Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ətvarül-qəlb
Ətvarül-qəlb – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Məsnəvi janrında yazılmış bu əsər təsəvvüfi xarakter daşımaqla 772 beytdən ibarətdir. Əsərdə qəlbin təsəvvüfdəki əhəmiyyətindən bəhs edilir. Qəlbin yeddi halı vardır: sədr, qəlb, şəqaf, fuad, heyətül-qəlb, süveyda və behcətül-qəlb. Bunlara mənzum təsəvvüfi açıqlama verilir. Bəzi kitabxanalarda qeydlərində "Risaleyi ətvarül-qülub" adı altında qeyd edilir. Millət Kiatbxanasında isə "Gülzari-səadət" adı altında verilmişdir.
Təvarə (Xoy)
Təvarə (fars. طوره‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cami ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Aqrar Tədarük və Təchizat
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. İdarə Heyətinin sədri Aqil Quliyevdir. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fermerlərdən ərzaq məhsullarının satın alınaraq korporativ müştərilərə təchizatının həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan qurumlarla əməkdaşlıq == “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan qurumların istifadəsi üçün açıqdır. === Elektron portal === Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər.
Belarus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Tetanus
Tetanus— ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji zəhər hesab olunur.Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İki saat ərzində 900 istiliyə tab gətirir. Xəstələrin 20-25%-i ölür.Mikroblar ancaq zədələnmiş dəri və selikli qişadan orqanizmə daxil olub oksigensiz şəraitdə inkişaf edib tetanus xəstəliyi törədir. Buna görə dərinə nüfuz edən yaralar tetanusun inkişafı üçün daha çox əlverişlidir. == Tetanusun əlamətləri == Xəstəliyin gizli (inkubasiya) dövrü 1 gündən 30 günə qədər davam edə bilər. Tetanusun təsdiqlənməsi üçün dəri və selikli qişalarda olan yara və zədələrə fikir vermək lazımdır.Xəstəlik adətən kəskin, halsızlıqla, əksər hallarda sağalmaya meyilli olan yara ətrafı əzələ və dərinin gərginliyi və dartılması ilə başlayır.Xəstəliyin başlanğıc əlaməti çeynəmə əzələlərinin yığılması nəticəsində trizmin (çənənin qıc olması) əmələ gəlməsidir.
Tezaurus
Ümumiyyətlə, tezaurus sözlərin tərifini verən və onları əlifba sırasına görə sıralayan lüğətdən fərqli olaraq, məna oxşarlığına görə qruplaşdırılmış sözləri (sinonimlər və bəzən antonimləri ehtiva edən) birləşdirən istinad işidir. Rojenin Tezaurusunun müəllifi Piter Rojeyə görə bu cür arayış işlərinin əsas məqsədi istifadəçilərə bir fikri ən uyğun və düzgün ifadə edə bilən söz və ya sözləri tapmağa kömək etməkdir.Sinonimlərin də daxil edilməsinə baxmayaraq, tezaurus müəyyən bir sözün sinonimlərinin tam siyahısı kimi qəbul edilməməlidir. Onun tərkibindəkilər oxşar sözlər arasındakı fərqləri göstərir və oxucuya tam doğru sözü seçməyə kömək edir. Lüğətdən fərqli olaraq tezaurusun daxilindəkilər sözlərin tərifini vermir. Tezaurusdan kitabxana və informasiya elmlərində domen modellərini təyin etmək üçün geniş istifadə edilir. Son vaxtlarda o, Sadə Bilik Təşkilatı Sistemi (SKOS; Simple Knowledge Organization System) ilə birlikdə tətbiq olunub. == Etimologiyası == "Tezaurus" sözü XVI əsrdə Yeni Latın dilindən və öz növbəsində Qədim yunan dilində θησαυρός (thēsauros) sözünün latınlaşmış forması olan Latın dilindəki thēsaurus sözlərindən götürülüb və "xəzinə, anbar" mənasını verir. Thēsauros sözünün etimologiyası qeyri-müəyyəndir. Duqlas Harper onu yunanca τιθέναι tithenai (qoymaq, yerləşdirmək) felinin kökü ilə əlaqələndirir. Robert Bekes isə proto-hind-Avropa dilindən götürülmə fikrini təkzib edib və qədim Yunanıstanda istifadə olunan *-arwo- şəkilçisini təklif edib.
Belarus 1
Belarus 1 — 1 yanvar 1956-cı il tarixində fəaliyyətə başlayan, Belarusun ilk milli və ictimai televiziyasıdır. Televiziya, Belarus Dövlət Milli Teleradio Şirkətinin tabeliyindədir. Yayım, belarus və rus dillərində həyata keçirilir. Həmçinin Avropa Yayım İttifaqının üzvüdür.
