Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Adının mənası == Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Taynaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Geri qayıtmaq hüququ
Geri qayıtmaq hüququ — insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış, öz ölkəsinə qayıtmaq hüququ verən beynəlxalq hüququn qanunvericilik prinsipidir. Geri qayıtmaq hüququ əyalətin konstitusiyasında, immiqrasiya qanununda göstərilə bilər və ya diasporadan repatriasiya haqqında ayrıca bir qanun olaraq rəsmiləşdirilə bilər. == Tarixi == Yəqin ki, geri dönüş hüququnun ilk tanınması 1789-cu il Fransa inqilabından sonra Fransada 15 dekabr 1790-cı ildə qəbul edilmiş Hugenotlar Aktında əksini tapdı. Hugenotlara bütün vətəndaş hüquqlarının verilməsi ilə eyni vaxtda qanun, Fransa vətəndaşlarını dini təqiblər səbəbiylə xaricdə doğulmuş və fransız soyundan olan, qovulmuş və ya qaçan bütün insanları elan etdi. And içən geri qayıdan bütün vətəndaş hüquqlarına sahib idilər. Eyni zamanda, hugenotların böyük hissəsi bundan bir əsr əvvəl qovulmuşdu və bir çoxları İngiltərə, Almaniya və Cənubi Afrikanın yerli əhalisi ilə qarışmağı bacardılar. Qanun, 19 oktyabr 1945-ci ilə qədər qüvvədə qaldı, aralarında Nazizm tərəfdarlarının da ola biləcəyi Almaniyaya assimilyasiya olunmuş hugenotlar nəslinin köçməsinə icazə verilməməsi səbəbindən ləğv edildi. == Beynəlxalq hüquq == Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü maddəsində deyilir ki, "hər kəs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Bu maddənin mənası ilə bağlı fikir birliyi yoxdur, çünki əvvəlki bənddə "dövlət" ("hər kəsin hər bir əyalət daxilində sərbəst hərəkət etmək və yaşayış yerini seçmək hüququ") ifadəsi işlədildiyindən "ölkə" anlayışına icazə verilir. fərqli şərh edir.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Taynaq yaşayış yeri
Taynaq — abidə Ağcabədi rayonu ilə Ağdam rayonu sərhəddində, “Şirxan qobusu”nun cənubunda, Ağcabədi rayonunun Taynaq kəndindən 600 m qərbdə yerləşir. Bu, dərənin relyefinə uyğun ŞmQ – CŞ istiqamətində uzanan, diametri 110x95 m, hündürlüyü şimal tərəfdən 5 m, cənub tərəfdə isə 3 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası eneolit (Leylatəpə mədəniyyəti) və orta əsrlər dövrlərinə aiddir.
Arazın o tayında (film, 1947)
Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. == Məzmun == Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır. == Film haqqında == Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Esfir Şub Rejissor: Esfir Şub Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov Bəstəkar: Niyazi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında (vokal-xoreoqrafik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == Məzmun == Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.