Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Sarina (Mortal Kombat)
Sarina (ing. Sareena) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Kuan Çiyə xidmət edən üç qatildən biridir. Kuan Çi Sab-Zironu öldürmək üçün Sarinanı ardınca göndərir. Sab-Ziro ilə rastlaşan zaman onunla döyüşür və məğlub olur. Lakin Sab-ziro onu öldürmür və Sarina onunla dost olur. Bir müddətdən sonra peyda olan Şinnok Sarina öldürür və ruhunu yeraltı dünyaya göndərir. Sarina ruhu buradan azad olduqdan sonra Sab-Ziro-kiçik qardaşa qoşulur və Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Bleyz üzərində qələbədən sonra Sarina "Buz gücü"nü əldə edir. Kuan Çi ilə qarşılaşan zaman onu buza döndərir və Sab-Ziro ilə birlikdə Lin Kueyin qərargahında gizlədir.
Okarina
Quş tütək (Gil tütək) Fit səsi və ya quşların cəh-cəhini təsvir edən bu vasitəyə "gil tütək" və ya "quş tütəyi" deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur "Vağzalı", "Heyvagülü", "Çoban-bayatı" havalarını çalmaq hər kəsin hünəri deyil. Lənkəranda unikal musiqi aləti olan gildən düzəldilmiş tütək 60 ildən çoxdur ki, el məclislərinin, toy-düyünlərin yaraşığıdır. Xarici görünüşcə ilan kəlləsinə, fil xortumuna oxşar bu alətin yaşı 4500 ildir. Tütəyin qiymətini bir neçə il bundan əvvəl gələn xarici mütəxəsislərdən ibarət komissiya müəyyən edib. 1977-ci ildə Polşada keçirilən folklor festivalında gil tütəklə iştirak edən S. Əliyev ifasına görə "Qızıl balta" mükafatına layiq görülüb. Mamusta kəndində tapılan bu tütək hal-hazırda Səpnəkəran kəndində el sənətkarı Surxay Əliyevin evində saxlanılır. Palıd qozasına oxşar gil tütək arxeoloqlar tərəfindən 4000–4500 il öncəyə aid olduğu bildirilir.
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Tuamina
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Marina
Marina — qadın adı. Latın adı Mariusun formalarından biri olan Marinusun qadın versiyasıdır. Mariusun mənası Roma müharibə tanrısı Marsla və ya latınca erkək mənasını verən "maris" sözü ilə əlaqələndirilə bilər. O, həmçinin sonralar latınca "dəniz" mənasını verən marinus sözü ilə əlaqələndirilir. Bir çox Avropa dillərində, eləcə də Yapon dilində rast gəlinir.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser; Digər Sabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Anastasiya Tyurina
Anastasiya Tyurina (27 sentyabr 2001, Düşənbə) — Tacikistanlı üzgüçü. Anastasiya Tyurina Tacikistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anastasiya Tyurina birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 31.15 saniyəlik nəticəsi ilə 73-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Asperula taurina
Asperula taurina (lat. Asperula taurina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin çətiryarpaq cinsinə aid bitki növü. Bitki ilk dəfə 1753-cü ildə təsvir edilmişdir və Albaniya, Avstriya, Bolqarıstan, Fransa, Yunanıstan, Macarıstan, İran, İtaliya, Krım, Rumıniya, İsveçrə, Gürcüstan, Ermənistan, Azərbaycan, Türkiyə, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqro üçün endemikdir.
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb. İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı.
Sabrina (albom)
Sabrina – Sabrina Salernonun çıxardığı ilk albomdur.
Sabrina Karpenter
Sabrina Ennlinn Karpenter (11 may 1999[…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Sabrina aktrisalıq karyerasına cinayət teleserialı "Law & Order: Special Victims Unit" ilə başlayıb. O, Fox-un üç ay davam edən qısa müddətli serialı "The Goodwin Games"-də təkrarlanan rol alıb. Həmçinin Disney Channel-də yayımlanan komediya serialı "Girl Meets World" (2014–2017) və televiziya filmi "Adventures in Babysitting"-də çəkilmişdir. Sabrina, "Horns" (2013), "The Hate U Give" (2018), "The Short History of the Long Road" (2019), "Clouds" (2020) və "Emergency" (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, "Tall Girl" (2019) və onun davamında (2022) və "Work It" (2020) filmlərində yer alıb. 2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı mini-albomu işıq üzü görüb. 2015-ci ildə o, "Eyes Wide Open" adlı debüt albomu və üç əlavə studiya albomu, "Evolution" (2016), "Singular: Act I" (2018) və "Singular: Act II" (2019) buraxıb. Beşinci studiya albomu "Emails I Can't Send" 2022-ci ildə işıq üü görüb. Karpenter 11 may 1999-cu ildə Pensilvaniya ştatının Kvakertaun şəhərində Devid və Elizabet Karpenterin ailəsində anadan olub və Şərqi Qrinvildə böyüyüb.
Sabrina Qlevissiq
Sabrina Qlevissiq (pol. Sabrina Glevissig) – Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın. Sabrina Qlevissiq Kaedvendən olan sehrbazdır. O, Venqerberqli Yenniferlə eyni dövrdə sehrbazlıq məktəbində təhsil alır və Yenniferi özünə rəqib görür. Sabrina Kaedven kralı Henselt üzərində böyük təsir gücünə malikdir. Gözəlliyini qabarıq göstərən effektli geyimləri sevir. Sapkovskinin romanları əsasında yaradılmış oyunlar seriyasında Sabrina artıq ölmüşdür: döyüş meydanında alov yağışı çağırdığına görə Henseltin göstərişi ilə Sabrina tonqalda yandırılır. Lakin, Sabrina ölməzdən əvvəl krala lənət göndərə bilir. Bundan sonra Sabrina personajı ətrafına böyük kult yaranır. ABŞ istehsalı olan “Cadugər” teleserialında Sabrina Qlevissiq rolunu aktrisa Terika Vilson-Rid canlandırmışdır.
