Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pane dağı
Pane dağı (fr. Mont Panié) — Qrand Ter adasının ən hündür zirvəsi. Zirvə həmcinin Yeni Kaledoniyanın ən hündür dağıdır. Zirvənin hündürlüyü 1628 metr təşkil edir.
X Window sistemi
X Window sistemi — (ing. X Window System) – 1984-cü ildə Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology, MIT) yaradılmış və UNIX əməliyyat sistemində işləyən pəncərələrin idarəolunması sistemi. X Window istifadəçiyə imkan verir ki, proqramı şəbəkənin başqa kompüterlərində başlatsın, sonra isə nəticəni öz kompüterinin ekranında alsın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Paje
Paje (fr. Pajay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38291. Kommunanın 1999-cu il üçün əhalisi 796 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 410 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. == Toponimikası == Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.("Albaniya tarixi", II kitab, 50-ci fəsil). Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k., Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b..
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Payne
Payne (alm. Peine‎) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir. == Tarixi == 1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur. 1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı. Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Eduard Mane
Eduard Mane (fr. Édouard Manet; 23 yanvar 1832[…] – 30 aprel 1883[…], VIII arondisman (Paris) və ya Paris) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur. == Həyatı və fəaliyyəti == === Gənclik illəri === Eduard Mane 1832-ci ilin 23 yanvar tarixində Paris şəhərində kasıb və kibar bir ailədə anadan olmuşdur. Anası (fr. Eugénie-Desirée Fournier) İsveç kralı Tural Bernadotun nəvəsi idi. Atası Aprel Mane (fr.
Handley Page
Handley Page Limited mərkəzi İngiltərə də yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 17 iyun 1909-cu ildə Frederick Handley Page tərəfindən təsis edilmiş və 1970-ci ildə ləğv edilmişdir.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537 və ya 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Jane Vongvoraçoti
Jane Vongvoraçoti (7 yanvar 1998) — Tailandlı marafonçu. Jane Vongvoraçoti Tailandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Jane Vongvoraçoti həmdə 2015-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının bürünc medalını qazanıb. == Karyerası == Jane Vongvoraçoti birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 91-ci yeri tutdu.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Katolikos Pand
Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos. Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur. Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir. Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Liam Payne
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d]) — İngilis müğənni,model və söz yazarı, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Main Page
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
Pana Film
Pana Film — Raci Şaşmaz tərəfindən qurulmuş və hal-hazırda Necati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir. Pana Film Qurdlar Vadisi teleserialı da daxil olmaqla "Ekmek Teknesi" və "Halil İbrahim Sofrası" kimi serialların da istehsalçısıdır. == Təsis olunması == Qurtlar Vadisi və Ekmek Teknesi layihələrində Osman Sınav ilə birlikdə işləyən Raci Şaşmaz, Osman Sınavın bu layihələri təhvil verib bir müddətlik sektordan uzaqlaşmaq istəyinə yönəlik Pana Filmin əsasın qoydu və bu layihələri Osman Sınavın istehsal şirkəti Sinegrafdan təhvil aldı. Beləliklə Pana Film qurulmuş oldu. == İnkişafı == Pana Film Qurtlar Vadisi qədər qısa müddətdə sürətlə tanındı. Beləliklə Pana Film də Qurtlar Vadisi serialından əlavə başqa serialların da hazırlanmasına nail olur. Ancaq bu serialların çoxu uzun ömürlü olmadı. Böyük bir qismi 10-cu bölümə belə çatmadan final qərarı aldı. 2014-cü ildə şirkətin sahibləri Şaşmaz qardaşları arasında baş verən davadan sonra serialın prodüser və ssenaristi Raci Şaşmaz, ssenaristlər Bahadır Özdener və Cüneyt Aysan şirkətdən ayrıldı. Raci Şaşmaz şirkətdəki bütün haqlarını böyük qardaşı Nəcatiyə ötürdü.
