Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Takli adası
Takli adası (ing. Takli Island) — Alyaskanın cənub sahillərində yerləşən ada. Yarımadanın cənub-qərbində Şelixov boğazında yerləşir. Ada Amalik Körfəzinin girəcəyində, Kadyak-Aylend borosunun materikdən kənar ərazisində qərarlaşır. Ada Katmay Milli Parkının ərazisi ilə əhatə edir. Ada ərazisində ilk dəfə 1960-cı illərdə arxeoloji qazıntılar aparılmışdır. Adada bir sıra qədim mədəniyyətlərə aid arxeoloji abidələr vardır. İlk dəfə 1847-ci ildə Rusiya xəritələrində qeyd edilmişdir. Ada 1978-ci ildə ABŞ-də Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir.
Dalkit
Dalkit (ing. Dalkeith, şot.kelt Dail Cheith) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təklik
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Tektit
Tektit (yun. τηκτός tēktós, "əridilmiş") – böyük meteoritlərin Yerə çırpılması nəticəsində yaranan təbii şüşə obyektləridir. Bu obyektlər, əsasən silisium dioksiddən (SiO2) ibarətdir və qara, yaşıl və ya qəhvəyi rəngdə ola bilər. Tektitlər, unikal formaları və tərkibləri ilə digər təbii şüşələrdən fərqlənir. == Xüsusiyyətləri == Tektitlərin əsas xüsusiyyətləri aşağıdakılardır: Kimyəvi tərkib: Tektitlər, əsasən silisium dioksiddən (SiO2) ibarətdir, lakin az miqdarda alüminium oksid (Al2O3), dəmir oksid (FeO), maqnezium oksid (MgO), kalsium oksid (CaO), natrium oksid (Na2O) və kalium oksid (K2O) da ehtiva edir. Formalar: Tektitlər, müxtəlif formalarda ola bilər, o cümlədən sferik, damla, qantel, diskodial və qeyri-müntəzəm formalar. Bu formalar, ərimə və soyuma prosesləri zamanı əmələ gəlir. Səth xüsusiyyətləri: Tektitlərin səthi, adətən, hamar və parlaqdır, lakin bəzi hallarda çuxurlu və ya qırışıq ola bilər. Bu xüsusiyyətlər, ərimə və soyuma prosesləri zamanı meydana gələn qaz qabarcıqları və ya axın izləri ilə əlaqədardır. Daxili strukturu: Tektitlər, adətən, homogen bir daxili quruluşa malikdir, lakin bəzi hallarda mikroskopik ölçülü kristallar və ya qaz qabarcıqları ehtiva edə bilər.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Jaklin Kennedi
Jaklin Kennedi Onassis (Buvye) (ing. Jacqueline Kennedy Onassis (Bouvier); 28 iyul 1929[…] – 19 may 1994[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşıdır. Atası fransız və ingilis, anası isə irland əsilli olub. Həyat yoldaşı Con Kennedinin güllələnməsi zamanı ona köməklik etmək üçün əlindən gələni etmişdir. Ömrünün son illərində Limfoma (düyünlərin zədələnməsi) xəstəliyindən vəfat etmişdir. 1994-cü ildə yuxuda olarkən vəfat etmişdir. Kiçik oğlu Kennedi-Onassis söyləmişdir: Jaklin Buvye 28 iyul 1929-cu ildə Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur. 1951-ci ildə Corc Vaşinqton Universitetindən Fransız Ədəbiyyatı bakalavr dərəcəsini almışdır və The Washington Times-Herald qəzetində fotoqraf olaraq işə başlamışdır. 1952-ci ildə Buvye o zaman konqresmen olan Con Kennedi ilə Vaşinqtonda şam yeməyində görüşmüşdür. Kennedi həmin il senata seçilmiş və cütlük 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində evləndilər.
Malkolm Maklin
Malkolm Maklin (14 noyabr 1913, Şimali Karolina – 25 may 2001, Manhetten, Nyu-York ştatı) — amerikalı biznesmen. Maklin 1913-cü ildə Şimali Karolina ştatının Makston şəhərində anadan olub. Maklin konteyneri müasir formada inkişaf etdirdi, konteyner gəmisi və konteyner yük maşını platforması dizayn etdi, yəni əslində konteyner daşınması üçün bir sxem yaratdı. Konteynerləşdirmə ideyasını həyata keçirmək ona təxminən iyirmi il çəkdi. O, XX əsrin ikinci yarısında nəqliyyatda və beynəlxalq ticarətdə inqilab edən müasir intermodal daşıma konteynerini icad edən nəqliyyat sahibkarı idi. == Həyatı == Maklin 1913-cü ildə Şimali Karolina ştatının Makston şəhərində anadan olub. Onun adı əvvəlcə Malkom olaraq yazılırdı, baxmayaraq ki, o, sonradan Malkolmdan istifadə edirdi. 1935-ci ildə Uinston-Salemdə orta məktəbi bitirdikdə ailəsinin onu kollecə göndərmək üçün kifayət qədər pulu yox idi, lakin Malkolm işlənmiş yük maşını almaq üçün kifayət qədər pula malik idi. Elə həmin il Maklin, onun bacısı Klara Maklin və qardaşı Cim Maklin McLean Trucking Co şirkətini qurdular. Malkom Maklin 2001-ci ildə vəfat edib.
