Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
My Ummah
My Ummah — Sami Yusufun ikinci albomu.
Umman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Umnak adası
Umnak (aleut. Unmax, Umnax, ing. Umnak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. Unalaşka adası adasından Umnak boğazından ayrılır. Sahəsi 1776,77 km²-dir. Adada 39 nəfər yaşayır (2000). Əhali Nikolski kəndində yaşayır. == Coğrafiya == Adada Reçeşnı (1984 m), Okmok (1253 m) və Visevidovo (2149 m) Sonuncusu son 200 il idi ki, yatmışdı. 9 mart 1957-ci ildə Andreyanov adalarında baş vermiş zəlzələdən sonra aktivləşir. == Tarixi == 1758-cu ildə Stepan Qlotov «Müqəddəs İulian» botunda adaya çatır.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
My Ummah (dəqiqləşdirmə)
My Ummah - albom. My Ummah (mahnı) - Sami Yusufun bir mahnısı.
Ümman
Ümman (ing. Umman) - Azərbaycanlı vokalist. Ümman pop və rok ifaçısıdır.
Ümman Ağamalıyev
Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. == Həyatı == Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantıdır. == İş təcrübəsi == 01 yanvar 2007 - 01 iyul 2007 — Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır. 19 aprel 2010 - 19 dekabr 2013 — “Shirvan Operating Company Ltd” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır. 20 dekabr 2013 - 01 noyabr 2015 — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində direktorun hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
Ümman Əmiraslanov
Ümman Namiq oğlu Əmiraslanov (21 dekabr 1996; Qəbələ rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümman Əmiraslanov 1996-cı il dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. ailədə 5 nəfər olublar (atası II qrup əlildir və bacılarından biri daun sindromludur). O, 3 bacının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə "OBA" marketdə çalışır, idarəçi işinə qədər yüksəlir.
Qanun Ümman Qahablı
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Jumak
Jumak (kor. 주막) - Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Umbakı
Umbakı – Qaradağ rayonundakı Çeyildağ qəsəbəsinin əvvəlki adı. Umbakı – Qobustanda dağ. Hündürlüyü 605 m.
Usman
Usman — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Uşmal
Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir. == Ümumi məlumatlar == Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir. == Tarix == Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.
Yomak
Əmlak
Əmlak — hər hansı bir fiziki şəxsə, hüquqi şəxsə və ya ictimai hüquq subyektinə məxsus olan əşyalar (pul və qiymətli kağızlar daxil olmaqla), habelə sahiblərinə hər hansı bir fayda gətirən digər şəxslərdən əşyalar və ya əmlak məmnuniyyəti almaq üçün mülkiyyət hüquqları. ... Mülkiyyətindən asılı olaraq sahibinin istehlak etmək, dəyişdirmək, bölmək, yenidən qeydiyyatdan keçirmək, icarəyə götürmək, girov qoymaq, satmaq, dəyişdirmək, köçürmək, bağışlamaq və ya məhv etmək, habelə başqalarını bu proseslərdən kənarlaşdırmaq hüququ vardır , və bəlkə də onu tərk et. Mülkiyyətin təbiətindən asılı olmayaraq, mülkiyyətçi ondan düzgün istifadə etmək və ya ən azı yalnız saxlamaq hüququna malikdir. Mülkiyyət tez-tez maddi və qeyri-maddi olaraq bölünür. Əmlak aşağıdakıları ifadə etmək üçün işlədilən termin: müəyyən şəxsin sahibliyində olan əşyaların və maddi sərvətlərin məcmusu (bu mənada "əmlak" terminindən qanunvericilikdə daha çox istifadə olunur); başqa şəxsdən əldə edilən əşyaların və əmlak hüquqlarının məcmusu; sahibinin əmlak vəziyyətini səciyyələndirən əşyaların, əmlak hüquq və vəzifələrinin məcmusu. == Daşınmaz və daşınar əmlak == Daşınar əmlak — qanunla daşınmaz əmlak kimi təsnif edilməyən hər hansı bir şey (pul və qiymətli kağızlar daxil olmaqla). Daşınmaz əmlaka torpaqla möhkəm bağlı olan hər şey, yəni məqsədlərinə nisbətsiz ziyan dəymədən hərəkəti mümkün olmayan obyektlər (binalar, tikililər və s.) Daxildir. Rusiya qanunvericiliyi daşınmaz əmlaka da aiddir: təyyarə və dəniz gəmiləri, daxili naviqasiya gəmiləri və kosmik obyektlər. Əşyaları daşınan (və ya daşınmaz) kateqoriyasına aid edərkən iki kriteriyadan istifadə olunur: maddi (əşyaların ərazi ilə əlaqəsi dərəcəsi) və qanuni (torpaqla əlaqəsindən asılı olmayaraq əşyaları daşınmaz kateqoriyasına aid etmək).
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Umac
Umac - Azərbaycanın milli yeməyi. == Tərkibi == Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz == Hazırlanma qaydası == Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.