AA

I. nid. (Cümlənin əvvəlində işlənərək heyrət, təəccüb bildirir) now, now then; now, now; Aa, gəlin! Come now! Aa, ağlamayın! Now, now, stop crying! Aa, nə olub? Now, then, what’s all this?

II. əd. (Cümlənin sonunda işlənərək təkid, hədə bildirir) do; Gəlin aa! Do come!

A-ŞƏKİLLİ
AB-HAVA
OBASTAN VİKİ
Misir heroqlifləri (AA qrupu)
Misir heroqlifləri (AA qrupu) — AA qrupu 31 heroqlifdən ibarət olub, bura təsnifatsız təsvirlər daxildir.
Piter van der Aa
Piter van der Aa (nid. Pieter van der Aa; 1659[…], Leyden, Hollandiya qraflığı – avqust 1733, Leyden, Hollandiya qraflığı) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən Mərakeş və Madaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransız və holland dillərində çap olunmuşdur. Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi. Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır.
Aa
Aa (lat. Aa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Kosta-Rikadan Venesuelaya qədər, həmçinin Argentinada yayılmışdır.
AA 52
AA 52 (fr. Arme Automatique Transformable Modèle 1952) — 1952-ci ildə Fransa Respublikası Ordusu tərəfindən qəbul edilmiş vahid fransız pulemyotudur. Bu, II Dünya Müharibəsindən sonra istehsal olunan ilk fransız atıcı silahlarından biridir. Cinquante-Deux da deyilir (Fransız dilindən — "əlli iki"). Bu silah hələ də zirehli maşınlarda pulemyot qurğularında istifadə olunur, həmçinin dağ bölmələrində istifadə etmək olur. Lakin daima piyada hissələrində Belçikanın Minimisini sıxışdırıb aradan çıxarır. Əhəmiyyətli dərəcədə diqqət ən sadə və qənaətli üsul ilə hazırlanmaya (pulemyotun konstruksiyasında elektroqaynaq və polad vərəqədən olan ştamplama tətbiq edilib) verilib. Bərkitmə mexanizminin konstruksiyasının müəllifi Emil Martindir. Pulemyotun ilk variant 7,5X54 mm tüfəng gülləsindən ibarət AAT-52 pulemyotu olub. 1960-cı illərdə 7,62X51 mm gülləsindən ibarət AAN F1 pulemyotu silahlanmaya qəbul edilib.
AA batareya
AA batareyası (və ya ikiqat-A batareyası) — standart ölçülü tək hüceyrəli silindrik quru bir batareyadır. IEC 60086 sistemi onu R6 ölçüsü, ANSI C18 isə 15 ölçüsü adlandırır. Yapon JIS tərəfindən UM-3 adlandırılmışdır. Tarixi olaraq, İngiltərədəki rəsmi sənədlərdə D14 (standart hüceyrə) və ya HP7 (sink xloridin 'yüksək gücü' versiyası üçün) olaraq bilinir. AA batareyaları portativ elektron cihazlarda çox yayılmışdır. AA batareyası, birincil batareya (birdəfəlik) və ya təkrar doldurula bilən tək bir elektrokimyəvi hüceyrədən ibarətdir. Tikintisində bir çox fərqli kimyəvi maddələrdən istifadə olunur. Dəqiq terminal gərginliyi, tutumu və praktiki boşalma dərəcələri hüceyrə kimyasından asılıdır; lakin, AA hüceyrələri üçün hazırlanmış qurğular, istehsalçı tərəfindən göstərilmədiyi təqdirdə, adətən yalnız 1,2–1,5 V gücündə olacaq. 1907-ci ildə " The American Ever Ready Company " tərəfindən təqdim edilən AA batareyasının ölçüsü 1947-ci ildə Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən standartlaşdırılmışdır, lakin rəsmi standartlaşdırmadan əvvəl fənərlərdə və elektrik yeniliklərində istifadə edilmişdir. ANSI və IEC Batareya nomenklaturası, hüceyrə xüsusiyyətlərindən və kimyasından asılı olaraq bu ölçüdə hüceyrələr üçün bir neçə təyinat verir.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Aa (çay, Fransa)
A və ya Aa (fr. Aa) — Fransanın şimalında, O-de-Frans regionunda çay. Uzunluğu – 89 kilometr (55 mil). Su hövzəsinin sahəsi 1215 km2-dir. A çayı Artua təpələrindən çıxır, Sent-Omerdən keçərək Qravlində Şimal dənizinə axır. Sent-Omer və dəniz arasında 29 kilometrlik məsafədə gəmilərin istismarı üçün əlverişlidir. Kale və Dünkerki Flandriyanın daxili rayonları ilə birləşdirən kanal A çayının vadisi boyunca keçir. Adolf Hitlerin 24 may 1940-cı il tarixli əmrinə baxmayaraq, "Adolf Hitler" SS diviziyasının komandiri Yozef Ditrix A kanalını keçərək qarşı sağ sahildə Monvattan hündürlüyünü ələ keçirmiş, düzənlik ərazi üzərində dominantlıq əldə etmişdir. Haynts Vilhelm Quderian öz memuarında bu bu əməliyyatı təsdiqlədiyini qeyd etmişdir. "Долина реки Аа".
