Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşqapı
Daşqapı — türk və altay mifologiyasında yeraltı keçidi. Taşkapı da deyilir. Qaya qapısı (Kaya kapısı və ya Kıya kapısı) olaraq da bilinir. Yeraltı dünyasına gedən keçidin qapısıdır. Bir mağaranın içində olar. Xarici qapı mənasına da gəlir ki, bu kainatın son qapısı deməkdir. Çox uzaq diyarlardaki bir mağaranın içində olar. Əhəmiyyətli qapıların və ya keçidlərin olduğu mağaralar, in içində in, quyu içində quyu olacaq şəkildə kompleks yerlərdir. Bəzi nağıllarda bu qapıya Arqalıx adı verilər. Dəmir sürüşkən keçid və quru sürüşkən keçid olaraq təsvir olunur.
Tamqalı
Tamqalı ― Qazaxıstanın Yeddisu şəhərində yerləşən petroqliflər. Tamqalı 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi Almatıdan 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir. == Tarixi == Tamqalı dərəsinin daş qalereyası ilk dəfə 19 sentyabr 1957-ci ildə Qazaxıstan SSR Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun Cənubi Qazaxıstan arxeoloji ekspedisiyasının Yeddisu dəstəsi tərəfindən, Qazaxıstanın ilk peşəkar arxeoloqu Anna Qeorqiyevna Maksimovaniçin rəhbərliyi ilə aşkarlanmışdır. Son yarım əsrdə burada onlarla elmi ekspedisiya keçirilmiş və alimlər qədim insanların həyatları ilə bağlı yeni dəlillər tapmışdırlar. Bu gün qoruq 3800 hektar ərazini əhatə edir. Burada yaşayış yerləri, mazarlar, daş oymalar, petroqliflər (5000-dən çox təsvir daxil olmaqla) və dini tikililərmövcuddur. Müxtəlif dövrlərə aid yüzə yaxın abidədən ibarət qoruq, misilsiz bir arxeoloji kompleksdir. == Təsvir == Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 000 petroqlif var.
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. == Bitki örtüyü == Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Abdal tayfası
Abdal tayfası — qədim türk tayfalarından biri. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır . Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır . Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Cinlilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinnilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Daşqapı (Germi)
Daşqapı (fars. داشقاپو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (32 ailə).
Daşqapı (dəqiqləşdirmə)
Daşqapı — türk və altay mifologiyasında yeraltı keçid. ‎Daşqapı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Havsallı tayfası
Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu. == Tarixi == Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər. Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür. == Mənbə == Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı, 2014.
Kolanı tayfası
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Qacar tayfası
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qarabayramlı tayfası
Qarabayramlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabayramlı tayfasının ulu babası Qara Bayram Şəvə oğludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qarabayramlı tayfası indiki Laçın rayonundakı Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha kəndlərini yaratmışdılar. Bəzi mənbələrdə Qarabayramlı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndlərin binasını qoyan və sonralar da kəndlərdə yaşayan əhali azərbaycan türkləri olmuşdur. === İstinadlar === == Mənbə == Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009.
Qaraçanlı tayfası
Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. == Mənbə == Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.
Qasımuşağı tayfası
Qasımuşağı tayfası — Hacısamlı oymağının bir tayfası. Qasımuşağı tayfası XVIII yüzilin ortalarında Xorasan əyalətindən öz ata-baba yurduna geri dönmüşdür. Xorasanda olan zaman Şadlı tayfa birliyinə bağlı olan bu tayfa Qarabağ xanlığına tabe olduqdan sonra Qaraçorlu tayfa birliyinə daxil olmuşdur. Bəzi mənbələrdə Qasımuşağı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycanlılar olmuşdur. Bəzi mənbələrə görə Qasım bu torpağı qohumu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. O, Hacı Sam bəyin nəvəsi idi. Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurli Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəli oğlu üzdə idilər. Qasımuşağı tayfası Şamkənd, Çorman, Bozdağan, Piçənis, Kürdhacı, Ələkçi,Nağdalı və Ərikli kəndlərində yerləşdi.
Quşçu tayfası
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Qızılbaş tayfası
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi == Tarixi == Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Rumlu tayfası
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. == I Şah İsmayıl dövrü == Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. == I Şah Təhmasib dövrü == Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Su Tayfası
Su Tayfası — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Su Tayfası iki əsas tayfalara bölünür: şimal və cənub qütbünün tayfaları (Onlardan başqa bir bataqlıqda kənarı dünya tərəfdən unudulmuş su magiya sənətini işlədən bir tayfa yaşayır). Yüz illik müharinin ərzində od maqları Cənubi qütübdə yaşayanlar Su maqları əsirliyə götürüldülər, beləliklə Cənubi Su Tayfasında yalnız bir su maqı qalıb - Katara. Buna görə su magiyası əsasən Şimalı Su Tayfada və Bataqlıq Su Tayfada işlənilir. == Görünüşü == Su Tayfasının görünüşü Sibirin və Kanadanın yerli xalqlarından götürülmüşdür. Əsasən palıdı və ya qara rənqli saçlar, mavi gözlər və metis dərin. == Mədəniyyət == Su Tayfanın mədəniyyəti Şimali Amerikanın aborigen xalqların mədəniyyətə çox oxşayır.
Topqapı Sarayı
Topqapı sarayı (türk. Topkapı Sarayı və ya osman. طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi. Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCO Ümumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir. Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir.
Topqapı muzeyi
Topqapı sarayı (türk. Topkapı Sarayı və ya osman. طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi. Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCO Ümumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir. Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir.
Təkəli tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təkəlilər tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Xırmandalı tayfası
Xırmandalı tayfası — Orta Asiyada, Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamış tayfa. XI-XII əsrlərdə Xırmandalı tayfasının nümayəndələri Qəzvində dövlət yaratmışlar. XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşmışdır. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar I Şah İsmayılın və I Şah Abbasın hakimiyyətə gəlməsində və dövlətin möhkəmləndirilməsində göstərdikləri xidmətə görə Şahsevənlər adını qazanmışlar. Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran-Müşgül ərazisinə kimi yaşamağa icazə verilmişdir. Bundan sonra tayfanın nümayəndələri Muğan düzündə, indiki Biləsuvar rayonu ərazisində Xırmandalı kəndinin əsasını qoymuşlar. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində — balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanları olan torpaqlarda — indiki Masallı rayonunun ərazisindəki Xırmandalı kəndində məskunlaşmışlar.
Taymani
Taymani Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı. Digərləri Cəmşidi, Firuzkuhi və Teymuri adlanırlar. Taymanilər fars dilində danışırlar və sünni müsəlmandırlar. Bəzi taymanlar isə puştu dilində danışırlar. Əfqanıstanda əsasən Qövr vilayətində yaşayırlar.
Tayyaki
Tayyaki (鯛焼き, "bişirilmiş çapaq balığı") — Yaponiya mətbəxinə xas olan balıq formasında tort. Tortun hazırlanmasında anko xəmirindən (şəkərli adzukilərdən hazırlanır) istifadə olunur. Bundan əlavə kremdən, şokoladdan, pendirdən və şirin kartofdan da istifadə oluna bilər. Bəzi mağazalar tayyakini hətta okonomiyaki, qyozo və sosiska ilə hazırlayırlar. Tayyaki hazırlamaq üçün blinçik və ya vafli xəmirindən istifadə olunur. Hazırlanmış sulu xəmir balıq formasında olan qəlibin hər tərəfinə tökülür. Daha sonra bir tərəfə əlavə məhsullar daxil edilir və qəlib bağlanılır. Qızıl qəhvəyi rəngi alana qədər bişilir.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.