Belarus Konstitusiyası
Belarus Respublikasının Konstitusiyası (belar. Канстытуцыя Рэспублікі Беларусь; rus. Конституция Республики Беларусь) — Belarusun əsas qanunu. Ölkə Sovet İttifaqından öz müstəqilliyini elan etdikdən üç il sonra – 1994-cü ildə qəbul edilmiş bu rəsmi sənəd Belarusun dövlət və hökumət quruluşunu müəyyən edir və vətəndaşların hüquq və azadlıqlarını sadalayır. Konstitusiya layihəsi ölkənin keçmiş qanunverici orqanı olan Belarus Ali Soveti tərəfindən hazırlanmış və vətəndaşlar və hüquqşünas ekspertlərin səyi ilə təkmilləşdirilmişdir. Konstitusiya preambula, doqquz bölmə və 146 maddədən ibarətdir.Konstitusiyanın strukturu və mətni daha çox Qərb dünyasının konstitusiyalarının və Sovet dövründə Belarusun təcrübələrinin təsirinə məruz qalmışdır. Konstitusiya daha çox hökumətin funksiyalarını və səlahiyyətlərini müəyyən etsə də, bütöv bir bölmə insan və vətəndaşların hüquq və azadlıqlarına həsr olunmuşdur. Sənədə qəbul olunduqdan sonra iki dəfə – 1996 və 2004-cü illərdə dəyişiklik edilmişdir. Müstəqil müşahidəçilər və müxalifət liderləri tərəfindən tənqid edilən iki referendum prezidentin hökumət üzərində səlahiyyətlərinin artmasına və prezidentlik üçün seçilmə müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına səbəb olmuşdur. == Tarixi == === Litva statutları === İndiki Belarus ərazisində (Böyük Litva knyazlığı) orta əsrlər dövlətinin qanunvericiliyinin kodifikasiya edilməsi sahəsində ilk cəhd 1529-cu ildən qüvvədə olan Litva qanunları olmuşdur.
Belarus Prezidenti
Belarus prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Belarusun, dövlət başçılarının siyahısı. Belarus Prezidenti, Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarus Prezidenti vəzifəyə, Belarus Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1994-cü ilin 24 iyul tarixində təsis edilən vəzifəni, həmin gündən etibarən Aleksandr Lukaşenko icra edir.
Belarus Respublikası
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Belarus bayrağı
Belarus bayrağı (belarusca: Дзяржаўны флаг Рэспублікі Беларусь (Dzyarjawnı flaq Räspubliki Belarus') ) — Belarus dövlət bayrağı. Belarus Respublikasının Dövlət bayrağının icazə verilən variantı-ornament yaxınlığında ağ və qırmızı naxışlı qırmızı rəngli qırmızı-yaşıl bayraqdır. Cari dizayn 2012-ci ildə Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsi tərəfindən tətbiq edilib və 1995-ci ilin may ayında keçirilmiş referendumda təsdiq edilmiş ümumi bayraq növünə uyğunlaşdırılıb. 1951-ci il BSSR bayrağının dəyişdirilməsi, ölkənin Sovet İttifaqının respublikalarından biri olduğu dövrdə istifadə edilmişdir. Sovet dövrünün bayrağına edilən dəyişikliklər kommunizm (oraq, çəkic və Qırmızı Ulduz) simvollarının çıxarılması və ornamentin rənglərinin ağdan qırmızıdan ağ rənginə "çevrilməsi" idi. 1995-ci ilin referendumundan hökumət məmurlarının və idarələrinin Dövlət Bayrağı nümunəsi əsasında istifadə etdikləri bir neçə bayraq yarandı. Bu konstruksiya Belarus Xalq Respublikası tərəfindən 1918-ci ildə istifadə olunan tarixi Ağ-qırmızı-ağ bayrağı əvəz etmişdir, Belarus sovet respublikalarından birinə çevrilməzdən əvvəl və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra geri qaytarılmışdır. Ağ-qırmızı-ağ bayraq bundan sonra Belarus Cəmiyyətinin Milli istiqamətlənmiş hissəsi, bir sıra ictimai təşkilatlar, o cümlədən hökumətə qarşı etiraz aksiyalarında, həmçinin Belarus diasporu tərəfindən istifadə olunur.
Belarus coğrafiyası
Belarus — Şərqi Avropada dövlət. Şimalda Latviya, şm.-qərbdə Litva, qərbdə Polşa, cənubda Ukrayna, şərqdə və şm.-şərqdə Rusiya ilə həmsərhəddir. Sahəsi 207,6 min km². Əhalisi 9800 min (2009). Paytaxtı Minsk şəhəridir. Rəsmi dillər belarus və rus dilləri, pul vahidi Belarus rubludur. İnzibati cəhətdən 6 vilayətə bölünür; Minsk şəhəri də vilayət statusuna malikdir. == Geoloji quruluşu və faydalı qazıntıları == Belarusun ərazisi qədim Şərqi Avropa platformasının qərb hissəsində yerləşir. Ölkənin mərkəzi hissəsini geniş Belarus anteklizi tutur. Antekliz hüdudlarında bünövrənin dərinliyi 20–100 metrdir; yamaclar Paleozoyun karbonatlı çöküntülərindən təşkil olunmuşdur.
