UP-LIFT

v 1. yuxarı qaldırmaq; 2. məc. açmaq, qaldırmaq (kefi, əhval-ruhiyyəni); We were uplifted by his inspiring words Onun ruhlandırıcı sözləri bizim kefimizi açdı

UP-LAND
UP-TO-DATE
OBASTAN VİKİ
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Kosmik lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Orbital lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir."Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing. Super Mushroom) təqdim etmişdir."Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing.
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Page Up klavişi
Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş dürlü proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla uyarlı) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasındaəsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 627 s.
Shake it up
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Wake Up (Eliot mahnısı)
Wake Up (azərb. Oyan‎) — Belçikanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eliot Vassamillet "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanın "City Lights" mahnısını bəstələyən Pyer Dumulinə aiddir.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
How Heavy Are the Dumbbells You Lift?
How Heavy Are the Dumbbells You Lift? (azərb. Qaldırdığın hantellər nə qədər ağırdır?‎) və ya orijinal adı ilə Danberu Nan-Kiro Moteru? (ダンベル何キロ持てる?, azərb. Neçə kiloqram hantel qaldıra bilərsən?‎) – Yabako Sandroviç tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2016-ci ilin avqust ayından bəri Shogakukan nəşriyyatının Ura Sunday jurnalında və və MangaONE tətbiqində nəşr olunur. Doga Kobo tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2019-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == 17 yaşlı orta məktəb şagirdi Hibiki Sakura adi, lakin qarınqulu bir qızdır. Yavaşca genişlənən belinin paltarında problem yaratdığını başa düşərək yaxınlıqdakı idman salonuna yazılmaq qərarına gəlir.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir.Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir. == Məzmun == === Dünya === Hadisələr Orario adlı uydurma ölkədə baş verir.
арабе́ска заведе́ние кари́б солеро́с управле́ние хайло́ хлысть гла́дить дегтя́рник моджахе́ды подвижно́й расстыкова́ть светопроница́емость Двина клек тюмень encephalography entertainment proparoxytone spindrift sweet birch интеллигенция прокатка упаривать филонить