Panel furqon
Panel furqonlar 3-5 metr uzunluğunda qapalı çərçivəli daxili boş olan nəqliyyat vasitəsinin daxilinə yükləri yerləşdirməklə daşımaq üçün istehsal edilən yüngül ticari avtomobillərdirlər. Yarımqapalı açıq çərçivəli pikap yük maşınında yük açıq yerdə daşınarkən, bu modeldə yük qapalı anbarda olduğu kimi daxili boş olan hissədə daşınır. Məqsəd malları hava şəraitindən müdafiə etmək və uzun müddət təhlükəsiz formada saxlanmasına nail olmaqdan ibarətdir. Bundan əlavə, soyuducu sistemlə soyuq saxlanması tələb olunan mallar bu formada saxlanıla bilər.
Pank rok
Pank rok (yada pank; ing. punk rock) — 1970-ci illərin ortalarında ABŞ, Böyük Britaniya və Avstraliyada yaranmış rok musiqisinin janrı. Janrın kökləri 1960 cı illərin qaraj rokina və indi protopank adlandırırlan musiqiyə gəlir çıxır. Janr yaranandan onu təmsil edən musiqiçilər, 1970-ci illərdə məşhur olan, meynstrim roka qarşı çıxırdılar və özlərini onun əksi kimi göstərməyə çalışırdılar. Adət olaraq pank qruplar qısa,səsli gitarlarla və kobud vokalla enerji dolu, siyasi və sosial mövzulara aid mətnlərlə mahnılar yazırlar. Pankın əsas xüsusiyyəti DIY üsulu idi. Qruplar özləri, ya da müstəqil leynlların köməkliyi ilə öz mahnılarını yazıb yayırdılar. «Pank» ilk olaraq 1970-ci illərin əvvəllərində musiqi termini kimi işlənib. Bəzi qaraj qruplarının və onların pərəstişkarlarını təsvir etmək üçün bu termini amerikalı kritiklər düşünüb. 1976-cı ilin axırlarına — Nyu Yorkdan olan New York Dolls, Television, Ramones və Londondan olan Sex Pistols, The Clash və The Damned — yeni janrın bayraqdarları oldu.
Pape Diuf
Pape Diuf (18 dekabr 1951[…], Abeşe, Fransa Çadı[d] – 31 mart 2020[…], Dakar, Seneqal[…]) — Fransanın Olimpik Marsel FK-nın sabiq prezidenti. == Həyatı == 18 dekabr 1951-ci ildə Çadda doğulub. Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib. 31 mart 2020-ci ildə səhhətində nasazlıq olan 68 yaşlı Pape Diuf koronavirus xəstəliyinə yoluxduğundan Seneqalın paytaxtı Dakarda vəfat edib.
Vane (ada)
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). == Etimalogiyası == Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. == Coğrafiyası == Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Nanə
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. == Faydaları == İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Pavə
Pavə — İranın Kirmanşah ostanının şəhərlərindən və Pavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,774 nəfər və 5,171 ailədən ibarət idi.
Xanə
Xanə (lat. tactus — toxunma; dəyər — təkan, zərbə) — ən güclü paydan başlanan və onun gücü yanında bərabər olandan əvvəl bitən musiqi metrinin vahididir. == Not yazısında xanə == Not yazısında xanə — iki xanə xüsusiyyətinin arasında bağlanmış notların və fasilələrin məcmusudur — not qamətində vertikal xətlər. Xanə miqdarla və onun metr vahidlərinin tipiylə təyin edilir — paylar — ölçüylə ifadə edilənlər. Not yazısında ölçü musiqi əsərinin başlanğıcında açardan sonra göstərilir (və ya dəyişən xanə), şərti, adi kəsr şəklində (məsələn, "3/2", "2/4", "6/8", "4/4" və s.) və ya onun şərti işarəsi (C 4/4 ekvivalentdir, 2/2 ekvivalentdir). Surətdə payların miqdarı göstərilir, məxrəcdə isə — onların nisbi uzunluğu. Not yazısında xanələr bir-birindən vertikal xüsusiyyətlə not qaməti eninə ayrılmışdır, hansı ki, xanə xüsusiyyəti adlanır. Takt xüsusiyyəti güclü paydan əvvəl qoyulur. Əgər əsər zəif paydan başlanırsa, onda başlanğıcda natamam xanə yaranır, hansı ki, yarımxanə adlanır. Çox zaman yarımxanə xanənin yarısını ötmür.