Belarus diasporu
Belarus diasporu (belar. Беларуская дыяспара) — Belarus Respublikasından kənarda yaşayan belarus mənşəli insanların birliyidir. 16 may 2007-ci il tarixinə 3,5 milyondan çox belarus xaricdə yaşayırdı və onların sıx məskunlaşdığı ərazilərdə 200-ə yaxın ictimai birlik fəaliyyət göstərirdi. BMT-nin məlumatına görə, 2018-ci ildə Belarusdan kənarda 1 milyon 484 min 875 belarus yaşayırdı. Xaricdəki belaruslar 207 təşkilatda birləşib. Onlar Belarus mədəniyyətinin, tarixinin, dilinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyət göstərir, biznes layihələrinin həyata keçirilməsində iştirak edirlər. Belarus diasporu ən çox qonşu dövlətlərdə və XIX-XX əsrlərin tarixən müəyyən edilmiş miqrasiya axınları ilə əlaqəli olan ölkələrdə, məsələn, Rusiya, Ukrayna, İsrail, Latviya, Polşa, Litva, Kanada, Estoniya, Moldova kimi ölkələrdə təmsil olunur. Xaricdəki belaruslar Avstraliya, Avstriya, Argentina, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Qazaxıstan, Kuba, ABŞ, Özbəkistan, Fransa, Çexiya, İsveçrə kimi ölkələrdə də yaşayırlar. Müxtəlif araşdırmalara görə, Belarus diasporunu təşkil edənlərin sayı 2,5-3,5 milyon arasındadır. Bu rəqəmə XIX əsrin sonu və XX əsrin əvvəllərində Belarus ərazisindən mühacirət edənlərin nəsilləri, həmçinin İkinci Dünya Müharibəsindən emiqrantlar, eləcə də 1990-cı illərdə başlayan dalğadan olan mühacirlər daxildir.
Belarus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Belarus dilləri
Belarus dilləri — Belarus Konstitusiyasına görə dövlətin rəsmi iki dili vardır: belarus dili və rus dili. Bununla birlikdə ölkədə hansı dildən istifadə edilmə dərəcəsi çox dəyişkəndir. Tarixən SSRİ-nin mövcudluğundan bəri, rus dilinin belarus dilindən daha üstün tutulduğu bir vəziyyət yaranmışdır. Hal-hazırda belarusların həyatının demək olar ki, bütün sahələrində rus dili üstünlük təşkil edir: rəsmi sənədlərin böyük əksəriyyəti rus dilində nəşr olunur, demək olar ki, bütün təşkilatlarda sənədlər rus dilindədir və əksər mətbuatda rus dili üstünlük təşkil edir. Belarus dili saf formada gündəlik həyatda əsasən kənd yerlərində istifadə olunur. Belarus Respublikasının şəhər və paytaxtında, əsasən ziyalılar və cəmiyyətin vətənpərvər bir hissəsi tərəfindən istifadə olunur. Rəsmi sənədlərdə belarus dili, əsasən Mədəniyyət Nazirliyi tərəfindən istifadə olunur. Əsas milli qruplar arasında belarus dili ən çox polyaklar arasında yayılmışdır (40.9% gündəlik həyatda belarus dilindən istifadə edir, 50.9% isə rus dilindən istifadə edir). Belaruslar müvafiq olaraq belarus dilindən 26.1%, rus dilindən isə 69.8% istifadə edir. Ən az belarus dilindən yəhudilər (2,0% / 95,9%) və ruslar (2,1% / 96,5%) istifadə edir.
Belarus florası
Belarusiya florası — Belarusiya florası, tarixən Belarusiya ərazisində inkişaf etmiş bitki növlərinin toplusudur. Belarusiya ərazisindəki iqlim, geomorfoloji və torpaq-hidroloji şərtlər heterogendir. Belarusiyanın müasir bitki örtüyündə təxminən 1600 yüksək bitki var. Bunlar arasında likopodiofita, at quyruğu (Equisetopsida), ferns (Pteridophyta), qymnosperms (Gymnospermae), anqiosperms (Magnoliophyta) var. Növlərin müxtəlifliyinə təxminən 1000 göbələk, 400 yosun daxildir. == Müasir floranın xüsusiyyətləri == Belarusiyanın müasir florası coğrafi və genetik olaraq dünyanın müxtəlif təbii və tarixi bölgələri, iqlim zonaları və qitələri ilə əlaqəlidir. Belarusiya florasında dağ Avropa növləri (dağ mayo (Arnica montana), dağ çinası (Lathyrus linifolius), ayı soğanı (Allium ursinum)), Arktik tundra növləri (lapar söyüd (Salix lapponum), cırtdan ağcaqayın (Betula nana) var. Belarusiyanın bitki örtüyünün xarakterik bir xüsusiyyəti, Qərbi Avropa və çöllərin yarpaqlı meşələrinin nümayəndələri olan çox sayda taiqa bitkisidir. Buzlaqlararası dövrlərin qorunan relikt bitkiləri dir. Çiçəkli bitkilər ailəsi növləri ilə zəngindir.