AAAA batareya
AAAA batareyası — uzunluğu 42,5 mm və diametri 8,3 mm-dir. Qələvi hüceyrə təxminən 6,5 qr ağırlığında və 1,5 V istehsal edir. Bu ölçülü batareya R8D425 (IEC) və 25 (ANSI/NEDA) da təsnif edilir. Bu ölçüdə olan qələvi batareya, Duracell tipli MN2500 və ya MX2500 və Energizer tipli E96 nömrələri ilə də tanınır. Bu batareya ölçüsü ən çox lazer göstəriciləri, LED qələmlər, kompüter qələmləri, qlükoza sayğacları və kiçik qulaqlıq gücləndiriciləri kimi kiçik cihazlarda istifadə olunur. Bu batareyalar AAA və ya AA tipli batareyalar qədər populyar deyil və buna görə də ümumiyyətlə mövcud deyil. Qələvi doqquz voltlu batareyanın bəzi modellərində, qaynaqlanmış çubuqlarla bağlanan altı LR61 hüceyrəsi var. Bu hüceyrələr AAAA hüceyrələrinə bənzəyir və 3,5 millimetr daha qısa olmasına baxmayaraq bəzi cihazlarda öz yerlərində istifadə edilə bilər.
AAA batareya
AAA batareya (və ya Üçqat A batareyası) — standart ölçüdə quru hüceyrə batareyasıdır. Bir və ya daha çox AAA batareyası aşağı drenajlı portativ elektron cihazlarda istifadə olunur.Bu ölçülü bir sink-karbon batareyası IEC tərəfindən R03, ANSI C18.1 tərəfindən 24, köhnə JIS standartı UM-4 olaraq və hüceyrə kimyasına görə dəyişən digər istehsalçı və milli standart təyinatlarla təyin edilmişdir. Ölçü ilk dəfə 1911-ci ildə The American Ever Ready Company tərəfindən təqdim edilmişdir. AAA batareyaları ən çox TV uzaqdan idarəetmə cihazları, MP3 pleyer lər və rəqəmsal kameralar kimi kiçik elektron cihazlarda istifadə olunur. Eyni gərginliyi tələb edən, lakin daha yüksək cərəyan gücünə malik cihazlar, AA batareya tipi kimi daha böyük batareyalardan istifadə etmək üçün nəzərdə tutulmuşdur.AA batareyaları AAA batareyalarından təxminən üç dəfə çoxdur. Müasir elektronikanın artan səmərəliliyi və miniatürləşməsi ilə əvvəllər AA batareyaları üçün nəzərdə tutulmuş bir çox cihaz (uzaqdan idarəetmə, simsiz kompüter siçanları və klaviaturalar və s.) AAA batareya hüceyrələrini qəbul edən modellərlə əvəz olunur.
Bencamin Aaron Şapiro
Bencamin Aaron Şapiro (ing. Benjamin Aaron Shapiro; 15 yanvar 1984, Los-Anceles, Kaliforniya) — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021). Bencamin Aaron Şapiro 15 yanvar 1984-cü il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində, Rusiya və Litva mənşəli bir yəhudi ailəsində anadan olmuşdur. O, 9 yaşında ailəsi ilə birlikdə ortodoks yəhudiliyə keçmişdir. Şapiro uşaq yaşlarından skripka ifa etməyi öyrənmişdi. O, on iki yaşında olarkən İsrail İstiqrazlar Banketində skripka ifa etmişdir.
Bertus Aafyes
Lambertus Yakobus Yohannes "Bertus" Aafyes (nid. Lambertus Jacobus Johannes "Bertus" Aafjes; 12 may 1914[…], Amsterdam – 23 aprel 1993[…]) — Niderland şairi. Lambertus Yakobus Yohannes "Bertus" Aafyes 12 may 1914-cü ildə Niderlandın payxatı Amsterdam şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi zamanı Almaniya işğalına qarşı müqavimətdən ilhamlanaraq yazdığı şeirlərə və "Een l'oetreis naar Rome" ("Romaya ziyarət", 1946) əsərinə görə tanınır. Aafyesin sonrakı şeir toplularında, "Het Koningsgra" ("Kral məzarı", 1948); "In den Beginn" ("Başlanğıcda", 1949), "Homero's Odyssey" ("Homerin Odisseyası"; 1965) əsərlərində olduğu kimi Bibliya vasitəsilə qədim mövzulara, və "Dag van Gramschap in Pompei" ("Pompeyin qəzəb günü"), 1960 və "Dooltocht van een Griekse Held" ("Bir yunan qəhrəmanının başıboş səyahəti", 1965) əsərlərində olduğu kimi səyahət xatirələrindəki ekzotiklikdən istifadə edir. Vikianbarda Bertus Aafyes ilə əlaqəli mediafayllar var.
Evald Aav
Evald Aav (22 fevral (6 mart) 1900, Tallin – 21 mart 1939, Tallin) — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri. Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir.
Frederik Aalestrup
Frederik Aalestrup (27 yanvar 1994-cü ildə anadan olub) — Danimarkanı təmsil edən kişi badmintonçu.
General Dynamics F-111 Aardvark
General Dynamics F-111, 1960-cı illərdə yaradılmış olan orta mənzilli bombardmançı, strateji bombardmançı, kəşfiyyat təyyarəsi, və taktiki hücum təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri (USAF) modelləri rəsmi olaraq “Aardvark” adlandırılmışdırlar. 1998-ci ildə USAF bu təyyarələri xidmətdən uzaqlaşdırılmışdır. Avstraliya Hərbi Hava Qüvvələrində xidmət edən F-111 təyyarələrinin ləqəbi donuzdur. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-23 təyyarələri hesab olunur. F-111 hərbi təyyarələri dəyişə bilən geometrik qanadlar, əlavə yanacaqlı turbofan mühərriklər, aşağı hündürlükdən yüksək sürət ilə hərəkət edərkən yeri müşahidə etməyə imkan verən radarlar kimi bir çox qabaqcıl tətbiq edilmiş olan yeniliklərdə də, birinci olmuşdur. Dizaynı xüsusilə SSRİ mühəndisləri üçün yeni bir ilham mənbəyi olmuşdur. Öz dövrü üçün qeyri-adi olan texnologiyası da, müasir dövrün standart tələblərini müəyyənləşdirmişdir. USAF əlində olan F-111 təyyarələrini orta mənzilli dəqiq bombardmanlar üçün F-15E Strike Eagle modelləri ilə, supersonik bombardman rolu üçün də Rockwell B-1 Lancer təyyarələri ilə əvəz etmişdir. Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF) isə əlindəki F-111 təyyarələrini 2010-cu ildə aktiv xidmətdən uzaqlaşdırmışdır.
Hans fon Aaxen
Hans fon Aaxen (1552-4 mart 1615) — Alman rəssamı. Hans fon Aaxen 1552-ci ildə dünyaya gəlib. Hələ kiçik yaşlarından sənətin incəliklərini duyub, müxtəlif cızmaqaralar etməyə başlayıb. Hansın ilk müəllimi Jerrigh olub. Bir müddət rəssamlığın incəliklərini öyrəndikdən sonra müəlliminin məsləhətiylə 1574-cü ildə təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Roma və Florensiyanı gəzib, ancaq sonunda Venesiyaya yerləşib. Əvvəl Kaspar Remsin şagirdi olub. Daha sonra, o zamanlar almaniyalı sənətkarlar Bartholomeus Spranger və Hendrick Goltziusun tərzindən də təsirlənərək öz Maniyerist texnikasını inkişaf etdirmək üçün Tintoretto və Michelangelo janrında işləməyə başlayıb. 1588-ci ildə Almaniyaya geri qayıdır. Burda zadəganların portretini çəkən məşhur bir rəssam kimi tanınmağa başlayır.
Herbert Aaron Hauptman
Herbert Aaron Hauptman (14 fevral 1917[…], Nyu-York, Nyu-York ştatı – 23 oktyabr 2011[…], Buffalo, Nyu-York ştatı[…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı. 1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir. 1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir. Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Moisey ben Aaron Şirvani
Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.
