Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xızı
Xızı şəhəri — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır. Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur.
Altıağac (Xızı)
Altıağac – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılmışdır. == Haqqında == Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac, rayon mərkəzindən 12–14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi. Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. "Altıağac" (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 45–50 km-ə bərabərdir.
Qarabulaq (Xızı)
Qarabulaq — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Qarabulaq kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Qarabulaq kənd Soveti yaradılmışdır.
Qars (Xızı)
Qars — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir. Kənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur. Oğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir. Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir. Kənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.
Qasımkənd (Xızı)
Qasımkənd — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Qasımkənd kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Qasımkənd kənd Soveti yaradılmışdır.
Qızılqazma (Xızı)
Qızılqazma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Türkoba (Xızı)
Türkoba — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Türkoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
XIII Benedikt
XIII Benedikt (lat. Benedictus XIII, it. Benedetto XIII, 2 fevral 1649[…] – 21 fevral 1730, Roma, Papa dövləti) — Roma papası.
XIII Karl
XIII Karl və ya XIII Çarlz (7 oktyabr 1748[…], Stokholm – 5 fevral 1818[…], Stokholm) — 1809-cu ildən ölümünə qədər İsveçin, 1814-cü ildən isə Norveçin (XIII Karl adı ilə taxta çıxsa da, son dövrlərdə II Karl deyə adlandırılmışdır) kralı olmuşdur. O, İsveç kralı Adolf Frederiklə, II Fridrixin bacısı Prussiyalı Luiza Ulrikanın izdivacından dünyaya gəlmişdir. İsveçdə XIII Karl adı ilə tanınsa da, əslində bu adda VII İsveç kralı idi. 1604–1611-ci illərdə İsveç kralı olmuş IX Karl İsveçin mifoloji tarixini araşdırdıqdan sonra özünü bu addan olan IX İsveç kralı adlandırmışdı. Şahzadə Karl Hedviq Elizabet Strömfelt və sonradan Ulrika Sşönströmun himayəsinə verilmişdir. Ona cəmi bir neçə günlük olan zaman admiral hərbi rütbəsi verilmişdi. O, gəncliyində kraliyyət sarayının həvəskar teatrının yaxşı rəqqası olmuşdur. Verilən məlumatlara görə, anası ilə o qədər də yaxın olmamışdır. Kraliça kiçik uşaqları olan Sofi Albertini və Fridirik Adolfu daha üstün tutmuşdur. Hər halda, Karl atasının sevimli övladı idi.
XIII Klement
XIII Klement (Latınca: Clemens XIII; 7 mart 1693[…], Venesiya – 2 fevral 1769[…], Roma) — Carlo della Torre di Rezzonico adı ilə anadan olub. Klement 1758-ci ildən 1769-cu ilə qədər Roma papalıq taxtını tutdu və Cizvit təriqətini müdafiə etməsi ilə tanınırdı. Maarifçiliyə qarşı çıxan və kilsə hakimiyyətini qorumağa çalışan Klement Avropada siyasi və dini dəyişikliklərə qarşı mübarizə aparırdı. Klement 7 mart 1693-cü ildə Venesiyada zadəgan ailəsində anadan olub. Cizvitlər tərəfindən təhsil almış və 1737-ci ildə Papa XIV Benedikt tərəfindən kardinal təyin edilmişdir. O, Patavia yepiskopu vəzifəsində çalışmış və kilsə islahatlarında fəal rol oynamışdır. Klement 6 iyul 1758-ci ildə papa seçildi. Papalıq dövrü Avropada maarifçiliyin yüksəlişi və Cizvit təriqətinə qarşı müqavimətin artması ilə xarakterizə olunurdu. Klement Cizvitləri müdafiə edir, onların təhsil və missionerlik fəaliyyətlərini dəstəkləyirdi.Bu münasibət Fransa, İspaniya və Portuqaliya kimi katolik kralları ilə gərginliyə səbəb oldu. Bu krallar Cizvitləri siyasi və iqtisadi gücə təhlükə kimi görüb onları öz ölkələrindən qovdular.
