Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Rudar Velenye FK
Rudar (Velenye) — Sloveniyanın futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Velenus
Velenus ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı. Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".
Velenye
Velenye — Sloveniyanın Savinjska reqionunda yerləşən şəhər. Lyublyanadan 80 km aralıdır, əhalisi 26,7 min nəfərdir ,kömür şaxtalarının hesabına inkişaf etməyə başlayıb. Son zamanlar burada məişət texnikası istehsal edən iri müəssisə inşa edilib. Rəsm qalereyası vardır. Rudar adlı futbol klubu fəaliyət göstəriri.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. Velençe gölü Feyer əyalətində yerləşir.
Verbascum velenovskyi
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Jurinea velenovskyi
Jurinea consanguinea (lat. Jurinea consanguinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Velan
Velan (fr. Velanne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38531. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 509 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənubda, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Helen
Helen — ad. Helen Herron Taft — ABŞ siyasətçisi Helen Mirren — Böyük Britaniya kino və teatr aktrisası. Helen Şarman — Böyük Britaniya kosmonavtı. Helen Keller — amerikalı pedaqoq, aktivist, yazıçı.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
Helen Fildinq
Helen Fildinq (19 fevral 1958, Morli) - İngiltərə yazıçısı və senaristi. Ən məşhur əsəri 1988-ci ildə yaratdığı Londonda tək yaşayan qadın obraz Bridcit Cons və onun haqqında çəkilən filmlərdir. Onun romanları olan "Bridcit Consun gündəliyi" və "Bridcit Cons: Məntiqin sərhədi" romanları 40-dan çox ölkədə nəşr olundu və 15 milyon nüsxəsi satıldı. Eyniadlı filmlər də böyük uğur qazandı. "The Guardian" qəzetinin apardığı anketdə "Bridcit Consun gündəliyi" XX əsrdə həyat tərzini ən yaxşı əks etdirən 10 romandan biri seçildi. Hazırda Helen Fildinq Bridcit Cons seriyasının 3-cü romanını yazmağa davam edir (2012-ci ildən). == Həyatı == Helen Fildinq 19 fevral 1958-ci ildə İngiltərənin şimalında, Lids çəhərinin yaxınlığındakı Morli şəhərində anadan oldu. Mədən işçilərinin jaketləri üçün xüsusi parça istehsal olunan fabrikdə atası müdir kimi işləyirdi. Atası 1972-ci ildə öldü və anası Nilli hələ də Yorkşirdə yaşamaqdadır. Fildinq təsilinə Veykfild Qız Məktəbində 3 qardaşı ilə başladı.
Helen Keller
Helen Keller (ing. Helen Adams Keller; 27 iyun 1880; ABŞ, Alabama, Taskambiya; 1 iyun 1968; ABŞ, Konnentikut, İston) — amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim. Uşaqlıq dövründən kar-kor və dilsiz olması onu bir çox həmkarından fərqləndirən mühüm xüsusiyyət olub. Maneələrə baxmayaraq, nail olduqları onu əfsanəvi bir şəxsiyyət halına gətirir. Beş dil bilən, üzən, şahmat oynayan Helen Keller yazdığı məqalələr və bir sıra kitablarla özünü əlillərə kömək etməyə həsr edir. Başda Amerika Görmə Əlillər Fondu olmaq üzrə bir çox təşkilatda çalışır və məhz bu səbəbdən dünyanın bir çox yerlərinə səyahət edir. == Həyatı == Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin qızı olan Helen Keller 1880-ci il iyun ayının 17-də Alabama ştatında Kolbert dairəsinin inzibati mərkəzi olan Taskambiyada sağlam körpə olaraq dünyaya gəlir, lakin 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Helen 6 yaşında olarkən anası Keyt Keller Çarlz Dikkensin "Amerika qeydləri" əsərini oxuyur. Əsərdə kor və kar uşaq olan Lore Bricmen üçün edilənlərdən təsirlənir.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. həm də Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
Pol Verlen
Pol Verlen (fr. Paul Marie Verlaine, 30 mart 1844[…], Mets, Mozel – 8 yanvar 1896[…], Paris) — fransız şairi. Pol Verlen 1844-cü ildə Fransanın şərqində anadan olmuşdur. Orta təhsilini Parisdə almış, və 20 yaşında şəhər Valisi idarəsində işə düzəlmişdir. Gənc və zərif hissiyyatlı Verlen bütün boş vaxtını poeziyaya həsr etmiş, ilk dəfə “Müasir Monparnas” jurnalında “Saturn şerləri” dalı şerlər silsiləsini çap etdirmişdir. Üç il sonra onun daxili sıxıntılarını açıq büruzə verən başqa əsərləri çap olunur. Həmən dövrdə o artıq sərsəm həyat keçirməyə başlamış və içkiyə meyli güclənmişdi. Buna baxmayaraq Matild Mote adlı mülayim və məlahətli bir qız ona ərə gedir və şair bir neçə ay xoşbəxt ailə həyatı sürür. 1870-ci ildə Parisin almanlar tərəfindən mühasirəyə alınması, ictimai qarışıqlıqlar, xüsusən də şair Artur Rəmbo ilə yaxınlığı Verlenin ailə həyatına son qoymuşdur. Rəmbo ilə birgə o iki il avara həyat keçirmiş, İngiltərə və Belçikaya səfərlər etmişdir.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Velez FK
Velez FK — İspaniyanın futbol klubu. Klub 22 sentyabr 1922-ci ildə yaranıb.
