Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Videooyun
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Edge (videooyun)
Edge (azərb. Kənar‎) — "Mobigame" tərəfindən "iOS" qurğuları üçün hazırlanan və nəşr olunan pazl videooyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir. Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS. "Edge" tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir. Oyun həmçinin, Ən yaxşı mobil oyun üzrə Milton mükafatı, V Beynəlxalq Mobil Oyun Mükafatlarında iki kateqoriya və üç Müstəqil Oyunlar Festivalı kateqoriyaları üzrə nominasiya daxil olmaqla bir neçə mükafata layiq görülmüşdür. "Edge Extended" adlı içində yeni səviyyələr, yeni musiqilər, yeni üçölüçülü mühərrik və yeni süni intellektdən istifadə edən qaranlıq kub rəqibi olan bir genişləndirmə buraxılışdır.
Videooyun istehsalçısı
Videooyun yaradıcısı — video-oyun yaradan proqram təminatı (fiziki və ya hüquq şəxs) hazırlayandır. Yaradıcı müəyyən oyun konsollarında (PlayStation 3, PSP, Xbox 360, Wii, Nintendo DS) ixtisaslaşa və ya fərdi kompyuterlər də daxil olmaqlar digər sistemlərdə də inkişaf edə bilər. Bəzi oyun yaradıcıları yalnız konkret növ oyunlarda ixtisaslaşır. Məsələn, yalnız birinci və ya üçüncü şəxs şuterlər üçün oyunlar yaradılır. Başqaları oyunu bir sistemdən digərinə keçirmək üzrə ixtisaslaşırlar. O biriləri isə oyunun lokallaşdırması ilə məşğul olurlar. Çoxlu sayda oyun-nəşrçiləri müxtəlif oyun hazırlayan studiyaları dəstəkləyir. Məsələn, Electronic Arts-ın EA Canada, Activision-ın isə Radical Entertainment studiyasını dəstəkləyir. Ancaq onların işi ilkin olaraq nəşr edən olduğu üçün yaradıcı yox, nəşrçi adlanırlar.
Videooyun janrı
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
Videooyun konsolu
Videooyun konsolu (ing. Video game console) — bir və ya bir neçə insanın oynaya biləcəyi bir videooyunu nümayiş etdirmək üçün video siqnal və ya vizual şəkil çıxaran elektron cihaz. "Videooyun konsolu" termini ilkin olaraq, istehlakçıların videooyun oynamaq üçün istifadə etdikləri konsol maşınlarını arkada maşınları və ya ev kompüterlərindən ayırd etmək üçün yaradılmışdır. Arkada maşını böyük bir şassinin daxilində yerləşən videooyun kompüterindən, displeyindən, kontrollerindən (coystik, düymələr və s.) və spikerlərdən ibarət olur. Ev kompüterləri evdə istifadə edilmək üçün dizayn edilmiş çoxməqsədli bir şəxsi kompüterdir. Ev kompüterlərindən mühasibat, internetə daxiloma və ya videooyun oynamaq üçün istifadə etmək olar. Ümumsənayə standart formatlarından istifadə edən mediapleyer və audiopleyerlər kimi bənzər istehlakçı elektronikasında fərqli olaraq, videooyun konsolları sahibkar formatlarından istifadə edir. Bu formatlar bazarda bir-birləri ilə rəqabət aparırlar. Videooyun konsollarının da bir neçə növü var. Bunlara ev videooyun konsolları, portativ oyun konsolları, mikrokonsollar, xüsusiləşdirilmiş konsollar və başqaları daxildir.
Metro 2033 (videooyun)
Videooyun yayımı şirkəti
Videooyun yayımı şirkəti və ya videooyun nəşriyyatı — videooyun yayımlayan şirkətlərə verilən ad. Yayım şirkəti videooyunun yaradılışına və satışına görə məsuliyyət daşıyır. Böyük yayım şirkətləri həmçinin, onların yayımladığı oyunları yayır. Daha kiçik biriləri onlar üçün oyunu yaymaq üçün başqa şirkətlər üçün ödəyir.
Tiny Toon Adventures (videooyun)
Tiny Toon Adventures - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Baster Banni adında dovşan varlı ailədən olan Montana Maksın, onun sevdiyi Bebs Bannini qaçırtdığı üçün onu xilas etməyə çalışır. Bunun üçün Baster Banni Montananın hazırladığı müxtəlif maneələrdən keçməlidir. Baster Banniyə macəralar zamanı ördək Plaki Dak, tasman iblisi Dizzi Devil və pişik Furball kömək edir. Basteri məğlub etmək üçün Montana Elmayra Daff, Roderik Ret, Ceni Splayser və bir çox qəhrəmanların köməyindən istifadə edir. Sonda Baster Banni Montananı məğlub edərək Bebs Bannini xilas edir.
Special Force (videooyun, 2003)
Special Force (azərb. Xüsusi qüvvələr‎) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. == Geympleyi == "Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.
God of War (videooyun, 2005)
God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur. Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir. == Geympley == Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır.
Yaponiya rol videooyunu
Yaponiya rol videooyunu (abr. YRVO; ing. Japanese Role-Playing Game, abr. JRPG) və ya Şərq rol videooyunu (abr. ŞRVO; ing. Eastern Role-Playing Game, abr. ERPG) — rol videooyunu janrının altjanrı. Bu janrdakı videooyunların süjet xəttinə və oyun mexanikalarına təsir edən bənzər xüsusiyyətləri var ki, bu xüsusiyyətlər «qərb üslubu» RVO-lardan (Western-style RPG) kəskin şəkildə fərqlənir. Bu janrdakı videooyunların əksəriyyəti Yaponiyada hazırlanır və Yaponiya bazarında satılır. İlk YRVO 1984-cü ildə Yaponiyada satışa çıxarılan "Dragon Slayer" videooyunudur.