BOYUN

is.
1. Başın bədənlə birləşən hissəsi. Yoğun boyun. Əyri boyun. Uzun boyun. Boynundan yapışmaq.
2. Paltarın, boğazı dövrələyən hissəsi. Paltonun boynu. Dik boyun. Köynəyin boynu dardır.
3. Arabaya və kotana qoşulan cüt heyvan (öküz, ya kəl).
Tarverdi hərəsi dörd boyun, [yəni] səkkiz öküzdən ibarət iki xış əlavə düzəldib, kövşənə saldı. S.Rəhimov.
Qara kişi bir boyun öküz alıb. Ə.Əbülhəsən.

4. Bir şeyin boyuna oxşayan hissəsi.
Elektrik çarxının boynuna dolaşan qayışın qəzəblə hərəkəti, mədən qarovullarının fit səsləri … Jenyanı düşündürürdü. M.S.Ordubadi.

5. Dağın, qayanın və s.-nin təpəsi ilə döşü arasındakı hissə.
Ortadakı təpənin boynunda çoban dayanmışdı. S.Rəhimov.

6. Yerlik halında: boynunda, boynumda, boynumuzda və s. – üzərində, üzərimdə, üzərimizdə; öhdəsində, öhdəmdə, öhdəmizdə və s.
Can qəmin çəkmiş idi, var idi boynumda həqqi. Füzuli.
Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var. Q.Zakir.
[Fərhad:] Əmimin mənim boynumda çox haqqı var. Ə.Haqverdiyev.

// Çıxışlıq halında: boynundan, boynumdan, boynumuzdan və s. – üzərindən, üzərimdən, üzərimizdən və s.
[Məhərrəm bəy:] Dərhal durub gəldim ki, o borcu [İmrana] verib atamın boynundan saqit edəm. S.S.Axundov.

// Yönlük halında: boynuna, boynuma, boynumuza və s. – üzərinə, üzərimə, üzərimizə və s.
[Alı:] Hörgü işləri bizim boynumuza. İ.Əfəndiyev.

◊ Boynu gəlmək – boyunduruqdan boyun əti şişmək (heyvanın).
Boynu(n) sınsın! – qarğış, nifrin yerində işlənir.
[Cənnətəli:] Baxırsanmı? Ha sizin boynunuz sınsın! N.Vəzirov.

Boynuna almaq1) bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək. Müttəhim günahlarını boynuna aldı. Öz səhvini namusla boynuna almaq.
[Əsədin] fikrincə, Mahmud əmi xortdanı görməsə və ya görüb də boynuna almasa, daha bundan sonra bir kəs onun sözünə inanmayacaq… B.Talıblı;

2) öhdəsinə götürmək, üzərinə götürmək.
Niftalı bəy də boynuna aldı ki, Həcəri tutaram. Qaçaq Nəbi”.

Boynuna atılmaq – qucaqlamaq.
Pəricahan xanım … qaçaraq Əmir Aslan ağanın boynuna atılır. S.S.Axundov.

Boynuna atmaq – bax boynuna yıxmaq.
[Kapitan:] Bu [şübhə] bizə haqq vermir ki, hər şeyi onun boynuna ataq. Ə.Əbülhəsən.

Boynuna bağlamaq – bax boynuna qoymaq 3-cü mənada.
Buna əlavə olaraq bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. M.F.Axundzadə.

Boynuna çəkmək – öhdəsinə götürmək, üzərinə götürmək, razı olmaq.
Usta Zeynal gəldi və boynuna çəkdi, günü iki manata Muqdusi Akopun səqfini təmir etsin. C.Məmmədquluzadə.

Boynuna düşmək1) üzərinə düşmək, öhdəsinə düşmək.
Beləliklə, payız əkininin qalmış hissəsini başa vurmaq, tör-töküntüləri qurtarmaq Mürşüdoğlunun boynuna düşmüşdü. S.Rəhimov;

2) acığa düşmək, tərslik etmək, inad etmək, tərsliyə başlamaq.
Oğlan evinin də boynuna düşərdi, qızın talağını verməzdi, iş ölüböldürməyə çıxardı. H.Sarabski.

Boynuna götürmək – bax boynuna çəkmək.
Bir dəfə boynuma götürmüşdüm ki, mən bunu [tələbəni] ictimaiyyatdan hazırlayım. Qantəmir.
Mən işi öz boynuma götürməliyəm. S.Rəhimov.

Boynuna qoymaq1) iqrar etdirmək, etiraf etdirmək;
2) məcbur etmək, razı etmək, qəbul etdirmək.
[Əmiri-topxanə:] …Onu dəxi razı edin, boynuna qoyun. M.F.Axundzadə.
[Koxa:] Mən özüm … onların boynuna qoyaram ki, daha birdəfəlik oğurluğu tərgitsinlər. S.Rəhimov;

3) üzərinə yükləmək, zorla qəbul etdirmək.
Boynuna mindirmək – bax başına mindirmək (“baş” sözündə).
Boynuna minmək – birinin üzərində tam hakim olmaq, ixtiyarını əlindən almaq.
Boynuna minnət qoymaq – bax minnət qoymaq (“minnət” sözündə).
Boynuna sarılmaq – bax boynuna atılmaq.
Xala qapını açdı, məni görcək boynuma sarıldı. S.S.Axundov.
[Kərim baba:] Qızımın boynuna necə sarılmışam, … üzündən-gözündən necə öpürəm. A.Şaiq.
Yarım saatdan bəri qapıda gözləyən Yeməncik nəşəli bir çığırıq ilə atasını qarşılayıb boynuna sarılır. H.Nəzərli.

Boynuna təklif gəlmək – üzərinə düşmək, üzərinə vəzifə düşmək.
Boynuna yıxmaq – üzərinə atmaq, isnad etmək (təqsiri, günahı).
Boynuna yükləmək1) öhdəsinə qoymaq, üzərinə qoymaq;
2) qəbul etdirmək (işi, vəzifəni).
Boynunda qalmaq – öhdəsində qalmaq, borclu olmaq.
Boynunda olmaq1) öhdəsində olmaq, üzərində olmaq, görməli olmaq. Bu iş sənin boynunda olsaydı, çaşıb qalardın;
2) hamilə olmaq.
Boynundan atmaq – rədd etmək, üzərindən atmaq, öhdəsinə götürməmək.
Boynunu burmaq – fağır-fağır durmaq.
Əbiş qollarını açaraq – Əsirgə, Kosa, balam yazıqdır, – deyib boynunu burdu. S.Rəhimov.

Boynunu bükmək – məhzun-məhzun, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum oturmaq.
[Tubu:] Mən gedib günortayacan boynumu büküb, ağanın qapısında işimdən avara ola bilmərəm… Ə.Haqverdiyev.
Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan yuxarı üzünə dikib baxırdı. A.Şaiq.

Boynunu vurmaq – başını kəsməklə edam etmək;
// cəza olaraq öldürmək.
…Vur boynumu, gəl, var isə günahım; Sevdiyim, bu qədər əzab istəməz. Q.Zakir.

Boynunun ardını görəndə – heç vaxt, qətiyyən.
Boyun əti olmaq – asılı olmaq.
Boyun əymək1) tabe olmaq, itaət etmək.
Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. M.S.Ordubadi.
[Ramazan:] Gedin, həmişəki kimi öz torpağınızı əkin, biçin və heç kəsə də boyun əyməyin. B.Talıblı;

2) yalvarmaq, minnət etmək, alçalmaq.
Boyun qaçırmaq – imtina etmək, qəbul etməmək, boynundan atmaq.
[Hacı Qurban:] Sənin heç yerdə sözün yerə düşməyibdir, indi nə üçün boyun qaçırırsan? N.Vəzirov.
Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən heç boyun qaçırmazlar. M.S.Ordubadi.

Boyun qoymaq – razı olmaq, öhdəsinə götürmək, üzərinə almaq.
Kənddən gələn yoxsullar ucuz qiymətə işləməyə boyun qoyduqlarından, zavod işçiləri sahibkardan heç bir tələb edə bilmədilər. H.Nəzərli.

Boyun olmaq – söz vermək, vəd etmək.
Bəyin yaxın adamlarından biri [camadar və dəlləyə] ya orada pul verərdi və ya da xələt boyun olardı. H.Sarabski.
[Firidun:] Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? M.İbrahimov;

2) boynuna almaq, düzünü demək. Kəndlilər Nəbini gizlətdilər.
Nəçənnik nə qədər qınadısa, boyun olmadılar. Qaçaq Nəbi”.

Boyun tutmaq – razı olmaq, qəbul etmək.
Boyun vermək – razı olmaq, razılıq vermək, öhdəsinə götürmək.
Boyun-boyuna durmaq (vermək) – məzlum-məzlum, yazıqyazıq durmaq (bir neçə adam haqqında).