Veles (tanrı)
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Belen xanım
Belen Xanım — türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Veblen effekti
Veblen effekti — yüksək qiymətə görə əksər adi istehlakçılar üçün əlçatmaz olan malları istehlak edərkən baş verən gözə çarpan istehlak. Belə istehlak, bu cür istehlakı ödəyə bilən fərdin müstəsnalığını nümayiş etdirmək istəyindən qaynaqlanır. İqtisadçı Torsteyn Veblenin şərəfinə adlandırılıb. Satınalma motivi məhsul və ya xidməti istehlak etmək üçün obyektiv ehtiyac deyil, öz maliyyə imkanlarını nümayiş etdirmək üçün subyektiv istək olduqda, tələb qanununun pozulması müşahidə olunur: məhsul və ya xidmətin qiymətinin artmasına səbəb olmur. azalmağa, lakin müəyyən istehlakçılar qrupu arasında tələbatın artmasına. Giffen əmtəələri artan qiymətlərlə eyni tələb artımını nümayiş etdirir, lakin onlar gündəlik ucuz mallara aiddir. Torsteyn Veblen 1899-cu ildə nəşr olunan “The Theory of the Leisure Class” əsərində ən çox pul qazanan təbəqə haqqında yazırdı. Bu sinif həm də çalışqanlığa və qənaətcilliyə stimuldan məhrum deyil, lakin pul rəqabətinin ikinci dərəcəli amilləri onun hərəkətini o qədər güclü şəkildə müəyyənləşdirir ki, bu istiqamətlərdə hər hansı bir meyl praktiki olaraq boğulur və əməksevərlik həvəsi praktiki olaraq heç bir ifadə almır. Rəqabətin ikinci dərəcəli amillərindən ən güclüsü, eləcə də təsir baxımından ən genişi istehsal fəaliyyətindən çəkinmək tələbidir. […] Əmək alçaldıcı kimi qəbul edilir və bu ənənə heç də ölü deyil.
Helen Hadsell
Helen Hadsell və ya Helene Hadsell (1 iyun 1924-cü il – 30 oktyabr 2010-cu il) geniş şəkildə "müsabiqə kraliçası" kimi tanınan amerikalı idi. O, əşyalar və pullu səyahətlər üçün bir çox müsabiqələrə qatılmış və qalib olmuşdur. O, həmçinin 1964–65 Nyu-York Ümumdünya Sərgisində nümayiş etdirilən bir ev qazanmışdır. Daha sonra müsbət düşüncə mövzusunda mühazirələr oxumuş və seminarlar keçirmişdir. " Metafizika doktoru ", məşhur "The Name It and Claim It Game: with WINeuvers for WISHcraft" kitabının müəllifi idi .
Veren-Tyuellen
Veren-Tüellen (fr. Veyrins-Thuellin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38541. Kommunanın 2007-ci il üçün əhalisi 1760 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 204 ilə 322 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Veren-Tüellen
Veren-Tüellen (fr. Veyrins-Thuellin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38541. Kommunanın 2007-ci il üçün əhalisi 1760 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 204 ilə 322 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Vilen Azatyan
Vilen Vaqarşoviç Azatyan (rus. Вилен Вагаршович Азатян; 24 mart 1931, İrəvan) — Rusiya kimyaçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2000-ci ildən). O, fiziki kimya, partlayış və piroliz, bu proseslərə nəzarətin əsaslarının və üsullarının işlənib hazırlanması sahəsində mütəxəssisdir. Vilen Vaqarşoviç Azatyan 25 mart 1931-ci ildə Ermənistan SSR-in İrəvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Azatyan 1978-ci ildə "Budaqlanmış zəncirli proseslərin yeni qanunauyğunluqları və nəzəriyyənin yeni aspektləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1982-ci ildən Rusiya Elmlər Akademiyasının Struktur Makrokinetika İnstitutunda Zəncirvari və Heterofaz prosesləri laboratoriyasının müdiridir. Azatyan 1985-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Azatyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
Vilen diyarı
Vilen və ya Vilnüs diyarı (pol. Wileńszczyzna, belar. Віленшчына, lit. Vilniaus kraštas,) — Vilnüs ilə birlikdə Litvanın şərq və cənub-şərq hissəsi, eləcə də Belarusun sərhəd bölgələri. 1920-1939-cu illərdə Polşaya məxsus idi. Bölgə əhalinin milli tərkibinin xüsusiyyətləri ilə, eləcə də siyasi və mədəni istiqamətləri ilə fərqlənir. 1917-ci ilə qədər Vilen ərazisi Rusiya imperiyasının Vilen quberniyasının tərkibində idi. Quberniyanın ərazisinə Sventsian, Vilen və Troks mahalları daxil idi. Göstərilən mahalların əhalisinin yarısı belaruslar idi, litvalılar azlıq təşkil edirdi. Litvalılar əsasən Vilnüs şəhəri (o dövrün Vilna) ərazisində idi.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Xelen Perenbum
Xelen Perenbum (d. 4 fevral 1980) — Niderlandı təmsil edən su poloçusu. Xelen Perenbum, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Yelən
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. İranın şimal-qərb hissəsində yayılmışdır. Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.