Monsters (Saara Aalto mahnısı)
Monsters (azərb. Bədheybətlər‎) — Finlandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Saara Aalto "Monsters" mahnısı ilə Finlandiyanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Pop üslubunda olan mahnı ifaçı Saara Aalto, daha öncə İsveçin 2013 və 2015 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkarlar Coy və Linnea Deb və eyni zamanda ingilis bəstəkar Ki Fitzjeraldın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Nina Aasmyae
Nina Aasmyae (est. Niina Aasmäe, rus. Нуянзина Нина Павловна 16 may 1947) — Erzyan alimi, filologiya elmləri doktoru (2006), professor. Tartu Universiteti müəllimi. Nina Pavlovna Aasmyae 16 may 1947-ci ildə Mordoviyanın Bolşebereznikovski rayonu, Deqilyovka kəndində anadan olmuşdur. 1954-1965-ci illərdə Saransk ümumtəhsil məktəbində oxumuşdur. 1965-1970-ci illərdə N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetində oxuyur. 1972-1974-ci illərdə A. İ. Hersen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda; 1976-1980-ci illərdə Tartu Universitetinin aspiranturasında oxuyur və 2004-2006-cı illərdə doktoranturada təhsil alır. Tartuda yaşayır və işləyir. Aasmäe, Niina (2002).
Pentti Aalto
Pentti Aalto(fin Pentti Aalto; 22 iyul 1917 - 30 noyabr 1998)—Finlandiya dilçisi. Pentti Aalto 1917-ci ildə anadan olmuşdur. 1935-ci ildə Helsinki Universitetində klassik ədəbiyyat, sanskrit dili və müqayisəli dilçilik, Altay ədəbiyyatını öyrənmişdir. 1949-cu ildə həmin universitetdə doktorluq işini müdafiə etmişdir. 1949-1958-ci illər arasında müqayisəli dilçilikdən mühazirələr oxumuş və 1958-ci ildə professor adı almışdır. O, tədqiqatları ilə bağlı Monqolustan, Türkmənistan, Hindistan və Koreyada ekspedisiyalarda olmuşdur. Onu daha çox Altay dilləri maraqlandırmışdır. 1951-ci ildə o, Q. Ramstedtin və mühazirələrini, 1952-1966- cı illərdə isə «Einfuhrung in die altaische Sprachwissenschaft» adlı böyük əsərini çap etdirmişdir. Bunlardan başqa Q. Ramstedtin «Additional Korean Etymolögies», «Torgutische Lieder» əsərləri ilə yanaşı həm onun, həm də G. Granönün qədim türk abidələri ilə bağlı əsərlərini də çap etdirmişdir. O, həmin əsərdə özünün topladığı materialları tədqiq etmişdir.
Saara Aalto
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli, Xose Karreras və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb.
Vyaynyo Aaltonen
Vyaynyo Valdemar Aaltonen (ing. Wäinö Valdemar Aaltonen; 8 mart 1894[…], Karinaynen[d], Finlandiya knyazlığı və ya Marttila[d], Finlandiya knyazlığı – 30 may 1966[…], Helsinki) — Finlandiya heykəltaraşı. Vyaynyo Valdemar Aaltonen 8 mart 1984-cü ildə Finlandiyanın Marttila bələdiyyəsi ərazisində anadan olmuşdur. O, psixoloji portretlərin ("Y. Sibelnus", mərmər, 1935), heykəllərin ("İdmançı P. Nurmi", tunc, 1924–1925), monumental və dekorativ heykəltaraşlıq əsərlərinin ("Yazıçı A. Kivi", tunc, 1932–1934, "Dostluq", tunc, 1952) müəllifidir. Aaltonenin "Sülh" momumenti (qranit, 1950–1952) Qızıl Sülh müdalına layiq görülmüşdür (1953). O, 1958-ci ildən SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur. Yaradıcılığında humanizm, obrazların psixologiyası, plastik formalar güclüdür. Vyaynyo Aaltonen 30 may 1966 Finlandiyanın paytaxtı Helsinki şəhərində vəfat etmişdir. Wäinö Aaltonen Museum of Art in Turku Art Signature Dictionary, genuine signature by the artist Wäinö Aaltonen Here are 11 examples of Wäinö Aaltonen's signature and monogram, six dated from 1925 to 1940.