WINDOWS
"Microsoft Windows" — "Microsoft" tərəfindən hazırlanmış və bazara çıxarılan bir neçə xüsusi qrafik əməliyyat sistemi ailəsindən ibarət qrup. Hər bir ailə hesablama sənayesinin müəyyən sektoruna xidmət edir. Məsələn, istehlakçılar üçün "Windows NT", serverlər üçün "Windows Server" və quraşdırılmış sistemlər üçün "Windows IoT". Təhlükəsiz Windows ailələrinə "Windows 9x", "Windows Mobile" və "Windows Phone" daxildir. "Windows"un ilk versiyası 20 noyabr 1985-ci ildə qrafik istifadəçi interfeyslərinə (GUI) artan marağa cavab olaraq "MS-DOS" üçün qrafik əməliyyat sistemi qabığı kimi buraxılmışdı. "StatCounter"ın məlumatına görə, "Windows" 2023-cü ilin mart ayında 70% bazar payı ilə dünyanın ən populyar masaüstü əməliyyat sistemidir. Bununla belə, "Android"in kütləvi böyüməsi səbəbindən "Windows" həm mobil, həm də masaüstü əməliyyat sistemləri hesaba qatan zaman ən çox istifadə edilən əməliyyat sistemi olmur. 2022-ci ilin sentyabrına olan məlumata görə, "Windows"un ən son versiyası istehlakçı kompüterləri və planşetləri üçün "Windows 11", korporasiyalar üçün "Windows 11 Enterprise" və serverlər üçün "Windows Server 2022"dir. == Geneologiyası == "Windows"un istehsalçısı olan "Microsoft" hər biri hesablama sənayesinin müəyyən sektorunu hədəf alan "Windows" əməliyyat sistemləri ailəsi üçün bir neçə əmtəə nişanını qeydiyyata almışdır. 2014-cü ildən etibarən aşağıdakı "Windows" ailələri fəal şəkildə inkişaf etdirilir: Windows NT: Server kompüterləri və iş stansiyaları üçün əməliyyat sistemi olan "Windows NT 3.1" ilə əməliyyat sistemləri ailəsi kimi başlamışdır.
Banə şəhristanı
Banə şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Banə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 116,773 nəfər və 24,709 ailədən ibarət idi. == Tarixi == İslamdan öncə Banədə qəqo adlanan bir zərdüşti tayfa yaşam sürərmiş ki ərəblərin bu bölgəyə yürüş keçirməsindən sonra ixtiyarəddinlilər onun hökümətini ələ keçirdə bildilər.Qəməri 13-ücü yüzilliynə qədər banənin adı bərujəimiş ki kürd dilində günəş işığını çox tutan yer deməkdir.Banə birinci dünya müharibəsindən öncə və ikiinci dünya müharibəsində iki yol od tutub,bütünlükdə məhv olmuşdur.Banənin şimal-şərqində eramızadək gəlib çıxmış köhnə qəbristanın qalıqları mövcüddür. == Etmiologiyası == Ban sözü kürdcədə yüksək və uca yer anlamında istifadə edilir.Şəhərin hündür bir məntəqədə yerləşməsindən asılı olaraq buraya belə ad verilib.
Sünbüllü nanə
Sünbüllü nanə (lat. Mentha spicata) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == Mentha aquatica var. crispa (L.) Benth. Mentha cordifolia Mentha crispa Mentha spicata var. ciliata Druce Mentha spicata var. crispa (Benth.) Danert Mentha spicata var. viridis L. Mentha × villosa var.
