Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzanma
Uzanma – (rus. простирание, ing. strike) layın /tə­bəqənin, damarın, qatın, qırılma müstəvisinin və s./ üzərində üfqi xəttin meridiana nisbətən istiqa­məti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
AzAtaM
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. Mərkəzin müdiri Nizami Cəfərovdur. == Tarixi == Azərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir. == Fəaliyyəti == Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. == Əsas vəzifələri və funksiyaları == Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.Mərkəz ona həvalə olunmuş əsas vəzifəsinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: Mustafa Kamal Atatürk irsini tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini müvafiq mövzuların işlənilməsinə cəlb edir və onların elmi fəaliyyətlərinə lazımi şərait yaradır; Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatlar aparır; Türkdilli xalqların ictimai fikir tarixində və mədəni inkişafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir; Aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədilə elmi əsərlər, məcmuələr və s. nəşr edir; Atatürk şəxsiyyəti və irsinin tədqiqinə həsr olunmuş görkəmli əsərlərə görə mükafatlar verir; Atatürk irsinə aid sənədlərin vahid arxivini və fondunu yaradır; Türkdilli dövlətlərin həyatının müxtəlif sahələrinə həsr edilmiş tədbirlər keçirir; Respublika daxilində və respublikadan kənarda türkdilli dövlətlərin elmi və mədəniyyəti ilə əlaqədar tədqiqatlar aparan digər qurumlarla münasibətlərini qurur və onların fəaliyyəti ilə öz fəaliyyətini əlaqələndirmək üçün konfrans və müşavirələr keçirir; Türkdilli dövlətlərin və digər xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir; Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil edir və belə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsini təmin edir.
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Ucarma
Ucarma (gürc. უჯარმა) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Saqareco bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 770 m yüksəklikdə yerləşir. Bir zamanlar Qafqaz Albaniyası ilə Gürcüstanın sərhədini müəyyən edirdi. Əhalisi 445 nəfərdir (2014).
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. == İstinadlar == == Mənbə == Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Ulama
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə.
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Meşә unutma
Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.) Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar. == Çiçək == Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır. == Meyvə == Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır. == Çiçəkləməsi == (Aprel) May-Avqust == Meyvə verməsi == İyun- Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Osmanlıda oxatma
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Ucarma qalası
Ucarma qalası (gürcücə: უჯარმის ციხე) – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. İori çayının sahilində və Qombori dağ keçidinin yaxınlığında yerləşən qala Ucarma qəsəbəsinin təxminən 4 km şimalındadır. == Tarixi == Qala iki hissədən ibarətdir: yuxarı qala və aşağı şəhər. Qalanın şərq qismində iki mərtəbəli binadan formalaşan kraliyyət sarayı vardır. Üst qala X əsrdə ərəb sərkərdəsi Əbülqasım tərəfindən dağıdılmış, ancaq XII əsrdə onu xəzinə olaraq istifadə edən kral III Georgi tərəfindən bərpa edilmişdir. Gürcü tarixçi Leonti Mroveliyə görə Ucarma qalasının təməl daşı III-IV əsrlərdə İberiya krallığı kralı Aspaqur tərəfindən ucaldılmışdır. Kral Vaxtanq Qorqasali dövründə qala genişləndirildi və yaşayış yeri olaraq istifadə edildi. Ucarma 914-cü ildə ərəblər Qafqaz dağlarını istila etdiyində fəth edildi. Döyüşlər zamanı binalara ciddi ziyan dəydi. == Memarlığı == Yerləşdiyi qəsəbə İori çayının sahilindəki yüksək təpənin üzərində inşa edilmişdir.
Unutma... (1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Aliye Fatma
Aliye Fatma (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, Konstantinopol – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Batma xərci
Batma xərci (geri qaytarıla bilinməyən xərclər, hərfən — «batırılan xərclər», ing. sunk costs) — alternativ istifadəsi olmayan xərclərdir: keçmişdə qəbul edilmiş qərarlar nəticəsində meydana gələn və gələcəkdə sonrakı qərarlarla dəyişdirilə bilməyən xərclər. == Tərifi == İngilis professor Kolin Druri, batmış xərcləri, əvvəlcədən əldə edilmiş qaynaqların dəyəri olaraq təyin edir, bu mənbələrin ümumi miqdarı onların sonrakı istifadəsi üçün mövcud alternativ variantlar arasındakı seçimdən asılı olmadıqda; keçmişdə qəbul edilmiş qərarlar nəticəsində yaranan və gələcəkdə sonrakı qərarla dəyişdirilə bilməyən xərclər . Batmış xərclər — qərar qəbul edən şəxs üçün əhəmiyyətsizdir, ancaq əhəmiyyətsiz xərclər deyil. Lazımsız xərclər əhəmiyyətsizdir, lakin gələcəkdə xərclərdən imtina etmək olar, buna görə batmış xərclər hesab olunmur. == Nümunəsi == Əvvəlki dövrdə alınmış avadanlıq üçün amortizasiya xərcləri batmış xərclərdir. Avadanlıqların qalıq dəyəri tələb olunduğundan və ya ondan bir şey istehsal edilib-edilməməsindən asılı olmayaraq silinməli olduğundan, yenə də silinməlidir. Bu xərclər gələcək heç bir qərarla dəyişdirilə bilməz. Məsələn, inşa edilmiş bir kərpic kanalizasiyası yenidən kərpic halına gətirilə və satıla bilməz. Və ya, məsələn, gözlənilmədən tələb olunmayan tökülmüş bir beton təməl, sementə və quma qaytarıla bilməz.
