Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir. "Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir. 1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Page Up klavişi
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Wake Up (Eliot mahnısı)
Wake Up (azərb. Oyan‎) — Belçikanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eliot Vassamillet "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanın "City Lights" mahnısını bəstələyən Pyer Dumulinə aiddir.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.
.gp
.gp — Qvadelupanın internet kodu.
.jp
.jp — Yaponiyanın internet kodu.
.kp
.kp — Koreya Xalq Demokratik Respublikasının internet kodu.
.ua
.ua — Ukraynanın internet kodu
.ug
.ug — Uqandanın internet kodu.
.uk
.uk — Böyük Britaniyanın internet kodu.
.um
.um — BMT uzaqda yerləşən kiçik adalar üçün İnternet kodu. == Xarici keçidlər == IANA .um whois information (as of April 21, 2008 ICANN has updated this to reflect the removal from the root zone).
.us
.us — Amerika Birləşmiş Ştatlarıın internet kodu. == Xarici keçidlər == .us Domain Registry .
.uy
.uy — Uruqvayın internet kodu.
.uz
.uz — Özbəkistanın internet kodu.
.np
.np — Nepalın internet kodu.
.mp
.mp — Şimali Marian adalarının internet kodu. == Xarici keçidlər == get.mp Registry IANA .mp whois information Registry Terms and Privacy List of gov.mp and co.mp domains in Google's index.
.tp
.tp — Şərqi Timorun İnternet kodu.
4P
4P — marketinq teoremidir.Marketinq planlaşdırmasının əsas 4 istiqamətinə əaslanır.Bunlar: product (məhsul) price (qiymət) promotion (təşviqat) place (yer) Bütün bunlar birlikdə marketinq kompleksini (ing. marketing mix) əmələ gətirir.Teoremin adı da hər 4 sözün P hərfi ilə başlamasından irəli gəlir.Bu model əasında aşağıdakı modellər də əmələ gəlmişdir. 4C 5P 5p+İmage == Məhsul (product) == Məhsul dedikdə şirkətin alıcılara təklif etdiyi mal, yaxud xidmət başa düsülür.Həmçinin məhsula "şirkətin hədəf bazarına təklif etdiyi məhsulların və xidmətlərin məcmusudur"demək olar.Belə ki, məsələn, “Ford Taurus” məhsulu qayka və boltlardan, alışdırıcı şamlardan, porşenlərdən və minlərcə digər hissələrdən ibarətdir. Bununla belə “Ford” bir neçə “Taurus” stilləri və müxtəlif seçmə xüsusiyyətləri təklif edir. Maşın tam servislə, ehtiyat hissələrinə zəmanətlə təmin olunur. == Qiymət (price) == Qiymət dedikdə istehlakçıların hər hansı məhsulu almaq üçün ödədikləri məbləğ başa düşülür.“Ford” dilerlərinə “Taurus”un pərakəndə qiymətini hesablayıb təyin etməyi məsləhət görür. Amma “Ford”un dilerləri çox nadir hallarda rəsmi qiymət təyin edirlər. Əvəzində onlar güzəştlər, köhnə modellərin təzələri ilə əvəzolunma imkanları və kredit şərtləri təklif etməklə müştərilərlə fərdi olaraq sövdələşirlər. Bu tədbirlər qiymətləri mövcud rəqabət şəraitinə uyğunlaşdırır və maşının dəyəri haqqında alıcının təsəvvürünü dolğunlaşdırır. == Yer (place) == 4p nəzəriyyəsində yer dedikdə məhsulun alıcılara çatdırılacağı məkan başa düşülür.
BP
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
J.E.Wright
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos-Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Vought-Sikorsky VS-300
Vought-Sikorsky VS-300 (və ya S-46 ) — İqor Sikorskiy tərəfindən hazırlanmış tək mühərrikli Amerika istehsalı bir helikopterdir. Əvvəlcə 75 at güclü (56 kVt) mühərriklə təchiz edilmiş üç bıçaqlı bir rotoru var idi. VS-300-ün ilk uçuşu 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə, ilk “sərbəst” uçuşu 1940-cı il mayın 13-də baş tutdu. VS-300, ABŞ-da yeganə qaldırıcı rotor istifadə edən və antitor üçün tək şaquli təyyarə quyruq rotor konfiqurasiyasından istifadə edən ilk uğurlu helikopterdir. Üzən əlavələr quraşdırıldıqdan sonra ilk praktik amfibiya vertolyotuna çevrildi idi. == Dizayn və inkişafı == İqor Sikorskinin praktik helikopter axtarışları Birləşmiş Aviasiya Korporasiyasının (United Aircraft Corporation) Vought-Sikorsky bölməsinin Mühəndislik müdiri olduğu dövrdə Birləşmiş Aviasiya rəhbərlərini fırlanan qanadlı vasitələrin uçuş problemləri ilə əlaqədar illərlə davam etmiş işlərinin və tədqiqatlarının bir irəliləməyə səbəb olacağını söyləyərək onları inandıra bilməsi ilə başladı. İlk eksperimental vasitəsi VS-300, Sikorsky tərəfindən 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə sınaqdan keçirildi. Sikorsky, dönər qanad uçuşu konsepsiyasını inkişaf etdirərkən həm əsas rotor, həm də quyruq rotoru sistemlərini gücləndirmək üçün tək mühərrik istifadə edən ilk şirkət idi. VS-300-ün sonrakı uçuşları üçün Sikorsky, torka qarşı kömək etmək üçün quyruq ucuna şaquli qanadlı profil səthini əlavə etdi, lakin nəticəsiz qaldığı sübut edildikdən sonra onu çıxardı. Dairəvi nəzarətin mükəmməlləşdirilməsinin çətin olduğu aşkar edildi və Sikorskinin döngənin kilidlənməsi və quyruq gövdəsinin hər iki tərəfinə iki kiçik şaquli ox formasında qaldırıcı rotor əlavə etməsinə səbəb oldu.
Vought F-8 Crusader
1952-ci ilin sentyabr ayında ABŞ Hərbi Donanması aviadaşıyıcılarda istifadə edilə biləcək, ön şərtlər içərisində təmirin asanlığı, qatlanan qanadlar, aşağı eniş sürəti və kreyser sürəti əsnasında supersonik sürətlərə çata bilən yeni bir təyyarə üçün səkkiz istehsalçı şirkət arasında yarış elan etdi. Bundan öncəki üç cəhddə uğursuz nəticələr (F5U, F6U və F7U ilə) almış Chance Vought firması bu yarışmanı 45 dərəcə arxaya əyilmiş qanadları olan supersonik F8U “Crusader” ilə qazandı. Bu təyyarənin enmə və qalxma zamanı aşağı sürəti təmin edə bilən, hidravlik olaraq 7 dərəcəlik bucaq ilə qaldırıla bilən, uçuş və göyərtədə gövdəyə paralel olan xüsusi və bənzərsiz qanadları var idi. Dörd ədəd 20 mm-lik top ilə təchiz edilmiş F8U bir “silahşör” və pilotları tərəfindən hava üstünlük təyyarəsi olaraq qəbul edilirdi. Eyni zamanda 1800 kq-lıq silah yükü daşıya bilirdi. Bu yük gövdənin iki yanına bərkidilmiş 4 ədəd AIM-9 “Sidewinder” enfraruj AA döyüş raketi, qanad altındakı pilonlarda “Bullpup” AS idarə edilə bilən döyüş raketləri və “Zuni” AS raketlərindən ibarət idi. F8U modelinin çox vacib olan uğurlarından biri Sakit okeandakı bir aviadaşıyıcıdan qalxıb ABŞ-ni başdan-başa keçərək Atlantik okeanına gəlməsidir. Tək motorlu bir təyyarə üçün çox vacib olan bu vəzifə əsnasında 1195 km/saat sürətlə qitələrarası sürət rekordunu da qırmağı bacarmışdır. Bu vəzifə əsnasında təyyarəni birbaşa astronavt və ABŞ senatoru olan USMC pilotu Minbaşı John Glenn idarə etmişdir. Livandakı patrul vəzifəsi, Kuba böhranındakı kəşfiyyat-foto vəzifələri də vacib vəzifələrindən hesab oluna bilər.