tant

adv o qədər

tanker
tante
OBASTAN VİKİ
Kolumbit-tantalit
Kolumbit-tantalit — minerallar, kolumbit (Fe, Mn)Nb2O6 - tantalit (Fe, Mn)Ta2O6 izomorf sırası. Rombik. Habitus prizmatik və ya lövhəvari. Ayrılması {010} üzrə orta, {100} üzrə qeyri-mü­kəm­məl. Rəngi dəmiri-qaradan qonuru-qara­yadək, manqanlı növləri daha açıq rənglidir. Sərtliyi 6-6,5. Xüsusi çəkisi 5,2-7,9 (tantalitə doğru artır). Peqmatitlərdə. Ta və Nb filizi. Sinonim: Niobit-tantalitlər.
Məhəmməd Hüseyn Tantavi
Məhəmməd Hüseyn Təntavi (ərəb. محمد حسين طنطاوى سليمان‎; 31 oktyabr 1935, Qahirə – 21 sentyabr 2021, Qahirə) — Misir feldmarşalı, Misir müdafiə naziri; Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri. 11 fevral 2011 -ci ildə Silahlı Qüvvələrin Ali Şurasının sədri, erkən seçkilərə qədər Misir dövlətinin müvəqqəti başçısı oldu. Təntavi orduya 1956-cı ildə qoşullub və üç dəfə İsrailə qarşı aparılan müharibədə iştirak edib. Misirin artıq sabiq prezidenti Hüsnü Mübarək devriləndən sonra ölkəni Silahlı Qüvvələrin Ali Şurası İdarə edir. Bu şuranın rəhbəri isə Misirin müdafiə naziri, general-feldmarşal Məhəmməd Hüseyn Təntavi idi. Məhəmməd Hüseyn Təntavi 1935-ci il oktyabrın 31-də anadan olub. 1956-cı ildən ordudadır. Ərəb-İsrail müharibələrində, o cümlədən Körfəz müharibəsində iştirak edib. 1991-ci ildən müdafiə naziri, Silahlı Qüvvələrin Ali Şurasının sədri olub.
Tantal
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar. Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.
Tantal (mifologiya)
Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı. Zevslə Friqiya çariçası Plutonun oğlu, Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur), onun arvadı Diona və ya Steropa və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır. İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı. Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar. Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı. Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu. Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.
Tanto
Tanto (yap. 短刀; Qısa qılınc) — Feodal Yaponiyada samuraylar tərəfindən işlənən yapon qılıncı (nihonto). Ümumiyyətlə tək, bəzən də cüt tərəfli tanto — 1 şaku (15–30 cm) uzunluğundadır.
Tantoura qətliamı
Tantulya
Tantulya (rus. Тантулья) — Rusiyada çay, Xantı-Mansiysk muxtar dairəsinin Kondinsk rayonu üzrə axır. Çayın uzunluğu 18 km-dir. İrtış hovzə dairəsinə aid olunur. İrtış çayının çay hövzəsidir.
Tantyema
Tantyema (frans. tantieme - "müəyyən hissə) - səhmdar cəmiyyətlərinin, bankların, sığorta şirkətlərinin mənfəətindən direktor və vəzifəli şəxslərinə faiz şəklində ödənilən mükafatdır. Tantyema sistemi işçinin marağı ilə müəssisənin marağını əlaqələndirmək üçün istifadə edilir. XIX əsr mədəniyyətində tantyema sistemi dram və musiqi əsərlərinin qoyuluşunda da üstünlük təşkil edirdi: dramaturq dram əsəri səhnəyə qoyularkən tamaşadan əldə olunan gəlirin müəyyən bir hissəsini alırdı. Fransada belə bir mükafat sistemi teatrlarda 1791-ci ildən bəri mövcuddur; 1847-ci ildə isə, Berlin məhkəmə teatrlarında, Vyanada tətbiq edildi. Almaniyada dramaturqların adi tantyeması 10% idi, tantyemaların yığımına Leypsiqdəki Alman Dramaturqları və Bəstəkarları Cəmiyyəti nəzarət edirdi. Sığortada tantyema - təkrarsığorta müqavilələri üzrə sığorta mükafatı ilə sığorta haqqı məbləği arasındakı müsbət fərqdir.
Əhməd Tantarani Marağayi
Əhməd Tantarani Marağayi (?-?)—XI əsr Azərbaycan şairi. Muiniddin Əbu Nəsr Əhməd bin Əbdürrəzzaq Tantarani Marağayi XI əsr Azərbaycan şairi, ədibi və alimidir. Bağdadda "Nizamiyyə" mədrəsəsində utad və müdərris olmuşdu.
Karl Tantsler
Georq Karl Tantsler (alm. Georg Carl Tänzler‎), eyni zamanda özünü qraf Karl fon Kozel (ing. Count Carl von Cosel) adlandırmışdır (8 fevral 1877, Drezden – 3 iyul 1952 və ya 23 iyul 1952, Tampa, Florida) — almanəsilli ABŞ rentgen texniki. O, kubaəsilli ABŞ vətəndaşı qadın Yelena de Oyosa məhəbbət bəsləməsi və onun vərəmdən vəfat etməsindən bir müddət sonra, 1933-cü ildən 1940-cı ilə qədər cəsədi ilə yaşaması ilə tanınmışdır. == Oyos ilə münasibəti == Tantsler 22 aprel 1930-cu ildə dəniz xəstəxanasında işləyərkən Mariya Yelena "Helen" Milaqro de Oyos ilə tanış olmuşdur. O, varlı bir ailədən idi. Atası Panço de Oyosun kiçik bir siqaret fabriki var idi. Yelenanın əri Luis Mesa onun vərəm xəstəliyinə tutulduğunu öyrəndikdən sonra Yelenadan ayrılmışdır. Tantsler ona aşiq olmuşdur. O, Yelenaya qayğı və məhəbbət göstərmiş, ona hədiyyələr vermişdir, lakin de Oyos ona qarşılıq verməmişdi.
Məhəmməd Hatəmi Tantəkin
Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur. I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub. 1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub. Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər. 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir. 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib. Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb. O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib.