Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni — ABŞ səs aktyoru. Tom Atkins Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.
Tom adası
Tom adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Byus adasında yerləşən Pneqin burnundan 1.5 km şərqdə yerləşir. Aypara formasına malikdir. Uzunluğu 700 metrdir. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur.
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Kostya dayı
Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə – 28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi". == Həyatı == Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub. Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var. Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.. == Ailəsi == Bir qızı var.
Tom (çay)
Tom - Qərbi Sibirdə çay. Ob çayının sağ qoludur və su yığılma dərəcəsinə görə İrtışdan sonra ikincidir.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Tom Atkins
Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi. Digər Tom Atkins (film, 1915) — 1915-ci ildə çəkilmiş film.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Tom Hiddlston
Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur. == İlk illəri == Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib. == Karyerası == Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır. Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır.
Tom Hokins
Tom Hokins (22 dekabr, 1936. Çikaqo – 16 avqust, 2017. Kaliforniya ştatı, Malibu şəhəri) — amerikalı basketbolçu. == Həyatı == Tom Hokins 16 avqust 2017-ci ildə 81 yaşında Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib. == Karyera == Tom Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub. Tom Hokins “Minneapolis Lakers”, “Los-Angeles Lakers” və “Sakramento Kings” klublarında çıxış edib.
Tom Holland
Tom Holland (1 iyun 1996) — britaniyalı aktyor, rəqqas, səs aktyoru. == Həyatı və karyerası == Tom Holland 1 iyun 1996-cı ildə Londonda doğulub. Anası Nikola Elizabet Frost fotoqraf, atası Dominik Holland komediyaçı və yazıçıdır. Tom Holland Pedi, Sem və Heri adlı əkiz qardaşları ilə birlikdə yaşayır. Tom Holland Uimbledon universitetində təhsil alıb. İngiltərənin paytaxtı Londonda böyüyən Tom Holland karyerasına rəqqas olaraq başlayıb. Məşhur müzikal "Billy Elliotun" xoreoqrafı təsadüfən bir rəqs sinifində Tomdakı istedadı kəşf etdi, beləliklə, hələ 12 yaşında olanda ciddi bir layihədə səhnə alma şansı əldə edib. Film karyerasında ilk işi Yapon animasiya filmi "Arrittinin Gizli Dünyası"nın ingiliscə versiyasında etdiyi səsləndirmə oldu. 2012-ci ildə "Mümkünsüz" filmində Naomi Vatts və Evan Makqreqorla birlikdə rol aldı.
Tom Huper
Tomas Corc "Tom" Huper (ing. Thomas George "Tom" Hooper) — Böyük Britaniya rejissorudur. 12 Oskara namizəd olan Kral danışır! filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular. == Seçilmiş filmoqrafiya == Kral danışır!
Tom Jones
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. == Həyatı == Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Tom Kenni
Tomas Ceyms "Tom" Kenni (ing. Thomas James "Tom" Kenny; 13 iyul 1962, Şərqi Sirakuz[d], Nyu-York ştatı) - ABŞ səs aktyoru. "Süngər Bob Kvadrat Şalvar" cizgi filmindən tanınır. == Həyatı == Kenni 1962-ci il iyulun 13-də Nyu-Yorkun Sirakuz şəhərində anadan olub. 1995-ci ildən Cill Talli ilə evlidir. Onların Mak (1997-ci il təvəllüdlü) və Nora (2003-cü il təvəllüdlü) adlı iki övladı var.
Tom Kilburn
Tom Kilburn (11 avqust 1921, Dyusberi[d], Qərbi Yorkşir[d] – 17 yanvar 2001, Mançester) — 11 avqust 1921-ci ildə ingilis mühəndisi, işləmə qabiliyyətinə malik olan ilk kompüter yaddaşının yaradıcılarından biri Tom Kilburn (Tom Kilburn) anadan olmuşdur. Kilburn Mançester Universitetində işləyərkən proqramı özündə saxlayan “Small-Scale Experimental Machine” adlı ilk kompüteri yaratmışdır. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Tom Klensi
Tomas Leo Klensi (Tom Klensi) (ing. Tomas Leo Clancy) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanmışdır və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır,yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib. == Həyatı == Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olmuşdur. 1970-ci ildə ilk dəfə olaraq ailə həyatı qurmuşdur. 1998-ci ildə ilk arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə həyatı qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra İslamı müdafiə etmişdir.