XIII Lev
XIII Lev (Coakino Peççi, 2 mart 1810[…] – 20 iyul 1903[…], Roma və ya Vatikan) — Roma Papası (1878–1903). 1843-cü ildə arxiyepiskop, 1853-cü ildə isə kardinal edilmiş, 1878-ci il fevralın 20-də pontifik seçilmişdir. 1879-cu ildə "Aeterni Patris" ensiklikasında Kilsənin sosial-fəlsəfi təlimi tomizm etmiş, fəhlələr və həmkarlar ittifaqları haqqında 1891-ci ildə "Rerum Novarum" ensiklikasını bəyan etdi.
XIII Luis
XIII Lüdovik (fr. Louis XIII de France) — Fransa kralı. 1610–1643-cü illərdə hakimiyyətdə olmuşdur.
XIII Lüdovik
XIII Lüdovik (fr. Louis XIII de France) — Fransa kralı. 1610–1643-cü illərdə hakimiyyətdə olmuşdur.
XIII Qriqori
XIII Qriqori (lat. Gregorius PP. XIII; dünyəvi adı: Uqo Bonkompani, it. Ugo Boncompagni; 1 yanvar 1502, Boloniya – 10 aprel 1585[…], Roma) — Roma papası (13 may 1572 – 10 aprel 1585).
XIII İnnokenti
XIII İnnokenti (Latınca: Innocentius XIII; 13 may 1655[…] – 7 mart 1724[…], Roma) — Roma papası. Papalıq adı olaraq "İnnokenti" adını alan son Roma papasıdır.
XIII əsr
XIII əsr — 1200-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1200-cü ilin 1 yanvar tarixi, son günü isə 1299-cu ilin 31 dekabrıdır. XIII əsrdən sonra isə XIV əsr gəlir.
Yarımca (Xızı)
Yarımca — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Şuraabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır.
XXII əsr
XXII əsr — Qriqori təqvimində 2100-cü il yanvarın 1-də başlayan və 2199-cu il dekabrın 31-də bitən əsrdir. III eranın ikinci əsridir. 2100-cü ilə qədər mövcud olan 12% (təxminən 1250) quş növünün tükənməsi və ya tükənmə təhlükəsi ilə qarşı-qarşıya qalması gözlənilir.
Şurakənd (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır.
Xıjı gölü
Xıjı (adıq Хыжъы) — Krasnodar diyrarının Tuapsinski rayonunda yerləşən göl. Göl Krasnodar diyraının hidroloji abidəsi hesab olunur. Xıjı (Хыжъы) adıq dilindən tərcümədə «kiçik dəniz» mənasını verir. Adıqlar arasında (qismən də şapsuqlarda) göl müqəddəs hesab olunur. Xıjı gölü Tuapsinski rayonunda, Kiçik Pseuşxo çayının hövzəsindədir. Göl Peus silsiləsinin şimal yamacında yerləşir. Rayonun böyük göllərindən birirdir. Xıjı Tuapsinski meşə təsərrüfatı ərazisinə daxil olub Kiçik Pseuşxo aulundan 2 km qərbdə yerləşir. Göl Txixuray dağının 5 km-dədir. Göl özünün indiki ölçülərinə XX əsrin 80-cı illərdə çatmışdır.
Xızı (şəhər)
Xızı şəhəri — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılmışdır. Xızı Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. Xızının Bakı ilə məsafəsi 70 km-dir. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağ ətəyi cənub yamacından Samur – Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir. Xızı rayonunda yerləşən lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Dağlar yüksək deyildir, ən yüksək nöqtələr dəniz səviyyəsindən 958 metr yüksəklik Saraku dağının və 2203 metr yüksəklik Dübrar dağının payına düşür. Bir neçə hissədə dağın bir yamacı qış otlağı kimi, digəri isə yay otlağı kimi istifadə olunur.
