Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Benjamin Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Con Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Hicikata Toşizo
Hicikata Toshizo — Yapon qılınc ustası, hərbiçisi, Boşin müharibəsi dövründə, şoqun tərəfdarı fraksiyanın liderlərindən biri.
Maeda Toşiie
Maeda Toşiie (前田 利家, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri. 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır.1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur. Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur. Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir. == Fəaliyyəti == === Oda klanı ilə === Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir. 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür. 1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır. Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir. Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir. Həmin dövrdə Noto əyaləti Oda rejiminin Eçiqo əyalətinin daymyosu olan Uesuqi Kaqekatsuya qarşı müharibədə vacib yerlərdən biri hesab olunurdu.
Toşa çayı
Toşa çayı — Tatarıstanın Bua rayonu ərazisindən axan çay. Sviyaqa çayıın sağ qolunu təşkil edir. Uzunluğu — 16 km, sahəsi 111 km²-dir. Mənbəyi Klyaşevo kəndində, mənsəbi isə Stepanovka kəndində yerləşir. Axarı: Sviyaqa → Volqa → Xəzər dənizi.
Toşbak adası
Toşbak adası (özb. Tоshbaqa oroli) — Özbəkistan Respublikası, Cizzəx vilayəti Aydarkul gölünün şimal hissəsində yerləşən ada. == Adı == Toşbak sözü özbəkcə tərcümədə tısbağa deməkdir. Adanın bu cür adlanmasına səbəb onun ərazisində böyük tısbağa populyasiyasının olması ilə əlaqədardır. == Coğrafiya == Toşbak adası Özbəkistanın Aydarkul glünün şimal-şərqində yerləşir. Adanın sahəsi 6,42 km²-dir. XX əsrin 60-cı illərində Şardar Su Elektrik stamnsiyasının inşası zamanı meydana gəlmişdir. Nəticədə böyük torpaq sahələri su altında qalmışdır. nisbətən hündür sahələr isə suyun səthiundə qalmışdır. Toşbak adası insan fəaliyyəti nəticəsindir.
Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Toşe Proeski stadionu
Toşe Proeski Stadionu - Makedoniyanın Skopye şəhərində stadion. Ölkənin ən böyük arenasıdır. İstismar müddəti ərzində ən çox azarkeş Şkendiya - Gent oyununa gəlmişdir (31.742 bilet).
Toşidama
Toşidama (年玉) və ya otoşidama (御年玉) – Yaponiyada Yeni il münasibətilə uşaqlara hədiyyə kimi verilən pul. "Toşidama" sözü "il" (年) və "cavahir" (玉) heroqliflərinin birləşməsindən yarandığı üçün "ilin cavahiri" kimi tərcümə olunur.Keçmişdə toşidama adəti ailələrin bir-birinə yemək və ya əşya formasında verdikləri hədiyyə vermək adəti olmuşdur. Bundan əlavə, şinto və buddist məbədləri kamilər üçün təqdim olunan hədiyyələri Yeni ildə ehtiyacı olan şəxslərə toşidama kimi paylayırdılar. Lakin müasir dövrdə toşidama öz dini mənasını itirmişdir. Hazırda toşidama uşaqalara valideynləri, nənə-babaları, yaxın qohumları, hətta qonşuları tərəfindən pul formasında verilən hədiyyəyə çevrilmişdir. Bəzi uşaqların Yeni ili səbirsizliklə gözləmə səbəbi toşidamadır, çünki il ərzində ancaq o vaxt böyük məbləğdə pul əldə edə bilirlər. Toşidama Yaponiyadakı digər hədiyyə adətlərindən fərqlənir: ailəyə yox, fərdə verilir; həm şəxsin öz ailəsi, həm də başqa ailə tərəfindən təqdim olunur; sosial cəhətdən daha yuxarı mərtəbədə olan şəxs tərəfindən də verilə bilir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild. Tokio: Kodansha.
Toşihide Sayto
Toşihide Sayto (d. 20 aprel 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Toşihiko Okimune
Toşihiko Okimune (d. 7 sentyabr 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşihiro Aoyama
Toşihiro Aoyama (d. 22 fevral 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib, 1 qol vurub.
Toşihiro Hattori
Toşihiro Hattori (d. 23 sentyabr 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 2 qol vurub.
Toşihiro Yamaquçi
Toşihiro Yamaquçi (d. 19 noyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Toşiko Yuasa
Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko, 11 dekabr 1909, Ueno[d], Tokio – 1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı. Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır. == Həyatı və karyerası == === İlk illəri === Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur. Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi. Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur.Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır. Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur.Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır. Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır. Həmin il ilk məqaləsi nəşr olunmuşdur. 1935-ci ildə Tokio Qadınlar Xristian Kollecinin mühazirəçisi olmuş, 1938-ci ildə isə Tokio Qadınlar Ali Normal Məktəbinin köməkçi professoru təyin olunmuşdur.
