Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tural-Turan
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Tudar
Tudar — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilmişdir.
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Tuman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı.DigərTupak (Əbyəlil) — Rusiyada kənd.
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Vuhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir.Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən. 武昌), "Han" hissəciyi isə bu çayın şimal sahilindəki "Hankou" şəhərinin adından (çin.
Yulaf
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Zuhan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
İthaf
İthaf (film, 1969)
Tuhlar
Tuhlar və ya tuklar — Cənubi Qafqazda yaşamış qədim tayfa. Onlar indiki Azərbaycanın Tovuz rayonu və indiki Ermənistanın Tavuş mərzində yaşayırdılar. Onların adı Ananiya Şiraklının "Xəritə"sində Tuç-Kustak qavarı qeyd olunur. Kustak farsca vilayət deməkdir və bu, "Tuç vilayəti" mənasını daşıyır. IX əsr tarixçisi Ovanes Drasxanakertsi Tus qəsəbəsini qeyd etmişdir. "Tus" yerli ada çevrilmiş tayfa adıdır. Erməni alimlərə görə, bu ad sonradan dəyişikliyə məruz qalaraq Tavuş adına çevrilmişdir.
Abdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Adi turac
Adi turac (lat. Francolinus francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin turac cinsinə aid heyvan növü. Nadir oturaq növdür. Azərbaycanda Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində təsadüf edir. Kolluq bitkiləri ilə örtülü sahələr, pambıq tarlalarında, bağlarda, bağçalarda, dənli bitkillər səpilmiş tarlalarda, Kür boyunca tuqaylarda tez-tez rast gəlinir. 1947-1950-ci illərdə 600 min fərd, 1958-1962-ci illərdə – 100 min fərd, 1992-ci ildə – 4 min fərd turac olmuşdur. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunda turacın böyük populyasiyası qeydə alınmışdır. == Çoxalması == Monoqam quşdur. Bir yaşında çoxalmağa başlayır. Cücəli quşdur.
Amblyseius tubae
Amblyseius tubae (lat. Amblyseius tubae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius tubae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arda Turan
Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fateh) — keçmiş türk futbolçu. == Həyatı == == Karyerası == === Klub karyerası === ==== Qalatasaray ==== Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir. 2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.
Ayşin Turan
Ayça Ayşin Turan — Türk aktrisa. == Həyatı == Ayça Ayşin Turan 1992-ci il oktyabr ayının 25-də İstanbulda dünyaya göz açmışdır. Kiçik yaşlarından aktyorluğa olan xüsusi marağı onu Türkiyənin məşhur seriallarına qədər gətirib çıxarmışdır. Hazırda tələbədir. 2011-ci ildə yayımlanan və yayımlandığı müddətdə izlənmə rekordu qıran, məşhur türk serialı "Dinlə Sevgili"də Gülfəm rolunu canladıran Ayça Ayşin Turan bu rolu ilə məşhurlaşmışdır. 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək daha da şöhrət qazanmış və izləyicilərin sevimlisinə çevrilmişdir. == Mənbə == Ayşin Turan kimdir?
Azər Turan
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru (2015-ci ildən). == Həyatı == Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010).
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Bühal (Əhər)
Bühal (fars. بهل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 849 nəfər yaşayır (158 ailə).