Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. Etrusklar Xarun Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tin (Hurand)
Tin (fars. تين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
Tin (Xudafərin)
Tin (fars. طين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Tin Srbiç
Tin Srbiç (xorv. Tin Srbić;11 sentyabr 1996, Zaqreb) – Xorvat bədii gimnastı. Üfüqi çubuqda hərəkətlər üzrə gimnastdır. 2017-ci ildə Montrealda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında qızıl medal qazandı. Srbiç 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Bədii Gimnastika Çempionatında gümüş medal qazandı.
Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين‎ (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Çıonq Tin
Çıonq Tin (vyet. Trường Chinh) və ya əsl adı ilə Danq Suan Khu (vyet. Đặng Xuân Khu; 9 fevral 1907 – 30 sentyabr 1988, Hanoy) — Vyetnam inqilabçısı, dövlət, siyasi və partiya lideri, Vyetnam Kommunist Partiyasının baş katibi və ölkənin Dövlət Şurasının sədri. O, Vo Nquyen Zyap ilə birlikdə Vyetnam Fəhlə Partiyasının politbürosunun əsas hərbi strateqlərindən biri olmuşdur. "Qızıl ulduz" ordeni "Lenin" ordeni (22 yanvar 1982) "Oktyabr inqilabı" ordeni (02 iyun 1987) "Klement Qotvald" ordeni (20 fevral 1987) Kiyevin fəxri sakini Чыонг Тинь // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Tin (dəqiqləşdirmə)
Tin — etrusk mifologiyasında baş tanrı.
Tin (Türk mifologiyası)
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.
Hoang Thi Tin
Hoang Thi Tin ( ) — Vyetnamnı təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Vyetnamı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Tunis nümayəndəsi Omayma Bediuya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir. Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur.
Min və Tsin imperatorları sərdabələri
Min və Tsin imperatorları sərdabələri — Çinin dünya əhəmiyyətli abidələrindən biri Minsyanlin sərdabəsi – Çju Yuy və onun arvadının məqbərəsidir. Çju Yuy Çju Tszyanşenin (Min sülaləsi imperatoru Syantszun) ikinci oğlu, Çju Xoytsunun (Tszyatszin adı ilə hakimiyyətdə olmuş Min sülaləsi imperatoru Şitszun) atası idi. Çju Yuy imperator olmamış və Tszyatszinin taxta oturmasından əvvəl ölmüşdür, amma ölümündən sonra onu "imperator Sinsyan" adlandırırdılar. Onun varisi – imperator Tszyatszin – ona Sinsyandi (imperator-əcdad Sinsyan), onun arvadına isə - Qunjuyxuan (imperatriça Qunjuy) deyə müraciət edirdi. Çju Yuy öz həyat yoldaşı ilə birlikdə Xubey əyalətinin Çjunsyan qəzasındakı Sunlinşan dağında ("Şam meşəsi") dəfn edilmişdir. Sərdabə Sunlin ("Şam") adını daşıyır, xalq arasında isə ona Syanlin deyirlər. Sərdabənini hündür divarı ilə əhatə olunmuş sahəsi – 136,47 ha-dır. Onun başqa adı – Xuançendir ("İmperatorlar qalası"). Sərdabənin tikintisi Çjede erasının 14-cü ilində (1519-cu il) başlamış, Tszyatszin erasının 19-cu ilində (1541-ci il) qurtarmışdır. Tikinti işləri 22 il davam etmişdir.
Fin
Finlər
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
TİA
Turan İnformasiya Agentliyi, həmçinin qısaca Turan və ya TİA — Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. Azərbaycanda Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalifdir və müstəqil bir agentlikdir. 1990-cı ildə yaradılmışdır. "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdır. "Turan İnformasiya Agentliyi"nin baş direktoru Mehman Əliyevdir. Agentliyin operatoru Adil Bünyatov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdi işıqlandırarkən öldürülmüşdür. Baş direktor Mehman Əliyev 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Çox keçməmiş, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin, o cümlədən ABŞ, Almaniya, Fransa, Norveç və Birləşmiş Krallığın rəsmi nümayəndələri Azərbaycan hakimiyyətini Əliyevi dərhal azad etməyə və insan hüquqlarına hörmət etməyə çağırmışdılar. Onun vəkili ittihamların "tamamilə siyasi hakimiyyət tərəfindən uydurulmuş" olduğunu bildirmişdir və Əliyevin saxlanılmasından sonra agentlik öz fəaliyyətini müvəqqəti olaraq dayanmışdır, lakin 11 sentyabrda Əliyev azad edilmişdir. "Turan İnformasiya Agentliyi" oktyabr ayında fəaliyyətinə davam etmişdir.
Tib
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Tən
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Til
Til (En)
Tim
Tim — vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Tir
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Tit
Tit (imperator)
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.