Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xırdalan
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər, Abşeron rayonunun inzibati mərkəzi. == Tarixi == XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. 1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. == Tarixi == Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. == Hazırlanması == Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Xırdalan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırdalan şəhəri
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər, Abşeron rayonunun inzibati mərkəzi. == Tarixi == XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. 1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir.
Xırdalan Cümə məscidi
Xırdalan Cümə məscidi — Xırdalan şəhərində yerləşən müsəlman dini məbədi. Məscid 1842-ci ildə inşa edilib. == Tarixi == Xırdalan Cümə məscidi 1842-ci ildə (hicri-qəməri ilə 1263-cü il) Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və Xırdalan kəndinin imkanlı adamlarının maddi yardımı ilə inşa olunub. Məscid vaxtilə həmin ərazidə yerləşmiş kiçik köhnə məscidin yerində tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb gətirilmişdir. Məscid Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilib. 1937-ci ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunub. Məscidin həyətindəki minarənin daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur. Hazırkı minarə isə 1999-cu ildə tikilmişdir. Hazırda məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir.
Xırdalan Siti FK
Xırdalan Siti FK — və ya digər adı ilə Xırdalan Siti Futbol Klubu. 2016-cı ildə təməli qoyulan klub, 2023-cü ildə fəaliyyətini dayandırdı == Tarixi == Klubun tarixi 2016-cı ildən başlayır. Belə ki, həmin ildə Azərbaycan Respublikasında qadın futbolunun kütləşviləşdirilməsinə dəstək olmaq, qızların futbol bacarıqlarını üzə çıxarmaq, qlobal arenalara gedən yolda onlara dəstək olmaq məqsədilə təsis olunub. 2019-cu ildən “Xırdalan Siti” klubu "AFFA Yüksək Qızlar Liqası"nda mübarizə aparır. Sonuncu 2021/22 mövsümündə klub, Turniri 4-cü pillədə başa vurdu. 2022/23 mövsümü üçün ciddi dəyişikliklər edən, daha peşəkar və iddialı komanda formalaşdıran rəhbərlik çempionluq üçün mübarizə aparır. 1-ci dövrədən sonra komanda 22 xalla liderlər sırasında qərarlaşıb. Azərbaycanın qadınlar üzrə millisinin martın 10-dan, 15-nə qədər olan tarixində, yaş qrupları üzrə iki yoldaşlıq görüşü keçirildi. "Xırdalan Siti" klubunun 4 futbolçusu da millinin heyətində yer aldı. Klubun hədəfi qalibiyyətlərdir.
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. == Canlılar aləmi == Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. == Turizm == Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.