Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vağlar
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) Afrika pələng vağı (Tigriornis leucopha) Zonerodius heliosylus Zebrilus undulatus Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) Agamia agami Pilherodius pileatus Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris Misir vağı (Bubulcus ibis) Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata Fit çalan vağ (Syrigma sibilatrix) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes Mesophoyx intermedia Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Əsl vağlar
Əsl vağlar (lat. Ardeinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Günəş vağları
Günəş vağları (lat. Eurypygidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Tağlar
Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Erezion dağlar
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə kompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu(iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
Tağlar (dəqiqləşdirmə)
Böyük Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Köhnə Tağlar — Xocavənd rayonunun Böyük Tağlar kənd inzibati ərazi dairəsində kənd. Tağlar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Tağlar mağarası — Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində mağara.
Tağlar (Əhər)
Tağlar (fars. تاقلار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Tağlar mağarası
Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçayın sol sahilində yerləşən bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşamışdırlar. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur.
İşlənmiş yağlar
İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel, aviasiya, həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır. Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır. Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir. Emal prosesləri üç əsas istiqamətdə aparılır: baza komponentlərinin alınması; işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası; işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini. Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir.
Körfəzdəki bağlar
Körfəzdəki bağlar (ing. The Gardens by the Bay; Taman di Persisiran; வளைகுடா தோட்டம்) — Sinqapurun mərkəzində, Marina su anbarına bitişik 101 hektar (250 akr) ərazini əhatə edən təbiət parkı. Park: Bay South Garden (Marinanın cənubunda), Bay East Garden (Marinanın şərqində) və Bay Central Garden (Dauntoun Kore və Kallanqda) ibarət üç sahil bağından ibarətdir. Bağların ən böyüyü Grant Associates tərəfindən hazırlanmış 54 hektar (130 akr) ərazini əhatə edən Cənub bağıdır. Onun Çiçək Qübbəsi dünyanın ən böyük şüşə istixanasıdır. Körfəzdəki bağlar, şəhərdə yaşıllıq və floranı yaxşılaşdırmaqla həyat keyfiyyətini yüksəltmək məqsədi ilə "Bağlar şəhəri"nə çevirmək planlarının bir hissəsi idi. İlk dəfə 2005-ci ildə Sinqapurun Milli Günü ilə bağlı mitinqində Baş nazir Li Syan Lun tərəfindən Körfəzdəki bağlar Sinqapurun ilk şəhər açıq istirahət məkanı və milli simvolu olmaq üçün nəzərdə tutulduğu elan edilmişdi. Sinqapurun məşhur turistik məkanı olan park 2014-cü ildə 6,4 milyon ziyarətçi qəbul edib, 2015-ci ilin noyabrında 20 milyonu, 2018-ci ildə isə bu ziyarətçi sayı 50 milyonu keçib. == Mərkəzi bağ == Mərkəzi bağ Şərq və Cənub bağları arasında əlaqə rolunu oynayacaq. Şəhər mərkəzindən Sinqapurun şərqinə qədər uzanan mənzərəli gəzintilərə imkan verən 3 kilometrlik (1,9 mil) sahil zolağı ilə 15 hektar (37 akr) ərazini əhatə edir.
Doymamış yağlar
Doymamış yağlar — yağ turşularının triqliseridləri olub, onların molekullarına doymamış yağ turşularının qalıqları - molekullarında karbon atomları arasında ən azı bir cüt kovalent əlaqə olan turşular daxildir. Bu, onların molekullarında karbon atomları arasındakı bütün kovalent əlaqələrin tək olduğu doymuş yağ turşularından fərqidir. Yağ turşularında kovalent əlaqələrin sayı müxtəlif yağlar arasında fərqlidir. Molekulda yalnız bir kovalent əlaqə varsa, belə bir yağ turşusu mono doymamış adlanır. Birdən çox kovalent əlaqə varsa, o, çoxlu doymamışdır. Doymamış yağlar doymuş yağlardan daha aşağı ərimə nöqtələrinə malikdir, buna görə də normal şəraitdə onlar bərk deyil, maye yağlar olurlar. Təbii bitki mənşəli yağlar əsasən doymamış yağlardan, heyvani mənşəli yağlar isə əsasən doymuş yağlardan ibarətdir. Əsasən doymamış yağlardan ibarət yağlara misal olaraq zeytun yağı, günəbaxan yağı, kətan yağı və bir çox başqa bitki yağları daxildir.
Doymuş yağlar
Doymuş yağlar — yalnız doymuş yağ turşularını ehtiva edən triqliseridlər (yağlar) qrupu. Belə turşuların (bəzən alkan turşuları da adlanır) ikiqat və ya üçqat rabitələri yoxdur; onların tərkibindəki karbon atomları yalnız tək rabitəyə malikdir, beləliklə, karbon zənciri hidrogen atomları ilə tamamilə "doymuşdur". Təbiətdə 3 (propion turşusu) ilə 36 karbon atomu olan çoxlu doymuş yağ turşuları var.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Dovşantəpə (Bağlar)
Dovşantəpə — Türkiyənin Diyarbəkir ilinin Bağlar ilçəsində kənddir. 1977-ci ilə qədər kənd Çullu adlanıb. Əhalisi 476 nəfərdir (2019). 2024-cü ilin avqust ayında bu kənddə Narin Güran cinayəti baş verib.
Asimmetrik dağlar
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.