Belarus futbolu
Belarusda futbol xokkeydən sonra ən populyar idman növüdür. Ölkənin futbol federasiyası FİFA və UEFA-ya üzvdür. Belarus futbolu tarixində ən məşhur futbol klubu Dinamo Minsk komandasıdır.
Belarus gerbi
Belarus Respublikasının Dövlət Gerbi (belar. Дзяржаўны герб Рэспублікі Беларусь, translit. Dziyarjavnı gerb Respubliki Byelarus; rus. Государственный герб Республики Беларусь, translit. Qosudarstvennıy gerb Respubliki Belarus) — Belarus Respublikasının dövlət gerbi. Gerb bayraq və himn ilə yanaşı, Belarus dövlətinin dövlət rəmzidir. Gerb 1995-ci ildə keçirilmiş referendum nəticəsində ictimaiyyət tərəfindən 1991–1995-ci illərdə istifadə edilən Poqonyanın əvəzinə seçilmişdir. Belarusun dövlət rəmzlərindən biri olan gerbin mərkəzində Şimali Avrasiya ərazisini nümayiş edən dünya xəritəsindən doğan bir günəş və günəş şüaları ilə əhatə olunmuş yaşıl rəngli Belarus xəritəsindən var. Gerbin sağ və sol tərəflərində Belarus bayrağının rəngləri olan qırmızı və yaşıl rəngli lentlərlə sarılmış buğda sapı fiqurları mövcuddur. Sol buğda saplarında yonca, sağ buğda saplarında isə kətan təsvir olunmuşdur.
Belarus himni
Biz Belaruslar — Belarus Respublikasının rəsmi dövlət himni. == Mətni == Belarus Respublikasının dövlət himninin mətni Mixas Klimoviçə və Uladzimir Karıznaya məxsusdur. == Həmçinin bax == Belarus gerbi Belarus bayrağı == İstinadlar == == Xarici keçidlər == Belarus: My Belarusy – Audio of the national anthem of Belarus, with information and lyrics "a page on the anthem that includes a vocal version". The Website of the President. President of the Republic of Belarus. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08. "Decree 350 (President Lukashenko's decree selecting "My Belarusy" as the official national anthem)" (belarus). 2002-07-02. 2008-03-04 tarixində orijinalından arxivləşdirilib.
Belarus iqtisadiyyatı
Belarus iqtisadiyyatı — Dünya iqtisadiyatında Alıcılıq qabiliyyəti paritetinə əsasən Ümumi Daxili Məhsulun dəyərinə görə 73-cü ölkə (2016) . SSRİ-nin dağılması və onun nəticəsi kimi iqtisadi əlaqələrin kəsilməsi istehsal səviyyəsinin aşağı düşməsinə (1990–95 il — lərdə ÜDM-in həcmi təxminən 40% azalmışdır) səbəb olmuşdu; istehsalın azalması templəri bütün MDB ölkələrindəki, o cümlədən Rusiyadakı analoji göstəricilərdən xeyli aşağı idi. Ən iri sənaye müəssisələri dövlət mülkiyyətində qalmışdı (dövlət müəssisələrinin payı təqribən 60%); mineral gübrələrin alınmasına çəkilən xərclərin təqribən 80%-i, yanacaq və elektrik enerjisinə çəkilən xərclərin isə təqribən 50%-i dövlət hesabına ödənilən iri k.t. müəssisələri də (kolxoz və sovxozlar, damazlıq təsərrüfatları) saxlanmışdı. 1997-ci ildən iqtisadiyyatın sabit artımı müşahidə olunur; kiçik və orta sahibkarlıq biznesi inkişaf edir; ticarət müəssisələrinin əksəriyyəti, xidmət sferası, kiçik və orta sənaye müəssisələri özəl sektora aiddir. ÜDM-in həcmi 131,2 mlrd. dollardır (alıcılıq qabiliyyəti pariteti üzrə, 2010; adam başına 13909 dollar); ÜDM-in artımı 5,3%. İnsan inkişafı indeksi 0,756-dır (dünyanın 194 ölkəsi arasında 73-cü yer, 2011). ÜDM-in strukturunda (%) sənayenin payı 31,7, ərzaq üzrə xalis vergilərin payı 13,3, ticarətin və ictimai iaşənin payı 19,9, nəqliyyat və rabitənin payı 7,2, k.t. nın payı 8,6, tikintinin payı 6,8, digər sahələrin payı 19,9-dır (2011).