Maruf Bakhit
Maruf Baxit (ərəb. معروف البخيت‎; 18 mart 1947 – 7 oktyabr 2023, İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib. Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib. Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jaklin Fernandes
Jacqueline Fernandez (11 avqust 1985, Manama) — Şri Lankalı model və aktrisadır. Fernandes 2006-cı ildə ölkəsində keçirilmiş olan "Miss Şri Lanka" gözəllik müsabiqəsində birinci yerə çıxmışdır. Həmçinin də həmin il ABŞ-da keçirilən “Miss Universe Beauty” müsabiqəsində iştirak etmişdir.
Taksim məscidi
Taksim məscidi (türk. Taksim Camii) — İstanbulun Bəyoğlu səmti, Taksim meydanında yerləşən məscid. Taksim məscidinin memarları Şəfiq Birkiyə və Səlim Dalamandır. Məscidin tikintisinə 2017-ci il fevralın 9-da başlanılıb. Məscidin açılış mərasimi, 2021-ci il mayın 28-də Cümə namazından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak ilə gerçəkləşmişdi. Mərasimdən əvvəl Taksim meydanına gül suyu səpilmişdi. Taksim meydanında məscid tikilməsi fikri ilk dəfə 1968-ci ildə gündəmə gəlib və layihənin gerçəkləşdiriləcəyi ərazi 1977-ci ildən rayonlaşdırma planına əsasən məscid kimi müəyyən edilib. Lakin, 1983-cü ildə Dövlət Şurasının qəbul etdiyi qərara görə tikinti baş tutmadı. 1990-cı illərdə məscidin tikintisi yenidən gündəmə gətirildi. Məscid layihəsi məsələsi, 2011-ci ildə yenidən müzakirə mövzusu oldu.
Təklif əyrisi
Təklif əyrisi — satıcıların müəyyən bir müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyri. == Tərifi == K.R. Makkonnell və S.L. Bruya görə satıcıların müəyyən müddət ərzində bazarda müxtəlif qiymətlərlə satışa təqdim etdikləri mal və ya xidmətin miqdarını göstərən əyridir. == Fərdi və məcmu təklif == Həm fərdi təklifi (müəyyən bir satıcıdan təklif), həm də təklifin ümumi məbləğini (bazarda mövcud olan bütün satıcıların təklifini) nəzərdən keçirmək mümkündür. İqtisadiyyatda əsasən məhsulun ümumi təklifi izah edilir. == Təklifin müəyyənediciləri == Təklifin dəyişməsinə, təklif əyrisinin sürüşməsinə səbəb olan amillər: resurs qiymətlərində, xammal və ya istehsalın maya dəyərinin dəyişməsi (artan məsrəflər təklifin azalmasına səbəb olur); texnologiyanın dəyişdirilməsi, məhsul tədarükünü artıran daha səmərəli istehsal müəssisələrinin yaradılması; digər, o cümlədən dəyişdirilə bilən malların qiymətlərində dəyişikliklər; vergilərdə və subsidiyalarda dəyişikliklər (artan vergilər xərclərin artmasına səbəb olur, bu da təklifi azaldır və əksinə); gözlənti perspektivlərinin dəyişməsi (qiymət artımı gözləntisi — təklif azalır; qiymətin azalması gözləntisi — təklif artır); təchizatçıların və istehsalçıların sayında dəyişiklik. == Təklifdə dəyişiklik == Təklifin müəyyənediciləri təklif əyrisini, təklifin artması sağa, təklifin azalması əyrini sola sürüşdürür. == Təklif miqdarında dəyişiklik == Təchiz edilən kəmiyyətin dəyişdirilməsi təklif əyrisinin bir nöqtəsindən digər nöqtəsinə keçmək deməkdir. Təklifin kəmiyyətini dəyişən və təklif əyrisi boyunca hərəkət edən amil sözügedən məhsulun qiymətindəki dəyişiklikdir.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Tağlı
Tağlı (Zəngilan)