CUMMAQ

f.
1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq.
– …Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn.
Sənəm … çuvallara tərəf cumdu. Ə.Əbülhəsən.

// məc. Üstünə atılmaq, həmlə etmək.
O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişiktək cumuram şövq ilə birbaşa ətə. M.Ə.Sabir.

2. Dalmaq, baş vurmaq. Suyun dibinə cummaq.
// Məc. mənada.
Ələsgər qurbandı belə gəlinə; Sonatək cumubdur eşqin gölünə. Aşıq Ələsgər.
…Kişi sözünü deyib dik-dik baxdı Məhəmməd Həsən əminin üzünə, qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular… C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CUMMAQ şığımaq — atılmaq
  • CUMMAQ millənmək — batmaq — girmək
  • CUMMAQ cummaq bax 1. qaçmaq 1; 2. şığımaq
CUMMA
CUMUXMAQ

Digər lüğətlərdə