Microsoft Windows
"Microsoft Windows" — "Microsoft" tərəfindən hazırlanmış və bazara çıxarılan bir neçə xüsusi qrafik əməliyyat sistemi ailəsindən ibarət qrup. Hər bir ailə hesablama sənayesinin müəyyən sektoruna xidmət edir. Məsələn, istehlakçılar üçün "Windows NT", serverlər üçün "Windows Server" və quraşdırılmış sistemlər üçün "Windows IoT". Təhlükəsiz Windows ailələrinə "Windows 9x", "Windows Mobile" və "Windows Phone" daxildir. "Windows"un ilk versiyası 20 noyabr 1985-ci ildə qrafik istifadəçi interfeyslərinə (GUI) artan marağa cavab olaraq "MS-DOS" üçün qrafik əməliyyat sistemi qabığı kimi buraxılmışdı. "StatCounter"ın məlumatına görə, "Windows" 2023-cü ilin mart ayında 70% bazar payı ilə dünyanın ən populyar masaüstü əməliyyat sistemidir. Bununla belə, "Android"in kütləvi böyüməsi səbəbindən "Windows" həm mobil, həm də masaüstü əməliyyat sistemləri hesaba qatan zaman ən çox istifadə edilən əməliyyat sistemi olmur. 2022-ci ilin sentyabrına olan məlumata görə, "Windows"un ən son versiyası istehlakçı kompüterləri və planşetləri üçün "Windows 11", korporasiyalar üçün "Windows 11 Enterprise" və serverlər üçün "Windows Server 2022"dir. == Geneologiyası == "Windows"un istehsalçısı olan "Microsoft" hər biri hesablama sənayesinin müəyyən sektorunu hədəf alan "Windows" əməliyyat sistemləri ailəsi üçün bir neçə əmtəə nişanını qeydiyyata almışdır. 2014-cü ildən etibarən aşağıdakı "Windows" ailələri fəal şəkildə inkişaf etdirilir: Windows NT: Server kompüterləri və iş stansiyaları üçün əməliyyat sistemi olan "Windows NT 3.1" ilə əməliyyat sistemləri ailəsi kimi başlamışdır.
Windows-1254
Windows-1254 — Microsoft Windows altında türkcə hərfləri kodlamaq üçün yaradılmış hərflər dəstidir. ISO 8859-9 ilə uyğundur. Artıq müasir dövrdə UTF-8 kodlamasından istifadə edilir. Windows-1254 cədvəli. Hər simvol Unicode kodlamasında və 10-luq say sistemində ekvivalenti ilə birlikdə göstərilmişdir.
Windows 10
Windows 10 — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 15 iyul 2015-ci ildə istehsala buraxılmış, 29 iyul 2015-ci ildə satışa çıxarılmışdır. Bu, təxminən iki il əvvəl buraxılmış "Windows 8.1"in birbaşa davamçısıdır. "Windows 10" MSDN və "TechNet" vasitəsilə yükləmək üçün hazırlanıb. O, "Windows Store" vasitəsilə "Windows 8" və "Windows 8.1" istifadəçilərinin pərakəndə kopyaları üçün və "Windows Update" vasitəsilə "Windows 7" istifadəçiləri üçün pulsuz təkmilləşdirmə kimi mövcud olmuşdur. "Windows 10" davamlı olaraq yeni quruluşlar alır və "Windows 10"un əlavə sınaq quruluşlarından başqa istifadəçilər üçün heç bir əlavə ödəniş tələb olunmur. Bunlar "Windows Insider" üçün əlçatandır. Müəssisə mühitlərindəki cihazlar bu yeniləmələri daha yavaş bir sürətlə qəbul edə və ya on illik uzadılmış dəstəyin ömrü ərzində yalnız kritik yeniləmələri alan uzunmüddətli dəstək mərhələlərindən istifadə edə bilər. "Microsoft" 2021-ci ilin iyununda "Long-Term Servicing Channel"da (LTSC) olmayan "Windows 10" buraxılışları üçün dəstəyin 14 oktyabr 2025-ci ildə başa çatacağını elan etmişdir. "Windows 10" ilkin buraxılışı zamanı tənqidçilərdən ümumilikdə müsbət şərhlər almışdır.