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOYUN BOYUN (başı bədənə birləşdirən hissə) Fərid boynundakı qalstuku açdı, Qaragiləyə uzatdı (M.İbrahimov); BOĞAZ [Həmzə:] Çox bədəbəd eləsə, sallam ipi bo
  • BOYUN boğaz

Etimologiya

  • BOYUN Qılıncın tiyəsi ilə dəstəyin birləşdiyi yerə “boyun” deyiblər. Arabanın qolunun oxa birləşdiyi yerə indi də “boyun” deyirlər
BOYSUZLUQ
BOYUNBAĞI
OBASTAN VİKİ
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Boyun fəqərələri
Boyun fəqərələri (lat. vertebrae cervicales) — bura onurğa sütununun boyun nahiyəsinə aid yeddi atlas-C1, aksis-C2, III boyun fəqərəsi (C3), IV boyun fəqərəsi (C4), V boyun fəqərəsi (C5), VI boyun fəqərəsi (C6) and VII boyun fəqərələri (C7) aiddirlər. Boyun fəqərələrindən ilk ikisi: atlas və aksis özünə məxsus qurluşa malik olduqları üçün xüsusi adla adlandırılmışdır. Yerdə qalan 5 fəqərə isə oxşar qurluşa malik olduqları üçün müvafiq sıra nömrəsi ilə adlandırılır.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Odla Qol-Boyun (2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Odla qol-boyun (film, 2002)
== Məzmun == Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. == Film haqqında == Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova === Filmi səsləndirən === Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Çəkilişə köməklik edən qurum == Şəki Şəhər Elektrik Şəbəkəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Azərbaycan incəsənəti minilliklər boyunca (film, 2014)
Azərbaycan incəsənəti minilliklər boyunca qısametrajlı sənədli televiziya filmi rejissor Elçin Qasımov tərəfindən 2014-cü ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir. == Məzmun == Film kökü minilliklərə gedib çıxan Azərbaycan incəsənəti, mədəniyyəti tarixini vərəqləyir.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Boyunbağı
Boyunbağı- Boyun ətrafında geyilən qiymətli mədənlər, qiymətli daşlar və ya sıravi vəsaitlərdən tikilmiş bijüteriya.Boyunbağılar ən sadə halıyla, bir zəncir və ya kəndir üzərinə keçirilmiş daşlardan və ya boyunbağı uclarından meydana gəlirlər.
Boyunəkər
Boyunəkər, Boynakər, Boynəgər, Boynəkər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Boynəgər kəndi Bazarçayın sahilindədir. Boynakər variantında da qeydə alınmışdır. Kənd Boyunəkərə yeri adlı sahədə salındığı üçün həmin sahənin adını götürmüşdür. Oykonim boyun (burada kotana qoşulan bir cüt öküz) və əkər (şumlanması asan olan, münbit torpaq sahəsi) sözlərindən düzəlib, "kotana qoşulan öküzlə şumlanan sahə" mənasındadır.
Monqol-tatar boyunduruğu
Monqol-tatar boyunduruğu (rus. Монголо-татарское иго), orda hökmranlığı (rus. ордынское владычество), sovet tarixşünaslığında Monqol-tatar zülmü (azərb-kiril. Монгол-татар зүлмү) — Rusiyada monqol-tatar feodallarının XIII–XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi. == Tarixi == Rusiyada qurulan bu sistem işğal olunmuş yerləri ağır vergilər və soyğunçu yürüşlər vasitəsilə müntəzəm istismar etmək məqsədini güdürdü. Rus knyazlıqları bilavasitə Monqol feodal imperiyasına daxil deyildi. Onlara baskaklar və monqol-tatar xanlarının digər nümayəndələri nəzarət edirdilər. Monqol-tatar boyunduruğu formal surətdə 1243-cü ildə, knyaz Yaroslav Vsevolodiviçin monqol xanından Böyük Vladimir knyazlığına yarlıq alması ilə bərqərar oldu. XIII əsrin 60-cı illərinədək rus torpaqları Böyük Monqol, sonra isə Qızıl Orda xanlarının hakimiyyəti altında idi. Monqol-tatarların vergi və mükəlləfiyyətlərinin 14 növü var idi.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağıdır. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Yaşıl boyunbağı (film, 1975)
== Məzmun == Kinolentdə Bakının yaşıllaşdırılmasından, bu sahədə aparılan işlərdən söhbət açılır. == Film haqqında == Film Bakı Şəhəri İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir. Filmdə kinoxronika kadrlarından da istifadə olunmuşdur.
Qızılı boyunlu qızılquş
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Boyunardı
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. Farsmənşəli sözdür. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur.Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Peysər ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə

зали́вщица перевоплоти́ть прису́щность салю́т хло́ристый громоподо́бный линёк напёрсточник покриви́ть соревнова́тельный обиход calfless cramp four o'clock genre load-peak soar town meeting ваятель воздействие жаропонижающий исходатайствовать лицевой надпиливать чемпионат