Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vrangel
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Pyotr Vrangel
Pyotr Nikolayeviç Vrangel (rus. Пётр Никола́евич Вра́нгель; 15 (27) avqust 1878, Zarasay, Kovno quberniyası[d] – 25 aprel 1928, Brüssel) — Peter von Vrangel adı ilə tanınan İmperator Rusiya Ordusunda Baltik alman əsilli rus zabiti idi. Rusiya vətəndaş müharibəsinin sonrakı mərhələlərində o, Rusiyanın cənubunda bolşevik əleyhinə Ağ Ordunun generalı idi. Ağ Ordunu 1920-ci ildə vətəndaş müharibəsində məğlub olduqdan sonra Rusiyanı tərk etməyə məcbur etdi. O, sürgün edilmiş ən görkəmli ağ mühacirlərdən biri və Cənubi Rusiyanın hərbi lideri (baş komandan kimi) kimi tanınırdı. Мария Врангель - Моя жизнь в коммунистическом раю [1] Врангель П. Н. Записки Послужной список генерал-лейтенанта барона Врангеля Троцкий Л. К офицерам армии барона Врангеля (Воззвание) Врангель П. Н. Южный фронт (ноябрь 1916 г. — ноябрь 1920 г.). Ч. I // Воспоминания. М.: Терра. 1992.
Vrangel adası
Vrangel adası (çuk. Умкилир — "ağ ayılar adası", rus. Остров Врангеля) — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə adlandırılmışdır. Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Samanta Randle
Channel Orange
Channel Orange — ABŞ müğənnisi Frenk Ouşenin debüt studiya albomu. 10 iyul 2012-ci ildə Def Jam Recordings tərəfindən buraxılıb.
Orange Juice
Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır. 2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib. == Mövzusu == Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.
Blossom burnu (Vrangel)
Blossom burnu — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasısın cənub-qərbində yerləşir, Fom burnundan 20 km cənubda yerləşir. Şərqi Sibir dənizi və Çukot dənizi arasında yerləşir. Burun dənizin içərilərinə doğu irəliləmişdir. Maksimal hündürlüyü 2 metr təşkil edir. == Tarixi məlumat == 1881-ci ildə leytenant Berri tərəfindən "Blossom" gəmisinin şərəfinə adlandırmışdır. Gəmi 1828 ildə Frederik Uilyam Biçinin ekspedisiyasının gəmisi olmuşdur.. 1911-ci ildə İvan Semyonvun ekspedisiyası zamanı əraxidə olmuşdur.. 1941–1973 ildə Blossom gəmisində Qütb stansiyası fəaliyyət göstərirdi. Hazırda burada stasionar stansiya fəaliyyət göstərir..
Vrangel adası (ABŞ)
Vrangel adası (ing. Wrangell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Adanın uzunluğu 45 km, eni isə 8–23 km arasında dəyişir, sahəsi 544 km²-dir. Bu da onu ABŞ-də 29-cu ən böyük ada edir. Materiklə məsafəsi Bleyk boğazının ən dar hissəsində təxminən 300 metr, Etolin adasına olan məsafə isə Zimoviya boğazının ən dar hissəsində təxminən 700 metrdir. Adanın yaxınlığında Stikin çayının mənsəbi yerləşir. Ada 1793-cü ildə Vankuver ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun tərəfindən kəşf edilmişdir. Constoun açıq ərazinin ada olduğunu sübut etmədən yalnız şərq sahil xəttinin xəritəsini çəkir. 1834-cü ildə Dionisiya qalasını tikən ruslar adaya admiral və səyyah Ferdinand Vrangelin şərəfinə adaya indiki adı verirlər. 1867-ci ildə ada Rusiya İmperiyasından ABŞ-yə keçir və 1877-ci ilə qədər Amerika ordusu onun ərazisində yerləşdirilir, daha sonra ada ovçular, araşdırmaçılar və mədənçilər üçün daşıma bazası kimi xidmət edir.
