman filologiyası fakültəəsini bitirdi. Müəllim kimi fəaliyyət göstərib, müxtəlif orta məktəblərdə və ali məktəblərdə xarici dillərdən dərs demişdir. 1943-1944 illəri arasında Başqırd Nəşriyyat Evində baş redaktor vəzifəsində işləmişdir. 1948-ci ildə "Başqırd ədəbiyyatı dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda işə başladı. Bu dövrdə SSRİ Elmlər Akademiyasının həmkarı, türkoloq Nikolay Dmitrievin Kiyekbayevin elmi görüşlərinin formalaşmasında rolu olmuşdur.
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi.
Cəlil Məmmədov
Cəlil Qəhrəman oğlu Məmmədov (20 sentyabr 1999, Qonaqkənd, Quba rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi.
Cəlil Məmmədzadə
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (Məhəmmədzadə, Sadıqov; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934). == Həyatı == Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub, sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib. 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı: === Kiyevdə === 1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub. Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub.