Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
A.Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 və ya 28 avqust 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. == Əsərləri == Die Agaven.
Alfred Verner
Alfred Verner(alm. Alfred Werner‎; 12 dekabr 1866, Müluz — 15 noyabr 1919, Sürix) — İsveçrə kimyaçısı. Kimya üzrə Nobel mükafatı laureatı (1913). == Həyatı == Müluzda (Elzas, Fransa) (1866–1919), İsveçrə kimyaçısı Verner Alfred 1889- cu ildə Sürix Politexnik institutunu bitirmişdir. 1893–1915- ci illərdə Sürix Universitetində professor vəzifəsində çalışmış, 1909- cu ildə Universitetin nəzdindəki Kimya İnstitutunun direktoru olmuşdur. 1913- cü ildə molekulda atom rabitələrinin xarakterinin öyrənilməsi sahəsindəki işlərinə və qeyri- üzvi kimyanın yeni sahələrinin kəşfi ilə əlaqədar həyata keçirdiyi tədqiqatlara görə alimə Nobel mükafatı verilmişdir. Alfred Verner 15 noyabr 1919-cu ildə vəfat edib.
Alvin Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 və ya 28 avqust 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. == Əsərləri == Die Agaven.
Gerhard Berger
Gerhard Berger (alm. Gerhard Berger‎, 27 avqust 1959) — Avstriya Formula 1 pilotu. 1984-1997-ci illərdə Formula 1 yarışlarında çıxış etmişdir. Çempionatda ən yüksək nəticəsi - 1988 və 1994-cü ildə 3-cü yer olmuşdur. Formula 1-də "BMW" nin keçmiş proqram meneceri, Skuderiya Toro Rosso komandasının köhnə sahibi olmuşdur.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Senta Berger
Senta Berger (13 may 1941[…], Vyana) — alman aktrisa. 1957: Die unentschuldigte Stunde 1957: Die Lindenwirtin vom Donaustrand 1958: Der veruntreute Himmel 1958: The Journey 1959: Katja – Die ungekrönte Kaiserin (no acreditada) 1960: Ich heirate Herrn Direktor 1960: El buen soldado Švejk 1960: O sole mio 1961: The Secret Ways, de Phil Karlson y Richard Widmark (no acreditado) 1961: Das Wunder des Malachias 1961: Junge Leute brauchen Liebe 1961: Eine hübscher als die andere 1961: Immer Ärger mit dem Bett 1961: Adieu, Lebewohl, Goodbye 1961: Es muß nicht immer Kaviar sein 1961: Diesmal muß es Kaviar sein 1961: Ramona 1962: Das Geheimnis der schwarzen Koffer 1962: Frauenarzt Dr. Sibelius 1962: Das Testament des Dr. Mabuse, de Werner Klingler 1962: Sherlock Holmes und das Halsband des Todes, de Terence Fisher 1963: The Victors, de Carl Foreman 1963: Kali Yug – Die Göttin der Rache 1963: Kali Yug – Aufruhr in Indien 1963: Jack und Jenny 1964: Spion mit meinem Gesicht (The Spy With My Face) 1965: Major Dundee, de Sam Peckinpah 1965: The Glory Guys 1965: Schüsse im Dreivierteltakt 1966: Cast a Giant Shadow, de Melville Shavelson 1966: Our Man in Marrakesh, de Don Sharp 1966: The Poppy Is Also a Flower 1966: Lange Beine – lange Finger 1966: The Quiller Memorandum, de Michael Anderson 1966: Operazione San Gennaro, de Dino Risi 1967: Der grausame Job 1967: Paarungen 1967: The Ambushers 1967: Eine Chance für den Playboy (A Thief Is a Thief) 1967: Mit teuflischen Grüßen 1968: Istanbul Express (telefilm) 1968: Babeck (miniserie) 1968: Geier können warten 1969: So reisen und so lieben wir 1969: De Sade de Cy Endfield y Roger Corman (no acreditado) 1969: Les étrangers 1970: Cuori solitari 1970: Quando le donne avevano la coda, de Pasquale Festa Campanile 1971: Wer im Glashaus liebt..., de Michael Verhoeven 1971: Le saut de l’ange, de Yves Boisset 1971: Roma bene, de Carlo Lizzani 1971: Die Moral der Ruth Halbfass, de Volker Schlondorff 1971: Der Geliebte der großen Bärin / Nur der Letzte kam durch 1972: Toll trieben es die alten Germanen 1972: Der scharlachrote Buchstabe, de Wim Wenders 1973: Bisturi, la mafia bianca, de Luigi Zampa 1973: Reigen 1974: L'uomo senza memoria, de Duccio Tessari 1975: MitGift, de Michael Verhoeven 1975: Per Saldo Mord 1976: La padrona è servita 1976: Signore e signori, buonanotte 1976: Das chinesische Wunder 1976: Cross of Iron 1977: Ritratto di borghesia in nero, de Tonino Cervi 1980: Der Todesfahrer 1982: Die weiße Rose (Co-Produktion) 1983: Die Spider Murphy Gang (Produktion) 1984–1986: Kir Royal (serie de televisión) 1985: Killing Cars (auch Co-Produktion) 1988/1989: Die schnelle Gerdi (TV-Reihe) 1989: Das schreckliche Mädchen (Produktion) 1990: Schlaraffenland (TV, Produktion) 1994–1996: Ärzte (serie de televisión) 1997: Lamorte (TV) 1998: Mammamia (TV) 1998: Liebe und weitere Katastrophen (TV) 1998: Bin ich schön? 1999: Mit fünfzig küssen Männer anders (TV) 2000: Zimmer mit Frühstück (TV) 2000: Trennungsfieber (TV) 2000: Scharf aufs Leben (TV) 2000: Probieren sie’s mit einem Jüngeren desde 2002: Unter Verdacht (serie de televisión) 2004: Die schnelle Gerdi und die Hauptstadt (TV) 2004: Die Konferenz (TV) 2005: Einmal so wie ich will (TV) 2005: Emilia – Die zweite Chance (TV) 2005: Emilia – Familienbande (TV) 2006: Nette Nachbarn küsst man nicht (TV) 2009: Schlaflos (TV) 2009: Ob ihr wollt oder nicht 2009: Frau Böhm sagt Nein (TV) 2009: Mama kommt!
Verner Hersoq
Verner Hersoq Stipetiç (alm. Werner Herzog Stipetić‎; 5 sentyabr 1942[…], Münxen) — Almaniya kinorejissoru, ssenaristi və aktyoru. O, qırxdan çox film (əsasən sənədli filmlər) çəkmiş, bir çox operaya quruluş vermiş, onlarla kitab çap etdirmişdir. Bəzi kino tənqidçiləri onu şərti olaraq yeni Almaniya kinosu hərəkatının bir hissəsi kimi təsnif edirlər. Verner Hersoq üç dəfə evlənmişdir. Onun "Stroşek" filmində baş rolu oynayan aktrisa Eva Mattesdən bir qızı var. Hal-hazırda Lena Hersoq ilə evlidir. Кронин П. Знакомьтесь — Вернер Херцог. / Пер. с англ.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Verner Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münxen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə Fizika üzrə "Nobel" mükafatı layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.
Verner Kaskel
Verner Kaskel(alm. Werner Caskel‎, 5 mart 1896, Qdansk, Prussiya – 28 yanvar 1970, Köln, Şimali Reyn-Vestfaliya) — alman şərqşünası. 5 mart 1896-cı il tarixində Danzik şəhərində doğuldu. 1914-cü ildə Tübingen Universitetində ilahiyat və Fars dili fakültəsində oxumağa başladı. Eyni ilin sonlarına doğru Berlinə gedib, təhsilinə orada davam etdi və məşhur Delitzschdən Quran üzərinə dərslər aldı. I Dünya Savaşında Anadolu, Fələstin, Suriya və Mesopotamiyadakı əsgəri xidmətləri sırasında Türk dilini öğrəndi. Savaşın ardından Berlində təhsilinə davam etdi. Daha sonra Leypsiqə gedip özəlliklə A. Fischer və R. Hartmannın rəhbərliyində Ərəbşünaslıq və İslamiyat mövzularında araşdırmalar apardı. 1924-cü ilin iyulunda dinlər tarixi sahəsində hazırladığı dissertasiya ilə doktor oldu. Eyni il, daha öncə xidmətinə daxil olduğu Alman diplomat və arxeoloqu Maks Freiherr von Oppenheimın araşdırma səfərlərinin nəticələrini elmi baxımdan dəyərləndirməyə başladı.
Verner Qreuter
Verner Qreuter (it. Werner Rodolfo Greuter; 27 fevral 1938, Genuya) – professor, İtaliya botaniki. 27 fevral 1938-ci ildə Genovada doğulub. OPTIMA Gold Medal, 1998. Distinguished Services Award, XVI International Botanical Congress, St Louis, Missouri Theophrastus Medal of Honour of the Hellenic Botanical Society, 2000 Honorary Professorship (Categoría Docente Especial de Profesor Invitado), Universidad de La Habana, 2004 Prof.
Verner Zombart
Zombart (Sombart) Verner (19 yanvar 1863[…] – 18 may 1941[…], Berlin, Üçüncü Reyx) — alman iqtisadçısı, sosioloq və tarixçi. Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur. Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır. Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir. Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar – mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur.
Verner Şlyaqer
Verner Şlyaqer (28 sentyabr 1972) — Avstriyanı təmsil edən stolüstü tennisçi. Verner Şlyaqer Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Verter effekti
Verter effekti — kütləvi intiharlar. Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Götenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-nin ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Veryer (Averon)
Veryer (fr. Verrières, oks. Verièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12291. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 164 nəfər iqtisadi fəal, 52 hərəkətsiz (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 71.1%) olmuşdur.
The Verge
"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir. "The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir. 2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür. D. Aamoth.
Anton fon Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
Anton von Verner
Anton fon Verner (9 may 1843, Frankfurt — 4 yanvar 1915, Berlin) — Prussiya krallığında yaşamış alman rəssam. 1843-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Rəssamlığa 1857-ci ildə tələbə ikən başlamış və İncəsənət Akademiyasında davam etdirmişdir.
Hans-Verner Gessmann
Hans-Verner Gessmann (24 mart 1950, Duysburq, Şimali Reyn-Vestfaliya – 3 oktyabr 2023) — alman psixoloqu, humanistik psixodramanın banisi və Rusiya Federasiyasında ali məktəb müəllimidir. == Həyatı və yaradıcılığı == Hans-Verner Gessmann 1976-cı ildə disleksiyaya səbəb olan amillər üzrə doktorluq elmi dərəcəsi almış və eyni ildə Nyu Yorkda Helen Singer Kaplan ilə tanışlıqdan sonra, cinsi disfunksiyanın müalicəsi zamanı həyata keçirilən hipnozlarla əlaqədar olaraq ilk dəfə onun tərəfindən əsası qoyulmuş Humanistik Psixodramaya müraciət etmiş və psixodramanı uşaq psixoterapiyası sahəsinə daxil etmişdir. Eyni zamanda elmi məzmunlu sənədli filmlərin çəkilişi, "Humanistik Psixodrama" adı altında toplu nəşrlər və humanistik psixodrama mövzusunda beynəlxalq dərginin dərc edilməsi ilə o, bu sahədə almandilli ölkələrdə qabaqcıl işlər həyata keçirmişdir. Psixodrama sahəsində az saylı empirik tədqiqatçılardan bir olan Gessmann indiyə qədər 160-dan artıq psixoloji məzmunlu məqalə nəşr etdirmişdir. Onun 1996-cı ildə ikiləşmə üsulu üzrə fəaliyyəti yeni standartlar yaratmışdır. 1973-cü ildə o, Dyusburq şəhərində Bergerhauzen Psixoterapevtik İnstitutunun, 1977-ci ildən 1989-cu ilə kimi isə 1500-dən çox psixoterapevt tərəfindən Humanistik Psixoterapiyanın və həmçinin inteqrativ sistem və ailə terapiyasının inkişafı üçün mərkəz kimi istifadə edilmiş Kerpendəki Vasserburq Bergerhausen institutunun əsasını qoymuşdur. Mülkiyyətçi Baron Klemens von Loenin qəfləti ölümündən sonra İnstitut yenidən Dyusburq şəhərində fəaliyyətinə davam etmişdir. Fəaliyyətinin əsas məqamı kimi Hans-Verner Gessmann 1979-cu ildən etibarən humanistik psixodramanı psixodramanın yeni bir forması kimi inkişaf etdirərək tədris etmişdir. Bu, 1960-cı ildə əsası qoyulmuş humanistik psixologiyanın ayriılmaz hissəsi olmuşdur. Gessmann insanların kollektiv davranış və təbiətini terapevtik etikanın əsası kimi müəyyən edirdi.
Verner fon Blomberq
Verner Eduard Frits fon Blomberq (alm. Werner Eduard Fritz von Blomberg‎; 2 sentyabr 1878[…] – 14 mart 1946[…], Nürnberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) — alman sərkərdəsi, Üçüncü Reyxin general-feldmarşalı (1936), 1933-1938-ci illərdə müdafiə naziri.
Verner fon Braun
Verner Maqnus Maksimilian Frayher fon Braun (alm. Wernher Magnus Maximilian Freiherr von Braun‎; 23 mart 1912[…] – 16 iyun 1977[…], Aleksandriya[d], Virciniya) — alman-amerika raket mütəxəssisi, kosmik uçuşların pioneri, ilk ballistik raketin yaradıcısı, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi. ABŞ-də amerikan kosmik proqramının banisi hesab olunur. O, 23 mart 1912-ci ildə Almaniyanın Virsitç dairəsinin Posen provinsiyasında (indiki Virzisk, Polşa) anadan olmuşdur. Fau-2 adlı raketin hazırlanmasında alman faşistləri ilə əməkdaşlığına görə onun şəxsiyyəti mütəxəssislər tərəfindən mübahisəli sayılır. Verner von Braun Posendə Maqnus von Braun və onun həyat yoldaşı Emminin ikinci ovladı kimi dünyaya gəlmişdir. Onun ana babası Prussiya dövlətinin mülkiyyətçisi və dövlətin zadəganlar evinin üzvü olmuşdur. Böyük qardaşı Ziqismund fon Braun alman diplomatı idi. Birinci dünya müharibəsi qurtardıqdan sonra Braunlar ailəsi Şlezienə köçürlər. Hələ uşaq vaxtlarında Braun musiqi və təbiət elmləri ilə maraqlanır.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Gərgər (Adıyaman)
Gərgər - Türkiyənin Adıyaman ilinin ilçələrindən biridir. == Ərazi == Gərgər ilçəsinin ərazisi 702 km² sahəni əhatə edir . İlçə tərkibinə Gərgər qəsəbə bələdiyyəsi və 45 kənd daxildir . Gərgər qəsəbə bələdiyyəsi beş (Fatih, Kələşan, Mərkəz, Seyidmahmud və Yeniməhəllə) məhəllədən ibarətdir . Gərgər bələdiyyəsinin məhəllələri və ilçənin tərkibindəki kəndlər muxtarlar tərəfindən idarə edilirlər . == Əhali == Gərgər qəsəbə əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 3,189 nəfərdir (1,599 nəfər kişi və 1,590 nəfər qadın olmaqla) . === Dil === === Kəndlər === Adıyaman ilində Qarakeçili boyuna mənsub insanlardan ibarət 26 kənd mövcuddur. Onlardan üçü : Oymaqlı, Seyidmahmud və Bəybostan kəndləri Gərgər ilçəsində yerləşir . Hazırda onların əhalisini 24 oğuz boyundan biri olan Qayı boyundan yaranmış Qarakeçili boyunun Torun qolundan olan Bəylər oymağına aid türk kökənli insanlar təşkil etməkdədir . Gərgər ilçəsinin kənd əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 20,637 nəfərdir .
Gərgər (Cəlaloğlu)
Gərgər, Gyargyari hay, Herher — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Gərgər çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı Gərgər, Gyargyari hay, Herher formalarında qeyd edilir. Toponim yunan tarixçisi Strabonun «Coğrafiya» əsərində qeyd edilən qədim qarqar türk etnonimi əsasında əmələ gəlmişdir. Gərgər, qarqar türk etnoniminin fonetik variantıdır. Qarqar etnonimi həm də herher, xerxer fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır.
Gərgər (Gədəbəy)
Gərgər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gərgər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Coğrafiyası == Orta dağlıq qurşaqdadır. == Toponimikası == Kəndin adı XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2599 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gərgər (Hadişəhr)
Gərgər — Hadişəhrin cənub qisminin tarixi adıdır, şimalı hissəsi isə Ələmdar adlanır. Hadişəhr bu iki məntəqənin birləşməsindən yaranıb. Həmdullah Qəzvini Nüzhətül-qülub kitabında (xüsusilə 85, 102 səhifələrində) bu şəhəri Azərbaycanın beş böyük və abad şəhərlərinin sırasında gətirib: Bərdə, Ordubad, Naxçıvan, Gərgər və Ucan.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Gərgər bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərgər mahalı
Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahal. Maku mahalı, Mərənd mahalı və Qaradağ mahalı tərəfindən əhatə edilmişdir. Ələmdar və Gərgər bu mahalın ən böyük və ən tanınmış yerlərindən idi. Səfəvilər dövründən bu iki məntəqənin adları birlikdə qeyd olunub və bəzən mahal Ələmdar-Gərgər adıyla deyilib. İndi Ələmdar və Gərgər bir olublar və Hadişəhr adlanırlar. Bugün, Gərgər mahalı, Qaradağ mahalının bir qismiylə Culfa adlanır. == Hakimləri == Haciyə xanım Gərgəri Rəhim xan Sərtip Gərgəri == Mənbə == İrəc Əfşar.Əmin Ləşkərin xatirələri qəzeti. Əsatir nəşrləri,birinci çap,1999. (fars.) Xatirələr və Xətərlər. Yazıçı:Müxbirüssəltənə (fars.) Məhəmmədismail Rizvani və Fatimə Qaziha.
Gərgər nahiyəsi
Gərgər nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərgərin adındandır. Elxanilər dövlətinin Marağa tüməninin Gərgər nahiyəsi.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Çərgər (Əbhər)
Çərgər (fars. چرگر‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 34 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 853 nəfər yaşayır (238 ailə).
Herher
Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi, Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir. == Toponimi == Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir.
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Mergen
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.