Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Birinci Torun müqaviləsi
Birinci Torun müqaviləsi — 1410-cu ildə baş verən Qrinvald döyüşündə Tevton ordeninin qoşunlarının müttəfiq qoşunları tərəfindən darmadaön edilməsi nəticəsində 1409-1411-ci illərdə baş vermiş Böyük müharibəni yekunlaşdıran və 1 fevral 1411-ci ildə Tevton ordeni ilə Polşa Krallığı və Böyül Litva Knyazlığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsidir. == Sülh müqaviləsi haqqında == Sülh müqaviləsi 570x496+45 mm ölçülərində olan perqament üzərində latın dilində yazılmışdır. Böyük Litva knyazı Vitovtun 50 mm diametrində olan möhürü qirmızı mum üzərindədir. Peqamentin 10 vərəqində möhür yoxdur.. == Sülh müqaviləsinin şərtləri == Polşa kpallığı tərəfindən müharibənin gedişində Prussiya torpaqlarında ələ keçirdiyi Tevton ordeninə qaytarılır və Polşa qoşunları da həmin ərazidən çıxarılırdı. Döyüşlərdə əsir alınan Tevton ordeninin bütün təbəələri Polşa kralı tərəfindən azad olunurdu. Tevton ordeni Polşa kralına üş müddətə külli miqdarda xərac odəməli idi. Jematiya Böyük Ltva knyazlığına verilməli, lakin Polşa kralı Vladislavın və Böyük Litva knyazı Aleksandrın (Vitovtun) ölümündən sonra bu ərazi Tevton ordeninə qaytarılmalı idi.. == Əhəmiyyəti == Müttəfiqlərlə döyüşdə Tevton ordeninin ağır itkilərə məruz qaldığı nəzərə alınaraq sülh müqaviləsinin şərtlərində Ordenə xeyli güzəştlər edilmişdir. Buna baxmayaraq Böyük müharibə nəticəsində Tevton ordenin Şərqə doğru yürüşünə son qoyulmuş, orden Pribaltikada başlıca hərbi-siyasi quvvə kimi öz rolunu itirmişdir.
İkinci Torun sülhü.
İkinci Torun sülhü - Prussiya konfederasiyasının səlibçilərə qarşı üsyanı nəticəsində başlanmış on üç illik müharibəni (1354-1466) yekunlaşdıran, 19 oktyabr 1466-cı ildə Tevton ordeni ilə Polşa krallığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsi. == Sülh müqaviləsi haqqında == Sülh müqaviləsi 3 perqament vərəqindən təşkil olunmuş 12 səhifəlik 456x296 mm. olçüdə dəftərdən ibarətdir. Mətn latın dilindədir. Mətndə 55 möhür, Roma papasının rəsmi nümayəndəsi general Rudolf Ryudeshaymın və xalq notariusları Yan Evix de Attendornun və Stanislav Franko Redkoviçin imzaları vardır.. == Sülh müqaviləsinin şərtləri == Hər iki tərəf Roma papası II Pavel və Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən təsdiq edilmiş sülh müqaviləsinin şərtləri ilə razılaşdılar, lakin Polşa tərəfi israr etdi (Tevton ordeni də bu tələblə razılaşmağa məcbur oldu) ki, bu cür təsdiq olmadan da sülh müqaviləsi hüquqi qüvvəyə malikdir. Torun sülh müqaviləsinə əsasən Tevton ordeninin qərb mülkləri - Qdanskın sahilboyu əraziləri, Xelmin, Mixailov, Malbork, Elblonq torpaqları və Varmiya yepiskopluğu (knyazlığı) Polşanın tərkibinə keçirdi. Sonralar Tevton ordeninin bu əraziləri Polşa və ya Prussiya krallığı adlandırılmışdır. Malbork (Marienburq) itirildikdən sonra özünü Polşa kralının vassalı elan edən Tevton ordeninin paytaxtı Könisberq şəhəri oldu. == Mənbə == Górski K., Związek Pruski i poddanie się Prus Polsce.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Ümumdünya hörümçək torunun tarixi
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir. 1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası‎) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Cansu Tosun
Cansu Tosun - Türk aktrisası, fotomodel. == Həyatı == 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğuldu. Orada peşəkar fotomodel kimi çalışdı. Televiziyada ilk rolu 2011-2012-ci illərdə yayımlanan "Küçük Hanımefendi" serialında Neriman oldu. 2012-2013-cü illərdə "Kayıp Şehir" serialında Zəhra rolunda çəkildi. 2013-2014-cü illərdə "Bugünün Saraylısı" serialında Ayşən rolunu ifa etdi.
Cenk Tosun
Cenk Tosun (7 iyun 1991, Vetzlar, Hessen) — Beşiktaşın və Türkiyə milli futbol komandasının hücumçusu. == Həyatı == == Komanda karyerası == === Ayntraxt FK === === Qaziantepspor === Kişi Cenqo === Beşiktaş PFK === ==== 2014-2015 ==== Cenk Tosun 02 fevral 2014-cü ildə Beşiktaşa transfer olunmuşdur. Bu klubla 5 illik müqavilə imzaladı. Beşiktaş PFK-da oynamağının hər zaman xəyalı olduğunu deyirdi. 2014/15 mövsümündə Türkiyə Super Liqasında 18 matçda 5 qol atdı. Türkiyə Kubokunda 2 qarşılaşmada 3 qol atdı. Avrokuboklarda 8 görüşdə 1 qol atdı. ==== 2015-2016 ==== Cenk Tosun üçün bu mövsüm uğurlu keçdi.Türkiyə Super Liqasında 29 matçda 8 qol atdı, 4 məhsuldar ötürmə etdi. Beşiktaş PFK ilə Liqada çempion oldu. Türkiyə Kubokunda 8 görüşdə 7 qol atdı, 1 məhsuldar ötürmə etdi.
Cöhögöy Toyun
Cöhögöy Toyun — Saxa türk mifologiyası-nda onların artımına imkan yaradan atların və buynuzlu mal-qaranın himayəçi ilahisidir. Ayığ dərəcəsinə aiddir. Bəzi miflərdə Kainat yaradıcısı Ayığ Xan-ın kiçik qardaşıdır. Ya insan ya da kişnəyən ayğır obrazında təsvir edilir. İnsanlara atlar göndərir amma əgər qəzəblənsə onları geri ala da bilir. A. İ. Qoqolevanın fikrincə, Saxa türklərin mifologiyasında Cöhögöy Toyun ilə günəş kultu arasında əlaqəsi aydın görünür və eyni zamanda onda ilahi atın günəş mənşəyi haqqında mərkəzi asiya mifi var. Saxa türklərin təsəvvürlərinə görə dördüncü səmada yaşayır. Görülən səmanın cənub-şərq, qış günəşi çıxan hissəsindədir. Onun taxta evi altıguşəli formalıdır və bayırdan ağ at dərisi ilə üzlənmişdir.
Erdal Tosun
Ərdal Tosun (türk. Erdal Tosun; 9 aprel 1963, İstanbul – 30 noyabr 2016, İstanbul)— film, teatr və serial aktyoru. == Həyatı == Ərdal Tosun Yeşilçam aktyorlarından Necdet Tosunun oğludur. Qardaşı Gürdal Tosun da özü və atası kimi aktyordu. O, 1980-ci ildə Beyoğlu Fındıklı Liseyinden məzun oldu. 1981-ci ildə "Minə" adlı filmdə ilk rolunu aldı. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasını bitirdi. Bundan sonra "Özəl Teatr"ı qurdu. Daha sonra Antalya Dövlət Teatrında çalışmağa başladı. Muratxan Munqanın "Mesopotamiya üçləməsi" adlı oyununda oynadı və dövlət teatrlarından ayrılıb BKM aktyoru oldu.
Gülbin Tosun
Gülbin Tosun (10 noyabr 1977, İstanbul), türk proqramçı, diktor və aparıcıdır. İstanbul Universitetində və London School of Business Studies Marketing-də təhsil alıb. O, Reuters xəbər agentliyində təcrübə keçib. 2009-cu ildən Gülbin Tosun ilə FOX Ana Xabər Xəftəsonu-də; Yayda FOX Main News təqdim edir. O, həm də FOX News-un müxbiri Ali Onur Tosunun böyük bacısıdır. == Reaksiyalar == Gülbin Tosun 22 may 2022-ci il gecəsi Tvitterdə 28 mart 2022-ci ildə sahibsiz it hücumu nəticəsində dünyasını dəyişən 10 yaşlı Mahra Melin Pınarın anasına yazdığı cavabla böyük reaksiya verdi:"Sabah səni izləyirəm! Yazıq!Tosun reaksiyalardan sonra şərhini silib. == İşlədiyi kanallar == 2009-cu ildən FOX -da " Gülbin Tosun ilə FOX Main News Weekend " bülletenini təqdim edir. Yayda FOX Main News -u təqdim etməyə davam edir. 2006-cı ildə SKY Türk kanalında "Gülbin Tosunla səhər xəbərləri" verilişini təqdim edib.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Tarun (Miyanə)
Tarun (fars. طارون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (79 ailə).
