Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. == Toponimikası == Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. == Həmçinin bax == Arsak Qafqaz Albaniyası == Xarici keçid == ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
İlum
İlum (ing. Ilum) — "Ulduz müharibələri" kainatında uydurma planet. İlum cırtdan planetdən bir qədər kiçik olan astronomik yer cismidir. Kayber-kristall nüvəsi və soyuq iqlimi var, həcminə baxmayaraq planet hesab edilir. İlum arktik planetdir, demək olar ki, bütün planet buz və qarla örtülüdür və buna görə də əksər növlər üçün əlverişsizdir, lakin burada sayıqlığı olmayan canlılar yaşayır. İlumun buzlu səthinin altında kayber-kristallarının yerləşdiriyi bir kristal mağarası var. Bu səbəbdən planet əsrlər boyu ceday ordeni üçün müqəddəs yer olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Ilum — Vukipediya saytında.
Ulm
Ulm (alm. Ulm‎) — Almaniyada şəhər. Baden-Vürtemberq əyalətində qədim tarixi ilə seçilən Ulm şəhəri Ştutqartdan 90 km uzaqlıqdadır. Ölkədə sahəsinə görə 3-cü olan şəhər həm də Albert Eynşteynin anadan olduğu şəhərdir. Gözəl təbiəti ilə seçilən Ulm şəhərini yanından Dunay çayı keçir və bu şəhər Birinci Dünya müharibəsində "qəhrəman şəhər"adını qazanmışdır.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven[d], Konnektikut) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
Heidi Klum
Heidi Klum(alm. Heidi Klum‎; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası. == Həyatı == Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü.
Orlando Blum
Orlando Blum (ing. Orlando Jonathan Blanchard Bloom; 13 yanvar 1977[…], Kenterberi, İngiltərə, Birləşmiş Krallıq) — Britaniya aktyoru. == Həyatı == Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim "Bax bu iş əsl mənlikdir""...
Ulul-əmr
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Ulul-əzmlər
Ulul-əzm peyğəmbər — Allah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir.
Uluq Bəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Uluq Məhəmməd
Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Kazan xanlığının xanı. == Həyatı == Çingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur. Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur. 1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür. == Hakimiyyəti == Ancaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. == Tarixi == Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. == Coğrafiya == Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. == Ulus dövlətin yaranması == Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Adı == Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. == Xüsusiyyətləri == Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Volter Blum
Volter Blum Birinci Dünya müharibəsi illərində Alman əsgəri idi. Birinci Dünya müharibəsi ərəfəsində Gasta 26 və 9 təyyarələri ilə uçuşlar həyata keçirirdi.26 arialdan zəfərlə ayırlan Volter Blum Dəmir Xaç və Pour le Merit orderlərini qazandı.Birinci Dünya müharibəsi illərindən sonra təyyarələrdə jet dizaynının öndərlərindən biri oldu və Albatros və Arado üçün irəli texnologiyalı(o vaxt üçün) dizaynın müəlliflərindən bir oldu. == Həyatının ilk illəri və Birinci Dünya müharibəsində xidmətləri == Volter Blum Hirşberq, Siliseada dünyaya gəldi və ilk olaraq 1914-cü ilin Sentyabrında 5. Silezyalı Jaeqer Taborunda xidmət etdi. Atışmalarda yaralandıqdan sonra 30 yanvar 1915-ci ildən etibarən pilot təlimindən keçməyə başladı.18 yanvar 1916 – 20 noyabr 1917-ci illər arasında Felfliqer abtellunq 65 ilə iki nəfərlik Aviatik təyyarələrdə uçuşlarına başladı. Bu müddət ərzində 24 iyul 1916-cı ildə Dəmir Xaçın ikinci dərəcəsini aldı.1917 Noyabrında Gasta 26-da vəzifləndirildi Blum 7 avqust 1918-ci ildə, House Order of Hohenzollern orderiylə mükafatlandırıldı və bunu ardınca 2 oktyabr 1918-ci ildə Pour le Merid ordeninə layiq görüldü. 15 noyabr 1919-cu ildə tərhis olundu. == Birinci Dünya müharibəsindən sonraki dövr == I Dunya Müharibəsindən sonra aviasiyada qaldı. Hannoverdəki Texniki Üniversitetdə aviasiya mühəndisi olaraq təhsil aldı və daha sona Ar 95, Arado Ar 96 və Ar 196 nın dizaynınında iştirak etdiyi 1920-ci illərin ortalarında Alman Arado Fluqzeuverkinə qatıldı. Arado Fluqzeuverkində Baş dizyan mühəndisi olaraq fəaliyyət göstərdi.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ulm Universiteti
Ulm Universiteti — Almaniyanın Baden-Vürtemberq əyalətinin Ulm şəhərində yerləşən universitetdir. Ulm şəhəri A.Eynşteynin doğulduğu şəhər olduğu üçün dəfələrlə universitetin adının dəyişdirilərək onun adını alması təklif olunub. Lakin rəsmi olaraq bu qərar hələ də qəbul olunmur.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . == Həmçinin bax == Mantiya Yer qabığı Litosfer plitə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
Üzüm
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. == Xalq təbabəti == Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. == Mahnının yaradıcıları == Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov == Siyahı == Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Qara ölüm
Qara ölüm və ya qara taun — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. Avrasiyada və Şimali Afrikada 75–200 milyon nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi. Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir. Pandemiya qurbanlarının qalıqlarının genetik tədqiqatları taun çöpünün — "Pasteurella pestis"in əsas yoluxdurucu vasitə olduğunu göstərmişdir. Y. pestis infeksiyasına yoluxma ən çox bubon taunu ilə nəticələnir, lakin o həmçinin septikemik və ya pnevmonik xəstəliklərə də səbəb ola bilər.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.