XƏLQİYYAT
XƏLLAQ
OBASTAN VİKİ
İbn Xəllikan
İbn Xəllikan (22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər soyundan olan XIII əsr islam alimi və tarixçisi. == Həyatı == Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu. Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir. Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir. == Əsərləri == Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان‎ (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.
İbn Xəlliqan