Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. == Etirazlar == 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədi ilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Birləşdirici toxuma
Birləşdirici toxuma — Heyvan orqanlarının əsas hissəsini təşkil edir, həmçinin orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur. Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayımış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə "textus conjuctivus" adlanır. Əsasən dayaq sistemində yerləşir. TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Soyutma
== Ərzaqlar == Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. == Hakimiyyət == Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. == Toxumun quruluşu == Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Osmanlıda oxatma
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Kompüter soyutma sistemi
Maye soyutma sistemləri
== Ümumi məlumat == Kompüter soyutması, kompüteri təşkil edən təchizatların bütün və ya qismən ortaya çıxardığı istiliyi aradan etmə texnikalarının tətbiqi əməliyyatıdır. Bir kompüter sisteminin parçaları iş əsnasında olduqca yüksək miqdarda istilik meydana gətirməkdədir. Bu istilik yüksək nisbətdə prosessor, yonqu, ekran kartı və sabit disklər kimi vahid dövrələr tərəfindən ortaya çıxarılsa da, əslində kassa içərisindəki bütün dövrələr tərəfindən da qatqı görməkdədir. Kassa içərisindəki istilik məqbul səviyyələrə azaldılmadığı müddətcə parçaların səmərəli və təhlükəsiz işləməsi təhlükəyə girməkdədir. İndiki vaxtda olduqca kiçilmiş kompüter ölçüləri və bunun yanında irəli istehsal texnologiyası istilik meydana gəlməsini və istiliyin aradan edilməsini asanlaşdırsa da, bu əməliyyat üçün xüsusi vahidlər istifadə ediməsi məşhurdur. Bu xüsusi vahidlər içində yenə məşhur olaraq istiliyin paylandığı səthin artırılması məqsədi ilə istifadə edilən istilik yayıcıları (heat sink) və hava sirkülasyonunun yaxşılaşdırılması məqsədi ilə istifadə əksəriyyəti təşkil etməkdədirlər. Son dövrlərdə istifadəçinin idarəsinə açılan bir digər texniki isə yazılım yönümlü soyutma (softcooling) adı verilən, təchizatın performansını salaraq ortaya çıxan istiliyi birbaşa azaldılması məqsədi daşıyan fabrik çıxışlı bir üsuldur. Yenə son dövrdə kompüterlə maraqlananlar tərəfindən, daha əvvəl motorlu nəqliyyat vasitəsilərdə istifadə edilən radiator, akvarium sistemlərində istifadə edilən nasos və ümumi məqsədli maye xortumları kompüter soyutma məqsədinə həsr olaraq istifadə edilməkdədir. Bu yanaşma nəticəsində, bir çox firma bu cür sistemləri parça əsasında və ya vahid həllər şəklində çıxararaq satışa çıxarmışdır. Bu üsula məşhur olaraq "maye soyutma" adı verilməkdədir.
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
Toxum ciyəsi
Toxum ciyəsi (lat. funiculus spermaticus) — çeçələ barmaq yoğunluğunda yumşaq və girdə bir ciyədir. Uzunluğu 15–20 sm-dir. Qasıq kanalının dərin halqasından başlayaraq kanal ilə xaricə doğru gedir və xayanın yuxarı ucunda tamam olur. == Tərkibi == Toxumdaşıyıcı axacaq — lat. ductus deferens Xaya arteriyası — lat. art. testicularis Toxumdaşıyıcı axacaq arteriyası — lat. art. ductus deferentis Toxumdaşıyıcı axacaq venaları — lat.
Dövlət Toxum Fondu
Dövlət Toxum Fondu (rus. Государственный Семенной Фонд) ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə yaradılıb == Tarix == “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır. == Missiya və Hədəflər == Toxumun qiymət artımının qarşısının alınması Daxili bazarda toxumun çatışmazlığın aradan qaldırılması Ölkə üçün prioritet sayılan bitki toxumlarının tədarükünün təşkili Toxumçuluq təsərrüfatları ilə birgə fəaliyyətin təşkili Ölkəmizdə keyfiyyətli toxumların istifadəsinin təşviqi Toxum satışı və toxumçuluq sahəsində xidmətlərin təşkili «ToxumArt» satış şəbəkəsinin formalaşdırlması Toxumçuluq sahəsində xarici əməkdaşlıq əlaqələrinin genişləndirlməsi == Tədarük edilən toxumun istifadəsi == Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur. Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Fondda saxlanılan toxumun satış məqsədi ilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir == Qablaşdırılmış toxumun qeydiyyata alınması == 1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır. 2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir: 2.1. bitki; 2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma); 2.3.
2015 Dünya Oxatma Çempionatı
2015 Dünya Oxatma Çempionatı — 48-ci Dünya Oxatma Çempionatıdır.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – 1993-cü ildə Bakıda təsis edilmişdir. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür (1993). Azərbaycanda bu idman növü 1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Güc mənbəyi və soyutma sistemləri SFX/SFX 12 V güc mənbəyi