Belarus kinosu
Belarus kinosu — Belarusun milli kino incəsənəti və kino istehsalı. == XX əsrin əvvələri == Belarus ərazisində ilk çəkilişləri Birinci dünya və Vətəndaş müharibələri zamanı Petroqrad və Moskvanın operatorları aparmışlar. 1922 -ci ildə “Kinoresbel”, 1924-cü il də “Belarus proletar kinosu” və Belarus xalq maarif komissarlığı nəzdində kinematorqrafiya və fotoqrafiya işləri üzrə “Belqoskino” dövlət idarəsi yaradılmışdır. “Bu bizim Belarusdur” (1927) və “Kolxoz” (1928) ilk sənədli filmlərdir. 1928-ci ildə “Sovet Belarusu” kinostudiyasının əsası qoyulmuşdur (1939-cu ildən Minskdədir, 1946-cı ildən “Belarusfilm” adlanır). 1927-ci ildə Y.V. Tariç “Meşə əhvalatı” filmini çəkmişdir. “Sovet Belarusu” studiyasında “Poruçik Kije” (1934, A.M. Faynsimmer) tarixi macəra filmi; “Polesye robinzonları” (1935, İ.V. Baxar və P.S. Molçanov; Y. Mavrın əsəri üzrə), “Bülbül” (1938, E.L. Arşanski; Z. Byadulyanın əsəri üzrə), “Ayı“ (1938) və “Qılaflı adam” (1939, İ.M. Annenski; A.P. Çexovun əsərləri üzrə) filmləri çəkilmiş, V.V. Korş-Sablinin “Səadət axtaranlar” (1936) və “Mənim məhəbbətim” (1940) musiqili komediyaları ekranlaşdırılmışdır. == 1940-1990-cı illər == Müharibə illərində (1941–45) studiya Moskvada fəaliyyət göstərmişdir. Cəbhə və partizan kinosalnaməsini M.S. Berov, İ.N. Veyneroviç, V.P. Seslyuk və başqaları yaratmışlar. 1940–50-ci illərdə müharibə mövzusu aparıcı yer tuturdu (“Konstantin Zaslonov”, Faynsimmer və Korş Sablin, 1949; “Haradasınız, döyüşçü dostlar”, S.M. Braude, 1958; “Dostların görüşü”, V.İ. Skitoviç, 1963).
Belarus mədəniyyəti
Belarus mədəniyyəti, bir sıra müxtəlif amillərin təsiri altında minillik inkişaf məhsuludur. Bunlara fiziki mühit; Belarus xalqlarının etnoqrafik mənşəyi; erkən köçənlərin və onların ev sahiblərinin bütpərəstliyi; Şərq ortodoks xristianlığı; ölkənin təbii sərhədlərinin zəif olması; bölgədəki dinlərin müxtəlifliyi (Katolik, Pravoslav, İudaizm və İslam) daxildir. == Musiqi == Belarus tərəfindən ilk böyük musiqi əsəri, Antoni Radziwiłl tərəfindən yazılmış Faust operası idi. 17-ci əsrdə Polşa bəstəkarı Stanislav Monyuşko Minskdə yaşayarkən bir çox opera musiqi parçaları bəstələmişdir. Burada yaşadığı zamanı Belorus şairi Vintent Dunin-Martsinkyeviçlə işləmiş və Sialianka (Kəndli qadın) operasını yaratmışdır. 19-cu əsrin sonunda Belarusun böyük şəhərləri öz opera və balet şirkətlərini yaratdılar. M. Kroşnerin Nightingale baleti Sovet dövründə tərtib edilmişdir. Böyük Vətən müharibəsindən sonra yazılan musiqilər Belarus xalqının çətinliklərinə və ya vətəni müdafiə etmək üçün silah çəkənlərə yönəldi. Bu, "Polşa Virjin Meşəsi " (ing. 'In Polesia Virgin Forest') operasının yaradıcısı Anatoli Bogatyrev Belarus bəstəkarlarının "müəllimi" kimi xidmət etdiyi dövr idi.
Belarus mətbəxi
Belarus mətbəxi — əsasən ət və region üçün səciyyəvi müxtəlif tərəvəzlərə əsaslanan Şərqi və Şimali Avropa ölkələrinin mətbəxləri ilə eyni köklərə malikdir. == Tarixi == Belarus mətbəxi əsasən slavyan köklərinə malikdir. Rusinlərin təsiri ilə yanaşı, həm də Litva və Polşa mətbəxi ilə də əlaqələri çoxdur ki, bu da bu üç xalqın uzunmüddətli qarışmasının nəticəsidir: ilk əvvəl Böyük Litva knyazlığının (XI-XV əsrlər) və sonradan Reç Pospolitanın (XVI-XVII əsrlər) tərkibində. Belarus zadəganları, Polşa elitası kimi italyan, alman və fransız mətbəxindən bir çox yeməkləri qəbul ediblər. Hələ də həmin yeməklərin bəziləri cəmiyyətdə yayılmışdır. Məsələn, italyan lazanyası əsasında yaranmış lazanki (pörtlədilmiş ətlə xəmirin qarışığı) və alman mətbəxi üçün səciyyəvi olan kartofdan hazırlanmış yeməklər. 20-ci əsrin siyasi çevrilişləri imtiyazlı sinifləri tamamilə süpürüb atdı və əhalinin yuxarı və orta sinfi üçün ənənəvi olan bir çox yeməklər unudulub getdi. Ayrılıqda Belarus mətbəxinin mövcud olması fikrinə qəsdən şübhə yaradılırdı. Yalnız II Dünya müharibəsindən sonra kommunist dairələri anladılar ki, elan olunmuş "milli mədəniyyətin çiçəklənməsi" mətbəxdə də özünü büruzə verməlidir. Belə bir kulinariya rekonstruksiyası üçün yeganə icazə verilən mənbə 1880-ci illərdə, yəni primitiv kənd həyatının süqutda olduğu dövrdə yaşayan yoxsul kəndlilərin mətbəx irsi idi.
