Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Taybey 101
Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yer tutur. 2003-cü ildə tikilən bu bina 6 il ərzində dünyanın ən hündür binası hesab edilmişdi. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir. == Tarixi == Lahiyyəsi 1997- ci ildə hazırlanmış və 1999-cu ildə tikintisinə başlanılmışdır. 2004-cü ildə yeni il gecəsi binanın açılış mərasimi keçirilmişdir. Hal-hazırda bina ticarət mərkəzi funksiyası daşıyır. Binanın tikintisi zamanı yerləşdiyi ərazidə 3 bal gücündə iki zəlzələ qeydə alınıb.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Janbay
Janbay adası (qaz. Жанбай аралы) — Xəzər dənizində yerləşən ada. Volqa çayı deltasından şərqdə yerləşir. Sahildən 1,2 km aralıda qərar tutur. Uzunluğu 21,5 km, maksimal eni 7 km təşkil edir. Qazaxıstannın Atırau vilayəti ərazisinə daxildir.
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Atabəy (dəqiqləşdirmə)
Atabəy — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Atabəy (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Canıbəy xan
Canıbəy xan — Özbək xanın 3-cü oğlu idi. Anası Taydulanın köməyi ilə taxta çıxmışdı. Tacqoyma mərasimi Saraycıq şəhərində baş tutmuşdu. == Hakimiyyəti == 1345-ci ildə Feodosiya şəhərini mühasirəyə alan xan ordusunda taun xəstəliyinin yayıldığını gördü və bundan istifadə etmək istədi. Ölmüş əsgərləri katapultla şəhərə tullayan xan Genuyalıların xəstələnməyinə səbəb oldu. Genuyalılar gəmilərə minərək İtaliyaya üzdülər və beləliklə Qara ölüm epidemiyası Avropanı ələ keçirməyə başladı. Həmin vaxt Azərbaycanda Məlik Əşrəf Sulduzun zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Canıbəylə görüşdü və Azərbaycandakı vəziyyəti ona bildirdi. 1357-ci ildə xan 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşdı və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən saldı.
II Tumanbəy
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
I Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Tazəbəy hamamı
Tazəbəy hamamı — Bakıda ictimai hamam. Bakının mərkəzində XIX əsrdə (1886-cı ildə) inşa edilmiş Tazəbəy hamamı ictimai hamamlardan biridir. Tazəbəy hamamı müasir tələblər əsasında 2003-cü ildə tam bərpa olunmuşdur. Bu gün imarət üsullarından rəsmi şəkildə salınmış ekzotik şərq interyeri ilə fərqlənən Tazəbəy hamamı Bakıda qonaqların ən sevimli istirahət və sağlamlıq ocaqlarından biri sayılır. Şərq, rus və fin hamamı, hovuz, habelə digər xidmətlər, o cümlədən bütün növ massaj, kisə, süpürgə (evkalipt), pedikür, manikür müştərilərin qulluğunda hazırdı. Tazəbəy hamamında şərq və avropa mətbəxi ilə restoran, bar və pivə barı fəaliyyət göstərir. Bütün xidmətlərə yüksək ixtisaslı personal məsuliyyətlidir.
Tinibəy xan
Tinibəy xan — Özbək xanın ikinci oğlu idi, ondan sonra taxta çıxmışdı. Hakimiyyətə gələrkən Monqol əyanlarının çoxunun Canıbəy xanı dəstəkləməsinə baxmayaraq anası Taydula yasanın pozulmaması üçün Tinibəyin taxta çıxmağına səs çıxarmadı. Xan olması haqqında xəbəri alanda hələ Xarəzmdə olan Tinibəyin geri dönüşü uzun çəkdiyinə görə digər qardaşı Xızırbəy bundan istifadə edərək üsyan etdi. Taydula və Canıbəy Xızırbəyi ələ keçirib öldürsələr də Tinibəy xan bunu öyrənəndə çox qəzəbləndi lakin müəmmalı səbəblər altında öldürüldü. Yerinə Canıbəy xan keçdi. Tinibəy xan və həyat yoldaşı Nizaminin "Xosrov və Şirin" poemasını fars dilindən türk dilinə tərcümə etdirmişdi.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. == Xarici görünüş == Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Canıbəy Gəray
Canıbəy Gəray (1568 və ya təq. 1568 – 1636, Rodos) — XVIII Krım xanı. Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1593) oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər. 1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.
Tanbo sənəti
Tanbo sənəti (yap. 田んぼアート tanbo āto həmçinin tambo āto) — Yaponiya xalqının düyü sahələrində müxtəlif növlü və rəngli düyüdən istifadə etməklə nəhəng sahəli şəkil yaratma üçün sənəti.
