Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Within Temptation
Within Temptation — Hollandiyalı Simfonik metal-rok qrupudur.1996-cı ildə vokalist Sharon den Adel və gitarist Robert Westerholt tərəfindən yaradılmışdır. Qrupu üslubunu media və dinləyici kütləsi sinfonik metal, gotik metal adlandırsalar da, Sharon den Adel bir müsahibəsində musiqilərini sinfonik rok olduğunu söyləmişdi. İlk albomları Enter (1997) olsa da, qrup "Mother Earth" albomu və "Ice Queen" sinqlləri çıxdıqdan sonra tanınmışdır.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Pithon
Sitrin
Sitrin — sarı rəngli kvars, qiymətli daş. Sitrin termini mineral aləmə 1747-ci ildə Valerius tərəfindən daxil edilib. Sitrin limon rəngli mineraldır. Sitrin-işıq rəmzi, əhval ruhiyyənin simvoludur. Bu şəffaf daş sizə çox eleqant görkəm verər və hər geyim növü ilə sizi iştirak etdiyiniz hər hansı bir ziyafətin şahanəsi edər. Sitrin soyuq brilliantdan fərqli olaraq insana bir sakitlik və əminlik bəxş edir. Sitrin daşın bir çox qəribə xüsusiyyətləri, möcüzələri də var: Gəlin ən əsasını xatırladaq. Qədim Romada natiqlər ən hörmətli, izzətli insanlar sayılırdı. Onlara orator deyirdilər. Nitqində defekt olan insanlar ağızlarına xırdaca daşı götürüb uzun müddət dəniz kənarında məşq edərdilər.
Xitin
Xitin — Xitin (C8H13O5N)n (/ˈkaɪtɪn/ KY-tin) qlükozanın amid törəməsi olan N-asetilqlükozaminin uzun zəncirli polimeridir. Təbiətdə ən çox yayılmış ikinci polisaxarid (yalnız sellülozadan sonra), göbələklərin hüceyrə divarlarının, xərçəngkimilər və həşəratlar kimi artropodların ekzoskeletlərinin və molyuskların radulaların, sefalopodların dimdiklərinin və qladiuslarının əsas komponentidir. O, həmçinin ən azı bəzi balıqlar və lissamfibiyalar tərəfindən sintez edilir. Xitinin strukturu sellüloza ilə müqayisə oluna bilər, kristal nanofibrillər və ya bığlar əmələ gətirir. Funksional olaraq keratin proteini ilə müqayisə edilə bilər. Xitinin bir sıra tibbi, sənaye və biotexnoloji məqsədlər üçün faydalı olduğu sübut edilmişdir. İngiliscə "xitin" sözü 1821-ci ildə yunanca χιτών (khitōn), örtük mənasını verən fransızca "xitine" sözündən yaranmışdır. Bənzər "xiton" sözü qoruyucu qabığı olan dəniz heyvanına aiddir. Xitinin quruluşu 1929-cu ildə Albert Hofmann tərəfindən müəyyən edilmişdir. Hofman Helix pomatia ilbizindən əldə etdiyi xitinaz fermentinin xam preparatından istifadə edərək xitini hidroliz etdi.
Georgi Vitsin
Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990). == Həyatı == Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur. 1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir. Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Günter Litfin
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi. == Həyatı == Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür. Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Litvin Abasov
Litvin İbiş oğlu Abasov (6 aprel 1937, İrəvan – 26 avqust 2024) – "Azərkəndtikinti" ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990–1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) == Həyatı == Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. O, daha sonra −1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası"nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.
Mithun Çakraborti
Mithun Çakraborti (16 iyun 1950, Kəlkətə) — tanınmış hind aktyoru. Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir. Bombeydə ətriyyat malları satan Mithun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Oleq Litvin
Oleq Aleksandroviç Litvin (6 iyul 1936, Bakı – 5 iyul 2017, Volqoqrad) — Azərbaycanın tanınmış fotomüxbiri. Oleq Litvin 6 iyul 1936-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsində təhsil alıb (1956–1960). Daha sonra Sovet İttifaqı Teleqraf Agentiliyində (TASS) fotomüxbir kimi fəaliyyət göstərib (1973–1990). O, uzun illər "Azərinform", indiki "AZƏRTAC" agentliyində işləyib. "Reuters", "Associated Press" kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib. Fotoqraf 2000-ci ildə oğlunun yanına, Rusiyanın Volqoqrad şəhərinə köçüb. Orada beş il "Komsomolskaya pravda" qəzetində, 2005-ci ildən isə "LUKOYL" şirkətinin "Volqa i Don" korporativ qəzetində işləyib. 2017-ci ildə 81 yaşına bir gün qalmış həmin şəhərdə vəfat edib. Dağlıq Qarabağ münaqişəsi başlayandan Oleq Litvin cəbhə xəttindən foto-reportajlar hazırlayıb.
