1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq.
// Qaçmaq. Fikrindən yayınmaq.
– [Gülsənəmin] narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı.
2. Cürbəcür bəhanələrlə boyun qaçırmaq, can yandırmamaq.
Tapşırılan işdən yayınmaq … nə qədər çətindir.
3. dan. Xəlvəti getmək, qaçmaq, gözdən itmək, yox olmaq, aradan çıxmaq; əkilmək, gizlənmək.
// Uzaqlaşmaq, getmək.
Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə.
[Tarıverdi:] Barı qaçım, … vaqt ikən bir tərəfə yayınım.
[Nağı:] Söylədi: – Qardaşlar, gəlin yayınaq; Çoxdandır Samuxa olmuşuq qonaq.
Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım.
4. Yandan keçmək, hədəfə dəyməmək; sapmaq.
Gündən-günə [Kərimin] atdığı güllə daha heç yayınmırdı.
// Canını qurtarmaq, qaçmaq, qaçıb qurtara bilmək. Güllədən ilan yayınası deyil.
– Sonadı, ovçusundan; Yayındı yana, yeridi…