Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Now & Then
Now & Then — The Carpenters albomu.
When the Music Dies
When the Music Dies (azərb. Musiqi öləndə‎) — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa etdiyi mahnı.Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar. Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər.
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. == Mahnı == Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Thea
Çay — bitki növü
When the Party's Over
"When the Party's Over" — amerikalı müğənni Billi Aylişin ilk albomu "When We All Fall Asleep, Where Do We Go?"dan ilk sinql. 17 oktyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Chen canagica
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Mark Tven
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[…] – 21 aprel 1910[…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Oxuculara daha çox "Haklberri Finin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Haklberri Finin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir Onun sinif yoldaşı ondan nifrət edir. Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi. Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Mississippi Çayı boylarındakı Hannibala şəhərinə daşındı.
Marqo Tyen
Marqo Tyen (29 dekabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Marqo Tyen Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Marqo Tyen Olimpiadanın qalibi olub.
Thea sinensis
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. == Qrup haqqında == Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. == Qrupun tarixi == Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
The Fame
The Fame — Lady Gaganın ilk studiya albomudur. 19 avqust 2008 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır. Lady Gaga hələ Nyu-York klublarında oxuduğu vaxtlarda onun ilk studiya albomu The Fame işıq üzü gördü. Sənətçinin 2008-ci ilin avqust ayında çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya hit siyahılarında birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
The Guardian
The Guardian — 1821-ci ildə yaranan Böyük Britaniya qəzeti. 1821-ci ildə The Manchester Guardian kimi təsis edilib və 1959-cu ildə adını dəyişib.
The HU
Hu (The HU) Monqol xalq və metal musiqi qrupu. Hu öz musiqi üslubunu "hunnu rok" adlandırır, onlar bu adı qədim monqol/türk imperiyası olan Hunlardan ilhamlanaraq götürmüşdür. == Tarix == Qrupun 2018-ci ilin sonlarında YouTube-da yayımlanan iki videosu "Yuve Yuve Yu" (28 sentyabr) və "Wolf Totem" (16 noyabr) 2021-ci ilin fevralına qədər birlikdə 100 milyondan çox baxış toplamışdı. 17 may 2019-cu ildə Hu, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşdü. O, qrupu ölkənin tanıdılmasında uğurlarına görə təbrik etdi.Onlar 2019-cu ilin iyun və iyul aylarında on iki Avropa ölkəsində iyirmi üç konsert verdilər. Qrup 23 avqust 2019-cu ildə dördüncü sinqlı "The Great Chinggis Khaan " (Böyük Çingiz Xan) musiqi videosunu yayımladı.
The Half
The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 martdan başladıqları yolu 2021-ci il 9 iyulda sonlandırmışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur. == Tarixi == "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazov da qrupa vokalist kimi qoşulmuşdur. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Musiqi qrupu 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdi. == Diskoqrafiya == === Sinqllar === Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft.
The Highlights
The Highlights - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı sayca dördüncü albomdur. Albom 2000-ci ildə Fransada satışa çıxarılıb. Onu da qeyd edək ki, "The Highlights" Era musiqi layihəsi adından həmin ildə ıxarılan ikinci albomdur. Alboma Eranın ilk iki albomuna daxil olan mahnıların yenidən işlənmiş versiyaları daxil edilib.
The Horrors
The Horrors - İngiltərə rok-qrupu.
The Huntingdon
The Huntingdon — ABŞ Texas ştatının Hyuston şəhərində yerləşən 34 mərtəbəli yaşayış evidir. Hündürlüyü 153 metrdir, Hyustonun ən hündür yaşayış evidir.