Tanər Akçam
Altuğ Tanər Akçam (23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türk-alman tarixçi və sosioloq. O, Erməni soyqırımın məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda “qabaqcıl beynəlxalq nüfuz”a malikdir. Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: “Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." . == Həyatı == Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, “o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. “Devirimci Gençlik” (İnqlabçı Gənclik) “Devirimci Yol” (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi. Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı.
Tanər Ölməz
Taner Ölmez (9 avqust 1986, Tuncəli) — Türkiyəli kino aktyoru. 2019–2021-ci illərdə "Mucize Doktor" teleserialında "Ali Vefa" rolunu canlandırmışdır. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə evlənmişdir. == Həyatı == Taner Ölmez 9 avqust 1986-cı ildə Tuncelidə anadan olmuşdur. Taner Ölmez, İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr şöbəsinin tələbəsidir. Gənc aktyor İstanbulun Qızıl serialındakı çıxışı ilə diqqət çəkib. Çarşı, Kül və Ateş və Tatar Ramazan'ı əhatə edən Taner Ölmez İtirilmiş Şəhər tərəfindən geniş tanınıb. 1.79 sm boyu və 65 kilo ağırlığında. Uğurlu oyunçu Taner Ölmez ilə yanaşı Ülker Albeni, Ülker Sunny və Piyale Pigafest reklam çarxlarında da iştirak etdi. Dünyaca məşhur The.
Aslan Akbəy
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmaz canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Senbey
Senbey (煎餅) – bir növ yapon düyü lovğası. Onlar adətən dadlı bəzən şirin və müxtəlif formalar, ölçülər və aromalarda olurlar. Senbey çox vaxt yaşıl çay ilə bir gündəlik qəlyanaltı kimi yeyilir və evə gələn qonaqlara nəzakət üçün verilən yüngül yemək kimi təqdim edilir. Senbey adətən ənənəvi olaraq kömür üzərində bişirilmiş və ya ütülmüş formasında hazırlanır. Hazırlanmış olarkən bir fırça ilə dadverici sous üstünə verilir, çox vaxt bu sous, soya sousu və mirindən (bir növ dadlıq) hazırlanır. Daha sonra bir qat nori (dəniz yosunu) ilə bükülür. Alternativ olaraq digərləri, duz və ya "salat" dadvericisi ilə dadlana bilər. == Mənbə == Wikipedia contributors, "Senbei" Wikipedia, The Free Encyclopedia, http://en.wikipedia.org/wiki/Senbei (accessed January 25, 2012).
Tanjer
Tanjer (ərəb. طنجة‎, Tanjа) — Mərakeşin şimali-qərbində tarixi bir şəhər. == Tarixi == Cəbəllütariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtə olan Spartel burnunun 10 km. qədər şərqində strateji önəmə sahib bir mövqedə olan Tanjernın ( fr. Tanger, ing. Tangier) Finikiyalılar tərəfindən miladdan öncə 814-cü ildə qurulduğu və Finikiyalıların ticarət mərkəzlərindən olduğu bilinir. Daha sonra Karfagen dövləti və Roma imperiyası hakimiyətində qaldı. V əsrdə İspaniyadan sürülən andalların, VI əsrdə isə Bizanslıların əlinə keçdi. İslam öncəsi dönəmdə Tinga (Tingis, Tinjis) adını daşıyan və Səbtədə (Cəuta) oturan Bizans valisi Julianos tərəfindən idarə edilən şəhəri Əməvilər dövründə İfrikiyyə valisi Ukbə b. Nafi barış yoluyla fəth etdi (681-682).
Taypey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Conas Hanvey
Conas Hanvey (1712-1786)—İngilis səyyahı, taciri, ictimai xadimi. == Həyatı == C.Hanvey haqqında yazılanlardan məlum olur ki, o, "eyni zamanda tanınmış tacir, səyyah, ictimai xadim… və müəllim idi. 1712-ci ildə doğulmuşdur. S-Peterburqda Dinqli evinin şərikinə çevrilmiş Hanvey 1743-cü ildə kompaniyanın maraqları ilə əlaqədar İran və Rusiyaya səfər etmiş, 1750-ci ildə Londona qayıtmışdır. Burada o, ictimai fəaliyyətlə məşğul olmağa başlamış, çox sayda yüksək qurumlar (institutlar) yaratmış, gənclərin rifahı ilə xüsusilə maraqlanmışdır. 1786-cı ildə vəfat edən Hanveyin şərəfinə Vestminster Abbatlığında monument inşa edilmişdir". 1743-1744-cü illərdə İranda olmuş Conas Hanvey 1753-cü ildə özünün iki cildlik "An historical account of the British Trade over the Caspian Sea, with a journal of travels" (Xəzər dənizi hövzəsində ingilis ticarətinin tarixi nəticələri və səyahətlər jurnalı) (61) əsərini çap etdirmişdir. C.Hanvey bu əsərini daha iki cildlə tamamlamışdır: I cild – "İran inqilabı" adlanır ki, buraya "Şah Sultan Hüseynin hakimiyyəti, əfqanların müdaxiləsi, Sultan Mir Mahmud və onun xələfi Əşrəfin hakimiyyətləri haqda" ("The reign of Shah Sultan Hussein, with the invasion of the Afghans. and the reigns of Sultan Mir Mahmud and his successor Ashreff") hissə daxildir. II cild isə "Uzurpator Nadirqulunun hakimiyyətə yiyələnməsi…" ("The history of the selebrated usurper Nadir Kouli: from his birth in 1687 till his death in 1747, to which are added some particulars of the unfortunate reign of his successor Adil Shah") adlanır.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kanibey (Sərdəşt)
Kanibey (fars. كاني بي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (40 ailə).