Toşima
Toşima — Tokionun xüsusi rayonlarından biri.
Toşima (ada)
Toşima (yap. 利島) — vulkan məşəlli ada, İzu adalarına daxildir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. Tokiodan 130 km cənubda yerləşir. Fuci-Hakone-İzu milli parkı ərazisinə daxildir. Adada Toşima kəndi yerləşir. Kənddə 304 nəfər (2007) yaşayır. == Coğafiyası == Toşima adasının sahəsi 4,12 km² təşkil edir və İzu arxipelaqının ən kiçik adasıdır. Ən hündür zirvəsi 508 metr olan Miyasuka dağıdır. Ada ərazisinin 80 % meşə ilə örtülmüşdür.
Toşinobu Katsuya
Toşinobu Katsuya (d. 2 sentyabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Toşio
Toşio — ad.
Toşio Hirabayaşi
Toşio Hirabayaşi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşio Matsuura
Toşio Matsuura (d. 20 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 6 qol vurub.
Toşio Miyaci
Toşio Miyaci — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşio Suzuki
Toşio Suzuki (鈴木 利男, 19 avqust 1948, Naqoya) — Studio Ghibli studiyasının baş prodüseri və prezidenti. Ghiblinin bir çox filminin uğurundan sonra Yaponiyanın ən uğurlu produserlərindən biri sayılır . Hayao Miyazaki "Suzuki-san olmasaydı, Studio Ghiblidə olmazdı.".
Toşiya Fucita
Toşiya Fucita (d. 4 oktyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 3 qol vurub.
Toşiyuki Fucivara
Toşiyuki Fucivara (yap. 藤原稔由; 1940) — Yaponiyanın Azərbaycandakı keçmiş səfiri 2004-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilən Azərbaycanda ilin adamı mükafatını alıb.
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Qoş
Qoş (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qoş (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni - ABŞ səs aktyoru. Tom AtkinsTom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.Tom Lantos - ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri.
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. == Atmosferdə toz == === İqlimə tozun təsiri === Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.
Adam-Taş
Adam-Taş — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == XVI əsrə İrəvan əyalətinin Sisəcan (Sisyan) nahiyəsində bir kənd də Adambazar adlanırdı. Adam və türk dillərində taş "qaya" sözlərindəndir. "Adama oxşar qaya" mənasındadır.
Andrea Tot
Andrea Tot (d. 7 avqust 1981) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Tot, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Arpad Tot
Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi. == Həyatı == Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu. 1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.
Avtomatik top
Avtomatik top sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar ümumiyyətlə pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Baça poş
Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var - belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.
Boş funksiya
Boş funksiya – təyin oblastı sıfra bərabər olan funksiyaya deyilir. f A : ∅ → A .
Boş krateri
Boş krateri (lat. Bosch) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Nobel mükafatı laureatı Karl Boşun (1874–1940) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Uypl krateridir və ondan şimalda yerləşir. Rojdestvenski krateri bu kraterdən şərqdə, Plaskett krateri cənub-şərqdə, Hevesi və Haskin krateri cənubda, Usay krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°49′ şm. e. 133°32′ ş. u.86,82° şm. e.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Brilliant top
"Brilliant top"un qalibləri
Coş Duamel
Coş Duamel (ing.: Joshua David Duhamel, 14 noyabr, 1972, Şimali Dakota, ABŞ) — Amerika aktyoru. == Həyatı == Coş Duyamel, bir katolik ailəsində Minot, Şimali Dakotada anadan olubdur. O, Bonni L. Kemper, bir bədən tərbiyəsi müəllimi və Larri Deyvid Duamel, bir reklam satıcısının oğludur.
Coş Dubovi
Coş Dubovi (27 noyabr 1990) - ingilis müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "That Sounds Good to Me" mahnısı ilə təmsil etmişdir amma ən son yeri tutub.
Coş Duyamel
Coş Duamel (ing.: Joshua David Duhamel, 14 noyabr, 1972, Şimali Dakota, ABŞ) — Amerika aktyoru. == Həyatı == Coş Duyamel, bir katolik ailəsində Minot, Şimali Dakotada anadan olubdur. O, Bonni L. Kemper, bir bədən tərbiyəsi müəllimi və Larri Deyvid Duamel, bir reklam satıcısının oğludur.