Vyaynyö Aaltonena muzeyi
Vyaynyö Aaltonena muzeyi (fin dilində: Wäinö Aaltosen museo) — Finlandiya heykəltaraşı Vyaynyö Aaltonenanın əsərlərindən və müasir incəsənət eksponatlarından ibarət muzey. Muzey Finlandiyanın Turku şəhərində, Ayrayoki çayının sahillərində yerləşir. 1964-cü ilin martında Turku şəhər şurası öz kolleksiyasının bir hissəsini şəhər şurasına hədiyyə etmiş heykəltaraş Vyaynyö Aaltonenanun razılığı əsasında şəhərdə müasir incəsənət muzeyinin yaradılması haqqında qərar qəbul etdi. 1965-ci ilin oktyabr ayında Vyaynyö Aaltonenanın oğlu Matti Aaltonenanın və onun arvadı İrma Aaltonenanın layihəsi əsasında muzey üçün yeni müasir binanın tikintisinə başlanıldı. Heykəltəraş özü də binanın daxili quruluşunun layihələndirilməsində iştirak etmişdir. 17 sentyabr 1967-ci ildə muzeyin rəsmi açılışı oldu, onun fonduna Vyaynyö Aaltonenanın kolleksiyasına daxil olan heykəllər və rəsm əsərləri, həmçinin fin və xarici sənətkarların təsviri sənət, qrafika, heykəltaraşlıq əsərləri daxildir. Vikianbarda Музей Вяйнё Аалтонена ilə əlaqəli mediafayllar var.
AATP
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur. Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib. 1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub. Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
Aaron Sayens Qarza
Aaron Sayens Qarza (isp. Aarón Sáenz Garza; 1 iyun 1891, Monterrey – 26 fevral 1983, Mexiko) — Meksika siyasətçisi. Aaron Sayens Qarza 1 iyun 1891-ci ildə Meksikada, Nuevo-Leon ştatının Monterrey şəhərində anadan olmuşdur. Xuan Sayens Qarza və Konsepsyon Qarzanın oğlu olmuşdur. 1916-cı ildə Hərbi və Hərbi Dəniz nazirliyində katib olmuşdur. 28-ci Qanunvericilik Məclisinin xalq deputatı. 1918-ci ildə Braziliyada səlahiyyətli nazir. 1920–1924-cü illərdə xarici işlər nazirinin müavini, 1924–1927-ci illərdə nazir. 1924-cü ildə Yaponiya ilə ticarət və gəmiçilik müqaviləsini müzakirə etmək, 1925-ci ildə Meksika ilə Almaniya arasında iddialar konvensiyasını imzalamaq və 1925-ci ildə Meksika ilə Kuba arasında ekstradisiya müqaviləsini imzalamaq üçün xüsusi nümayəndə olmuşdur. 1925-ci ildə Prezident Maçadonun inauqurasiyası üçün Kubada xüsusi missiyada olan səfir kimi xidmət etmişdir.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Avatar: Aanq haqqında əfsanə (serial, 2024)
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — eyni adlı anime elementli cizgi serialın (2005-2008) əsasında çəkilən, yayımlaması gözlənilən ABŞ Netflix serialı. Serialın səkkiz seriyası 2024-cü ilin fevralın 22-də Netflix-də buraxılıb. Birinci mövsümün tənqidçilərdən aldığı qarışıq reaksiyadan sonra bəyan olunub ki, serialın həm 2-ci, həm də 3-cü mövsümü çəkiləcək. 2018-ci ildə Netflix bəyan edib ki, Avatarın remeykini 2019-cu ildə istehsal etməyə başlayacaq. Əvvəl deyilənə görə, orijinal serialın yaradıcıları, Maykl Dante DiMartino və Brayan Konietzko remeykin istehsalında baş yazıçı və icraçı prodüsser olaraq iştrak etməli idilər. Lakin, 2020-ci ilin avqustun 12-də yayılmış DiMartinonun açıq məktubunda o yazıb ki, orijinalın yaradıcıları Netflix-in yanaşması ilə bədii fərqlərinə və studiyada mövcud olan "mənfi və dəstəksiz" (ing. negative and unsupporting) şəraitinə görə, həmin ilin iyununda layihəni tərk ediblər. DiMartino ilə Konietzkonun adları serialın birinci və altıncı seriyasının ssenari müəllifləri olaraq qeyd olunur.
Sem Aaronoviç
Sem Aaronoviç (ing. Sam Aaronovitch; 26 dekabr 1919, London – 30 may 1998, London) — britaniyalı iqtisadçı-marksist. Bir neçə kitabın müəllifi. Böyük Britaniya Kommunist Partiyasının üzvü. O, South Bank Polytechnic-də iqtisadiyyat departamentinin rəhbəri olmuşdur. Sənaye qiymətləri, sığorta, inhisar kimi amillərin London iqtisadiyyatına təsiri və makroiqtisadi siyasət kimi mövzularda bir sıra kitab və məqalələr nəşr etmişdir. Kommunist Partiyasının üzvü və sadiq marksist olaraq qalmasına baxmayaraq, partiya pravoslavlığını tənqid edirdi.