Belarus parlamenti
Belarus Respublikasının Milli Məclisi (belar. Нацыянальны сход Рэспублікi Беларусь) — Belarus Respublikasının ən yüksək nümayəndəli qanunverici orqanı. İki palatadan — Nümayəndələr Palatasından (aşağı palata) və Respublika Şurasından (yuxarı palata) ibarətdir. Nümayəndələr Palatasının tərkibi 110 deputatdan ibarətdir. Deputatların seçilməsi ümumi, azad, bərabər, birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə həyata keçirilir. Nümayəndələr Palatası bütövlükdə majoritar sistem üzrə formalaşır (onun namizədliyini irəli sürdüyü seçki dairəsində səslərin çoxunu alan namizəd seçilmiş sayılır). Respublika Şurası ərazi nümayəndəliyi palatasıdır. Yerli şuraların deputatlarının iclaslarında hər bir rayondan və Minsk şəhərindən Respublika Şurasının səkkiz üzvü seçilir. Onlardan əlavə, Respublika Şurasının səkkiz üzvü Belarus Prezidenti tərəfindən təyin edilir. Beləliklə, Respublika Şurası 64 üzvdən ibarət regional nümayəndəlik orqanıdır.
Belarus qotikası
Belarus qotikası ― XV-XVI əsrlərdə (əsasən XVI əsrin ilk yarısında) inşa edilmiş bir sıra memarlıq strukturları ilə bağlı olaraq istifadə edilən indiki Belarus və Şərqi Polşa memarlıq üslubu. Qotika və Renessansın xüsusiyyətlərini özündə birləşdirən, rus-Bizans üslubunun təsiri ilə qədim rus arxitekturası ənənələri ilə zənginləşdirən Belorus qotikası öz abidələrinə unikal bir rəng və bədii dəyər verməsi ilə xarakterikdir. == Anlayış == 1920-ci illərdə Belarus qotik konsepsiyası ilk dəfə inkişaf etmişdir. N.İ. Kasperoviç, A. R. Yankevičienė, T.V.Qabruss, "Belarusiya sənətinin tarixindən eskizlər" əsərində belaruslu sənətşünas N. N. Şekotixin A. N. Kuşnereviç. Şekotixin, sələflərindən fərqli olaraq, Polşa və Rus tədqiqatçılarından fərqli olaraq, bir xalqın bədii yaradıcılığının nəticəsi olaraq "Belarus kilsə qotik" ini nəzərdən keçirir və təkcə "Rus-Polşa dini-şovinist mövqeləri" əleyhinə olan maddi zəmin kimi deyil, diqqətini bu mədəni fenomenin milli köklərinə yönəldirir. Nikolay Şekotixin "belorus qotikası" anlayışının müəllifi kimi ilk dəfə tarixə düşmüşdür. == Xüsusiyyətləri == Renesans daşıma sisteminin istifadə edildiyi qotik daşıma texnikası (Murovanka'daki Virginın doğum kilsəsi istisna olmaqla) ilə qırmızı kvadrat kərpic (orta kərpic ölçüsü 26 - 32 × 13 - 16 × 7 - 9.5 sm) olan məbəd binaları tikilmişdir. Buradakı binaların həcmi heykəltəraşlıqla, rəsm xətləri ilə həll edilir, burada memarlıq dekoru ikinci rol oynayır. Əsas dekorativ elementlər portala və pəncərənin açılması, niş və arkatura planın müxtəlifliyi istifadə olunur. Çox vaxt, hörgü və portalların tamamlanması dairəvi qotik üslubuna deyil, yarımdəkilli bir forma idi.
Belarus relyefi
Belarus Respublikasının relyefi əsasən, düzənlikdir. Qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbdən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlük (345 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdədə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqii dalğalı-uvallı relyefə malikdir. == Ümumi məlumat == Belarus ərazisi bütünlüklə Şərqi Avropa düzənliyində yerləşir. Hündürlük 345 metrə (Dzerjinski dağı) 80 metr arasında dəyişir. Ən alçaq nöqtəsi Litva sərhəddində, Neman vadisindədir.
