Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərcümədə Təşkilatlanma
=== Tərcümədə Təşkilatlanma === Hal-hazırkı mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu sayın günü-gündən artdığı heç kimdə şübhə yaratmır. Bəs bu qədər tərcüməçi harda və necə təşkilatlanır? Topladığım məlumatlara istinadən deyə bilərəm ki, dünya üzərində yüzlərlə tərcümə təşkilatları, assosiasiyaları mövcuddur. == Beynəlxalq Tərcüməçilər Federasiyası == Beynəlxalq Tərcüməçilər Federasiyası Federation of Translators) dünyada üzvlərinin sayına , heyata keçirdiyi tədbirlərə və reytinginə görə tərcüməçilərin ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir. Federasıyanın üzvü olan tərcüməçilərin sayı isə 80.000-dən artıqdır. Federasiyanın əsas məqsədləri arasında tərcüməçiləri bir araya toplamaq, onların hüquqlarını müdafiə etmək, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır. Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 2014-cü ildə Almanyada baş tutacaq.
Turizmin əhəmiyyəti
Turizm cəmiyyətin iqtisadi problemlərinin həliinə xeyli təsir göstərir. Turizmdən gələn gəlir onun inkişaf etdiyi regionda iqtisadiyyatı yüksəltməyə qadirdir. Ayrı-ayrı regionlarda turizm inkişaf etdikcə ölkədaxili regionların iqtisadi göstəriciləri arasında fərqlər azalır. == Turizmin iqtisadi əhəmiyyəti və sahələri == Sahibkarlıq sahəsi - yaradılan hər bir müəssisə xeyir gətirməlidir, çünki o, müştərilərə öz məhsulunu və xidmətlərini təqdim edir, fəhlə və qulluqçulara əmək haqqı və ödəmələrin digər növlərini, aksionerlərə-gəlir, dövlətə - vergi və rüsumlar ödəyir. İstehlak sahəsi - turizm-istehlak tələbinin yeni formasını gələn turistlərin müxtəlif mal və xidmətlərə olan tələbini canlandırır. Gəlir sahəsi - turist axını sayəsində turizmin aşağıda qeyd olunan bir çox yerli müəssisələrinin gəliri artır - mədəni və əyləncə müəssisələrinin gəlirləri artır və bu da öz növbəsində vergi ödəmələri hesanıa regiona və yerli əhaliyə fayda verir. Valyuta sahəsi - turizm ölkəyə, regiona böyük miqdarda xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm "görünməyən ixrac" adlanır, çünki istehlakçı ixrac məhsulun ardınca onu istehsal edən ölkəyə gedir. == Turizmin sosial əhəmiyyəti == İşsizlik, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı olması, psixoloji təzyiq, stress və onunla bağlı böhranlı hadisələrin yaranması, asudə vaxtlarda gənclərin neqativ fəaliyyətinin artması, təbiətdə ekoloji tarazlığın pozulması-müasir cəmiyyətin bu və ya digər problemləri bizim ölkədə də mövcuddur. İstirahətdən sonra işçi qüvvəsinin iş səmərəliyi artır;Əhalinin maariflənməsinə müsbət təsir göstərir; Turizmin inkişaf etdiyi ərazilərdə tarixi obyektlərin qorunmasına maraq artır; == Turizmin humanitar əhəmiyyəti == Turizmin mühüm funkasiyasıdır, şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və yaradıcılıq potensialının genişlənməsi üçün imkanları yaradılmasıdır.
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yayı olmayan il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. == Səbəbləri == 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. == Yazılışı və sonrakı taleyi == Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir. == Məzmun == Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır... == Rollarda == == Maraqlı faktlar == Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir.
Bank olmayan kredit təşkilatlatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bank olmayan kredit təşkilatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Düzgün olmayan başlanğıc (şahmat)
Düzgün olmayan başlanğıc — Şahmat termini Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.Ac3, 1.g4, 1.Ah3 və s.) ümumi adı.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. == Tarix == 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. == Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı == === Asiya === Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1]Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Olmayan biri (film, 2019)
Kim olduğumu düşünürsən (fr. Celle que vous croyez) — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar. Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir. == Məzmun == Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır. Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır.
Ordusu olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər.Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr. MFŞ) və Palau öz müdafiə məsələlərində söz hüququna malik deyillər və beynəlxalq münasibətlərində az fəaliyyət göstərirlər.