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.
Fatma Abdullazadə
Abdullazadə Fatma Hüseyn qızı (28 may 1948, Bakı) — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Moskva Dövlət Universitetinin aspiranturasını və SSRİ KP MK-nın İctimai Elmlər Akademiyasını bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur.1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Funksiya və funksional analizin nəzəriyyəsi kafedrasında baş laborant, 1971–1974-cü illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasının aspirantı olmuşdur. 1974–1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1985-ci ildə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsində təlimatçı, 1985–1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Partiya komitəsinin katibi, 1987–1989-cu illərdə Azərbaycan KP MK-nın Elm və tədris müəssisələri şöbəsi müdirinin müavini, 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent, professor, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Fatma Atalar
Fatma Atalar (d. 9 oktyabr 1988) — Türkiyəni təmsil edən həndbolçu. Fatma Atalar, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Fatma Atalar, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fatma Cabbarova
Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul – 24 yanvar 2022, İstanbul) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib.1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı. O, "Ezo Gelin", "Boş Beşik" kimi filmlərdə də rol alıb.
Fatma Hüseynova
Fatma Rza qızı Hüseynova (14 oktyabr 1939, Sabirabad rayonu) — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017). == Həyat və əmək fəaliyyəti == Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür.2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb2017-ci ildə zərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub == İstinadlar == == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Fatma Həsənqızı
Şabanova Fatma Həsən qızı — Azərbaycan yazıçısı. == Həyatı == Fatma Şabanova (Həsənqızı) 1932-ci il aprelin 10-da Astara rayon Kakalos kəndində ziyali ailəsində anadan olmuşdur. 1949-cu ildə Kakalos kənd 7 illik orta məktəbini, 1950-1955- ci ildə Baki 1№-li 4 illik tibb mətəbini bitirmşdir.1962-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatrşünaslıq fakültəsində təhsil almışdır.1969-1975-ci illərdə “Gənclik” nəşriyyatında əvvəl korrektor, sonra texniki redaktor, 1976-1987-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin metodiki mərkəzində metodist vəzifəsində çalışmışdir.1976-ci ildə əmək təqaüdünə çıxmışdır.1992-1997-ci illərdə Yasamal rayon 158 saylı məktəbdə, 1997-2000-ci ildə Əhmədli qəsəbəsi 264 sayli məktəbdə, 2000-2009-cu ilə qədər Binəqədi rayon 182 sayli məktəbdə teatr studiyası yaratmışdır. YAP-ın üzvüdür (№ 231509).29.06.2002-ci ildə Jurnalistlər Birliyinin, 22.08.2002-ci ildən Yazıçılar Birliyinin üzvüdür (№ 1978, № 506). Bilik Cəmiyyəinin üzvüdür (№ 3607340). 1947-ci ildən ədəbi fəaliyyətə başlamışdır.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı məktəblilərinin keçirdiyi dram ve teatr studiyalarının “Bu nagıl dünyasıdır” festivalında “Anası öpməyən qız” nağıl-pyesi 1-ci yeri tutmuş və müəllif Fatma Həsənqızı diplomla təltif olunmuşdur. Festivaldakı tamamşalar “Tıq-tıq xanım”, “Şirinqəzəbi”, “Meşəmizdə div peyda oldu”, “Simurq quşu" "Saray xoruzu”. “Mizan-tərəzi”, hər il mayın 15-16-sı teatrda göstərilmişdir, müəllif fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur. Fatma Həsənqızı 2 fevral 2021 - ci ildə Bakı şəhərində dünyasını dəyişib. Vəsiyyətinə görə Kakalos kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılmışdır.
Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova (30 dekabr 1954, Ağdam rayonu) — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir. 1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Fatma Mehralıyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir.1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir. Mehrəliyeva, həmçinin Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olmuş, lakin həmin ifanın lent yazısı qalmamışdır.Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdır.