Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tutiya
Tutiya — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır.
Tatiya Lortkipanidze
Tatiya Lortkipanidze (11 iyun 1993) — Gürcüstanlı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Gürcüstanı təmsil edir. Tatiya Lortkipanidze dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Rusiya–Suriya münasibətləri
Rusiya–Suriya münasibətləri — Rusiya Federasiyası və Suriya arasındakı mövcud ikitərəfli münasibətlər. Rusiyanın Dəməşq şəhərində, Suriyanın isə Moskva şəhərində səfirliyi fəaliyyət göstərir. Bir çox ərəb dövlətlərində "Ərəb baharı" baş verənə qədər Rusiya ilə Suriya arasında tarixən möhkəm, stabil və dostluq əlaqələri olmuşdur. Rusiyanın Aralıq dənizində yerləşən yeganə hərbi dəniz bazası Suriyanın Tartus limanında yerləşir.Sovet İttifaqı ilə Suriya arasında diplomatik əlaqələrin əsası 1944-cü ilin iyul ayında qoyulmuşdur. 1946-cı ilin fevralında SSRİ ilə Suriya arasında fransız qoşunlarının Suriya ərazisindən təxliyə olunması zamanı Sovet dəstəyi ilə bağlı müqavilə imzalanmışdır. Təxliyə 1946-cı ilin aprel ayında başa çatmışdır. 1971-ci ildə Suriya Prezidenti Hafiz Əsəd tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Tartus hərbi dəniz bazasını Sovet Ordusunun tabeçiliyinə vermişdir. 8 oktyabr 1980-ci ildə hazırda da qüvvədə olan Suriya və Sovet İttifaqı arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu müqavilə böhran zamanı tərəflərin birgə hərəkətini və hərbi əməkdaşlığı nəzərdə tuturdu. 1992-ci ilin yanvarında Suriya hökuməti Rusiya Federasiyasını SSRİ-nin qanuni davamçısı kimi tanımışdır.
Ayutiya
Ayuttxaya və ya Ayutiya (tay พระนครศรีอยุธยา) — Tailandda şəhər. 1767-ci ilədək Tailandın paytaxtı olmuşdur. Mühüm ticarət-nəqliyyat qovşağıdır. Çəltiklik rayonunun ticarət mərkəzidir. Çəltiktəmizləmə və arağ zavodları, balıq və tərəvəz konservi müəssisələri var. == İstinadlar == == Əlavə ədəbiyyat == Stefan Halikowski Smith, Creolization and Diaspora in the Portuguese Indies: The Social World of Ayutthaya, 1640-1720 (Leiden, Brill, 2011) (European Expansion and Indigenous Response, 8).
Furiya
Furiyalar – Qədim Roma mifologiyasında intiqam ilahələri. Yunan mifologiyasındakı Eriniyalara uyğundur. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Mumiya
Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilmişdi. == Etimologiya == "Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (مومياء) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü. Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir. Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər.
Nubiya
Nubiya — Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə. == Tarixi == Qədim misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ e.ə. IV-III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dili, yazısı, memarlığı yayılmışdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının böyük rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi e.ə.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Retiya
Retiya (Retsiya; lat. Raetia, romanş Rhaetia) — İtalyan yeparxiyasının bir hissəsi olan Roma İmperatorluğunun Tuna əyalətlərinin ən qərbində diotsez. Şərqdə Norik və Veneti ölkəsi, cənubda Transpadan Qaul, qərbdə Helvetiya və şimalda Almaniya ilə həmsərhəd idi. Buraya indiki Baden, Vurttemberq və Bavariyanın cənub hissələri, İsveçrənin şimal-şərq və şərq hissələri, Tirol və Lombardiyanın bir hissəsi daxil idi. == Ədəbiyyat == Retiya // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Tulipa
Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir.
Tunika
Tunika (lat. Tunica) — Ağ yundan və kətandan qədim Roma geyimi. Qısa qollu uzun köynək idi. Üst paltarın altından geyilirdi. E.ə. 1-ci minilliyin əvvəllərinə aid aşşur təsvirlərində midiyalılar üstdən heyvan dərisi bərkidilmiş tunika ilə təsvir edilirdilər. == Mənbə == ASE, "Tunika", Bakı, 1986, səh. 373.
Tuşetiya
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Tuxya
Tuxya - Çuvaş qızlarının yarımdairəvi formada toxunmuş, 1-2 cərgədın ibarət naxışlı, qulaqlığı və ya dəri kəməri olan ənənəvi baş geyimi.Tuxya muncuqlarla, gümüş sikkələrlə və müxtəlif qiymətli daşlarla bəzədilir, papağın yuxarı hissəsində dairəvi formada Günəşi və onun fasiləsiz hərəkətini simvolizə edən işarələr əks olunurdu. Tuxyanın çuvaşların əsas etnik qruplarını səciyyələndirən iki növü mövcuddur. Çuvaşıstanın şimal və şimal-qərb bölgələrində yaşayan və özlərini anat-ençi adlandıranlar dairəvi formada toxunmuş tuxyadan,Çuvaşıstanın Mərkəzi bölgələrində və həmçinin Orta Volqaboyunda və Uralyanı ərazilərdə yaşayan çuvaşlar dəbilqəyə oxşar, yuxarısı konusvari şəkildə toxunmuş yarımdairəvi tuxyadan istifadə edirdilər. Volqa çayından şimalda yaşayan yuxarı çuvaşların hansı formalı tuxyadan istifadə etmələri barədə mənbələrdə heç bir məlumat yoxdur. Zveniqovoda yaşayan marilərin də tuxyadan istifadə etmələrinə təsadüf olunmuşdur. == Tarixi == Tuxyadan istifadə olunması barədə üç nəzəriyyə: Bulqar, Amazon və Ön Asiya nəzəriyyələri mövcuddur. Bulqar nəzəriyyəsinə əsasən tarixin müxtəlif dönəmlərində çuvaş qadınlar kişilərlə bərabər döyüşlərdə iştirak etmişlər, xalq arasında bununla bağlı bir çox əfsanələr də yaranmışdır. Qədim dövrlərdə tuxya qulaqları qorumaq üçün dəmir və ya poladdan hazırlanmış elementlərdən ibarət hərbi şlem rolunu oynayırdı. Bu qulaqcıqlar baş geyiminin əsas hissəsini təşkil edən dəridən hazırlanməış remenə bərkidilirdi. Tuxyanın Volqa bulqarlarından çuvaşlara keçməsi barədə də müxtəlif ehtimallar vardır.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Utoya
Utoya — Norveçin paytaxtı Oslo yaxınlığında ada. 22 iyul 2011-ci ildə burada 69 nəfərin ölümü ilə nəticlənən terror aktı baş vermişdir.
Aechmea mutica
Aechmea mutica (lat. Aechmea mutica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Apameya (Suriya)
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi. == Tarixi == Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312-281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir.
Ayutiya imperiyası
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Ayutiya krallığı
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Avropa tüviyi
Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb. == Qısa təsviri == Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.