Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tautsvill (Florida)
Titusville ABŞ-nin Florida ştatında yerləşən Brevard dairəsinin mərkəzi olan şəhərdir. Şəhərin əhalisi 2010-cu ilin statistikasına görə 43,761 nəfər təşkil edir.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Saut-Poynt
Saut-Poynt — Avstraliya materikinin cənub qutaracağında yerləşən ən ucqar cənub nöqtəsi. Bass boğazının şimalında yerləşir. Üstəlik bu burun Vilsons Promontoqori yarımadasının ucqarında yerləşir. Burun 39°08′20″ c. e. 146°22′26″ ş. u. kordinatlarda yerləşir. İnzibati cəhətdən Viktoriya ştatı ərazisinə daxildir. Burun ərazisi Vilsons-Promontoqori (Wilsons Promontory National Park) milli parkı ərazisinə daxildir.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Takt (musiqi)
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, "3/2", "2/4", "6/8", "4/4" və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
Tart Taten
Tart Taten (fr. Tarte Tatin)Fransız alma piroqudur. Piroq bişmədən öncə alma yağda və şəkər tozunda qızardılır. Tədqiqatlara əsasən Tart Taten hotel olan 2 bacı Stefani (1838—1917) və Karolina (1847—1911)Taten tərəfindən 1880-cı illərdə hazırlanmışdır. Rəvayətə görə piroqu hazırlayan zaman Stefani xəmirdən forma hazırlamağı unudur və karamelli almaları forma kimi qoyur və xəmiri üzərinə tökür. Bəzi fikirlərə görə o piroqu əlindən salır və sonra necə gəldi toplayır. Belə bir fikir də mövcuddur ki, piroq Solon regionunun milli piroqudur və Stefani ona biraz dəyişikliklər edib. Bacılar heç vaxt tortu öz adlandırmayıblar və heç bir kulinariya kitablarında bunu qeyd etməyiblər. Bu piroqun məşhurlaşmasına səbəb Maxim restoranı olmuşdur. Belə ki, onlar bu piroqun dadına baxandan sonra onu menyularına əlavə etmişdirlər.
Taun (roman)
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir. Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur.
Taun həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Taus Baqurayev
Taus Baqurayev (17 noyabr 1964, Mekanskaya, Çeçen-İnquş MSSR – mart 2000) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Naurski rayonunun rəhbəri (1998-ci il oktyabrın sonundan). ÇİR Silahlı Qüvvələrinin "Borz" xüsusi təyinatlı batalyonunun komandiri, ÇİR Silahlı Qüvvələrinin Milli Qvardiyasının Naur batalyonunun komandiri. Çeçen İçkeriya Respublikasının "Millət Şərəfi" ordeninin şövalyeri. Taus Baqurayev 17 noyabr 1964-cü ildə (digər məlumatlara görə, 1965-ci ildə) Çeçen-İnquş MSSR-in Naurski rayonunun Mekenskaya kəndində anadan olmuşdur. Birinci Çeçenistan müharibəsinin əvvəlindən İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsinə qədər Çeçenistan ərazisindəki döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. O, briqada generalı rütbəsinə qədər yüksəlir. Taus Baqurayev, özünü vətənpərvər hesab edirdi. Çeçenistanın müstəqilliyinin qatı tərəfdarı idi və Rusiyaya qarşı barışmmaz mövqe sərgiləyirdi. ÇİR prezidenti Cövhər Dudayevin etimadından bəhrələnir. O, Şamil Basayevin tərəfdarı olur, onda qəhrəman və güclü insan siması görürdü.
Vilyam Taft
Vilyam Hovard Taft (ing. William Howard Taft; 15 sentyabr 1857[…], Sinsinnati, Ohayo – 8 mart 1930[…]) — Amerika Birləşmiş Ştatlarının 27-ci prezidenti (1909-1913). Onun hakimiyyət dövrü dövlətin iqtisadiyyatdakı rolunun güclənməsi ilə xarakterizə olunmuşdur. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin Baş hakimi seçilmişdir. Bu məhkəmədə vəzifə tutmuş ilk və yeganə ABŞ prezidentidir. Vəfatına 1 ay qalmış həmin vəzifədən istefa vermişdir.
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Dek (tatu)
Dek (kürd. deq, دەق) və ya xal (kürd. xał , خاڵ) — kürdlərə aid ənənəvi və unikal tatular. Dek daha çox kürd qadınları arasında rast gəlinir, lakin kişilər arasında da müşahidə olunur. İslamın təsiri ilə dekin tətbiqi daha az yayılmış və xına ilə əvəz edilmişdir. Xınadan fərqli olaraq, dek müvəqqəti deyil. Kürd kimliyini yenidən təsdiq etmək üçün dekdən istifadəni canlandırmaq üçün səylər göstərilmişdir. Dek yezidilər tərəfindən də tətbiq edilir. == Tarixi == Dekin mənşəyi məlum deyil. XVI əsrin əvvəllərində Amidalı Aesi "Medicae Artis Principes" əsərində dek və onun necə hazırlandığını yazmışdır.