TOS-1
TOS-1 (rus: ТОС-1 – тяжёлая огнемётная система, ing: Heavy Flamethrower System) 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. TOS-1 ilk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunmuşdur. == Döyüş keçmişi == TOS-1 ilk dəfə SSRİ tərəfindən Əfqanıstanın Pancşir vadisində istifadə olunub.Daha sonra, 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunmuşdur.TOS-1A odsaçan sistemləri isə ilk dəfə 24 oktyabr 2014-cü ildə İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında istifadə olunub.2015-ci ilin sentyabrında ATƏT-in verdiyi məlumata əsasən, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində rusyönümlü separatçıların təlimlər keçdiyi ərazidə görünüb.10 oktyabr 2015-ci il tarixində Suriya Ordusu tərəfindən Həma şəhərində üsyançılara qarşı istifadə olunub.4 aprel 2016-cı ildə Qarabağda Azərbaycan ordusu tərəfindən erməni mövqelərinə zərbə vurulmasında istifadə olunmuşdur.2016-cı ildə Latakiya istiqamətində Suriya Ordusu tərəfindən üsyançılara qarşı istifadə edilmişdir.2017-ci ilin əvvəllərində Palmira şəhəri yaxınlığında Suriya Ordusu tərəfindən istifadə olunmuşdur.18 iyun 2017-ci ildə İraq Ordusu tərəfindən Mosul əməliyyatının ilk günündə istifadə edilmişdir. == Tarixinə qısa baxış == Hazırda dünyanın bir çox ölkələrinin arsenalında olan odsaçanları bir şey sxem ilə işləyir – yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və alışdırılır. TOS-1 komplekslərinin 1971-1979-cu illər arasında T-72 şassilərində olan ilk prototipləri ilk prototipləri Omskdakı “Nəqliyyat Mühəndisliyi Dizayın Bürosu” ASC-də istehsal olunmuşdur. Kompleks T-72 tankının şassisi üzərində quraşdırılmış, 30 ədəd istiqamətləndiriciyə sahib atıcı qurğudan və KrAZ-255B şassisində olan Nəqliyyat Yükləmə Maşınından ibarət idi.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
IOS
iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir. iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir. iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir. iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı. Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir). İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.. == Yaradılma tarixi == iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
TLS
TLS (ing. Transport Layer Security) — Artıq istifadəsi azalmış Secure Socket Layer-in (SSL) davamçısı olaraq adlandırılan kompüter şəbəkəsi üzərindən rabitə təhlükəsizliyini təmin etmək üçün hazırlanmış bir kriptoqrafik protokoldur.Protokolun bir neçə versiyası e-poçt, mesajlaşma və IP üzərindən səs kimi tətbiqetmələrdə geniş istifadə olunur, lakin HTTPS-in Təhlükəsizlik qatında ən çox istifadə olunan protokol olaraq qalır.TLS protokolu əsasən iki və ya daha çox əlaqə quran kompüter tətbiqi arasında məxfilik və məlumatların bütövlüyünü təmin etməyi hədəfləyir. İnternetin tətbiq qatında işləyir və özü iki qatdan ibarətdir: TLS qeydləri və TLS qarşılıqlı protokollar. TLS, əvvəlcə 1999-cu ildə müəyyən edilmiş, təklif olunan bir IETF standartıdır və mövcud versiyası 2018-ci ilin avqust ayında müəyyən edilmiş TLS 1.3-dür. TLS, Navigator veb brauzerinə HTTPS protokolunu əlavə etmək üçün Netscape Communications tərəfindən hazırlanmış əvvəlki SSL spesifikasiyalarına əsaslanır. == ETS == EFF fondu TLS-i 1.3-ü yüksək qiymətləndirdi və TLS 1.3-də vacib təhlükəsizlik tədbirlərini qəsdən ləğv edən Enterprise Transport Security (ETS) variant protokolundan narahatlığını bildirdi.Bu tamamilə bank sistemləri kimi mülkiyyət şəbəkələrində istifadə üçün nəzərdə tutulmuşdu, mülkiyyət şəbəkələrinə qoşulmuş üçüncü tərəf təşkilatların zərərli proqram təminatının aşkarlanması üçün şəbəkə trafikini izləmək üçün öz şəxsi açarlarından istifadə edə bilməsi və yoxlamaların aparılmasını asanlaşdırması üçün gələcək məxfiliyi dəstəkləmirdi.
TMS
TMS və ya Transfer Matching System — bütün futbolçuların bir klubdan digərinə keçidi sistemi TMS 2006-cı ilin fevralından FİFA-ya üzv 18 ölkədə sınaqdan çıxarılıb. Sonradan bu sistem dünyanın 3600-dən çox klubunda reallaşdırılıb. 2010-cu il oktyabrın 1-dən etibarən bütün futbolçuların bir klubdan digərinə keçidi Transfer Matching System (TMS) adlanan yeni sistem vasitəsilə qeydiyyata alınacaq. TMS sadə onlayn sistem olsa da, futbolçuların bir klubdan digərinə istənilən keçidinə nəhəng təsir gücünə malik olacaq. Ən əsası, bu sistem ayrı-ayrı müqavilələrin şəffaflığını daha da yaxşılaşdıracaq və çirkli pulların yuyulması, gənc futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində yardımçı olacaq.
TVS
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
YÖS
YÖS (türk. Yabancı Öğrenci Sınavı) — bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır. YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür. 2010-cu ilə qədər ÖSYM tərəfindən keçirilirdi, ancaq 2011-ci ildə verilən qərara görə hər universitet öz imtahanını keçirməlidir.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.