Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baccharis tucumanensis
Baccharis tucumanensis (lat. Baccharis tucumanensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Franyo Tucman
Franyo Tucman (14 may 1922[…], Veliko-Trqovişçe[d], Zaqreb diyarı[d], Serblər, xorvatlar və slovenlər krallığı[d] – 10 dekabr 1999, Zaqreb) — Xorvatiyanın 1-ci prezidenti. Müstəqil Xorvatiyanın marşalı, xorvat millətçisi, antiyuqoslavist, Xorvat Demokratik İttifaqının banisi və sədri kimim tanınan Tucman, yuqoslav dövründə kommunist, hərbi və elm xadimi idi.
Franyo Tucman Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Franyo Tucman Hava Limanı
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Fundiseius tucumanensis
Fundiseius tucumanensis (lat. Fundiseius tucumanensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Hyundai Tucson
Hyundai Tucson — Cənubi Koreya şirkəti olan Hyundai Motor Company-nin istehsal etdiyi krossover. Tucson Hyundai-ın ən tanınmış modellərindəndir. Bu model avtomobildən 1 milyondan çox satılmışdır.
Liu Tucuan
Liu Tucuan (bilinmir – 385) — Tiefu konfederasiyasının şərqdəki V başçısı. Atası Liu Luqu idi. 384-cü ildə qardaşının varisi olaraq hakimiyyətə gəlmişdi. Lakin qardaşı oğlu Liu Hsianın üsyanı ilə qarşılaşdı və sonrakı il öldürüldü. == Ailəsi == Liu Luqunun kiçik oğlu idi. Qızı Hsüanmu (ö. 409) Toba Qui ilə evlənmişdi. Oğlu Liu Laoçen Toba Quiyə təslim olmuşdu.
Quercus john-tuckeri
Quercus john-tuckeri (lat. Quercus john-tuckeri) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Senecio tucumanensis
Senecio tucumanensis (lat. Senecio tucumanensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tucya xalqı
Tucyalar, Tucya xalqı — (tucya. Bizika, çin. sadə. 土家族, pinyin: Tǔjiāzú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri və ən böyük 8-ci xalq. Ana dilləri Tucya dilidir. Tucya dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Tibet-Himalay yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 5.704.223 nəfər, 2000-ci il sayımı zamanı 8.028.133 nəfər, 2010-cu il sayımı zamanı isə 8.353.912 nəfər etnik tucya siyahıya alınmışdır. Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində şimali və cənubi tucya ləhcələri.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
TAC
Tac
TLC
TLC Norway — Norveç telekanalı. TLC Türkiye — Türkiyə özəl telekanalı.
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Tur
Tur (şəhər)
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
UTC
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Orta Xuc
Orta Xuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. Orta Xuc oyk., mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Xuc və Xucbala (Yuxan Xuc deməkdir) kəndlərinin arasmda yerləşdiyi üçün belə adlandırılmışdır. Eyni zamanda digər iki kənd Orta Xuc kəndi əsasında yarandığı üçün bu kənd mərkəz rolu oynamışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 203 nəfər əhali yaşayır.
PUC-MG
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
PUC Minas
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tuz gölü
Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir. Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən bu gölü nəzərdə tuturmuş. İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir. Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır.
Tuğ (Bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya tuk şəklində də deyilər. Monqollar tug deyərlər.
Tut ağacı
Tutağacı (Mahnişan)
Tuğ (dəqiqləşdirmə)
Tuğ (bayraq) — əski türkcə bayraq dеməkdir. Tuğ (Xocavənd) — Xocavənd rayonunda kənd. Tuğ — Xızı rayonu ərazisində çay. Xəzər dənizinə tökülür; Tuğ — Xocavənd rayonunun Tuğ kəndi ərazisində mineral bulaqlar. Tuğ — Xocavənd rayonu ərazisində Tuğ kəndindən qərbdə yerləşir. Hündürlüyü 1471 m.
Geronti Tuk
Geronti Tuk — Con R. R. Tolkin kainatındakı uydurma hobbit personajı. O, Orta Dünyanın ən uzunömürlü hobbiti olduğu üçün Yaşlı Tuk kimi də tanınır. O, dövrünün bütün hobbitlərinin başçısı idi və Bandobras Tuk nəslindən idi.
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Güc
Güc bu mənaları ifadə edə bilər:
Güc (Fəlsəfə)
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Güc (fizika)
İşin görülmə yeyinliyi güc adlanan kəmiyyətlə təyin olunur. Görülən işin bu işi görməyə sərf olunan zaman müddətində nisbəti güc adlanır. P = A t {\displaystyle P={A \over t}} Burada P-güc; A-iş; t-işin görülməsinə sərf olunan zamandır. Güc skalyar kəmiyyətdir. Gücün Vahidi ingilis alimi C.Vattın şərəfinə BS də vatt qəbul edilmişdir. Vt kimi işarə olunur. == Güc vahidləri == Fizika məsələlərinin həllində 1Vt-dan min dəfə böyük kilovatt 1kVt=1000Vt milyon dəfə böyük meqavatt 1MVt=1000 000Vt min dəfə kiçik millivatt 1mVt=0.001Vt milyon dəfə kiçik mikrovat 1mkVt=0.000 001Vt və s.istifadə olunur. Məişətdə və texnikada "at qüvvəsi" güc vahidindən də istifadə olunur. 1a.q.=75kq * m/san=736Vt. == Gücün təyin edilməsi üsul və vasitələri == Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün təyin edilməsi elektrodinamik və ferrodinamik vattmetrlərin yardımı ilə icra olunur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur == Haqqında == Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Luç kinoteatrı
Luç kinoteatrı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Taqanroq şəhəri Petrovskaya küçəsi ev 57 ünvanında yerləşirdi. Bina 1910-cu ildə təsis edilmşdir. inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Modern stilində inşa edilmişdir. Bina ikili ünvana sahibdir. Bu isə onun yerləşdiyi mövqeyi ilə əlaqədardır. XIX əsrin ikinci yarısında Siçevlər ailəsinə məxsus olmuşdur.