Tol Toeun
Tol Toeun (9 oktyabr 1991) — Kambocalı üzgüçü. Tol Toeun Kambocanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tol Toeun birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.45 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Torup adası
Torup adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. == Xüsusiyyətləri == Ada daim buzla örtülü olmur. Burada 128 metr hündürlüyə malik qaya vardır. Ada 1,5 km uzunluğa, 500-600 metr enə malikdir. Ada norveçli fiziologiya professoru, bir çox Norveç ekpedisiyalarının təşkilatçılarından biri olan Sofus Torupun şərəfinə adlandırılmışdır.
Yelena Tokun
Yelena Tokun (15 mart 1974, Moskva) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Tokun, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Bella Torn
Annabella Everi "Bella" Torn (ing. Annabella Avery Thorne; 8 oktyabr 1997, Pembrok-Payns[d], Florida) — amerikalı aktrisa, model, müğənni və yazıçı. Torn 20-dən çox serialda və 60-dan çox reklamda modellik və aktrisalıq edib. Lakin Tornun ən məşhur rolu baş rolunu ən yaxın dostu Zendaya ilə bölüşdüyü "Göstər özünü"dəki ("Shake it up") Sisi Cons roludur. == Həyatı == Bella Thorne 8 oktyabr 1997-ci ildə, Floridada, Pembruk Şamlarında anadan olmuşdur. Ailənin ən kiçiyi olan Tornun atası da aktyor idi. == Karyerası == === 2003–2009 === Thorne ilk dəfə 2003-cü ildə "Sənə vurğun" filmində MEQAHERS Yan xətti azarkeşi rolunda çəkildi. 2008-ci ildə isə "Mənim ən pis düşmənim" adlı serialda Rati Spivi köməkçi rolu ilə bir Cavan Aktyor Mükafatını qazandı. O, həmçinin, Cimmi Kimmel Yaşayır! daxil olmaqla, O.C. — də Teylor Tovnsendin gənc versiyası kimi, Oktyabr Yolunda Ancela Ferilli və Şəhvani haram pul serialında 5 seriya boyunca, Marqaruks Darlinq obrazını canlandırmışdı.
Toru Sano
Toru Sano (d. 15 noyabr 1963) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Toru Takemitsu
Toru Takemitsu (yap. 武満徹; 8 oktyabr 1930[…], Tokio[d] və ya Tokio – 20 fevral 1996[…], Minato) — Yaponiyalı bəstəkar və yazıçı. Takemitsu instrumental və orkestr tembrinin idarə edilməsində yüksək ustalığa malik idi.
Toru Yoşikava
Toru Yoşikava (d. 13 dekabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şarlottanın toru
"Şarlottanın toru" (ing. Charlotte's Web) — ABŞ yazıçısı Elvin Bruks Uaytın uşaqlar üçün yazdığı və ilk dəfə 1952-ci ildə işıq üzü görən kitab. Kitabı qəhrəmanı Fern adlı qızın ölümdən xilas etdiyi Uilbur adlı xotuxdur. Xotux bir tövləyə düşür və buradakı heyvanlar ona ömrünün sonuna az qaldığını söyləyirlər. Amma Şarlotta adlı hörümçək öz toruna sözlər hörür və bu sözlərlə fermeri xotuxun yaşamaq haqqı qazandığına inandırmağa çalışır. "Şarlottanın toru" tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Xüsusilə kitaba New York Times-da resenziya yazan Yudora Uelti bunları qeyd edirdi: "Bu əsər ideal hazırlanıb və bu az qala sehirli bir yolla edilib". == Ekranlaşdırma == Əsərin motivləri əsasında aşağıdakı bədii və cizgi filmləri çəkilib: Şarlottanın toru (1973) Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti (2003) Şarlottanın toru (2006) == Maraqlı faktlar == Hörümçək Şarlottanın tam adı Şarlotta A.-dır. Bu ad ABŞ-də geniş yayılan və layınca adı Araneus cavaticus olan, eləcə də "dərz hörümçəyi" adlandırılan hörümçəyin adından götürülüb.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Toran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Boran
Boran - düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.