Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur. Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis. 21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilmişdir.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Tanilə Əhmərova
Əhmərova Tanilya Aysayevna — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti(2007). Tanilya Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir. Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.
Tanziya
Tağılı (gürc. ტაგჰილი) və ya Tanziya — Gürcüstanda, Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Adı gürcüləşdirilidikdən sonra Tanzia (gürc. ტანძია) adlandırılmışdır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Tağılı kəndində Azərbaycan tatarlarından ibarət 5 ailə yaşayırdı.
Tünzalə
Tünzalə — azərbaycanlı qadın adı. Tünzalə Ağayeva — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). Tünzalə Əliyeva — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Tünzalə Rafiqqızı — Azərbaycan jurnalisti. Tünzalə Arazlı — azərbaycanlı yazıçı.
Tanzilya Akçurina
[mənbə göstərin] Tanzilya Xasanovna Akçurina (29 may 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, dosent, texnika üzrə fəlsəfə doktoru. Tanzilya Akchurina 1947-cı il mayın 29-da Ağdam rayonun Ağcəbədi kəndində anadan olub. Orta təhsilini Bakı şəhər 8 saylı məktəbdə aldıqdan sonra, 1964-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinin axşam şöbəsinə qəbul olunub. O,1969-cu ildən AMEA Aşqarlar Kimyası İnstitutunda işləyir. İnstitutu bitirərək, əvvəl mühəndis, 1975-ci ildə isə baş mühəndis vəzifəsinə keçirilmişdir. Tanzilya Akchurina 1975-ci ildə AMEA-nın “Neft Kimyası və neft-kimya sintezi” ixtisası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olub. O, 1983-cü ildə termoanalitik tədqiqatlar sahəsi üzrə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ildə o, kiçik elmi işçi, 1986-ci ildə elmi işçi, 1994-cü ildə böyuk elmi işçi, 2003-cü ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilib. AR-sı Prezidenti yanında Ali Attestasiya Komissiyası 25 oktyabr 2005-ci il tarixli qərarı ilə T.X.Akçurinaya neft kimyası ixtisası üzrə dosent elmi adı vermişdir.
Tünzalə Arazlı
Tünzalə Ağayeva
Tünzalə Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019). Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. 21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu.
Tünzalə Rafiqqızı
Tünzalə Rafiqqızı (tam adı:Tünzalə Rafiq qızı Zeynalova ; d. 29 sentyabr, 1978, Hacallı, Bərdə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, ANS TV-nin aparıcısı, şairə Zeynalova Tünzalə Rafiq qızı.29 sentyabr 1978-ci ildə Bərdə rayonunda anadan olub. 1985–1995-ci illərdə Bərdə şəhərində orta məktəbdə oxuyub. 1995–1999-cu illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində təhsil alıb. 1999–2001-ci illərdə BDU-nun magistraturasını bitirib. İkici ali təhsilini İqtisad Uuniversitetində "maliyyə işi" ixtisası üzrə oxuyub. Jurnalistlik fəaliyyətinə 1995-ci ildən başlayıb. Müxtəlif media sturukturlarında çalışıb.Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçüsudur. Buna baxmayaraq, jurnalistikaya marağı onu yenidən 2012-ci ildə mediaya qaytarıb.
Tünzalə Əliyeva
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Tanfilev adası
Tanfilev adası yap. 水晶島 — ada Kuril adalarının cənubunda yerləşir. Rusiyanın Saxalin vilayəti Cənubi Kuril şəhər dairəsi ərazisində daxil edilir. Yaponiya adaya iddia edir. Yaponlar adanı Hokkaydonun Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adaları qrupuna daxildir. Müxtəlif məlumata görə adanın sahəsi12,92- 25 km² təşkil edir. Uzunluğu 8,3 km, eni 6,4 kilometrdir. Adanın relyefi düzənlikdir, hündürlüyü 9-18 metrdir. Ada əsasən ot bitkiləri ilə örtülüdür.
Tanfilev boğazı
Tanfilev boğazı — Sakit okeanda Kuril adalarının Kiçik Kuril cərgəsində yerləşən boğaz. Tanfilev adasını Yuri və Anuçin adasından ayırır. Boğazın uzunluğu Tanfilev və Anuçin arasında 6,3 km, Tanfilev və Yuniy arasında 6 km-dir. Ən dar yeri 5,7 km-dir. Boğaz riflərlə əhatələnmişdir. Boğazın daxilində sualtı qayalıqlar mövcuddur ki, burada 2,2; 5,2 və 5,2 m olan dayazlıqlar vardır. Boğaz rus coğrafiyaçısı və geobotaniki Qavril Tanfilevin şərəfinə adlandırılmışdır.
Taniele Qofers
Taniele Qofers (12 iyun 1985, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Taniele Qofers, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Taniele Qofers, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.