Sitxin küknarı
Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir.
Van Litsin
Vanq Liqin (18 iyun 1978) — Çini təmsil edən stolüstü tennisçi. Vanq Liqin Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub. Daha sonra Vanq Liqin Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın sahibi olub. Vanq Liqin Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc, Komanda turnirində isə qızıl medalın sahibi olub.
Zaxariya Sitçin
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920, Bakı – 9 oktyabr 2010[…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik. 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib. Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı.
Zexara Sitçin
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920, Bakı – 9 oktyabr 2010[…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik. 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib. Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı.
Nitqin tanınması
Nitqin tanınması — diktorun verdiyi komandaları və verilənləri qəbul etmək məqsədilə kompüterin tələffüz olunan sözləri başa düşmək bacarığı. Şifahi dilin kompüterlər tərəfindən tanınmasına və mətnə çevrilməsinə imkan verən, metodologiya və texnologiyaları inkişaf etdirən informatika və hesablama dilçiliyinin fənlərarası alt sahəsidir. O, həmçinin avtomatik nitqin tanınması (ASR), kompüterin nitqi tanınması və ya nitqdən mətnə (STT) kimi tanınır. Eyni zamanda kompüter elmləri, dilçilik və kompüter mühəndisliyi sahələrində bilik və tədqiqatları özündə birləşdirir. Əks proses nitqin sintezi adlanır. Bəzi nitq tanıma sistemləri fərdi spikerin mətni və ya lüğəti sistemə oxuduğu "təlim" tələb edir. Sistem şəxsin spesifik səsini təhlil edir və alınan nəticədən həmin şəxsin nitqinin tanınmasını dəqiqləşdirmək üçün istifadə edir. Təlimdən istifadə etməyən sistemlər "müstəqil" sistemlər adlanır. Nitqin tanınması proqramlarına səsli zəng, zənglərin yönləndirilməsi, avtomatik ev cihazların idarə edilməsi, açar sözlərin axtarışı, sadə məlumatların daxil edilməsi, strukturlaşdırılmış sənədlərin hazırlanması, spiker xüsusiyyətlərinin müəyyən edilməsi və nitqdən mətnə emal kimi səs istifadəçi interfeysləri daxildir. Səsin tanınması və ya danışanın identifikasiyası termini danışanın dediklərini deyil, onun özünü müəyyən etməyə aiddir.
Mixail Litvin
Mixail İosifoviç Litvin (rus. Михаи́л Ио́сифович Литви́н; 1892, Zabaykal vilayəti[d] – 20 noyabr 1938, Leninqrad) — SSRİ NKVD-nin əməkdaşı, Dövlət Təhlükəsizliyi Baş İdarəsinin məxfi-siyasi şöbəsinin rəisi, NKVD-nin Leninqrad vilayəti üzrə rəisi, 3-cü dərəcəli dövlət təhlükəsizliyi komissarı (20 yanvar 1938-ci ildən). SSRİ NKVD-nin xüsusi üçlüyünün bir hissəsi idi. Litvin kasıb yəhudi ailəsində anadan olmuşdur. 1916–1917-ci illərdə çar ordusunda xidmət etmişdir. 1917-ci ildə RSDF(b)P-yə qoşulmuşdur. 1917–1918-ci illərdə Yenisey Vilayət Xalq Təsərrüfatı Şurasında Çapçılar İttifaqının zavod komitəsinin sədri, Krasnoyarskda mətbəənin komissarı. O, ağqvardiyaçılar tərəfindən tutulmuş və həbsxanaya salınmışdır 1919–1920-ci illərdə Krasnoyarsk və Xabarovskda məxfi formada fəaliyyət göstərmişdir. 1921–1922-ci illərdə alayların hərbi komissarı, cəbhənin hərbi komissarı, xüsusi idarənin rəisi olmuşdur. 1922–1923-cü illərdə Ümumrusiya Həmkarlar İttifaqları Mərkəzi Şurasının Uzaq Şərq Bürosunun məsul katibi olmuşdur.
