Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
İvelina Taleva
İvelina Taleva (25 mart 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == İvelina Taleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Betti Alver
Betti Alver (est. Betti Alver 23 noyabr 1906[…], Yıgeva – 19 iyun 1989[…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981). == Bioqrafiyası == Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir. 1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Daniel Alves
Daniel Alves — Braziliya futbolçusu. == Həyatı == Daniel Alves 6 may 1983-cü ildə Braziliyanın Juazeyroda şəhərində anadan olub. O, öz peşəkar futbolçu karyerasına Braziliya klubu "Bahia"da başlayıb. 2002-ci ildə Alves 6 aylıq Sevilya klubuna icarəyə verilib. 2003-cü ildə Alves gənclərin dünya çempionatında iştirak edib, bu turnirdə Daniel özünü yaxşı cəhətdən göstərib. Braziliya millisi bu turnirin qalibi olub, Alves isə turnirin ən yaxşı uç oyunçusundan biri seçilib. Çempionatda göstərdiyi gözəl oyundan sonra, Sevilya klubu Alveşi birdəfəlik heyətinə cəlb edib. 2006-cı ilin dekabrında Alveş Sevilya ilə 2012-ci ilə qədər müqavilə imzalayıb. 2008-ci ilin 7 iyununda Daniel Alves Barselona klubuna transfer olunub. Burada onun əsas işi, Milana keçmiş Canluka Zambrottanı əvəz etməkdir.
Dioqo Alves
Dioqo Alves (ing. Diogo Alves; 1810 - 19 fevral 1841, İspaniya, Qalisiya, Samos (Luqa) — ispan əsilli portuqaliyalı seriyalı qatil. 1836-1840-ci illər arasında yetmiş nəfəri öldürdü. Onun törətdiyi cinayətlər hamısı Aqua Livres su kəməri ərazisindəydi və bununla da “Su kəməri cinayətkarı” adını qazandı. 19 fevral 1841-ci ildə edam cəzasına məhkum edildi və asıldı. Qatilin başı bədəndən ayrılmış və elmi məqsədlər üçün bir qabda yerləşdirilmişdir, indi turistik bir yerdir. == Bioqrafiya == Qalisiyada bir kəndli ailəsində anadan olan Alves gənc yaşda olarkən ailə atından yıxıldı, başını vurdu və Pankada (“zərbə”) ləqəbini qazandı. On doqquz yaşındaykən valideynləri onu Lissabona işləməyə göndərdilər. Bir neçə iş dəyişdikdən sonra o, valideynlərinə məktub yazmağı dayandırdı, içki içməyə, qumar oynamağa başladı və mehmanxanaçı Mariya “Parreyrinya” Gertrudeslə tanış oldu. Bu əlaqənin Alvesi öldürməyə təhrik etdiyi güman edilir.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === 1998 - Fascinação .... Ana Clara Gouveia Prates1998 - Meu Pé de Laranja Lima .... Lili2000 - A Muralha .... Rosália Olinto2000 - Laços de Família .... Clara2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve2001 - Brava Gente .... Gigi2001 - Brava Gente .... Branca Luz2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno2003 - Mulheres Apaixonadas ....
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/ ; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Rodrigues Alves
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Talaq surəsi
65-ci surə
Taleb Rifai
Taleb Rifai (d. 1949, İordaniya) — Ümumdünya Turizm Təşkilatının baş katibi (2010-cu ildən). == Həyatı == Taleb Rifai 1949-cu ildə İordaniyada anadan olmuşdur. == Ailəsi == Ailəlidir. 5 övladı var.
Taleh Abdullayev
Taleh Abdullayev (Məhərrəm oğlu) (06.06.1993) — əsgər, Vətən müharibəsi şəhidi. Taleh Abdullayev (Temraz oğlu) (08.02.1993) — əsgər, Vətən müharibəsi şəhidi.
Taleh Aslanov
Taleh Elman oğlu Aslanov (1 dekabr 1996; Goranboy, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Aslanov 1996-cı il dekabrın 1-də Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Taleh Babayev
Babayev Taleh Əkbər oğlu (d. 23 mart 1975-ci il, Masallı rayonu, Ərkivan kəndi) — Azərbaycan idmançısı. Karate-do üzrə 3-cü dan qara kəmər ustasıdır (2002). Azərbaycan Kooperasiya İnstitutunu bitirmişdir (1996). SKİF verrsiyasına görə Avrasiya (1999, Azərb.), üçqat Dünya kuboku (2000, İran; 2001, 2003 Ukrayna), WSKF versiyası üzrə ikiqat Avropa (2004, Ukrayna; 2005, Türkiyə) və dünya (2007, Yaponiya) çempionu olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh.
Taleh Bağırov
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Bağırzadə
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Taleh Cabbarov
Taleh Cəmil oğlu Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan tərxis olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Taleh Daşdəmirov
Taleh Fərhad oğlu Daşdəmirov (5 fevral 1998; Qoxmuq, Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində Fərhad Daşdəmirovun ailəsində anadan olmuşdur. 2001-ci ildə ailəsi ilə birgə Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçmüşdür. 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Taleh Hacıyev
Taleh Hacıyev (14 avqust 1957, Bakı – 26 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar. == Həyatı == Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın kosnertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırırdı.
Taleh Həmid
Taleh Həmid (Taleh Həmid oğlu Babayev; 19 iyun 1952, Dəllər Cəyir, Şamxor rayonu – 1 noyabr 2016, Bakı) — Azərbaycan şairi, publisist və jurnalisti; SSRİ Yazıçılar Birliyinin üzvü (1985), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1986). == Həyatı == Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974–1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülmüşdür. 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, onun kənarlarında da işıq üzü görüb. Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri (1979–1989), "Yeni fikir" qəzetində baş redaktor (1989–1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992–2005).
Taleh Həmidov
Taleh Saleh oğlu Həmidov (XX əsr, Şamaxı rayonu – 17 dekabr 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Hərbi xidməti == Ailənin yeganə övladı olan əsgər Taleh Həmidov 2015-ci ildə, dekabrın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 18-i isə Taleh Həmidov doğulduğu Şamaxı rayonunun Qızmeydan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Taleh Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Halvə (Sərdəşt)
Halvə (fars. حلوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 409 nəfər yaşayır (57 ailə).