TAMAN

dağ ətəyi; tam, tamamlanmış; Bilgə xanın titullarından biri; Kaşğaridə çay adı.
TALİHƏ
TAMARA
OBASTAN VİKİ
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Taman xan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman xaqan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman yarımadası
Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir. Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə). Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı.
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Hüseyn Rıfqı Tamani
Hüseyn Rıfqı Tamani (1750, Krım xanlığı – 1817, Mədinə, Həbəşistan əyaləti) — Baş Xoca (rektor), mühəndis, yazıçı. 19-cu əsrin əvvəllərində Osmanlı imperiyası müasir riyaziyyat tədqiqatlarında fəal adlardan biri idi. Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu təhsil heyətində iştirak etmiş və 1806-1816-cı illər arasında baş müəllim vəzifəsini öz üzərinə götürmüşdür. Çağdaş mexanikanın Osmanlıya köçürülməsi üçün çalışdı; Tərcümə və çap etdirdiyi əsərlərlə müasir Qərb elminin Türkiyəyə gətirilməsinə öncülük edən bir elm adamıdır. Riyaziyyat sahəsində yazdığı əsərlər həm Mühəndislikxana, həm də Hərbi Akademiyada tədris olunurdu. == Həyatı == 1750-ci illərdə Krımın Taman bölgəsində anadan olmuşdur. İstanbula nə vaxt gəldiyi məlum deyil. Yaxşı bir təhsil almış Tamani, İmperiyada ilk təhsil verən Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu müəllim heyətini meydana gətirmək üçün 1794-cü ildə Müdərris Əbdürrəhman Əfəndi və birinci xəlifə İbrahim Kami Əfəndidən sonra ikinci xəlifəliyə təyin edildi. 1801-ci ildə professorluq dərəcəsinə yüksəldi. Həm də imperatorluğun müxtəlif bölgələrində mühəndis vəzifəsində çalışıb.
Meksika tamanduası
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. == Görünüşü == Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Tamananthus
Tamananthus (lat. Tamananthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Tamananthus crinitus, Venesuelanın qərbində And dağlarında yayılmış yeganə növ.
Tamananthus crinitus
Tamananthus (lat. Tamananthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Tamananthus crinitus, Venesuelanın qərbində And dağlarında yayılmış yeganə növ.
Tamandua mexicana
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Tamandua tetradactyla
Tamandua və ya Dördbarmaqlı qarışqayeyən (lat. Tamandua tetradactyla) — qarışqayeyənlər fəsiləsinə daxil olan növ. Bədənin uzunluğu 54 ilə 88 sm arasındadır. Quyruqlari isə 40 ilə 49 santimetr arasında dəyişir. Ümumi çəki 4–5 kq-dır. Quyruğu aşağıda və sonunda çılpaqdır. Ön ətraflarda dörd caynaqlı barmaq (üçüncü barmağında 10 sm uzunluğa qədər olan dırnaqlar var), arxa ətraflarda hər biri beşdir. Xəzi qısa, sərt və qalındır. Güclü qabarıqdır. Bədənin böyük hissəsi daha açıqdır.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tamania chardonii
Tamanna Bhatiya
Tamannaah Bhatia (; Doğum tarixi 21 dekabr 1989) — hind aktrisasıdır. Onun aktyorluğunun əksəriyyəti Teluqu, Tamil və Hind kinosunda çəkilir. O, 75-dən çox filmdə rol alıb. O, bir çox mükafatlar və fəxri adlara layiq görülüb. O, karyerasına hind filmi Chand Sa Roshan Chehra ilə başlayıb.
Tamanyan küçəsi (İrəvan)
Tamanyan küçəsi (erm. Թամանյան փողոց) — Ermənistanın İrəvan şəhərində yerləşən küçə. İrəvanın mərkəzi Kentron rayonunda yerləşən, İrəvan kaskadını şimaldan Moskovyan küçəsinin cənubu ilə birləşdirir. Küçə öz adını İrəvanın baş memarı olmuş Aleksandr Oqanesoviç Tamanyanın şərəfinə adlandırılmışdır. Tamanyana qoyulan abidə küçənin əvvəlində yerləşir. Abidə 1974-cü ildə qoyulmuşdur. Tamanyan küçəsi faktiki olaraq Şimal prospektinin davamını təşkil edir. Şimala doğru Moskovyan küçəsinə uzanır. İsaakyan küçəsi ilə kəsişərək İrəvan kaskadına uzanır. Tamanyan küçəsinin uzunluğu 200 metr, eni isə 55 metr təşkil edir.