Tom Kortni
Thomas Daniel — İngilis aktyor. 1960-cı illərdəki The Loneliness of the Long Distance Runner (1962), Billy Liar (1963) və Dr. Zhivago (1965) kimi filmlər ilə məşhur olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. == Həyatı == Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus şəhərində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
Tom Lantos
Tom Lantos – ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri. == Həyatı == 1928-ci ildə Macarıstanda anadan olub. Tom Lantos gənclik illərində nasizm və kommunizmə qarşı mübarizə aparıb. 1947-ci ildə ABŞ-yə köçüb. 1980-ci ildən indiyədək keçirilən bütün seçkilərdə Nümayəndələr Palatasının üzvü seçilib. 12 fevral 2008-ci ildə vəfat edib.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. == Gənclik illəri == Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. === Karyera === Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. === Digər layihələr === 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
Tom Qerels
Tom Qerels (21 fevral 1925 – 11 iyul 2011, Tuson, Arizona) — alman-amerikan astronomu, Planetariya elminin professoru və Tuksondakı Arizona Üniversitetinin astronomu olmuşdur. == Həyatı == Qerels 1925-ci ildə 21 fevral tarixində Hollandiyanın Haarlemmermeer şəhərində anadan olmuşdur. II Dünya Müharibəsi dövründə o yeniyetmə olarkən aktiv şəkildə Alman Dirənişçisi olmuşdur. Daha sonralar İngiltərəyə qaçdıqdan sonra o alman qüvvələrinə qarşı mübarizə aparmaq üçün Xüsusi Əməliyyatlar İdarəsinə təşkilatçı kimi göndərilmişdir.Müharibədən sonra o 1951-ci ildə fizika və astronomiya ixtisasını dərəcə ilə bitirdiyi Leiden Üniversitetində iştirak etmişdir. Tom Qerels daha sonra təhsilinə 1956-cı ildə astrofizika və astronomiya ixtisaslarının doktorontura təhsilini əldə etdiyi Çikaqo Üniversitində davam etmişdir. 1960-cı ildə o Qerald Kyupr ilə birlikdə sonrakı 50 ilini keçirmək istədiyi Alizona Üniversitetinə köçmüşdür. Qerels 1950-ci illərdə asteroidlərin I fotometrik sisteminə başçılıq etmiş, 1960-cı illərdə dalğaboyu planetlərin ulduzlarının qütbləşməsini tapmışdır. O həmçinin Cornelis Johannes van Houten və Ingrid van Houten-Groeneveld ər-arvad komandası ilə birlikdə 4000-dən çox asteroidi(Appollo və Amor asteroidləri də daxil olmaqla) kəşf etmişdir.
Tom Regan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Tom Reqan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Tom Uilkinson
Tom Wilkinson (5 fevral 1948, Lids, Qərbi Yorkşir[d] – 30 dekabr 2023, London) — ingilis aktyor. == Həyatı == 12 dekabr 1948-ci ildə anadan olmuşdur. Akademiya Mükafatı namizədliyi olan İngilis aktyordur. Oscar and Lucinda, Wilde, Aşık Shakespeare, The Patriot, Eternal Sunshine of the Spotless Mind, Girl with a Pearl Earring, The Exorcism of Emily Rose, Batman Begins, In the Bedroom, Separate Lies və Cassandra's Dream kimi filmlərdə rol almışdır. 2001-ci ildə In the Bedroom (Yataq otağında) filmi ilə Ən Yaxşı Kişi Aktyor Akademiya Mükafatına namizəd göstərilmişdir. 20017-ci ildə 65. Golden Globes (Qızıl Qlobus) mükafat mərasimində Michael Clayton filmi ilə Ən Yaxşı Köməkçi Kişi Aktyor mükafatına namizəd olmuşdur. 5 yanvar 1988-ci ildə Diana Hardcastle ilə ailə həyatı qurmuşdur. Cütlüyün Alice (təvəllüd: 1989) və Molly (təvəllüd: 1992) adında 2 övladı var.
Tom Days
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. == Avroviziya 2010 == Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Kom dağı
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Om çayı
Om çayı — Rusiya ərazisində yerləşən, Qərbi Sibirdə yeləşən, Omsk vilayəti və Novosibirsk vilayətindən axaraq İrtış çayına (sağ qolu) tökülür. Omskda çay Nijneomsk, Kalaçinski, Kormilovski və Omsk rayonları ərazisindən keçir. == Hidrologiyası == Çayın başlanğıcı Vasyuqan düzənliyindən götürür. Çayın mənbəyi Omsk gölüdür. Gölün ətrafında dünyanın əb böyük bataqlıqlarından olan Vasyuqan bataqlığı yerləşir. Sonra çay Barabin çökəkliyindən axır. Çayın mənsəbi İrtış çayının mənsəbindən 1831 km yuxarı axarda Omsk şəhəri yaxınlığındadır. Çayın uzunluğu 1091 km, sahəsi isə 52,600 km² təşkil edir. İllik su sərfiyyatı 64 m³/s -dir. Sovet dönəmində Kuybişev və Ust-Tarta arasında gəmilər fəaliyyət göstərirmiş.