Xızı bələdiyyələri
Xızı bələdiyyələri — Xızı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xızı rayonu
Xızı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. Yaranma tarixi – 24. aprel 1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı – 1 km² 8 nəfər (1 yanvar 2007-ci il) Xızı rayonu 1930-cu ildə yaradılmışdır. O, şimaldan Siyəzən və Quba, qərbdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonu ilə həm sərhəddir. Əsasən, Xızı yaylası da yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər dənizinin sularına axır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km m əsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Əsas dağları Dübrar (2205 m), Kəmçi (1026), Şərəkü (958), Bəybəyim (935), Şixandağ (801) və Böyük Siyaku (786) dağlarıdır.
Şıxı Yaqubov
Şıxı Miriş oğlu Yaqubov ̈(d.3 fevral 1951, Ağdaş r., Pirəzə k) — Teatr Xadimləri İttifaqı üzvü, aktyor, ”Əməkdar Artist”. Yaqubov Şıxı Miriş oğlu 1951-ci ilin fevral ayının 3-də Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. 1967-ci ildə Pirəzə kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakı şəhərinə getmişdir. 1970-1972-ci illərdə Hərbi xidmətdə olmuşdur. 1972-ci ildə Azərbaycanfilm kinostudiyasının aktyorluq məktəbinə daxil olmuş, elə həmin ilin noyabr ayının 16-da Mingəçevir Dövlət Dram teatrına işə qəbul olunmuşdur. Bu illər ərzində 200-ə yaxın rol oynamış, bir çox teatr festivallarında iştirak etmişdir. 1990-cı ildən Teatr Xadimləri İttifaqı üzvüdür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 10 mart 2014-cü il tarixində “Fəxri Mədəniyyət İşçisi” döş nişanı; 2015-ci il 30 dekabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ”Əməkdar Artist” fəxri adına; 2017-2018-ci illərdə və 10 may 2019-cu ildə Prezident mükafatına layiq görülmüşdür.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Keti Şixi
Keti Şixi (d. 26 aprel 1970) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Keti Şixi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Mixi yazı
Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar. Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər. Mixi yazi kitabələrinin oxunmasina ilk dəfə alman alimi Q. Qrotefend başlamiş (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.
Typhlodromus xini
Typhlodromus xini (lat. Typhlodromus xini) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus xini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Mixi sümüklər
Mixi sümüklər — insan ayağının 3 mixi sümüyü var: Birinci və ya medial mixi sümük İkinci və ya ara mixi sümüyü, orta mixi sümüyü kimi də tanınır Üçüncü və ya yan mixi sümüyü Onlar navikulyar sümük ilə 1-ci, 2-ci və 3-cü metatarsal sümüklər arasında və kuboid sümüyünün medial hissəsində yerləşirlər. 3 mixi sümüyü var: Medial mixi sümük (həmçinin ilk mixi sümüyü kimi tanınır) mixi sümüklərin ən böyüyüdür. Ayağın medial tərəfində, navikulyar sümüyün qarşısında və birinci metatarsal sümüyünün əsasının arxasında yerləşir. Yan tərəfində aralıq mixi sümüyü var. 4 sümüklə birləşir: navikulyar, ikinci mixi, birinci və ikinci metatarsal sümüklər. Yan tərəfində aralıq mixi sümüyü var. 4 sümüklə birləşir: skafoid, 2-ci mixi və 1-ci və 2-ci metatarsal sümüklər. Tibialisin ön əzələsi və peroneus longus əzələləri medial mixi sümüyə yapışır. Ara mixi sümüyü (ikinci mixi və ya orta mixi) nazik formadadır və ucu aşağı baxır. Aralıq mixi digər iki mixi sümük arasında (medial və yan mixi sümüklər) yerləşir və arxada navikulyar, öndə ikinci metatarsal və hər 2 tərəfdə digər mixi sümüklərlə birləşir.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.