Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Xəzər uları
Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.
Muğartı
Muğartı - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 33 km cənub-qərb tərəfdə, Muğartıçay (Qamışçayın hövzəsinə bağlı) boyunca yerləşir. 2017-ci ilin siyahıyaalınmasına əsasən, kənd əhalisini 1742 nəfər təşkil edir, və kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir.
Ucarlı
Ucarlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Ucarlı oyk. Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini Ucardan gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 99 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Urartu
Urartu (ur. KURbi-a-i-na, erm. Ուրարտու, fars. اورارتو‎) — Qərbi Asiyada, Ermənistan yaylasının (indiki Ermənistan, Türkiyənin şərqi, İranın şimal-qərbi və Azərbaycanın Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşən qədim dövlət. E.ə. I minilliyin birinci rübündə Qərbi Asiya dövlətləri arasında dominant mövqe tutmuşdur. Assurlar bu ölkəni Urartu, urartular isə öz ölkəsini Biaynili adlandırdılar. Urartu Şərqi Anadoluda (Türkiyə) Van gölü yanında meydana gəlmiş dövlət idi. E.ə XIII–X əsrlərdə gələcək Urartu ərazisində tayfa ittifaqları yaranmışdı. Şərqi Anadoluda, Van Gölü ətrafında, Cənubi Qafqaz və Şimal-Qərbi İranın bəzi bölgələrini əhatə edən geniş bir coğrafi ərazidə mədəniyyətin təmsilçiləri olan Urartular, e.ə 13-cü əsrdən bəri Aşşur mənbələrində xatırlanır.
Uzantı
1.Uzantı – faylın adında: faylın adını tamamlamaq və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını. Məsələn, MS-DOS əməliyyat sistemində faylın adı səkkizədək simvoldan, sonra nöqtədən (.) və uzunluğu üçədək olan uzantıdan ibarət olur. Uzantını istifadəçi də verə bilər, proqram da (məsələn, MYDATA.NEW); ikinci halda bu uzantı həmin proqram üçün xüsusi anlam daşıyır. Məsələn, uzantısı BAS olan fayllar, adətən, BASIC dilinin proqramları olur, uzantıları COM və EXE olan fayllar isə MS-DOS sisteminin yükləyə və başlada bildiyi icra (çalışdırılabilən) proqramlardır. 2. Genişləndirmə – hesablama texnikasının müxtəlif (çeşidli) sahələrində bu termin fərqli anlamlar daşıya bilər. Məsələn, o, hər hansı konkret yığına əlavə simvollar artırmaq üçün istifadə olunan kodların istifadə olunan kodların genişləndirilmiş yığını ola bilər. Proqramlaşdırmada genişləndirmə, proqramın imkanlarını artıran və ya onun səmərəliliyini yüksəldən proqram və ya proqram modulu ola bilər.
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Ulamçı (Qoşaçay)
iUlamçı (fars. اولامچي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (70 ailə).
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Urartu FK
Urartu Futbol Klubu (erm. Ուրարտու Ֆուտբոլային Ակումբ, translit. Futbolayin Akumb Urartu; əvvəllər – Banants FK) — İrəvanı təmsil edən Ermənistan futbol klubu. 1992-ci ildə Abovyan şəhərində yaradılıb.
Urartu dili
Urartu dili (Xaldey, Nairi və yaxud Biayni dili) — Urartuluların qədim dili. Şərqi Qafqaz dillərinə yaxın olan hurrit-urart dilləri qrupuna mənsubdur. E.ə VI-cı əsrə qədər şimaldan cənuba Ağrı vadisindən Şimali İraka qədər, şərqdən qərbə Göyçə gölündən Van gölünə qədər olan əraziləri əhatə etmişdir. İlk dəfə e.ə. 9-cu əsrdə sübuta yetirilən Urartu eramızdan əvvəl 9-cu əsrə aiddir. 585-ci ildə dağıldıqdan sonra yazılmağa son qoyulmuş və ehtimal ki, Urartunun dağılması ilə birlikdə yox olmuşdur.
Uzarlı (Urmiya)
Uzarlı (fars. ‎اوزرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (62 ailə).
Urartu dini
Urartu dini və ya Urartu mifologiyası — e.ə. VIII–VI əsrlərdə Qərbi Asiyanın Ermənistan yaylası ərazisində mövcud olmuş qədim Urartu dövlətində qəbul edilmiş inanc sistemi. Urartu dini qədim dünyanın Yaxın Şərq despotik dövlətlərinə xas olan çoxtanrılı bir din idi və öz kökləri Mesopotamiya və Anadoludakı köhnə dini sistemlərdən götürmüşdür. Qədim Şərqin digər dini sistemləri kimi, Urartu dinində də müxtəlif hadisələri himayə edən böyük tanrılar panteonu var idi. Urartu panteonunun ali tanrısı Haldi idi. İnsanlarla panteonun tanrıları arasında əlaqə qurbanlıq ayinləri vasitəsilə qurulmuşdur. Urartu dininə Qədim Şərqə xas olan həyat ağacı, ilan, qanadlı disk, həmçinin Qədim Mesopotamiyanın digər dini sistemlərinin oxşar elementləri ilə üst-üstə düşən başqa motivlər də daxil idi. Urartu dininin xarakterik xüsusiyyəti dövlətin çoxmillətli quruluşu ilə bağlı olan nisbi dini tolerantlıq idi. Urartu dinini öyrənmək üçün mənbələr azdır, çünki elmi akademiya urartuluların dini rituallarını və ya inanc sistemini təsvir edən mixi yazılı mənbələrin çox məhdud sayına malikdir. Türkiyədə Torpaqqala yaxınlığında yerləşən, padşah İşpuini dövründə tərtib edilmiş və sonradan "Mher qapısı" adlanan abidə mövcud olan azsaylı mənbələrdən biridir.
Urartu mifologiyası
Urartu dini və ya Urartu mifologiyası — e.ə. VIII–VI əsrlərdə Qərbi Asiyanın Ermənistan yaylası ərazisində mövcud olmuş qədim Urartu dövlətində qəbul edilmiş inanc sistemi. Urartu dini qədim dünyanın Yaxın Şərq despotik dövlətlərinə xas olan çoxtanrılı bir din idi və öz kökləri Mesopotamiya və Anadoludakı köhnə dini sistemlərdən götürmüşdür. Qədim Şərqin digər dini sistemləri kimi, Urartu dinində də müxtəlif hadisələri himayə edən böyük tanrılar panteonu var idi. Urartu panteonunun ali tanrısı Haldi idi. İnsanlarla panteonun tanrıları arasında əlaqə qurbanlıq ayinləri vasitəsilə qurulmuşdur. Urartu dininə Qədim Şərqə xas olan həyat ağacı, ilan, qanadlı disk, həmçinin Qədim Mesopotamiyanın digər dini sistemlərinin oxşar elementləri ilə üst-üstə düşən başqa motivlər də daxil idi. Urartu dininin xarakterik xüsusiyyəti dövlətin çoxmillətli quruluşu ilə bağlı olan nisbi dini tolerantlıq idi. Urartu dinini öyrənmək üçün mənbələr azdır, çünki elmi akademiya urartuluların dini rituallarını və ya inanc sistemini təsvir edən mixi yazılı mənbələrin çox məhdud sayına malikdir. Türkiyədə Torpaqqala yaxınlığında yerləşən, padşah İşpuini dövründə tərtib edilmiş və sonradan "Mher qapısı" adlanan abidə mövcud olan azsaylı mənbələrdən biridir.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Vadoz suları
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Lui Larte
Lui Larte (fr. Louis Lartet; 18 dekabr 1840 – avqust 1899) — fransız arxeoloqu və Kromanyonların qalıqlarını aşkar etmiş paleontoloq. == Həyatı == Lui Larte geoloq ailəsində anadan olmuşdur. Fələstin ərazisində arxeoloji qazıntılarda iştirak etmiş, tədqiqatlarının nəticələrinə görə alimlik dərəcəsi almışdır. 1868-ci ildə o, Fransanın Akvitaniya regionunda Dordon çayı sahillərində yerləşən Le-Ezi-Tayak-Sirey şəhərində yol tikintisi işləri aparılarkən aşkar edilmiş Kro-Manyondakı qayalıq ərazidə arxeoloji qazıntılar aparmışdır. Qazıntılar zamanı o, əvvəllər aşkar edilən neandertaldan kəskin şəkildə fərqlənən insan skeletinin qalıqlarını tapmışdır. Lui Larte müasir insanların əcdadı olan və tarixəqədərki dövrdə yaşamış bu insan qalıqlarını Kromanyon adlandırmış və onu təsvir etmişdir. Sonralar o, Tuluzada geologiya elmi üzrə professor olmuşdu. == Əsərləri == Verneuil H. de & Lartet L. (1863).- "Sur le calcaire à Lychnus des environs de Segura (Aragon)". Bulletin de la Société Géologique de France, (2), XX, p.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Alatri
Alatri (it. Alatri) – İtaliyanın Latsio vilayətində şəhər.
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
Laiti
Laiti (fransızca: "Laïcat", ingiliscə: "Laity", italyanca: "Laicato"), xristian dini terminologiyasında ruhban təbəqəsindən olmayan bütün din xadimlərini müəyyənləşdirmək üçün istifadə olunan bir söz olub, hərfi mənada müəyyən bir peşədən olmayan insanları ifadə edən bir termindir.
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Luanti sülaləsi
Luanti (çin. 欒提) — Böyük Hun İmperiyasını idarə etmiş sülalə. == Tarixi == Luanti sülaləsi – 攣鞮 – Hun imperiyasının mərkəz bölgəsində otururdu. Əsasən Ordos vadisi torpaqları hesab olunurdu. Hun imperiyasını idarə edən 3 qəbilədən ən güclüsü idi. Tuman şanyü bu qəbilədən idi. 46-cı şanyu Yuan Hai tərəfindən soyad Liu-ya dəyişdi. Liu – "Fəth et" anlamına gəlir.
Neoseiulus ulatei
Neoseiulus ulatei (lat. Neoseiulus ulatei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Salmo clarki
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Uqarçi burnu
Uqarçin burnu (bolq. нос Угърчин, ‘Nos Ugarchin’ \'nos u-g&r-'chin\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən burundur. Burun Nelson boğazından 300 m aralıda yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Uqarçin şəhərinin adını daşıyır. Burun Smirnenski burnundan 4.7 km qərbdə, Nevell burnundan isə 4.2 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.