TELEFON ETMEK
TELİF HAKKI
OBASTAN VİKİ
Telifonlar
Telifonlar (lat. Uropygi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. == Haqqında == Telifonlar xarici quruluşuna görə əqrəblərə oxşar olub, pedipalpları daha güclü inkişaf etmişdir. Ön ətrafları uzundur, qamçı şəklindədir və antennaları əvəz edir. Qarıncıq şöbə buğumludur. Axırıncı üç buğumu saplaq şəklində uzanaraq, sapşəkilli uzun quyruqla nəhayətlənir. Zəhər vəziləri olmur. Səkkizinci və doqquzuncu buğumlarda yerləşən 2 cüt ağciyərlə tənəffüs edirlər. Telifonlar isti ölkələrdə , xüsusən tropik meşələrdə yaşayırlar. Onlar yırtıcıdırlar və gecə həyat terzi keçirirlər.