Belarus rublu
Belarus rublu — Belarusun pul vahidi. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Belarus şəhərləri
Belarus şəhərlərinin siyahısı.
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi (kitab)
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi — Şükufə Məmmədovanın Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsəri haqqında yazdığı kitab. == Məzmunu == Oxuculara təqdim olunan Qazi Əhməd Quminin bu əlyazmasında Azərbaycanın XVI əsr tarixinə aid sosial və iqtisadi əsasən siyasi məlumatlar öz əksini tapmışdır.Sovet tarixşünaslıq elmi bele bir amili əsas tuturdu ki, mənbələrdə verilən tarixi məlumatlar dövrün xüsusiyyətlərini,tarixçinin, səlnaməçinin, səyyahın sinfi mənsubiyyətini,siyasi mövqeyini,dini-siyasi dünyagörüşünü özündə əks etdirir.Bu baxımdan Xülasət ət-təvarix əlyazması da Azərbaycan tarixinin öyrənilməsində əsas yer tutur. Monoqrafiyada əlyazmanın Tehran və Berlin nüsxələrindən istifade edilmişdir.Əsər giriş,beş fəsil,nəticə,istifadə edilmiş ədəbiyyat və mənbələr bölümündən ibarətdir.Giriş hissəsində, əsərin Azərbaycan tarixşünaslığı üçün önəmi qeyd olunmuş, əsərdə yer alan problemin marksizm-leninizm nəzəriyyəsinə uyğun şəkildə hazirlandığı bildirilmişdir.Əlyazma şəklində olan bu əsərdə XVI əsr Yaxın və Orta Şərq ölkələrinin,Orta Asiyanın, İran və Azərbaycanın tarixinə dair zəngin məlumatların olduğu bildirilir.Məhz giriş hissəsində yuxarıda qeyd etdiyimiz əlyazmanın nüsxələrinin, müəllifin digər əsəri "Gülüstani-hünər”, Həsən bəy Rumlunun "Əhsən ət-təvarix”, Budaq Qəzvininin "Cəvahir əl-əxbar”,Qazi Əhməd Qaffarinin "Nusəx-i cahanara”,Miryəhya əl-Qəzvininin "Lobb ət-təvarix”,Şərəfxan Bidlisinin "Şərəfnamə”,İskəndər bəy Münşinin "Tarixi aləmarayi Abbasi”,Mirxondun "Rövzət əs-səfa”(VII cild),anonim "Tarixe aləmaraye Şah İsmayıl”,anonim "Tarixe aləmaraye Səfəvi”,Molla Kamalın "Tarixi Səfəviyan” ilə müqayisə olunmuşdur.Bundan əlavə XVI əsrdə Azərbaycanda səfərdə olmuş səyyahların gündəliklərindən,çap olunmuş rəsmi dövlət sənədlərindən,epiqrafik və numizmatik materiallardan istifadə edilmidir. Azərbaycanın XVI əsr tarixinin bir sıra problemləri Sovet və xarici ölkə tarixçiləri tərəfindən tədqiq edilmişdir.Bunların içərisində İ.P.Petruşevskinin "XVI əsr-XIX əsrin əvvəllərində Azərbaycanda və Ermənistanda feodal munasibətləri tarixi oçerkləri”, O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvi dövləti” Ə.Ə.Rəhmaninin "XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövləti” monoqrafiyalari əhəmiyyətli yer tutur ki, bu da əsərdə öz əksini tapmışdır.Qeyd edək ki, əsərin giriş hissəsində Ş.F.Fərzəliyevin dövrun mənbəyi olan Həsən bəy Rumlunun "Əhsən ət-təvarix” əsərinə dair elmi cəhətdən maraqli mülahizələr irəli sürdüyü qeyd edilmişdir.Azərbaycan tarixinin bu dövr tarixşünaslığının İran və Türkiyə tarixşünaslığında da öz əksini tapdığı bildirilmişdir.Giriş hissədə İran tarixçilərinin əsərlərindən Əhməd Kəsrəvinin "Şeyx Səfi və təbarəş” əsərinin,Nəsrullah Fəlsəfinin "Zendeqaniyi Şah Abbas-i əvvəl” əsərinin və Əhməd Kaviyan purun "Tarix-i ümum-i Azərbaycan” əsərləri,türk tarixçilərinin əsərlərindən isə Faruk Sümərin "Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu” İsmayıl Həqqi Danışməndin "Osmanlıların xronoloji tarixi” əsərlərinin adı çəkilmişdir. === I fəsil === Şükufə xanımın əsərinin I fəslində Qazi Əhməd Quminin həyatı və onun "Xülasət ət təvarix” əsəri barəsində məlumatlar verilmişdir.Qeyd olunur ki,Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də İranın Qum şəhərində anadan olmuşdur.