Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vıjaker
Vijaker — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 176 nəfərdir. Kənd ərazisindəki yarğanın adı ilə adlanmışdır. Toponim talış dilindəki vije (geniş, enli) və ker (uçurum, dərə, yarğan) sözlərindən ibarət olub, “enli yarğan, dərə” mənasındadır.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur. Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
VII Aleksandr
VII Aleksandr (lat. Fabio Chigi;13 fevral 1599[…], Siena, Toskana – 22 may 1667[…], Roma) — Roma papası.
VII Amenemhet
VII Amenemhet (Kay Amenemhet və ya VII Ammenemes; e. ə. XVIII əsr – bilinmir) — təxminən e.ə. 1731-1724 cü illərdə hökumranlıq etmiş on üçüncü sülalənin Turin papirusuna əsasən sayca XIV fironudur. Misirşünas alim Vestfal Münster-Vilhelm-Universitetinin professoru Jürgen Rudolf Friedrix von Bekerata görə o XIII sülalənin XV fironudur. Kopenhagen universitetinin professoru ABŞ-Danimarka misirşünası Kim Riholt belə hesab edir ki, Kay onun atasının adı olmuşdur. Jürgen von Beckerath: Untersuchungen zur politischen Geschichte der zweiten Zwischenzeit in Ägypten, Glückstadt 1964, S. 46, 235-36, (XIII 15) K.S.B. Ryholt, The Political Situation in Egypt during the Second Intermediate Period (Carsten Niebuhr Institute Publications, vol. 20. Copenhagen: Museum Tusculanum Press, 1997), 341, File 13/20.
VII Eduard
VII Eduard (9 noyabr 1841[…], Vestminster borosu, Böyük London – 6 may 1910[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı, 22 yanvar 1901-ci ildən Hindistan imperatoru. Saksen-Kobur-Qot sülaləsindən ilk hökmdar.
VII Haakon
VII Hokon (dan. Christian Frederik Carl Georg Valdemar Axel; 1872, Şarlottenlund, Danimarka — 1957, Oslo, Norveç) — Norveç kralı (1905-1957). Danimarka kralı VIII Frederikin ikinci oğlu. Haakon'un babaları 1400-cü illərdən bəri Danimarka'nı idarə edirdi. Onun babaları həm də Danimarka-Norveç dövləti dövründə Norveçi idarə edirdi. 1896-cı ildə Haakon Böyük Britaniya kralı VII Eduardın qızı Maud Vindzorla evləndi və ondan tək oğlu Aleksandr doğuldu. İsveç ilə Norveçin ayrılmasından sonra Norveç Stortingi tərəfindən kral seçildi. 12 Noyabr 1905-ci ildə referendum nəticəsinə görə %79 kimi bir nəticə ilə monarxistlər qalib çıxdı və Danimarka Kralı VIII Frederikin oğlu Karl, VII Haakon adı ilə Norveç kralı elan edildi. Hakimiyyətə gələndən sonra xalq tərəfindən çox sevildi. Norveçin bütün bölgələrini gəzdi.
VII Henri
VII Henri (ing. Henry VII of England; 28 yanvar 1457[…], Pembrok qalası – 21 aprel 1509[…], Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kralı. İngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorlar sülaləsi ilə (1485–1603) sıx bağlıdır. Al qızılgül və ağ qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
VII Kleopatra
VII Kleopatra (təq. 13 yanvar e.ə. 69, İsgəndəriyyə, Ellin Misiri[d] – ən tezi 10 avqust e.ə. 30 və ən geci 12 avqust e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51-ci ildən). E.ə. 48-ci ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41-ci ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VII Ptolemey
VII Ptolomey Neos Filipator (yun. Πτολεμαῖος Νέος Φιλοπάτωρ; e.ə. 162 – e.ə. 144) — VI Ptolomeyin və II Kleopatranın ikinci oğlu, bir neçə ay müddətində atası ilə müştərək, ölümündən sonra anasının himayəsi altında təkbaşına hökmranlıq etmiş. VIII Ptolomey II Evergetlə ittifaq bağladığına görə onların toyundaca qətlə yetirilmişdir.
VII Ptolomey
VII Ptolomey Neos Filipator (yun. Πτολεμαῖος Νέος Φιλοπάτωρ; e.ə. 162 – e.ə. 144) — VI Ptolomeyin və II Kleopatranın ikinci oğlu, bir neçə ay müddətində atası ilə müştərək, ölümündən sonra anasının himayəsi altında təkbaşına hökmranlıq etmiş. VIII Ptolomey II Evergetlə ittifaq bağladığına görə onların toyundaca qətlə yetirilmişdir.
VII Qriqori
Müqəddəs VII Qriqori (lat. Gregorius PP. VII; ən tezi 1015 və ən geci 1028, Sovana, Papa dövləti – 25 may 1085, Salerno, Siciliya krallığı) — 1073-1085-ci illərdə 157-ci Roma Papası. Hildebrandt kimi də tanınan papa VII Qriqori XI əsrin II yarısında alman imperatorları ilə Qərbi Avropada siyasi dominantlıq uğrunda mübarizə aparmışdır. Onlardan biri kral IV Henri, Toskanadakı Kanossa qalasına tövbə edərək onun ayağına gəlməyə məcbur edildi. Lakin papa, ömrünün sonunda Romadan qovuldu və sürgündə öldü, daha sonra "Müqəddəs" kimi kanonizə edildi.
VII Çarlz
VII Karl (fr. Charles VII) və ya Müzəffər Karl (fr. Charles le Victorieux) (d. 22 fevral 1403 — ö. 22 iyul 1461) — Fransa kralı. Karl Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Karl 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi. Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar.
VII əsr
VII əsr — 600-cü ilin ilk günündən sonra başlayır. İlk günü 600-cü ilin 1 yanvar tarixi, son günü isə 699-cu ilin 31 dekabrıdır. VII əsrdən sonra isə VIII əsr gəlir.
Katolikos VII Davud
Katolikos VII Davud — Albanların XXXXIII katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Moisey Kalankatlı qeyd edir ki, onun katolikosluğa namizədliyini erməni katolikosu I Ananiya təqdim etişdir.
Katolikos VII Simeon
Katolikos VII Simeon — Albanların LXXXXIII yaxud LXXXXIV katolikosu. == Katolikosluğu == Ləqəbi "kiçik" idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu. Yeris Mankants monastırı ona verilmişdi.
Katolikos VII İohannes
Katolikos VII İohannes - Albanların LXIII katolikosu. == Katolikosluğu == Həsən Cəlalın oğlu idi. Bu nəsildən olan ilk katolikosdur. 1420-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
VIA 57 Qərb
VIA 57 Qərb (ing. VIA 57 West) — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır. ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür. 2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.
VIA 57 West
VIA 57 Qərb (ing. VIA 57 West) — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır. ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür. 2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.
Panzer VII Löwe
Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir. Löwe dizaynının iki modeli mövcud idi : Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir. Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir.
VII Avstriyalı Albrext
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
VII arondisman (Paris)
VII arondisman (fr. VIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. 19-cu əsrdə Parisin sərhədlərinin genişləndirilməsi zamanı yaranmışdır. Rayonun sahəsi 408,8 hektardır. Burada Parisin simvolu olan Eyfel qülləsi yerləşir. O səbəbdən burada həmişə çoxlu turist olur. Bundan əlavə, 7-ci rayon 8-ci rayonla birlikdə şəhərin siyasi mərkəzidir. Burada bir çox nazirliklər və Fransa Milli Assambleyası yerləşir. VII arondisman birbaşa Senan çayının sol sahilində yerləşir. Şərqdə 6-cı, cənubda 15-ci, qarşı sahildə isə 16, 8 və 1-ci arondismanlarla həmsərhəddir.
VII İohann (imperator)
VII İohann Paleoloq (yun. Ἰωάννης Παλαιολόγος, Iōánnēs Palaiológos; 1370[…], Konstantinopol – 22 sentyabr 1408, Saloniki) — Bizans imperatoru. 1370-ci ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası IV Andronik Bizans imperatoru idi və babası V İohannla birlikdə ortaq imperator kimi hökm sürürdü. Anası isə Bulqar çarı İvan Aleksandrın qızı Keratsa idi. Bu səbəblə taxtın növbəti varisləri sırasında görülürdü. 1371-ci ildə atası V İohann Osmanlı sultanı Murad Hüdavəndigarın təbəəliyini qəbul etdi. O əsnada imperator Osmanlı ordusuyla birlikdə Rumelidə idi və bundan istifadə edən atası Andronik babasının əleyhinə üsyan başlatdı. Sultan Muradın o əsnada Bursada olan oğlu Savcı bəylə birləşən Andronikin üsyanı 1373-cü ilin mayında baş tutdu. Savcı bəy özünü Bursada sultan, atası Andronik isə Konstantinopolda imperator elan etdi.
VII Albert (hersoq)
VII Albert (alm. Albrecht VII‎) (15 noyabr 1559[…], Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 13 iyul 1621[…], Brüssel) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. 1598-ci ildə Habsburq Niderlandiyasının naibi təyin edildi və 23 boyunca bölgəni xanımı İzabella Klara ilə birlikdə idarə etdilər. 1619-cu ilin martında qardaşının vəfatıyla Avstriya hersoqu olsa da, 6 ay sonra əmisi oğlu Ferdinandın lehinə taxtdan imtina etdi. Duerloo, Luc; Wingens, Marc (2002). Scherpenheuvel: Het Jeruzalem van de Lage Landen. Davidsfonds. ISBN 90-5826-182-4 Thomas, Werner; Duerloo, Luc, eds. (1998).
