Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəlqan Əliyev
Xəlqan Əliyev (tam adı: Xəlqan Yusif oğlu Əliyev; 31 avqust 1969, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1969-cu il avqustun 31-də Bakıda anadan olmuşdur. 3 yaşında atasını itirdiyindən, onu və qardaşı Tərlanı anası böyütmüşdür. 54 nömrəli orta məktəbi bitirmiş, daha sonra əsgərlik çəkmişdir. 1989-cu il noyabrın 13-də ordu sıralarından qayıtmışdır. Ölümündən üç gün qabaq «İskra» zavodunda dülgər vəzifəsində işə düzəlmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Güllə ona işlədiyi zavodun qarşısında dəymişdir. Qardaşı Tərlanın dediklərindən: Qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində yanvarın 20-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisiDünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Baco (xalq)
Baco (Badjao, Badjaw və ya Badjau olaraq da yazılır) — Filippində yerli etnik qrupdur və Sabah, Bruney və Saravakın bölümlərində yaşayırlar. Yerlisi olduqları Suludakı anlaşmazlıqlar üzündən Malayziyaya da köç etmişdilər.Bacolar inanılmaz qabiliyətlərə sahibdirlər.Normal bir insandan daha artıq suyun altında qala bilirlər. Hətta yetişkin bir baco yuxu müddəti xaric günün yarısını suda keçirir.Evləri dəxi sular üzərinə quruludur. Qayıqlarda alış-verişlə məşğul olurlar.
Bataklar (xalq)
Bataklar (İndoneziya dilində oranq-batak, oranq tapanuli) İndoneziyada etnik birlik. == Etnik birliyə daxil olan xalqlar == Bataklar ənənəvi olaraq Batak yastı dağlığında və ondan cənubda yerləşən Sumatra adasında (Şimali Sumatra əyaləti) məskunlaşmışlar. Cənubi Bataklardan -tobalar (Sumaşir adasında və Toba gölündən şərqdə, cənubda və qərbdəki ərazilərdə 2,5 milyon nəfər, XXI əsrin əvvəlləri), anqkolalar, yaxud anakolalar (tobalardan cənubda, Sipirok şəhəri yaxınlığında 924 min nəfər), mandaylinqlər (anqkolalardan cənubda 470 min nəfər); şimali Bataklardan - dairilər (Sidikalanq şəhəri yaxınlığında, Toba gölündən şimal-qərbdə pakpak yarımqrupu da daxil olmaqla 1,6 milyon nəfər), karolar (Toba gölündən şimalda 740 min nəfər), alaslar (Kutaçane şəhəri yaxınlığında və Taraktuan şəhərindən şimalda və və şimal-şərqdə 94 min nəfər; qayoların təsiri altındadırlar); həmçinin simalunqunlar, simalunqanlar, yaxud timurlardan (Toba gölündən şimal-şərqdə 1,2 milyon nəfər) ibarətdirlər. XX əsrdə tobalar Sumatra və Yava adalarındakı şəhərlərdə geniş yayılmışlar. Batak dilləri Avstoneziya dillərinin Malayya-Polineziya yarımailəsinin qərb qoluna aiddir. Yazıları latın qrafikası əsasındadır; palma yarpaqları üzərində Cənubi hind əlifbası əsasındakı ənənəvi yazıları (Filippin, bugi-makasar və recanq yazılarına yaxındır) qorunub saxlanılır. == Bataklar arasında geniş yayılmış dinlər == Tobalar, dairilər, karolar, simalunqunlar və pakpakların əksəriyyəti xristiandır, alaslar, mandaylinqlər və anqkolaların əksəriyyəti müsəlmandır; ənənəvi etiqadlarını saxlayanlar da var. Şimali Sumatranın yerli əhalisi olan Bataklar qədim İndoneziya (protomalayya) mədəniyyətinin tipik nümayəndələridir; Yava və Sumatranın hinduist dövlətlərinin (Şrivicaya, Macapahit və s.) təsirinə məruz qalmışdır. XIX əsrədək Batakların xarici əlaqələri zəif olmuşdur. XIX əsrin əvvəllərində mandaylinqlər minanqkabauların təsirilə islamı qəbul etmişlər, XIX əsrin ortalarından tobalar və anqkolalar arasında protestant missiyaları fəaliyyət göstərmişdir; yalnız 1930-cu illərdə karolar xristianlaşmağa başlamışlar.
Biharlılar (xalq)
Biharlılar, biharilər - Hindistanın şimal-şərqində hind-ari xalqları qrupu, Biharın əsas əhalisi .. == Yaşadıqları ərazilər == Biharlılar əsasən Hindistanın Bihar ştatında yaşayırlar və ştatın əhalisinin təxminən 10, faizini təşkil edirlər. Onlar, həmçinin Hindistanın digər bölgələrində, eləcə də Nepalda və Mavriki adasında yaşayırlar. Tərkibinə maythililər (methlilər, tirhutialar, tihutialar-3,6 mln. nəfər (2000). Biharın şimalındakı Mithila vilayətində - Qanq çayından Himalay dağlarının qollarınadək; həmçinin Dehlidə, Kəlkətədə, Mumbaidə və s. şəhərlərdə yaşayırlar; Nepalda sayları 2,8 mln. nəfərdir, 2001), bhocpurilər (bhocapurilər, desvalilər, khotlalar-36,1 mln. nəfər, Biharın qərbində, həmçinin Uttar-Pradeş, Madhya-Pradeş, Assam, Qərbi Benqaliya ştatlarında, Dehli şəhərində yaşayırlar.. Böyük Moğol hokmdarı Əkbər şah 1557-1976-cı illərdə Biharı öz imperiyasına birləşdirmişdı.
Catlar (xalq)
Catlar, catilər (sanskritcə kasta, qəbilə, tayfa) — eramızın əvvəllərində Pəncabın qərb rayonlarında və Şimali Hindistanda məskunlaşmış iri tayfa qrupu. == Yayılmaları == Ümumi sayları bir neçə milyon nəfərdir. Pəncab dilində (dialektləri catki-hindi, hindki və s.) danışırlar, urdu dili də yayılmışdır. == Din == Dindarları Pakistanda müsəlmandır, Hindistanda isə siqhizmin ardıcıllarıdır; hinduistlər də var. == Tarixi == Eramızın əvvəllərində Catların əcdadlarının maldar tayfaları Pəncabın qərb rayonlarında məskunlaşmışlar. Sonralar Şimali Hindistanda yayılmış Catlar pəncablıların etnik əsasını təşkil etmiş və siqhlərin icmasına daxil olmuşlar. Hindistanda Catların əksəriyyəti eyni adlı əkinçi kastaya çevrildi. Orta əsrlərdə Böyük Moğollarla davamlı müharibələr aparan Catlar müstəqil dövlətlərini qurmuşlar. 1849-cu ildə bu dövlət ingilis müstəmləkəçiləri tərəfindən zəbt edilmişdir. Əsas məşğuliyyətləri xış əkinçiliyi və maldarlıqdır.
Daqo (xalq)
Daqo, dacu, daqu — Sudanda (Kordofan əyalətinin cənub qərbində və Darfur regionunun bir hissəsində) yaşayan xalq. Çadda 140 min nəfərdən, Sudanda 100 min nəfərdən artıq daqolu yaşayır. Onlar Nil-Saxara makro dil ailəsinin şərqi Sudan alt dil ailəsinin dacu kir-abbay dil ailəsinə daxil olan daqo (dacu) dilində danışırlar. Daqolar arasında ərəb dili də geniş yayılmışdır. Dini inamlarına görə onlar sünni müsəlmandırlar. == Mənşəyi == Daqo xalqı XVII-XVIII əsrlərdə təşəkkül tapmışdır, məhz bu dövrdə bu xalq ilk dövlətini yaratmış və Darfur sultanlığının tərkibinə daxil olmuşdur. == Təsərrüfat fəaliyyəti və məişət ənənələri == Daqoların əsas məşğuliyyəti heyvandarlıq (xüsusilə iribuynuzlu mal-qara və dəvəçilik), həmçinin dəmyə və suvarma əkinçilikdir. Onların məişətlərində süddən və tərəvəzdən hazırlanan yeməklər əsas yer tutur. == Sosial münasibətlər == Daqolar yığcam və böyük ailələr formasında icmalar halında təmsil olunurlar. == Mənbə == Андрианов Б. В. Даго // Народы и религии мира / Глав.
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. == Din == Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. == Əsas məşğuliyyətləri == Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. == Mənbə == * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Ləklər (xalq)
Ləklər — İran İslam Respublikasında İlam və Luristan ostanlarında kompakt halda yaşayan, dilləri Hind-Avropa dil ailəsinə daxil olan xalq. Kürd əsilli müəlliflər tərəfindən etnik məsubiyyət anlamında kürdlərə aid olunsalar da, dillərinə görə fərqlənirlər. Belə ki, lək dili lur dilinin dialekti hesab olunur. Türkiyədə Şeyxbizinlarca Ankarada danışılır 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 nəfərdir .
Moğollar (xalq)
Moğollar (monq. могол) — Əfqanıstanda yaşayan monqol mənşəli kiçik xalq. Bir qismi monqol dilinin arxaik dialektində, qalanları isə dari dilində danışır. Dindarları müsəlmandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Жуковская Н. Л. Моголы // Народы мира: Историко-этнографический справочник / Глав. ред. Ю. В. Бромлей; Институт этнографии АН СССР имени Н. Н. Миклухо-Маклая. — М.: Советская энциклопедия, 1988. — С. 305—306. Кисляков В. Н. Хазарейцы, аймаки, моголы (к вопросу об их происхождении и расселении) // Советская этнография.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. == Ümumi məlumat == Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Piqme (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Piqmey (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Qacarlar (xalq)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)."An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qalolar (xalq)
Qalolar - şimal-şərqi Hindistanda, xüsusilə Arunaçal-Pradeş ştatının Çanqlanq dairəsinin bir neçə ştatında, Yuxari Subansiri dairəsinin cənub-şərqində, Şərqi Sianq dairəsinin cənub-qərbində, Qərbi Sianq dairəsində yaşayırlar. 2001-ci il əhalinin siyahıyaalınmasına görə qaloların sayı 80 597 nəfər olmuşdur. Qalo dili Tibet-birma dil ailəsinin tani dil qrupuna aiddir. qaloların əksəriyyəti yerli ənənəvi animistik dini inamlara etiqad edirlər, son zamanlar onların əksəriyyəti xristian dininin davamçılarıdır. Qaloların ənənəvi məşğuliyyəti kəsmə-yandırma əkinçilik və müəyyən dərəcədə ovçuluq və yığıcılıqdır. Kənd təsərrüfatında bir neçə çəltik növü, taxıl (şimal rayonlarında) qarğıdalı, istiot və s. becərilməsi mühüm yer tutur, lakin qaloların yaşadıqları ərazilərin dağlıq relyefə malik olması təsərrüfat işlərinə müəyyən əngəllər törədir. == Mənbə == Nyori, Tai (1993). History and Culture of the Adis, Omsons Publications, New Delhi-110 027. Post, Mark W. (2007).
Rus (xalq)
Qədim ruslar – qədim xalq (və ya sosial qrup). Müasir rusların ilk əcdadları. Onlar skandinav, türk və slavyanların qarışmasından yaranmışlar Şərq slavyanlarının ilk dövləti olan Rus dövlətinın (müasir elmi ədəbiyyatda Kiyev Rus dövləti) adı bu xalq ilə bağlıdır. Qədim Rus dövlətinin qurucuları olmuşlar. Entnik mənsubiyyətləri mübahisəlidir. Tarixçilərin əksəriyəti onların varyaqlar (vikinqlər) olduğunu düşünür. Bəzi rus tarixçilər isə slavyan xalqlarından biri hesab edirlər. Dəfələrlə peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, İdil bulqarlarına, Xəzər xaqanlığına və Qafqaz ərazisinə uzaq səfər yürüşləri etmişlər.
Seçilmiş xalq
Yəhudilər, İbrahim peyğəmbərin dürüstlüyündən hadisəni İbrahimin qövmünün Tanrı tərəfindən seçildiyini, onlarla ahid edildiyinə və özlərinin də bu qövmün davamı olduqlarına inanarlar. Musevilikteki seçilmişlik anlayışı Yəhudi irqini deyil Yəhudi Halkı'nı əhatə edir (İvrit: Am Yisrael עם ישׂראל) yəni burada bəhs edilən bir irq deyil Tanrının əmrlərini mənimsəmiş olan xalqdır. Bir başqa deyişlə sonradan Yəhudiliyi qəbul etmiş bir adam da hansı irqdən və dindən olursa olsun artıq İsrail Halkı'ndan sayılmaqdadır. Bu seçilmişlik Yəhudilərə bir üstünlük deyil əksinə əlavə bir məsuliyyət gətirir, çünki Yəhudiliyin görə Cənnətə nail olmaq üçün yəhudi olmaq şərt deyil. Tək Allaha inanan və əsas insani əxlaq qaydalarını pozmamış hər adam dini nə olursa olsun cənnətə gidebilecektir. Tövratda bu təməl 7 qanun, Nuhun Universal Qanunları adında izah buna görə: Nuhun Universal Qanunları bunlardır: Bütə tapmamaq Allahın adını mübarək qılmaq bu adla lənət etməmək Cinayət işləməmək Cinsi əxlaqsızlıq etməmək Oğurluq etməməkAdil bir mühakimə sistemi yaratmaq və riayət olunmasını təmin etmək. Canlı bir heyvanın ətini kopartıp yeməmək. Talmud, Yəhudi olmasalar belə bütün insanların Nuhun Universal Yasaları'na uyğun gəlməsi lazım olduğunu ifadə edər. Bu qaydalara tabe olanları isə dürüst (İvrit: hasid) olaraq adlandırır. Talmuda görə bu Yeddi Universal Yasa'ya uyanlar, Dünyanın Dürüst İnsanları (İvrit: Hasid Umot Ha'olam) olaraq görülürlər.
Venda (xalq)
Venda — Cənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq. == Haqqında == Venda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir . Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur. Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Xalq bloku
Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür. == Yaranması və fəaliyyəti == Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, Selanqor və Pinanq ştatlarında yeni hokumətlər təşkil etdilər. İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu . 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, Pinanq və Selanqor ştatları üzərində öz nəzarətini saxladı . Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi .
Xalq diplomatiyası
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədi ilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsi ilə bilavəsitə əlaqə yaradılması. == Tarix == 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. == Üsulları == Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
Xalq mahnısı
Xalq mahnısı - xalqın yaddaşında qorunub saxlanılan, bizim günlərdə də öz aktuallığını itirməyən musiqi janrı. Xalq mahnıların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir. == Xarici keçidlər == Səyavuş Kərimi. Azərbaycan xalq mahnıları, 2 cildə: I cild, II cild. Bakı: "Öndər", 2005. Azərbaycan musiqişünaslarının tədqiqatlarında xalq musiqisinin janr təsnifatı. "Musiqi dünyası" jurnalı. Azərbaycan tarixi mahnılarının nota salınmış yeni nümunələri. "Musiqi dünyası" jurnalı.
Xalq qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır.1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h.
Xalq rəssamı
Xalq rəssamı — SSRİ-yə daxil olan bəzi müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad. "Xalq rəssamı" fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.