Milli tarixi əhəmiyyəti olan əsər
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. == Tarixçə == 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. == Kriteriyalar == ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı
Silahlı qüvvələri olmayan ölkələrin siyahısı — rəsmi olaraq silahlı qüvvələrə malik olmayan suveren dövlətlərin siyahısı. Bu siyahıda Quam, Bermuda adaları və Puerto-Riko kimi asılı ərazilər götürülmür. Asılı ərazilərin müdafiə ehtiyacını başqa ölkələr qarşılayır. Burada "silahlı qüvvələr" termini hökumət tərəfindən maliyyələşdirilən və həmin hökumətin daxili və xarici siyasətində istifadə edilən hər hansı bir müdafiə orqanına deyilir. Bu siyahıda olan bəzi ölkələrin (məsələn, İslandiya və Monako) daimi ordusu yoxdur, buna baxmayaraq onlar qeyri-polis hərbi qüvvəyə malikdirlər.Burada adı sadalanan 21 ölkənin çoxunun keçmiş bir işğalçı ölkə ilə uzun müddətli sazişi var. Buna bir misal olaraq Fransa və Monako arasındakı sazişi götürmək olar. Onlar arasındakı saziş 1918-ci ildə imzalanmışdır. Azad Assosiasiya Sazişi (abr. AAS) ölkələri olan Marşall adaları, Mirkoneziya Federativ Ştatları (abr. MFŞ) və Palau öz müdafiə məsələlərində söz hüququna malik deyillər və beynəlxalq münasibətlərində az fəaliyyət göstərirlər.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
Sərvlər
Sərvlər (lat. Cupressoideae) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Əhəmiyyət
Əhəmiyyət — adi formadan yüksək, diqqəti cəlb edən, məzmunun mərkəzi, hər kəsin müzakirəsiz qəbul etdiyi vaciblik.
Olmasan olmayacaq (mahnı)
Olmasan olmayacaq — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kamaləddin Heydərova məxsusdur.
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Qeyri-kumulyativ imtiyazlı səhmlər
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. == Sujet xətti == Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır. == Xarici keçidlər == Not Without My Daughter — Internet Movie Database saytında.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == М. Гусейнов, А. К. Джафаров - Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Prinsipat
Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır. Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar.
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
İlmaya
İlmaya – türk və altay mifologiyasında adı çəkilən qanadlı uçan at. Yılmaya, Cılmaya olaraq da deyirlər. Qanadları vardır. Ümumiyyətlə ağ və ya qara (tək rəng) bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Quday (Tanrı) tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılmışdır. == Etimologiya == (İl/Il/Yıl/Cıl) kökündən törəmişdir. Hızlılığı ifadə edər. İldırım sözüylə eyni kökə malikdir. Yılmaq sözü Anadoluda isə qorxu bildirir.
Mayan
Aşağı Mayan (Təbriz)
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Poetik tərcümələr
"Poetik tərcümələr" – orijinaldan tərcümə olunmuş və orijinal ilə birlikdə verilmiş şeirlər-tərcümələr kitabı. Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş bu toplunun redaktoru və kitaba daxil edilmiş "Poetik tərcümələr" məqaləsinin müəllifi Hamlet İsaxanlı dır. == Məqsəd və ideya == Bu toplu bir tərəfdən ingilis, fransız və rus dilindən azərbaycancaya, digər tərəfdən isə azərbaycancadan ingilis və fransız dillərinə poetik tərcümələrdən ibarətdir. Kitabda bu dillərdə yazmış 43 şairin 23 tərcüməçi tərəfindən 117 şeiri tərcümə olunmuş və onlar şeirlərin orijinalları ilə birlikdə verilmişdir. "Poetik tərcümənin orijinal mətnlə yanaşı, ona paralel olaraq verilməsi fikri bu toplunun əsas xüsusiyyətlərindən biridir. Bu paralellik hər iki dili bilənlərə tərcüməni orijinalla müqayisə edərək oxumağa imkan verir, həmçinin kitabın tədqiqat və tədris istiqamətində faydalı olacağına ümud yaradır" ..."Davamlı tərcümə layihəsi kimi nəzərdə tutduğumuz bu işin birinci addımında peşəkar şair və tərcüməçilərlə yanaşı həvəskarlara da yer ayırmışıq" (Hamlet İsaxanlı. "Ön söz") == İngilis dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən ingilis şairləri aşağıdakılardır: Walter Raleigh Christopher Marlowe William Shakespeare Robert Herrick William Blake Walter Scott Thomas Campbell George Gordon Lord Byron Percy Bysshe Shelley Henry Wadsworth Longfellow Edgar Allan Poe Mathew Arnold J.B.O'reilly William Buttler Yeats Rudyard Kipling Langston Hughes Sidney Keyes Eric Clapton and Jim Gordon Tina Arena Howard Barnes W.E.Hawkins Bu şeirləri ingiliscədən azərbaycancaya tərcümə edənlər: Şəhla Nağıyeva Ənvər Rza Hamlet İsaxanlı Mərufə Mədətova Firəngiz Nəsirova Sevil Gültən Vahid Ərəb Şahin Xəlil == Fransız dilindən azərbaycan dilinə tərcümə == Kitabda şeiri orijinalda və Azərbaycancaya tərcümədə verilən fransız şairi: G.de Nerval Fransızcadan Azərbaycancaya tərcümə edən: Hamlet İsaxanlı == Rus dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən rus şairləri aşağıdakılardır: В.