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Via Kondotti
Via Kondotti, qısaca Kondotti (it. Via del Condotti) — Romanın qədim magistral yollarından biri olub, pristij küçələrindən sayılır. Dünyanın məşhur brend mağazaları: Valentino, Armani, Hermès, Cartier, Louis Vuitton, Fendi, Gucci, Prada, Chanel, Dolce & Gabbana və Salvatore Ferragamo bu küçədə yerləşirlər. 1905 ci ildə Bulgari ilk dəfə öz atelyesini bu küçədə açmışdır. Malta ordeninin mənzil-qərargahı da bu küçədə yerləşir.
Via Labikana
Via Labikana—Romadan cənub-şərqdə başlayan İtaliyanın qədim yollarındandır. Roma imperatoru Didi Yulian 193-cü ildə edam edildikdən sonra Via Labikana beşinci mil daşı yaxınlığında dəfn olunub. Qədim Roma-Katolik kilsəsi olan Santi Marcellino Petro al Laterano Via Merulana küçəsi ilə kəsişmədə tikilib.
Via Rail
Via Rail Canada (qısaldılmış şəkildə Via Rail və ya Via) — Kanadada şəhərdaxili sərnişin dəmiryolu xidmətləri funksiyasını həyata keçirən, Nəqliyyat Nazirinin maddi yardım etdiyi müstəqil dövlət korporasiyası. Via Rail vasitəsilə səkkiz Kanada əyalətində (Nyufaundlend və Labrador və Şahzadə Eduard Adası istisnadır) Canadian National Railway şirkətinə məxsus olan demək olar ki, 12500 km-dən çox dəmiryolu şəbəkəsində hər həftə 497 qatar fəaliyyət göstərir. Via Rail hər il təxminən 4.1 milyon sərnişin daşıyır.
Vif (İzer)
Vif (fr. Vif) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38545. Kommunanın 2012-ci il üçün əhalisi 7975 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 16 km cənubda yerləşir.
Vijn (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Vik (Alye)
Vik (fr. Vicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03311. 2008-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 204 nəfər arasında (15–64 yaş arasında) 137 nəfər iqtisadi cəhətdən fəal, 67 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 62,2%). Fəal olan 137 nəfərdən 127 nəfər (70 kişi və 57 qadın), 10 nəfər işsizdir (5 kişi və 5 qadın). 67 hərəkətsiz şəxs arasında 19 nəfər şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vik (Barselona)
Vik (isp. Vic/Vich; tələffüzü “Vik”; katalan dilində və rəsmi yazılışı Vic) — İspaniya bələdiyyəsidir. Kataloniya muxtar birliyinin Barselona əyalətinin Osona bölgəsinin paytaxtıdır. Əsrlər boyu ənənəvi olaraq katalan dilində “Vich” olaraq yazılmışdır və bu yazılış tərzi soyadda qorunub saxlanılıb. Fransa və İsveçrədə də eyni adlı şəhərlər var. Sentforas əhalisi də 1940-cı illərdən bəri bələdiyyənin bir hissəsidir.Instituto Nacional de Estadística Vich sözü latın dilindən vicus (rayon və ya şəhər aqlomerasiyası) sözündən gəlir. İspan dili üçün yad olan bu son samit birləşməsindən qaçınmaq üçün “Vique” yazılışına üstünlük verilməyə başladı. Və artıq 1715-ci ildə bu cür yazılışa rast gəlmək olurdu. Lakin, bu süni variant yalnız bir müddət rəsmi mətnlərdə qaldı və 1789-cu ildə Milli Statistika İnstitutuna (Instituto Nacional de Estadística) uyğun olaraq 1981-ci ilə qədər rəsmi yer adı olaraq yenidən “Vich” kimi istəfadə edilməyə başladı. 1982-ci ildən bəri rəsmi forma “Vic” olaraq oldu.
Vil (kommuna)
Vil (fr. Villes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01448. 2010-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.
Vid Dyupumirar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Vin (şəhər)
Vin (vyet. Vinh) — Vyetnamın şimalında şəhər, Nqean vilayətinin paytaxtı. Vyetnamda birinci kateqoriyalı vilayət tabeliyində olan doqquz şəhərdən biridir. Vin keçmişdə bir çox ada malik olmuşdur. Onlar: Kevan, Kevin, Vinzyanq, Vindoanx və Vintxi. 1789-cu ildə şəhər Avropanın təsiri altında sadəcə Vin kimi xatırlanmağa başlamışdır. 5 sentyabr 2008-ci ildə şəhərin statusu ikinci şəhərdən birinci kateqoriyalı şəhərə yüksəldilmişdir. Şəhərin 2009-cu ildəki əhalisi 435,208 nəfər idi.
Við Djúpumýrar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.