Windows 11
Windows 11 — "Microsoft" korporasiyası tərəfindən hazırlanmış "Windows NT"nin əsas versiyası. 5 oktyabr 2021-ci ildə buraxılmışdır. Əvvəlki "Windows 10" (2015) üçün ödənişsiz yeniləmə kimi "Windows 11" sistem tələblərinə cavab verən istənilən "Windows 10" cihazları üçün mövcuddur. Bu əməliyyat sistemini sistem tələblərinin məhdudiyyətlərini yan keçərək dəstəklənməyən cihazlarda da quraşdırmaq mümkündür. "Windows 11"də "Windows shell"ə əsaslı dəyişikliklər tətbiq edilmişdir. Bu dəyişikliklərə ləğv edilmiş "Windows 10X" təsir göstərmişdir. Xüsusiyyətlərə yenidən işlənmiş start menyusu, tapşırıqlar panelinin "canlı plitələr"in ayrıca "Vidjetlər" paneli ilə əvəz edilməsi, qrup şəklində tapşırıqlar panelindən minimuma endirilə və bərpa oluna bilən kirəmitli pəncərə dəstləri yaratmaq imkanı daxildir. Bundan əlavə, "Xbox Series X" və "Series S"dən uyğun avadanlıqlarda avtomatik HDR və "DirectStorage" kimi yeni videooyun texnologiyaları mənimsənilmişdir. "Internet Explorer" (IE) standart veb brauzer olaraq "Chromium" əsaslı "Microsoft Edge" ilə əvəz edilmişdir. "Microsoft Teams" tətbiqi "Windows shell"ə inteqrasiya olunmuşdur.
Windows 2000
Windows 2000 (eləcə də Win2k, W2k və ya Windows NT 5.0 adlandırılır; kod adı: Cairo) — Microsoft şirkətinin Windows NT ailəsinə daxil olan əməliyyat sistemi. 32-bitli prosessoru olan kompyuterlərdə işləmək üçün nəzərdə tutulub. Bəzən səhvən Windows ME adlandırılır.
Windows 7
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. == Modifikasiyaları == Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: === Windows 7 Starter Edition === Windows 7- in ilkin versiyası sayılır.
Windows 8
Windows 8 — Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat sistemidir. Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Windows 95
Windows 95 — Microsoft şirkətinin çoxməqsədli qrafik əməliyyat sistemi. Kod adı Çikaqodur. 24 avqust, 1995-ci ildə tanıdılıb. DOS və Windows əməliyyat sistemlərini birləşdirən ilk əməliyyat sistemidir. == Yenilikləri == Windowsun ilk 32 Bit əməliyyat sistemidir. Sağ düymə funksiyası ilk dəfə Windows 95-ə əlavə edilib. Start düyməsi əlavə edildi. Tax və işlət funksiyası əlavə edildi. Internet Explorer ve USB dəstəyi sonraki bəzi versiyalara əlavə edildi. Böyütmə funksiyası artırıldı.