Şəhərin XVI əsrdə Şiə məzhəbinin əsas mərkəzlərindən birinə çevrildiyi bildirilir.1556-cı ildə Qazi Əhmədin 10 yaşı olarkən ailəsi ilə birlikdə Qum şəhərindən Məşhədə köçdüyü barəsində məlumat verilir.Onun burada Mazandaran valisi Əmir xanın oğlu Sultan Murad xandan təlim alması və xanın istedadlı şagirdlərindən biri olması barəsində məlumatlar vardır.Qazi Əhmədin yazdığına görə "Həmin gənclik illəri” onun həyatında ən gözəl və unudulmaz günlər olmuşdur.İyirmi yaşında olarkən onun I Şah Təhmasibin sarayında olması bildirilir.Şah Təhmasibin fərmanı ilə dövlət sənədlərinin üzünü köçürüb 70 nüsxədə cildləyərək ölkənin bütün bəylərbəyilərinə və valilərinə göndərilməsində Qazi Əhmədin və atası Mir Münşi Şərafəddinin böyük rolu olmuşdur. Şah Təhmasibin oğlu II İsmayılın hakimiyyəti donəmində (1576-1578) mustofi əl-məmalik vəzifəsində olan Mirşah Qazi İsfahaninin yanında bir müddət xidmət etmişdir.1589-cu ilin sonlarında Qazi Əhməd I Şah Abbasın sarayında çalışmışdır.Həmin il Qazi Əhməd özbək feodallarının Məşhədə hücumu və şəhərin dağıdılması barəsində qəsidə yazaraq məlumat verir ki, bu məlumatlar Şükufə xanımın qeyd olunan əsərində öz əksini tapmışdir.Qazi Əhməd bu qəsidədən bir parçanı "Xülasət ət-təvarix” əsərində qeyd etmişdir. O,əsərdə özü haqqinda axırıncı dəfə 1590-cı ilin sonlarında baş vermiş hadisələrdən bəhs edərkən məlumat verir.O, Şiraz şəhərini alim və mütəfəkkirlərin məskəni kimi vəsf edərək həmin yerə yollandığını yazır.Qazi Əhməd həyatının son illərində Böyük Moğol imperatoru Cahangirin sarayında yaşamışdır. "Gülüstan-i hünər”-in Tehran nüsxəsində bir sıra faktlar Qazi Əhmədin vətəni tərk edərək Hindistana getməsinin səbəbini aydınlaşdırır.Qazi Əhməd yazır ki, 1605-ci ildə dövrün xəttat və alimlərindən Mir Sədrəddin paxıllıq hissi ilə ona iftira atmış,onu Məşhəddə vəzir olarkən şahın kitabxanasından kitab oğurlamaqla təqsirləndirmiş və beləliklə bu gorkəmli şəxsiyyəti şahın gözündən salmışdır.Bu ağır böhtandan sonra Quma qayıtmış buradan da Hindistana yollanmışdır.Qazi Əhməd Quminin vəfat ili təəssüf ki,müəyyən olunmamışdır.Bu haqda ondan sonra yaşamış tarixçilər də məlumat verməmişdir. Qazi Əhməd Quminin yaradıcılığında böyük yer tutan "Xülasət ət-təvarix” əsərinin beş cilddən ibarət olması barəsində məlumat olsa da əsərin bizə gəlib çatmış hissəsi V cilddir.Şükufə xanım bu barədə qeyd edir ki, Qazi əhməd Qumi beş cildi on iki ilə tamamlamışdır.Əsər I Şah İsmayılın dönəmindən başlamalı və II Şah İsmayılın hakimiyyət illərini də əhatə etməli idi.Əsərdə xronoloji ardicilliğa fikir verilmişdir.O,Səfəvi hökümdarı Məhəmməd Xüdabəndənin səfərlərində iştirak etdiyi üçün Azərbaycanın bir çox yerlərini gəzib öyrənə bilmişdir.O,V cildi Səfəvilər xanədanının geneologiyası ilə başlayır.Əsərdə I Şah İsmayılın hakimiyyət döveündən yalnız əsas hadisələr xronoloji ardıcıllıqla qeyd olunur.O,gostərir ki, II Şah İsmayılın tarixinin təsvirinə qədər olan hissə V cildin I yarısını təşkil edir.Cildin II hissəsi isə II Şah İsmayılın taxta çıxması ilə başlanıb I Şah Abbasın hakimiyyəti dövründə 1591-ci ildə qurtarır. Şükufə xanım qeyd edir ki, "Xülasət ət-təvarix” əsərinin hələlik dord əlyazma nüsxəsi məlumdur.Berlin nüsxəsi,Tehranda Mehdi Bəyaninin şəxsi xitabxanasindakı nüsxə,Tehranda Kitabxanaye Milliyyə Məlikdə saxlanılan əlyazma,Tehranda professor Səid Nəfisinin şəxsi kitabxanasında saxlanılan əlyazma.