Karl-Qustav Vrangel
Qraf Karl-GQustav Vrangel (isv. Carl Gustaf Wrangel; 23 dekabr 1613, Uppsala – 5 iyul 1676[…]) — İsveç admiralı və feldmarşalı. == Həyatı == Liflyandiya general-qubernatoru və feldmarşal German Vrangelin oğlu olmuşdur. 1627-ci ildə hərbi xidmətə girmiş və Qustav Adolfun Almaniyadakı yürüşlərində iştirak etmişdir. O, 1641-ci ildə general-mayor olmuşdur. 1643-cü ildə İsveç donanmasının admiralı olmuşdur. 13 oktyabr 1644-cü ildə Femarn adası yaxınlığında Danimarka donanmasını məğlub etmişdir. Sonra Holşteyn və Sileziyadakı qoşunlara komandanlıq etmişdir. 1646-cı ildə qraf rütbəsi aldıqdan sonra Almaniyadakı qoşunlara komandanlıq etmişdir. Türennin komandanlığı altında Fransa qoşunları ilə birləşərək 14 mart 1647-ci ildə Bavariya kürfürstünü sülh bağlamağa məcbur etmişdir.
Range Rover
Range Rover — Land Rover tərəfindən istehsal olunan 5 qapılı lüks SUV marka. Marka Tata Motors şirkətinə məxsusdur. Range Rover 1970-ci ildən istehsal olunur. Vasitə 3 nəsil davam edir. Orijinal modeli yalnız Range Rover kimi tanınır. Avtomobilin adı Land Rover tərəfindən fərqlənə bilmədikdən sonra Range Rover Classic oldu. Markanın əsas sahibi 1970–1986-cı illər arasında British Leyland Motor Corporation, 1986–1988-ci illər arasında Rover Group, 1988–1994-cü illər arasında British Aerospace, 1994–2004-cü illər arasında BMW, 2004–2008-ci illər arasında Ford və 2009-cu ildən etibarən Tata Motors şirkətidir.
Rex Orange County
Rex Orange County (əsl adı: Aleksandr Ceyms O'Konnor; 4 may 1998) — ingilis müğənni, mahnı yazarı, multi-instrumentalist. NPR Music jurnalisti Zoi Kons onun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir edir. Kiçik yaşlarında öz-özünə prodüserlik etməyi öyrənən Rex, 2015-ci ildə 16 yaşında olarkən “Bcos U Will Never Be Free” adlı debüt studiya albomunu çıxarıb. O, 2017-ci illərdə buraxdığı “Sunflower” və “Best Friend” mahnılarına görə məşhurlaşıb. Rex həmin il ikinci albomu olan “Apricot Princess”i təqdim etmişdir. Eyni il Rex ABŞ repçisi Tyler, the Creator ilə birlikdə iki mahnı səsləndirib. Bu mahnılar Taylerin “Flower Boy” albomunda yer alıb. Rex 2019-cu ildə “Pony” adlı üçüncü albomunu yayımlayıb. Bu albom onun Billboard 200 cərgəsinə daxil olan ilk layihəsi olub və 3-cü yeri tutub. Onun 2022-ci ildə çıxardığı dördüncü albomu “Who Cares?” Birləşniş Krallıqda yaxşı nəticə göstərib və həmin cərgənin ön sıralarına düşüb.
Vrangel adası (Arxangel vilayəti)
Vrangel adası — Yeni Torpaq arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Barens dənizinin suları ilə yuyulur. Ən hündür nöqtəsi 28 metrdir. Sahilləri qayalıqdır. Müəyyən hissələri düzənlikdir. Adada çoxlu sayda göl vardır. Bir necə bulaq vardır. Yaxınlığında Şelbax adası yerləşir.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır. Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir.
Pranqli adası
Pranqli adası (est. Prangli, rus. Большой Врангель) — ada Estoniya ərazisində, Fin körfəzində yerləşir. Estoniyanın Xaryoma qəzası, Viymski volostuna daxildir. Viymsi yarımadasından 9 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 6,2 km², uzunluğu - 5,5 km, eni - 3,2 km-dir. Materiklə əlaqə Leppneem kəndindəki liman vasitəsilə baş verir. Adada üç kənd var: Kelnase, İdaots və Lyaneotsa. Pranqlidən cənub-şərqə 2,2 km məsafədə Eski və ya Kiçik Pranqli adası yerləşir. Bu adanın ərazisi 0.6 km²-dir.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Bove) — La Liqa klubu Barselonadan icarə əsasında Atletiko Madriddə mərkəz müdafiəçisi kimi çıxış edən fransalı peşəkar futbolçu. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Şahzadə Çanqle
Çanqle (长乐公主) — Qərbi Vey dövlətindən şahzadə, Göytürklərin ilk xatunu. 551-ci ilin iyunu Bumın xaqanla evlənmişdir.