А.Жуковский Е.А.Баратынский Ф.И.Тютчев А.А.Фет Н.С.Гумилёв А.А.Ахматова С.А.Есенин Алла Ахундова Мансур Векилов Şeirləri rus dilindən azərbaycancaya tərcümə edənlər: Hamlet İsaxanlı Knyaz Aslan Nəriman Həsənzadə == Azərbaycan dilindən ingilis dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Ingiliscə tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Cəfər Cabbarlı Hüseyn Arif Bəxtiyar Vahabzadə Əli Kərim Məmməd Araz Hamlet İsaxanlı Zəlimxan Yaqub Şeirləri azərbaycan dilindən ingiliscəyə tərcümə edənlər: Firəngiz Nəsirova (Firangiz Nasirova) Şəhla Nağıyeva və Piter Makuk (Shahla Naghiyeva and Peter Makuck) Şəhla Nağıyeva və Lyuk Visnant (Shahla Naghiyeva and Luke Whisnant) Şəhla Nağıyeva və Culi Fey (Shahla Naghiyeva and Julie Fay) Sabir Mustafa (Sabir Mustafa) == Azərbaycan dilindən rus dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Rusca tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Səməd Vurğun Əli Kərim Hamlet İsaxanlı Gülnarə Cahan İslam Türkay Nizami Elyanar Şeirləri azərbaycan dilindən ruscaya tərcümə edənlər: Tofiq Abasquliyev (Тофиг Абаскулиев) Dinarə Karakmazli (Динара Каракмазли) Alla Axundova (Алла Ахундова) Gülnarə Cahan (Гюльнара Джахан) Vyaçeslav Zaycev (Вячеслав Зайцев) Səyavuş Məmmədzadə (Сеявуш Мамедзаде) Vladimir Qafarov (Владимир Гафаров) == "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı" == "Bu sətirlərin müəllifinin bu kitaba poetik tərcümə haqqında giriş sözü yazmaq və bu girişdə qısa tarixi ekskurs etmək fikri ilkin çərçivədən çıxaraq iri həcmli məqalə halına gəldi" (Hamlet İsaxanlı. "Ön söz") == Mənbə == "Poetik tərcümələr". 1-ci toplu.
Svevlər
Svevlər, (Suebiler / Süevler) (lat. Suevi, Suebi) — günümüzdəki Şimali-şərqi Almaniyada kompakt olaraq yaşamış bir xalqdır. Svevlər haqqındakı ilk bilgilər liderləri Ariovistusun Yuli Sezarla apardığı M.Ə. 58-ci ildəki savaşa aiddir. M.Ə. IX əsrdə Drusus sərhəd-sınırı güvənli duruma gətirənə qədər Roma imperiyası üzərində Reyn çayı civarında təhdid olmuşdular. Romanın yıxılışından sonra İspaniyaya gedib orada bir krallıq qurmuşdular. Viziqotlar 585-ci ildə onları məğlub etmişdilər. Tarixçi Tacitusa göre bu xalq, Quadi, Semnones və Marcomanni kimi qəbilələrinin birləşməsindən təşkil olunmuşdu.
Sədrlər
Sədrlər —Şərqin tanınmış soylarından biri. == Soyun yaranması == İslam Peyğəmbərinin (s) nəslindən olan Sədrlər ailəsinin ilk tanınmış nümayəndəsi Seyid Sədrəddin təxminən 200 il əvvəl İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçə­rək burada məskunlaşıb. Sonradan Sədrlər ailəsinin bir qolu Livanın cənubuna - Cəbəl Amil məntəqəsinə köçüb və orada yaşamağa başlayıb. Livanda İslam müqavimətinin liderlərin­dən olan şəhid Musa əs-Sədr də bu ailəyə mənsubdur. Nə­cəfdə məskunlaşan Sədrlər burada elmi fəaliyyətlə məşğul olublar. İraqda Səddam Hüseyn hakimiyyəti ələ keçirəndən sonra şiə­lərə, xüsusən də ruhanilərə qarşı təqiblər başlayır. Çoxlu say­da məşhur şiə üləması həbsə atılır, bir çoxu qətlə yetirilir. Səddam qəti şəkildə şiə ruhanilərinin ölkədən çıxmasını tələb edir. Bu zaman Nəcəfin nüfuzlu alimlərindən olan Seyid Məhəm­mədbağır Sədr Səddam hakimiyyətinə qarşı açıq mübarizə­yə başlayır. O və bacısı, təhsilli ruhani qadın olan Bintul Hu­da diktatura rejimini ifşa edən çağırışlar edirlər.
Səhləb
Səhləb (lat. Orchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir. == Yayılması == Azərbaycanda, eləcə də Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb. == Maraqlı məlumatlar == Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Gizlilik prinsipi
Bu prinsipin rəsmi versiyası Wikimedia:Privacy policy (azərbaycanca tərcüməsi) ünvanında yerləşir. meta:talk:Privacy policy (azərbaycanca tərcüməsinin müzakirəsi) səhifəsində sullarınızı verə və mövzu ilə bağlı müzakirələri oxuya bilərsiniz.
Müəyyənsizlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.