Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xələcan (Təbriz)
Xələcan (fars. خلجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 6.354 nəfər yaşayır (1.679 ailə).
Fərəcan
Aşağı Fərəcan
Kələman
Kələman — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kələman çayının (Zəyəm çayının qolu) dərəsində, dağlıq ərazidədir. Yerli əhali arasında Kalaman kimi tələffüz olunur. Yaşayış məntəqəsi el arasında Kalaman adlanan və "qala, istehkam yeri" mənasında izah olunan qədim yaşayış yerində salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 431 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kələxan
Kələxan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kələxan kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimiyası == "Kələxan" sözü "Qalaxan" sözündən götürülüb (Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti. 19-cu əsrin sonları-20-ci əsrin əvvəlləri. Leyla Məcidova. Səh.98-99), mənası "Xan qalası" deməkdir. Kənd əhalisi "Qala" sözünü ləhcə ilə "Qələ" kimi səsləndirir. Bunu ərazidə mövcud olan "Kələ, Qələ, Kəl və s." sözləri ilə başlayan toponimlərdə də görmək olur (Qələvər, Kələkli, "Qala" və s.). Qala dağında dağıdılmış qalanın qalıqları var. == Əhalisi == Kələxan kəndinin əhalisi türk tayfalarıdır.
Nənəcan
Nənəcan — Azərbaycan xalq oyunu. Qadınlardan ibarət iki dəstə arasında toy və bayramlarda keçirilir. Biri oğlan (bəy), digəri qız (gəlin) tərəfi təmsil edən dəstələrə ağbirçək qadınlar (nənə) başçılıq edir (adı da buradandır). Mahnılarda tərəflər növbə ilə xorla bayatı oxuyurlar. Gəlin tərəf qızın istək və arzusunu, oğlan tərəf isə bəyin vədlərini ifadə edir. Hər iki dəstə razılığa gəldikdən sonra oyun bitir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.224 Tahirov R. A., Azərbaycanın şimal-qərb rayonlarında bəzi məşiət oyunları haqqında, Azərbaycan etnoqrafik məcmuəsi, buraxılış 2, Bakı, 1968. Allahverdiyev M., Azərbaycan xalq teatrı tarixi, Bakı, 1978.
Nərəcan
Nərəcan — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər. Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyət göstərməyən klub da var. Kənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.
Xəlifan
Xəlifan (Sulduz) — İranda kənd.
Xələcdağ
Xələcdağ — Şərur rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Araz çayının sol sahilində, Xələc kəndindən 1 km cənub-qərbdə dağ (hünd. 813,8 m). Üst Permin Culfa və Dərəşam regiomərtəbələrinə aid Axura lay dəstəsinin terrigen-karbonat çöküntülərindən təşkil olunmuş submeridional istiqamətli yastı təpəli yüksəklikdir. Hər tərəfdən Üst Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinə aid Dəhnə-Vəlidağ qalxımının cavan çöküntülərlə örtülmüş ucqar cənub qanadında yerləşir.
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Xələc
Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Aşağı Fərəcan
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Aşıq Vəlican
Fələkan (Urmiya)
Fələkan (fars. فلكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Kəlican (Vərziqan)
Kəlican (fars. كاليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Kələşan (Salmas)
Kələşan (fars. كلشان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,417 nəfər yaşayır (330 ailə).
Nərəcan bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlifan (Sulduz)
Karvansara (fars. خەڵيفان/خلیفان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 564 nəfər yaşayır (121 ailə).
Yuxarı Fərəcan
Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonu Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmışdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
Xəlqan Əliyev
Əlican (Bostanabad)
Əlican (fars. عليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (56 ailə).
Əlican Əzizov
Əlican Əzizov (1952 – 10 fevral 2021-2021) — Aktyor. Filmlərdə iştirak edən. Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaratmışdır. 1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr etmişdir. 1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olmuşdur. Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaratmışdır. Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Məlekan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qışlaq (Kələxan, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qışlaq kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Elcan
Elcan — kişi adı.
Lecan
Lecan (erm. Լեջան) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Lecan bələdiyyəsi"ni (erm. Լեջան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 837 nəfərdir.
Məlekan Şəhristanı
Məlikan şəhristanı (fars. شهرستان ملکان‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Məlikan şəhəridir.
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Selcan Hamşıoğlu
Selcan Hamşıoğlu (1978, Təkirdağ ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.