Funakosi Gitin
Funakosi Gitin (Funakoshi Gichin, 10 noyabr 1868 – 26 aprel 1957, Tokio[d]) — Shotokan karatesinin yaradıcısıdır və "müasir karatenin atası" olaraq yad edilir. Ardınca Anko Itosu-nun təlimlərində, o 1921-ci ildə Yapon materikinə karateni təqdim etmiş (daxil etmiş) Okinawan karatesi sahiblərindən (ustaları) biri idi. Gənclik Gichin Funakoshi Shuri-də, etnik Okinawan valideynlərinə Meiji Restorationun ili təxminən 1868-də Okinavada doğuldu və familiya Tominakoshi[2] mənşəcə (əvvəlcə, əvvəldən) malik idindi. Onun tezliklə onun birinci karate teacher.[3-i] olan Anko Asato-nun, karatenin və kendo sahiblərinin (ustalarının) oğlu ilə yaxın dostlar olduğu ibtidai məktəbə daxil olmaqdan sonra Yapon "bir dəstə saçının" aradan qaldırmasına Funakoshinin ailəsinin sərt müxalifəti (etirazı) bildirdi ki, o onun iştirak etməyin məqsədi tibb məktəbini təqib etmək (yürütmək) üçün yararsız olacaq. Hər iki klassik (antik) Çinlidə (Çin dilində) öyrədilən olaraq və Yapon fəlsəfələri, təlimləri, Funakoshi-si Okinavada köməkçi müəllim oldular. Bu zaman, Asato ailəsi ilə onun əlaqələri böyütdü və o Anko Asato-dan karate təlimatını almaq (qəbul etmək) üçün Asato ailəsi yaşayış yerinə gecə səyahətləri başladı. Funakoshi vaxtın Okinawan karatesinin populyar stillərin hər ikisində öyrənmişdi: Shorei ryu və Shorin ryu. Onun öz stili məsafədə yerləşdirən (məsafədə yerləşən) kendonun və vaxtın seçilməsinin təsiri altında idi. Shotokan Funakoshinin psevdoniminin adını dayışandır, şamlarda" "şam dalğalarını" və ya "küləyi istəyən (nəzərdə tutan, bildirən) Shoto. Karate sahibi (ustası) olmağa əlavə olaraq, Funakoshi onun fikirləşəcəyi və yazacağı ki, meşədə uzun gəzintilər üçün verilən məlumata görə gedən çalışqan şair və filosof idi və yazacağı ki beləliklə Shotokan "Shoto-nun eviyə" müraciət etdi.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
İtkin gəlin
İtkin gəlin (mahnı) — Aygün Kazımovanın mahnısı
Böyük Sitkin adası
Böyük Sitkin adası (ing. Great Sitkin Island, aleut. Ситҳнаҳ) — Aleut adaları qrupuna, Adreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == 18 km uzunluğa, 16,9 km enə malikdir. Sahəsi 160 km² təşkil edir. Adada Böyük Sitkin vulkanı vardır. Adak və Atka adaları arasında yerləşir.
Kiçik Sitkin adası
Lopi adası (ing. Little Sitkin Island, aleut. Ситигнаҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Davidov adasından şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1 km-dir. Adına baxmayaraq Böyük Sitkin adası kimi eyni ölçüyə malikdir.
Səthin düzxətli doğuranı
Səthin düzxətli doğuranı — hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar. Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailə düzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir. Bu doğuranların hər biri bir ailəyə aiddir. Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə həmin səthin üzərində yerləşir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
İtkin gəlin (film)
== Məzmun == Filmin mərkəzində baş qəhrəman Əfsanənin (Məleykə Əsədova) taleyi durur. == Film haqqında == Film Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırılıb. 12 seriyalıdır. Filmdə aktyorların çoxu qonorar almadan çəkiliblər. Film Azərbaycan televiziyası tarixində ilk teleserial sayılır.
İtkin gəlin (mahnı)
Qıtqın yaşayış yeri
Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir. Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir. Arxeoloji material Qıtqın yaşayış yerinin IX–XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir. Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 s.