Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədəli Şərifli
Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, 1950-1951-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tu­nun direktoru, 1952-1969-cu illərdə Tarix İnstitutu­nun “Orta əsrlər tarixi” şöbəsinin müdiri. == Həyatı və elmi fəaliyyəti == Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir. 1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi.
Şərifli (Məlikan)
Şərifli (fars. شريفلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 963 nəfər yaşayır (234 ailə).
Şərifli nəsli
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
Şərifli soyu
Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri. == Tarixi == Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10-16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərMətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli —Yaşayış məntəqələriKərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas,Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Təbrizli
Təbrizli — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Sirus Təbrizli — jurnalist, millət vəkili. Bayram Təbrizli-Marağalı — şərqşünas-alim.Yaşayış məntəqələri Təbrizli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunda kənd. Təbrizli məhəlləsi (Şuşa) — Şuşa şəhərinin 17 məhəlləsindən biri. Təbrizli məhəlləsi (Gəncə) — Gəncənin məhəllələrindən.
Şərəfli
Şərəfli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şərili
Şərili — aşıq havası. == Haqqında == Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir.
Andrea Kərimli
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Azad Kərimli
Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Kərimli
Azər Kərimli (6 iyul 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V çağırış deputatı. == Həyatı == Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir. Ailəlidir. 2 övladı var.
Damət Kərimli
Damət Söhbət oğlu Kərimli (8 may 1952, Qabaqdibi, Yardımlı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003).[mənbə göstərin] == Həyatı == Damət Kərimli 1952-ci il mayın 8-də Azərbaycanda Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. Burada kənd səkkizillik məktəbi, Yardımlı qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır (1969-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayon sanepidemstansiyasında qida həkimi kimi başlamışdır (1975-1984), sonra orada yoluxma şöbəsində infeksionist-həkim (1984-1998) işləmişdir. Hazırda X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışır (1998-ci ildən). XX əsrin 60-cı illərindən şer yaradıcılığı ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat qəzeti", "Zaman", "Ocaq", "Hürriyyət" və s. qəzetlərdə lirik, satirik şerləri, qəzəlləri dərc edilmişdir. "Qəm üstə köklənən dünya" şerlər toplusu "Nurlan" nəşriyyatında kütləvi tirajla çap olunmuşdur. Dirili Qurbani Məclisinin üzvüdür. Şairin “Qəm üstündə köklənən dünya” və “Toxunayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.
Fərid Kərimli
Fərid Balamirzə oğlu Kərimli (6 iyun 1978, Neftçala) — Azərbaycan bəstəkarı, aranjimançısı. == Bioqrafiya == Fərid Kərimli 1978-ci ilin 6 iyununda Neftçalada anadan olub.
Hicran Kərimli
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Kərimli (Germi)
Kərimli (fars. كريملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (14 ailə).
Kərimli (Gədəbəy)
Kərimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kərimli Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 285 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kərimli (Oğuz)
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Kənan Kərimli
Kənan Kərimli (tam adı:( Kənan İrəvan oğlu Kərimli; 7 oktyabr 1997 ismayilli) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ikinci qarabag müharibəsinin iştirakçısı, Qazi. == Həyatı == Kənan Kərimli 7 oktyabr 1997-ci ildə İsmayıllı rayonunda bir oğul və bir qız övladı olan İrəvan və Gülarə Kərimovlar ailəsinin 3-cü övladı olaraq dünyaya gəlmişdir. Uşaqlığı İsmayıllı rayonunda keçən Kənan 2004-cü ildə Natiq Behdiyev adına şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. O, oxuduğu illər ərzində məktəbin ictimai tədbir və yığıncaqlarında fəal iştirak etmiş, müəllim və şagird heyətinin böyük sevgi və rəğbətini qazanmış, bilik və bacarıqlarına görə müxtəlif tərifnamələr, təşəkkürnamələr, diplom və fəxri fərmanlarla fərqləndirilmişdir. Kənan orta məktəbi 2015-ci ildə bitirmiş, elə həmin ildə Bakı Dövlət Nəqliyyat və Rabitə kollecinə daxil olmuşdur. 2019-cu ildə kolleci bitirdikdən sonra ordu sıralarına atılmaq istəsə də, uşaqlıqda keçirmiş olduğu xəstəlik səbəbilə hərbi xidmətə getməsinə icazə verilməmişdir. Buna baxmayaraq Kənanın mübarizə əzmi, vətən sevgisi bir an olsun səngiməmiş, Səhiyyə və Müdafiə Nazirliklərinə etdiyi çoxsaylı müraciətlər sayəsində o, 2020-ci il may ayında ordu sıralarına qoşulmaq istəyinə müvəffəq olmuşdur. Vətən müharibəsinin başladığı andan bitdiyi ana qədər Kənan düşmənə qarşı igidliklə döyüşmüş, bədəninin müxtəlif hissələrindən qəlpə yaraları almış və Füzuli uğrunda gedən döyüşlərdə sağ ayağını itirmişdir. == Uğur və Nailiyyətləri == Kənan belə diplomlardan birinə gözəl rəqs etmək qabiliyyətinə görə seçilərək 25 yanvar 2011-ci ildə Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında keçirilən rəqs müsabiqəsinin qalibi olaraq layiq görülmüşdür. Kənan rəqslə yanaşı digər sahələrə də çox həvəs və maraq göstərmişdir.
Leyla Kərimli
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur. == Həyatı və fəaliyyəti == Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur.1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır. 2000-2002-ci illərdə Kərimli MUSKIE təqaüd proqramı ilə ABŞ-nin Kanzas Dövlət Universitetində Siyasi Elmlər üzrə ikinci magistr dərəcəsi almışdır.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur."Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır.
Telişli
Telişli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Telişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 856 nəfərdir ki, onun da 403 nəfəri kişi, 453 nəfəri isə qadındır.