Windows 98
Windows 98 , Microsoft tərəfindən Windows 9x ailəsinin Microsoft Windows əməliyyat sistemlərinin bir hissəsi olaraq hazırlanmış istehlakçı yönümlü əməliyyat sistemidir . 9x xəttindəki ikinci əməliyyat sistemi, Windows 95 -in varisidir və 15 may 1998-ci ildə istehsala buraxılmışdır və ümumiyyətlə, 25 iyun 1998-ci ildə pərakəndə satışa buraxılmışdır. Sələfi kimi o, 16-bit və hibriddir. MS-DOS əsasında yükləmə mərhələsi ilə 32-bit monolit məhsuldur . Windows 98 veb-inteqrasiya edilmiş əməliyyat sistemidir və sələfi ilə çoxsaylı oxşarlıqlara malikdir. Onun təkmilləşdirmələrinin əksəriyyəti kosmetik idi və ya istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin sistemin funksionallığını və imkanlarını artırmaq üçün təqdim edilmiş bir neçə funksiya, o cümlədən təkmilləşdirilmiş USB dəstəyi və əlçatanlıq, habelə DVD pleyerlər kimi aparat təkmilləşdirmələri üçün dəstək var. Windows 98 Windows-un Windows Sürücü Modelini qəbul edən ilk nəşri idi və Disk Təmizləmə , Windows Yeniləmə , çox monitor dəstəyi və İnternet Bağlantısı Paylaşımı kimi Windows-un gələcək nəsillərində standart olacaq funksiyaları təqdim etdi . Microsoft Windows 98-i tamamilə təkmilləşdirilmiş növbəti nəsil Windows deyil, Windows 95-ə "tənzimləmə" kimi təqdim etdi. Buraxıldıqdan sonra o, veb-inteqrasiya edilmiş interfeysi və istifadə rahatlığı, eləcə də Windows 95-də mövcud olan problemlərin həlli üçün ümumiyyətlə yaxşı qarşılandı, baxmayaraq ki, bəziləri onun sələfindən əhəmiyyətli dərəcədə daha sabit olmadığını qeyd etdi. Windows 98 təqribən 58 milyon lisenziya satdı və 5 may 1999-cu ildə buraxılan Windows 98 İkinci Nəşr (SE) kimi tanınan bir əsas yeniləmə gördü.
Windows Azure
Microsoft Azure Microsoft tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz. Hər zaman işləyir. Hər zaman açıqdır. Microsoft Azure aylıq 99,95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir. Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.
Windows CE
Windows CE — Microsoft-un mobil əməliyyat sistemi ailəsi.
Windows Explorer
Windows Explorer (Bələdçi proqram) — Windows sisteminin standart proqramları siyahısına daxil olan köməkçi proqram. Bu proqram vasitəsi ilə kompüterdə saxlanılan bütün qovluq və fayllara baxmaq, yerlərini və adlarını dəyişmək, silmək mümkündür. Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir.
Windows ME
Windows Millennium Edition (Windows ME; eləcə də Windows Me abbreviaturası istifadə olunur) — Microsoft şirkəti tərəfindən 14 sentyabr 2000-ci ildə satışa çıxarılmış qarışıq 16/32-kateqoriyalı əməliyyat sistemi. Yeni III minilliyin şərəfinə (lat. millennium — minillik) bu cür adlandırılıb.
Windows Mobile
Windows Mobile — smartfonlar və şəxsi rəqəmsal köməkçilər üçün "Microsoft" tərəfindən hazırlanmış mobil əməliyyat sistemləri ailəsi. Daha yeni smartfon əməliyyat sistemlərinin (iOS və "Android") yüksəlişindən sonra "Windows Mobile" heç vaxt uğura bərabər olmadı və sonrakı illərdə sürətlə sönmüşdür. "Microsoft" 2010-cu ilin fevralına qədər "Windows Mobile"ı əvəz etmək üçün daha müasir və istehlakçıya yönəlmiş "Windows Phone"u elan etmişdir. Nəticədə, mövcud cihazlar və proqram təminatı "Windows Phone" ilə uyğun gəlmədiyi üçün "Windows Mobile" köhnəlmişdir. "Windows Phone"un elanından sonra çıxan "Windows Mobile"ın son versiyası 6.5.5 idi. Bundan sonra Microsoft bütün diqqətini "Windows Phone" üzərində cəmləşdirmək üçün Windows Mobile-da inkişafı dayandırmışdır. "Microsoft" 2015-ci ildə "Windows Phone" seriyasının bir hissəsi olan oxşar adlı "Windows 10 Mobile"ı buraxmış, onun keçmiş "Windows Mobile" əməliyyat sistemləri ilə əlaqəsi yoxdur. == Versiyalar == == Windows Phone == "Windows Mobile"dan sonra "Windows Phone" layihəsinə start verilmişdir, lakin bu, əvvəlkisi ilə uyğun gəlməyən bir mobil əməliyyat sistemidir. "Windows Mobile" 6.5 versiyasının buraxılması ilə "Microsoft Windows Phone" adlı brend yaratmağa başlamışdır. Bu əməliyyat sistemi olan bütün telefonlar belə adlandırılmağa başlamış, lakin ilk "Windows Phone" əməliyyat sistemi 11 oktyabr 2010-cu ildə buraxılmışdır.
