Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Bernard Bolsano
Bernhard Bolzano (5 oktyabr 1781[…], Praqa, Bohemiya krallığı, Müqəddəs Roma imperiyası[…] – 18 dekabr 1848[…], Praqa, Bohemiya krallığı, Avstriya imperiyası[…]) — Çexiya riyaziyyatçısı və filosofu. == Həyatı == Bernhard Bolzano Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur. Atası bir italyan köçkünü idi. Anası Praqada mədənçilik ilə məşğul olan bir ailənin qızı idi. Bolzano, Praqa Universitetində fəlsəfə, fizika, riyaziyyat və ilahiyyat oxumuşdur. 1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı. 1816-cı ilə qədər bu univeristetdə dərslər keçdi. 1816-cı ildə Xirstian kilsəsincə mənimsənən inam, duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı. == Elmi fəaliyyəti == XIX əsrin əvvəllərində Koşi ilə paralel limitin, diferensial və inteqralın tərifini vermiş, parçada kəsilməz funksiyalar haqqında teoremin ciddi riyazi isbatını təklif etmişdir. O sonsuz çoxluqların tədqiqində Kantorun davamçısı olmuşdur.
Bernard Cribbins
Bernard Cribbins (29 dekabr 1928, Qlodvik[d] – 27 iyul 2022) — karyerası yetmiş ili əhatə edən ingilis aktyoru, səs sənətçisi və müğənnisidir.
Bernard Herrmann
Bernard Herrmann (ing. Bernard Herrmann; 29 iyun 1912[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ bəstəkarı, "Oskar", BAFTA və Qremmi mükafatları laureatı, bir çox kinofilmlərin musiqisinin müəllifi. == Həyatı == Bernard Herrmann 29 iyun 1911-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Bernard Herrmann 1930–1940-cı illərdə "Dünyanın müharibəsi" və "Vətəndaş Keyn" radio tamaşalarında Orson Uellslə əməkdaşlıq etmişdir. O, Alfred Hiçkokun 1955–1964-cü illər arasında çəkilmiş bütün filmlərinə musiqi tərtibatı vermişdir. Onun şah əsəri Hiçkokun "Psixo" filminə yazdığı musiqi hesab olunur. Uzunmüddətli əməkdaşlıqdan sonra Hiçkokla aralarında inciklik yarananır və bəstəkar Fransua Trüffo, Brayan De Palma kimi rejissorlarla işləməyə başlayır. Onun kinoda son işi 1976-cı ildə rejissor Martin Skorsezenin "Taksi sürücüsü" filminə yazdığı musiqi olur. Bernard Herrmann 1975-ci ildə Los-Ancelesdə vəfat etmişdir. Herrmannın yaradıcılığı o qədər yüksək səviyyədə olmuşdur ki, təkcə Ancelo Badalamenti və "The Beatles" qrupuna yox, eləcə də müasir filmlərə öz təsirini göstərdi.
Bernard Kamunqo
Bernard Kamunqo (1 yanvar 2002, Kasulu, Tanzaniya) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Tanzaniya futbolçusu. == Erkən illəri == Kamunqo Tanzaniyanın Kasulu şəhərində anadan olmuşdur. O, ailəsi birlikdə ABŞ-yə köçmüş və bir müddət qaçqın düşərgəsində yaşamışdır. Daha sonra Texas ştatının Abilin şəhərinə köçmüşdür. ABŞ-yə köçdükdən sonra Kamunqo Abilin orta məktəbinin futbol komandasına yazılmışdır. Orta məktəbi bitirdikdən sonra Kamunqo qardaşı İmani ilə birlikdə potensialını artırmaq üçün onlayn axtarışlara başlamışdır. İştirak haqqı 500 dollar olan yoxlanışdan sonra İmani sadəcə 90 dollara tapdığı MLS təmsilçisi Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" klubuna yoxlanışa çağırılmışdır. == Klub karyerası == 2021-ci ilin yanvar ayı boyunca yoxlanışda olan Kamunqo öz oyunçu bacarıqları ilə "Nort Texas" klubunun baş məqşçisi Erik Killi heyran etmiş və 25 mart 2021-ci ildə oyunçu ilə peşəkar müqavilə imzalanmışdır. Kamunqo öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Hope Avayevunu əvəz etmişdir.
Bernard Levis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Liç
Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[…], Britaniya Honkonqu[d] – 6 may 1979, Sent-Ayvs[d], Cənub-Qərbi İngiltərə[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı. O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir. == Həyatı == Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır. Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir. Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır. Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi. Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər. Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur. Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər.
Bernard Luis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Bernard Medoff
Bernard Medoff (29 aprel 1938, Kuins, Nyu-York ştatı – 14 aprel 2021, Federal Tibb Mərkəzi[d], Şimali Karolina) – "əsrin fırıldaqçısı" 29 iyun 2009-cu ildə Nyu-York məhkəməsi "əsrin fırıldaqçısı" adını qazanmış Bernard Medoffa hökm oxuyub. "Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib! "Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu. Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib. Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə, o cümlədən qiymətli kağızlarla maxinasiyalar, çirkli pulların yuyulması, fırıldaqçılıq və yalançı şahidlik üzrə ittihamlar irəli sürülmüşdü. İttihama görə, B.Medoff şüurlu şəkildə ayrı-ayrı fiziki şəxsləri, kompaniyaları, bankları, sosial və təqaüd fondlarını illik 46 faiz təmiz gəlir vəd etməklə öz piramidasına cəlb edib. Bundan əlavə, fırıldaqçı milyarder işə əsasən onun biznesinin mahiyyətini anlamayan təcrübəsiz şəxsləri götürürmüş. Qeyd edək ki, aldadılan şirkətlər arasında dünya şöhrətli kompaniyalar da var. Bunlara misal olaraq, HSBS, BNP Paribas, Credit Agricole, UniCredit, Nomura, Royal Bank of Scotland kimi bankları göstərmək olar.
Filipp Leonard
Filipp Leonard (ing. Philip Leonard) - ABŞ kino rəssamı və aktyorudur.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == leonardboyarsky.com — Rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Leonard Eyler
Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik və astronomdur; milliyətcə isveçrəlidir. Rusiyada və Almaniyada işləmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir. Elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı. == Həyatı == Eyler 15 aprel 1707-ci ildə İsveçrənin Bazel şəhərində Paul Eyler və Marqaret Brukerin ailəsində dünyaya gəlib. Az sonra Eylerlər Rien şəhərinə köçürlər. Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan İohann Bernulli olub.
Leonard Kleynrok
Leonard Kleynrok (ing. Leonard Kleinrock; d. 13 iyun 1934, Nyu-York, ABŞ) — informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində amerikalı mühəndis və alimdir. O, Mühəndislik işi Məktəbinin və Los-Anceles Kaliforniya Universitetinin tətbiqi elmlər üzrə professorudur. Kleynrok kompüter şəbəkələrinin inkişafına mühüm töhfələr verib və internetin sələfi olan ARPANET şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynayıb. == Həyatı == Leonard Kleynrok 13 iyun 1934-cü ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. O, 1951-ci ilində Bronks Ali Elmi Məktəbini, 1957-ci ildə elektrotexnika üzrə bakalavr dərəcəsi ilə Siti kolleci bitirib. 1959-cu ildə Massaçusets Texnologiya İnstitutunda elektrotexnika və informatika üzrə magistr dərəcəsinə yiyələnib və 1963-cü ildə həmin ali məktəbdə sözügedən istiqamət üzrə doktorluq elmi dərəcəsinə layiq görülüb. Tezliklə o, Kaliforniya Universitetinin professor-müəllim heyətinə qoşulur. Kleynrok 1961-ci ildə "Böyük rabitə şəbəkələrində informasiya axını" rəqəmli rabitə şəbəkəsinə həsr edilmiş elmi işini dərc etdirir.
Leonard Koen
Leonard Koen (ing. Leonard Norman Cohen; 21 sentyabr 1934[…], Monreal, Kvebek – 7 noyabr 2016[…], Los-Anceles, Kaliforniya, ABŞ[…]) — Kanadalı müğənni, şair və yazıçı. İlk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirmişdir. Qremmi mükafatı laureatıdır.
Leonard Kokeyn
Leonard Kokeyn (ing. ; 7 aprel 1855 – 8 iyul 1934, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Leonard Kokeyn toxumlu bitkilər, qıjıkimilər, fosil üzrə ixtisaslaşmışdır. == Əsərləri == New Zealand Plants and Their Story, 1910. Observations Concerning Evolution, Derived from Ecological Studies in New Zealand. Vegetation of New Zealand. The Cultivation of New Zealand Plants. Trees of New Zealand (with E. Phillips Turner). Report on the dune-areas of New Zealand: their geology, botany and reclamation. Report on a botanical survey of Stewart Island.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Leonard Petrosyan
Leonard Petrosyan (erm. Լեոնարդ Պետրոսյան, 13 oktyabr 1953, Xocavənd, DQMV, SSRİ – 27 oktyabr 1999, İrəvan) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum zamanı həlak olmuşdur.
Leonard Roberts
Leonard Roberts (17 noyabr 1972, Sent-Luis, Missuri) — film aktyoru. == Həyatı == Leonard Roberts 17 noyabr 1972-ci ildə Kaliforniya ştatının Sent-Lüis şəhərində anadan olmuşdur. 1992-ci ildə Depaul Universitetinin teatr məktəbini bitirmişdir. == Karyera == Amerikanın NBC telekanalında efirə gedən Qəhrəmanlar serialında D.V.Havkins rolu ilə tanınır.
Leonard Roduey
Leonard Roduey (ing. Leonard Rodway; 5 oktyabr 1853, Torki, Devon qraflığı – 9 mart 1936, Tasmaniya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Leonard Roduey Avstraliya florasını öyrənmişdir. == Əsərləri == Rodway, L. (1903). The Tasmanian flora. 320 p., 50 pl. Rodway, L. (1907). Trees and shrubs of Tasmanian forests, Myrtaceae. 30 p., 22 pl. Rodway, L. (1910).
Leonard Uaytinq
Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru. == Həyatı == Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı . Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir. Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur .
Reinhard əməliyyatı
Reynhard əməliyyatı (alm. Aktion Reinhardt‎ və ya Einsatz Reinhardt) —Nasist Almaniyasının Polşa Ümumi Hökumətindəki Polşa yəhudilərini öldürmək planının kod adı. Beljets , Maydanek, Sobibor və Treblinkada fəaliyyət zamanı təxminən iki milyon insandan çox yəhudi öldürülmüşdür.
Bernard Arnault
Bernard Arnault (5 mart 1949[…], Rube, Fransa) — Fransız milyarder iş adamı, LVMH şirkətlər qrupunun prezidenti və baş direktoru. Daşınmaz əmlakın inkişafına yönəltdiyi tikinti şirkətinin varisi, o, Fransa dövlətindən subsidiyalar alaraq Boussac qrupunu satın aldı. O, Christian Dior və Le Bon Marchni saxladı və Boussac-ın digər fəaliyyətlərindən ayrıldı. 1989-cu ildə LVMH lüks qrupunun əsas səhmdarı, sədri və baş direktoru oldu. O, LVMH-ni stratejik satın almalar yolu ilə inkişaf etdirərək qrupu lüks sənayedə dünya lideri etdi. Həmçinin Le Parisien, Radio Classique və Les Échos kimi fransız mediasının sahibkarıdır. Bernard Arnault və ailəsinin sərvəti 2022-ci ildə Challenges jurnalı tərəfindən 149 milliards avro hesab eddi. 2019-cu ildən bəri Avropanın ən böyük sərvəti kimi sıralanır., o, 2022-ci ilin dekabrından Forbes milyarderlərinin dünya reytinqində birinci yeri tutur == Şəxsi vəziyyəti == === Milli Kimliyi === Bernar Jon Etiyen Arno Rubedə, Nord departamentində 5 mart 1949-cu ildə anadan olub. Varlı ailənin uşağı , Bernard Arno burjua təhsilindən bəhrələnirdi o cümlədən — fortepiano, atçılıq və tennis öyrənirdi. Onun atası Jon Arno biznes meneceri, Louis-le-Grand elit liseyinin və École Centrale de Paris-in məzunu, Alsas əsgərlərinin nəslindəndir.
Bernard Feringa
Bernard Feringa- ( holland Bernard Lukas Ferinqa; 18 may 1951-ci ildə anadan olub, Barger-Kompaskuum, Hollandiya) — üzvi və supramolekulyar kimya sahəsində Hollandiyalı sintetik kimyaçı; Nobel mükafatçısı. 2011-ci ildən Hollandiya Kral Elmlər Akademiyasının vitse-prezidenti. 2016-cı il Kimya üzrə Nobel Mükafatının qalibi (Jan-Pyer Savaj və Frezer Stoddart ilə paylaşır). Əsərləri əsasən stereokimya, homogen kataliz və molekulyar nanotexnologiyaya həsr olunub. == Bioqrafiyası == B.Ferinqa fermer Gert Ferinqa (1918-1993) və onun həyat yoldaşı Liz Ferinqa, (Hake nəslindən olan) (1924-2013) ailəsində 18 may 1951-ci ildə Hollandiyanın Barger-Kompaskuum şəhərində anadan olub. B.Ferinqa katolik ailəsində on qardaşdan ikincisi idi. O, gəncliyini Almaniya sərhəddində, Burtange bataqlıqlarında Barger-Kompascuumda yerləşən ailə fermasında keçirib. O, holland və alman əsillidir Onun əcdadlarına mühacir Johann Gerhard Beckel daxildir. O, Betti Ferinqa ilə evliydi və bu evlilikdən üç qızı var idi. O, Qroninqen yaxınlığındakı Patersvoldda yaşayır.
Leonard Oçman
Leonard Oçman - (21 oktyabr 1854 - 27 oktyabr 1934) Amerikalı rəssam. == Həyatı == Oçman 1854- cü il oktyabrın 21- də Niderlandın Zonmaire şəhərində anadan olub. Ailəsi 1866-cı ildə Nyu-Yorkun Albani şəhərinə köçüb. Leonard Oçman 27 oktyabr 1934-cü ildə Konnektikut ştatının Qrinviç şəhərindəki evində vəfat edib. == Yaradıcılığı == Gənc yaşlarından başlayaraq Oçman Albanidəki ağac emalı firmasında rəssam kimi çalışıb. 1879-cu ildə Oçman Albanidən Nyu-Yorka köçüb və burada həmkarı rəssam Çarlz İtonla birlikdə qalıb. O 1879-cu ildə Nyu-Yorkun İncəsənət Tələbələri Liqasında həm öyrənib , həm də dərs verib. Oçman 1882-ci ildə Milli Dizayn Akademiyasında çəkdiyi əsərləri sərgiləyib. O 1886-cı ildə Avropaya səyahət edib və burada Hollandiya Haaqa Məktəbinin rəssamları olan Ceykob Maris və Anton Mayuvun rəsm əsərlərindən təsirlənib və rəsmlər çəkib. 1887-ci ildə Nyu-Yorka qayıdıb.