AĞARTI

is.
1. bax ağarantı. [Səfər:] Bu indiki inəyi Ağdamdan gətirmişəm.
Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. Çəmənzəminli.
[Almurad:] Qaldı ağartı məsələsi, o barədə Qızxanımın yaxasından yapış, bu, arvad işidir. İ.Əfəndiyev.

2. Uzaqdan görünən ağ şey. Uzaqdan gözümə bir ağartı görünür.
3. köhn. Kirşan.
Bir əldə ağartı, birində daraq; Daranır üstündə muyu çeşmənin. (Qoşma).

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞARTI ağartı bax 1. ağarantı; 2. pudra

Omonimlər

  • AĞARTI AĞARTI I is. Süddən hazırlanan məhsul: qatıq, şor, süzmə, pendir və s. Bağır müdirinin ağartısına şərik olmaq istəmədi (İ
AĞARTDIRMAQ
AĞARTMA

Digər lüğətlərdə