Windows NT
Windows NT (ing. New Technology, azərb. Yeni Texnologiya‎) — Microsoft-un əməliyyat sistemi ailəsi. 1988-ci ildə hazırlanmışdır. Windows NT-nin Windows NT 3.1, Windows NT 3.5 (Daytona), Windows NT 3.51 (Tukwila), Windows NT 4.0 (Indy) versiyaları var.
Windows Vienna
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. == Modifikasiyaları == Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: === Windows 7 Starter Edition === Windows 7- in ilkin versiyası sayılır.
Windows Vista
Windows Vista — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2006-cı ildə istehsala buraxılmış, 30 yanvar 2007-ci ildə "Windows Marketplace"də satışa çıxarılmışdır. "Windows"un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı idi. Bu, "Windows XP"dən (2001) sonra "Windows"un daha yeni versiyası idi. İkisinin buraxılışı arasında olan beş illik boşluq ardıcıl "Windows" buraxılışları arasında o dövrdə ən uzun müddət idi. "Microsoft" "Vista"nı "Longhorn" kod adı altında 2001-ci ildə, XP-nin buraxılmasından qısa müddət əvvəl inkişaf etdirməyə başlamışdı. Bu, XP ilə "Blackcomb" kod adlı növbəti əsas "Windows" versiyası arasındakı boşluğu aradan qaldırmaq üçün kiçik bir təkmilləşdirmə kimi nəzərdə tutulmuşdu. Bu, inkişaf prosesi tədricən davam etdiyi müddətdə "Blackcomb"un bir çox xüsusiyyətlərini mənimsəmiş və əsas "Windows" buraxılışı olaraq dəyişdirilmişdir. "Vista" yenilənmiş qrafik istifadəçi interfeysini və "Aero" adlı vizual üslubunu, "Windows Search"i, yenidən işlənmiş şəbəkəni, audio, çap və displey alt sistemlərini və digər dəyişikliklər arasında "Windows DVD Maker" kimi yeni multimedia alətlərini təqdim etmişdir. "Vista" ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsini yüksəltmək məqsədi daşıyırdı.
Windows XP
Windows XP — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2001-cı ildə istehsala buraxılmış, 30 yanvar 2001-ci ildə satışa çıxarılmışdır. Bu, "Windows"un əvvəlki versiyaları – işgüzar istifadəçilər üçün "Windows 2000" və ev istifadəçiləri üçün "Windows Me" birbaşa təkmilləşdirmədir. Yeni "Windows XP" sistem tələblərinə cavab verən, "Windows NT" 4.0, "Windows 98", "Windows 2000" və ya "Windows Me" ilə işləyən istənilən cihazlar üçün mövcuddur. "Windows XP"nin inkişaf prosesi 1990-cı illərin sonunda "Neptune" kod adı ilə başlamışdır. Bu, "Windows NT" nüvəsi üzərində qurulmuşdur və açıq şəkildə əsas istehlakçı istifadəsi üçün nəzərdə tutulmuşdur. "Windows 2000"in yenilənmiş versiyası da ilkin olaraq biznes bazarı üçün nəzərdə tutulmuşdu. Bununla belə, 2000-ci ilin yanvarında hər iki layihə "Whistler" kod adlı vahid əməliyyat sisteminin xeyrinə ləğv edilmişdir. Bu əməliyyat sistemi həm istehlak, həm də biznes bazarları üçün vahid platforma rolunu oynamalı idi. Nəticədə, "Windows XP" əməliyyat sistemi "Windows 95" nüvəsinə və ya MS-DOS-a əsaslanmayan "Windows"un ilk istehlakçı buraxılışıdır.