Sabrina Qriqoryan
Sabrina Qriqoryan (erm. Սաբրինա Մարկոսի Գրիգորյան) — İtalyan əsilli erməni aktrisa. Sabrina Qriqoryan 28 iyul 1956-cı ildə Romada rəssam Markos Qriqoryan və Flora Adamyanın ailəsində anadan olub. Valideynləri boşandıqdan sonra Sabrina atası tərəfindən böyüdülür və ibtidai təhsilini Tehranda istedadlı uşaqlar üçün xüsusi məktəbdə alır. Daha sonra təhsilini Nyu-Yorkda orta məktəbdə davam etdirir. Tehrana qayıdan o, yerli məktəbin teatr direktoru, eləcə də Tehrandakı Beynəlxalq Gənclər Teatr Təşkilatının direktoru Patrisiya Zixlə görüşüre. Zix Sabrinanın qeyri-adi aktyorluq istedadını görür. Orta məktəbi bitirdikdən sonra Sabrina Londona gedir, dinləmələrdən keçir və aktyorluq təhsili almaq üçün Qildxoll Musiqi və Dram Məktəbinə qəbul olunur. Həmin illərdə o, çoxlu səyahətlər etmiş, ABŞ, İsveçrə, İspaniya, İtaliya və bir çox başqa yerlərə getmiş, bacardığı bütün bilikləri mənimsəmişdir. Erməni, ingilis və fransız dillərini mükəmməl bilir, fars, italyan, ispan dillərini başa düşürdü.
Sabrina Salerno
Sabrina Debora Salerno (it. Sabrina Debora Salerno; 15 mart 1968, Genuya) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir. Sabrina Salerno 15 mart 1968-ci il tarixində İtaliya Genuya şəhərində doğulmuşdu. Bir neçə dəfə Genuya gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 1980-ci illərdən başlayaraq musiqi səhnəsində ifa edir. 1987-ci ildə "Boys (Summertime Love" mahnısını ifa edərək, bir çox ölkələrin hit-paradında böyük populyarlıq qazanmışdı. 1990-cı illərdən başlayaraq bir sıra seriallarda çəkilir. 1999-cu ildə onun "A Flowers Broken" adlı yeni albomu çıxır və bu albomda "I Love You" mahnısı uğur qazanır. Sabrina Salerno bir çox ölkələrin səhnələrində ayrıca konsert vermiş, "Playboy", "Penthouse" və digər jurnallarda böyük populyarlıq əldə etmişdir.
Sabrina Veqa
Sabrina Veqa (isp. Sabrina Vega Gutiérrez; doğ. 28 fevral 1987) — ispaniyalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). 1996-cı ildən 2007-ci ilədək müxtəlif yaş kateqoriyalarında İspaniyanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Mondaris (2005–06), Lork (2007) və La-Masana (2007) şəhərlərində keçirilmiş beynəlxalq turnirlərdə qadınlar arasında beynəlxalq qrosmeyster normasını yerinə yetirib. Ardıcıl iki dəfə Belqradda keçirilmiş beynəlxalq turnirlərdə qalib olub (2013, 2014). İspaniyanın qadınlardan ibarət milli komandasının tərkibində yeddi dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2004, 2008–2016), altı dəfə isə Avropa çempionatlarında (2005–2015) çıxış etmişdir. Üç dəfə qadın şahmatçılar arasında İspaniya çempionu olub (2008, 2012, 2015). 2016-cı ildə Rumıniyanın Mamaya şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında XVII şəxsi Avropa çempionatında gümüş medal qazanıb. FIDE Chess profili Sabrina Vega Gutierrez.
Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sabrina sahili
Sabrina sahili (ing. Sabrina Coast) — Şərqi Antarktidanın Uilks Torpağında yerləşən sahili. Sautard burnu (122°05' ş. u.) və Uoldron burnu (115°33' ş. u.) arasında yerləşir. Sabrina sahilinin uzunluğu 300 km məsafədə uzanır. Ərazisinin böyük qismi Moskva Universiteti şellf buzlağı sahəsinə daxildir. Bu bölgə ilk dəfə ingilis ekspedisiyasının rəhbəri Con Balleni tərəfindən kəşf edilmişdir. Ərazinin kəşf tarixi 1839-cu ilin martına təsadüf edir. 1931-ci ildə Duqlas Mouson Balleninin təşkil etdiyi ekspedisiyasının əsas gəmisi olan "Sabrinanın" şərəfinə adlandırılmışdır.
Super Sabrina
Super Sabrina – Sabrina Salernonun çıxardığı ikinci albom.
Tsepina buxtası
Tsepina buxtası (bolq. залив Цепина, ‘Zaliv Tsepina’ \'za-liv 'tse-pi-na\) — 1 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 850 m şərqdə yerləşmişdir. Qaliçe qayasından, Somovit burnundan cənubda, Batuliya burnundan cənubda yerləşmişdir. Buxta cənubi Bolqarıstanda yerləşən orta əsr qalası olan Tsepinanın adını daşıyır. Kruni buxtası 62°23′34″ c. e. 59°21′20″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Paraseiulus sarcina
Paraseiulus sarcina (lat. Paraseiulus sarcina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Callista taurina
Dendrobium taurinum (lat. Dendrobium taurinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista taurina (Lindl.) Kuntze Durabaculum taurinum (Lindl.) M.A.Clem. === Heterotipik sinonimləri === Dendrobium taurinum f.
Sarıca
Sarıca (Şəki)
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.