The Independent
«İndependent» (ing. The Independent — «müstəqil») — İngilis online qəzeti, 2016-cı ilə qədər gündəlik qəzet. 1986-cı ildə müstəqil milli səhər qəzeti kimi təsis edilib. Ideoloji cəhətdən Liberal Demokrat Partiyaya yaxındır, insan haqları məsələlərinə xüsusi diqqət yetirir. Son çap nəşri 20 mart 2016-cı il şənbə günü buraxıldı. O vaxtdan bəri dərc yalnız rəqəmsal formatda mövcuddur. Qəzetin dövriyyəsi 2009-cu ildə 183.5 min nüsxə (ingilis qəzetinin ən kiçik qəzetləri), bazar gününün yayımlanması ("Müstəqil Bazar günü") - 155.6 min nüsxə . 2013-ci ilin noyabrında qəzetin ABC tədqiqat şirkətinin məlumatına görə, dövriyyəsi 67,7 min nüsxə təşkil edib ; 2014-cü ilin aprel ayında - 63,4 min nüsxə 2010-cu ilin mart ayında qəzetin Rus iş adamı Aleksandr Lebedev tərəfindən əldə edildiyi açıqlandı. Qiyməti 1 funt sterlinq idi . Qəzetin satışıyla bərabər, Bazar günü birbaşa «İndependent» və «Independent on Sunday» direktoru olan Ivan Fallonun istefası açıqlandı .
The Isolator
The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta, azərb. İzolyator‎) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == 2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər. Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir. Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur.
The Liberator
The Liberator - 1831-ci ildə Uilyam Lloyd Qarrison tərəfindən qurulan quldarlıq əleyhinə olan qəzetdir. == Yaradılması == Qarrison The Liberatoru 1 yanvar 1831-ci il tarixindən başlayaraq ən son nəşr etdirdiyi tarix olan 1 yanvar 1866-cı ilə qədər, yəni 35 il boyunca həftəlik olaraq yayımlamışdır. == Fəaliyyəti == Oxucularının böyük əksəriyyəti afro-amerikalılardan ibarət olan qəzetin 3 minlik tirajı olmasına rəğmən ABŞ-də "hər cürə quldarlığın dərhal və tamamən qaldırılmasını" heç bir güzəştə getmədən müdafiə etdiyinə görə ölkə miqyasında etibar qazanmışdı. Qarrison qəzetin mövqeyini ilk sayda "Xalqımıza" başlığı ilə yayımladığı məşhur açıq məktubunda bildirmişdi. The Liberator müxtəlif əyalətlərdə sərt məhdudiyyətlərlə qarşılaşdı. Məsələn Cənubi Karolinada qəzeti paylayanlar 1,500 $ (2005-ci il ölçülərinə görə $25,957.20 )cəzaya məruz qalırdı. == Nəşrin dayandırılması == The Liberator Amerika Vətəndaş müharibəsinin sonuna qədər 30 il qəzeti nəşr etdirildi. 1865-ci ilin sonunda 13 əlavə maddə qanunu ilə ABŞ-də köləlik ləğv edildi. Bundan sonra Qarrison qəzetdə sonuncu vəda yazısı nəşr etdirərək, qəzetin fəaliyyətini dayandırdı.
The Nails
The Nails-in ilk musiqilərini yaratmaq cəhdi 2007-ci ilin mart ayına təsadüf edir. Heç də pis nəticənin alınmamasına baxmayaraq bu,qeyri-ciddi idi. 2008-ci ilin əvvələrində qrupun məşq üçün stabil yeri var olsa da,stabil musiqiçi tərkibi yox idi. Sonda isə əvvəlcədən bütün bunları həyata keçirən cəmi iki nəfər qalır – Əliyev Bəxtiyar və Həsənov Ziyad . Dostlar ruhdan düşmədi və 3 mahnıdan ibarət materiallarını yazıb tamamladılar . Zərbçini müvəqqəti olaraq drum-machine əvəz etdi. Elə həmin il 13 iyulda The Nails " Dark Line II " konsertində uğurla çıxış etdikdən sonra əvvəl hazırlanmış 3 mahnı və 1 coverdan ibarət ilk Demolarını yazdı. Qrup noyabrın 2-də "Next Generation", dekabrın 14-də isə "Fikir azadlığı" konsertində iştirak edir. 2008-ci ilin dekabrında qrupa yeni klavişnik – Dinara İsmayılova qoşulur ki, o, artıq fevralın 22-də " Dark Line III " konsertində yaxşı çıxış etmiş olur. Bir aydan sonra qrup " Yaz konsertində" çıxış edir.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Əhən bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eden of the East
Eden of the East (yaponca: 東のエデン, Hepbörn: Higashi no Eden) — Kenci Kamiyama tərəfindən yaradılan, Production I.G istehsalı, 2009-cu ildə çıxan anime serialı.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.