Nansey adaları
Nansey adaları (yap. 南西諸島) — Yaponiyanın Sakit okeanın 31° şimal enliyində yerləşən adaların ümumi adı. == Coğrafiya == Nansey arxipelaqına daxil olan iri adalar: Sasunan adaları (Kaqoşima prefekturası): Osumi adaları: Taneqaşima, Yakuşima, Kuçinoerabuşima, Maqeşima. Tokara adaları: Kuçinoşima, Nakanoşima, Suvanosecima, Akusekicima, Tayracima, Kodakaracima, Takaracioma. Amami adaları: Oşima adası, Kikaycima, Kakeromacima, Yoyoşima, Ukeşima, Tokunoşima, Okinoerabu, Yoironcima. Ryukyu adaları (Okinava prefekturası): Okinava adaları: Okinava, Kumecima, İheyacima, İdzeynacima, Aqunicima, İecima. Kerama adaları: Tokasikicima, Camamicima, Akacima, Qerumacima. Dayto adaları: Kitadayto, Minamidayto, Okidayto. Sakişima adaları. Miyako adaları: Miyakocima, İkema, Oqami, İrabu, Şimoci, Kurima, Nakanobanare, Futeiva, Minna, Tarama.
Ridhima Pandey
Ridhima Pandey (ing. Ridhima Pandey; 18 fevral 2008) — iqlim dəyişikliyinə qarşı fəaliyyətin tərəfdarı olan Hindistandan olan ətraf mühit fəalı. O, doqquz yaşında olanda, iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər tədbir görmədiyi üçün Hindistan hökumətinə qarşı iddia qaldırır. Bir neçə digər gənc iqlim dəyişikliyi fəalları ilə yanaşı, o, həm də bir neçə ölkənin iqlim böhranına qarşı tədbir görməməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət edən iddiaçılardan biri olur. == Bioqrafiya == Pandey Hindistanın şimalındakı Uttarakhand əyalətində yaşayır. Onun atası Dineş Pandey də 16 il Uttarhandda işləyən bir iqlim dəyişikliyi fəalıdır. Uttarakhand son on il ərzində kəskin hava şəraitindən əziyyət çəkib. 2013-cü ildə daşqınlar və torpaq sürüşmələri 1000-dən çox insanın həyatına son qoyub. 100.000-ə yaxın insan bölgədən təxliyə edilməli olub. Dünya Bankının məlumatına görə, iqlim dəyişikliyi Hindistanın su təchizatına təzyiqi artıra bilər.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Stanley Milgram
Stenli Milqrem (15 avqust, 1933, Nyu-York – 20 dekabr, 1984, Nyu-York) Amerika sosial psixoloqu idi. O apardığı bir çox geniş təsirə malik olmuş təcrübələri ilə – Avtoritetə tabe olma (Milgram eksperimenti), Kiçik dünya fenomeni, şəhərlərin psixoloji xəritələri, metro eksperimenti – ilə tanınır. S.Milgram əslən Şərqi Avropadan olan yəhudi ailəsində dünyaya gəlmişdi. O hələ kiçik yaşlarından yüksək intellekt və müxtəlif sahələrə maraq nümayiş etdirirdi. == Karyera == Məktəbi bitirdikdən sonra o, Queens Kollecdə, siyasi elmlər (politologiya) sahəsində təhsilini davam etdirmişdir. Kolleci bitirdikdən (1954) sonra o, universitetlərdən birində, Xarici İşlər Məktəbinə daxil olmağa hazırlaşırdı. Lakin Kollecin dekanı ona Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə daxil olmağı məsləhət gördü. Milgram fakültənin proqramı ilə tanış oldu və sosial psixologiya, sosiologiya, antropologiya fənnləri onda maraq oyatdı. O, sənədlərini həmin fakültənin doktoranturasına verdi və qəbul olunmadı. Çünki, o, psixologiya kursları keçməmişdi.